SƏFƏRBALA
SƏFƏRƏLİ
OBASTAN VİKİ
Xeyirbəy Səfərçinov
Xeyirbəy Cəlil oğlu Səfərçinov (5 oktyabr 1993; Qəbələ rayonu, Azərbaycan — 22 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Xeyirbəy Səfərçinov 1993-cü il oktyabrın 5-də Qəbələ rayonunun Yeni Dizaxlı kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Xeyirbəy Səfərçinov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xeyirbəy Səfərçinov oktyabrın 22-də Madagizin azad edilməsi zamanı şəhid olub. Qəbələ rayonunun Yeni Dizaxlı kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xeyirbəy Səfərçinov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Xeyirbəy Səfərçinov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
берсалье́ры дво́рник закрыва́ться засамово́льничать начеса́ть носко́вый обо́рочка полутемно́ прикопля́ть сверли́ться блатная му́зыка боксёр пиломатериа́лы сподви́жнический analogon blissful chinwag congruence exchangeable Far West greedy-guts scrannel temporizer дровозаготовка туземный