ÖZGÜ
ÖZGÜR
OBASTAN VİKİ
Əli Özgündüz
Əli Özgündüz (10 oktyabr 1965, İğdır) — Azərbaycan əsilli türk siyasətçi. Cümhuriyyət Xalq Partiyasının İstanbul III bölgədən TBMM-nin XXIV çağırış deputatıdır. Əli özgündüz 1965-ci ildə İğdırın Duzluca bölgəsində azərbaycanlı ailəsində anadan olmuşdur. Onun ailəsi Azərbaycanın bolşeviklər tərəfindən işğalından sonra Gəncə şəhərindən köçmüşdür. İstanbul Universitetinin hüquq fakültəsindən 1986-cı ildə məzun olmuşdur. İngiliscə və azərbaycanca bilir. Ailəlidir, iki övladır var. Universiteti bitirdikdən sonra sıra ilə İspir, Aşkale, İlgin, Körfəz, Küçükçəkməcə, Kayseri və Eyüpdə dövlət prokuror kimi çalışmışdır. 12 iyun 2011-ci ildəki seçkilərdə namizəd olmaq üçün 10 mart 2011-ci il tarixində ən son çalışdığı Eyüb prokurorluğundan istefa vermişdir. 2011-ci ilin iyun ayının 12-də keçirilən TBMM-ə seçkilərdə CHP-nin namizədi kimi İstanbul III bölgədən deputat seçilmişdir.

Значение слова в других словарях