Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ervand Otyan
Yervand Otyan (q.erm. Երուանդ Օտեան; 19 sentyabr 1869, Konstantinopol, Osmanlı imperiyası – 3 oktyabr 1926[…], Qahirə, Misir krallığı[d]) — erməniəsilli Osmanlı jurnalisti, satirikçisi. == Həyatı == 1869-cu il 19 sentyabrda İstanbulda anadan olmuşdur. Ailəsi Kayseridən İstanbula gəlib saray memarlığına qədər yüksələn Boğos Odyanın soyundandır. Erməni Milləti Nizamnaməsinin yaradıcılarından olan əmisi Krikor Odyan ilə 1879-cu ildə Parisə, 1882-ci ildə isə atasının konsulluq etdiyi Krayovaya getdi. Üsküdardakı Berberyan Erməni Məktəbində 1 il yarıma qədər dərs aldı. Daha sonra isə təhsilinə evdə, tanınmış ermənilərdən aldı. İlk yazı və tərcümələrini İstanbul Erməni mətbuatında 1887-ci ildə çap etdirdi. 1896-cı ildə İstanbulu tərk etdi və Yunanıstana köçdü. Afina, Paris, İsgəndəriyyə, Londonda öz əsərlərini çap etdirməyə davam etdi.
Qriqor Otyan
Qriqor Otyan (erm. Գրիգոր Օտեան, 9 (21) dekabr 1834, Konstantinopol, Osmanlı imperiyası – 6 (18) avqust 1887, Parisin 16-cı dairəsi[d]) — Osmanlı ermənisi hüquqşünas, siyasətçi və yazıçı. O, erməni milli konstitusiyasının və 1876-cı il Osmanlı konstitusiyasının yaradılmasında əsas fiqur olmuşdur. Otyan erməni dramaturqu və yazıçısı Ervand Otyanın əmisi idi.
Yervand Otyan
Yervand Otyan (q.erm. Երուանդ Օտեան; 19 sentyabr 1869, Konstantinopol, Osmanlı imperiyası – 3 oktyabr 1926[…], Qahirə, Misir krallığı[d]) — erməniəsilli Osmanlı jurnalisti, satirikçisi. 1869-cu il 19 sentyabrda İstanbulda anadan olmuşdur. Ailəsi Kayseridən İstanbula gəlib saray memarlığına qədər yüksələn Boğos Odyanın soyundandır. Erməni Milləti Nizamnaməsinin yaradıcılarından olan əmisi Krikor Odyan ilə 1879-cu ildə Parisə, 1882-ci ildə isə atasının konsulluq etdiyi Krayovaya getdi. Üsküdardakı Berberyan Erməni Məktəbində 1 il yarıma qədər dərs aldı. Daha sonra isə təhsilinə evdə, tanınmış ermənilərdən aldı. İlk yazı və tərcümələrini İstanbul Erməni mətbuatında 1887-ci ildə çap etdirdi. 1896-cı ildə İstanbulu tərk etdi və Yunanıstana köçdü. Afina, Paris, İsgəndəriyyə, Londonda öz əsərlərini çap etdirməyə davam etdi.
Borc yığan 2 (film, 2020)
Borc yığan 2 (ing. Debt Collectors) — rejissor Cessi Conson tərəfindən çəkilmiş döyüş filmidir. Film 2018-ci ildə çəkilmiş olan Borc yığan filminin davamıdır. Filmdə baş rolları Skot Edkins, Luis Mendilor və Vladimir Kuliç canlandırmışdırlar. Filmin dünya üzrə premyerası 29 may 2020-ci ildə baş tutmuşdur. == Rollarda == == Süjet xətti == Çarəsiz partnyorların macəralarının davamı olan bu filmdə, bu dəfə şəriklər təkcə yumruq gücünə həll edilə bilməyəcəkləri daha təhlükəli bir işlə məşğul olacaqlar.
Böyük Tiqan qəbiristanı
Böyük Tiqan qəbiristanı (rus. Больше-Тиганский могильник) — Rusiya Federasiyasının Tatarıstan Respublikasında Alekseyev rayonunun Böyük Tiqan kəndi yaxınlığında yerləşən arxeoloji abidə. == Tarixi == 1974-cü ildə aşkar edilmiş Böyük Tiqan qəbiristanı Şərqi Avropada VIII əsrin sonu – IX əsrin birinci yarısına aid qədim macarlara məxsus ilk tədqiq olunmuş nekropoldur. Burada ölülər çoxsaylı dəfn avadanlığı – silahlar, bəzək əşyaları, qoşqu ləvazimatı və at sümükləri, gümüş dəfn maskaları ilə birlikdə dəfn olunmuşdur. Macarlara aid analoji IX-X əsrlər dəfn yerləri Dunayda da məlumdur. Bu, macarların IX əsrdə Uralyanı və Volqaboyundan qərb istiqamətində köçməsini təsdiq edir.