Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Volfqanq Overat
Volfqanq Overat (alm. Wolfgang Overath‎) — alman futbolçu. Almaniya millisinin oyunçusu olub. FIFA dünya çempionatlarında 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb.
Everest
Everest (ing. Mount Everest), Comolunqma (tib. ཇོ་མོ་གླང་མ), Saqarmatxa (nep. सगरमाथा) və ya Jumulanqma (çin. ənən. 珠穆朗玛, pinyin: Zhumulangma) — Himalay dağlarının Mahalanqur Himal silsiləsində yerləşən, yer kürəsində dəniz səviyyəsindən ən yüksək dağ. Nepal (1 nömrəli əyalət) və Çin (Tibet Muxtar Vilayəti) arasındakı beynəlxalq sərhəd Everestin zirvə nöqtəsindən keçir. Zirvənin mövcud rəsmi yüksəkliyi 1955-ci ildə Çin və Nepal tərəfindən tanınan bir Hindistan araşdırması tərəfindən 8,848 metr (29,029 ft) olaraq qeyd edilmiş və sonradan 1975-ci ildə bir Çin araşdırması ilə təsdiq edilmişdir. 2005-ci ildə Çin 8844.43 m (29.017 ft.) nəticə ilə dağın qaya hündürlüyünü iddia etdi. Rəsmi hündürlüyün qayanın hündürlüyünün (8,844 m, Çin) və ya qarın hündürlüyünün (8,848 m, Nepal) olub olmaması ilə bağlı Çin və Nepal arasında mübahisə davam etdi.
Overen
Overn (/oʊˈvɛərnjə, oʊˈvɜːrn/, fransız: [ovɛʁɲ] ( dinlə); oks. Auvèrnhe və ya Auvèrnha) - Fransanın cənub-mərkəz hissəsində yerləşən keçmiş inzibati regionu. 1 yanvar 2016-cı il tarixindən region yeni Overn - Rona - Alplar regionunun bir hissəsinə çevrilib. "Информационный сайт Регионального совета Оверни" (fransız). Conseil régional Auvergne. 2012-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-08-20. "Добро пожаловать в Овернь" (rus). Официальный сайт туризма Франции. 2012-08-20 tarixində arxivləşdirilib.
Alistair Overeem
Alistair Overeem — məşhur Holland əsilli İngiltərəli UFC döyüşçüsü. == Həyatı == 1980-ci ildə İngiltərədə anadan olmuşdur. Anası hollandiyalı atası isə yamaykalıdır. Ata anası boşandıqdan sonra qardaşı Valentin ilə çətin şəraitdə böyümüşlər. 15 yaşında qardaşı ilə birlikdə Kris Dolmanın rəhbərliyi altında gimnastik dərsləri alan Alistair bir müddət sonra kikboks idman növü ilə məşğul olmuşdur. Məşhur idmançının güclü döyüşçü olmağında və yetişməsində Rikardo Fyeetin böyük rolu olmuşdur.Alistair ilk döyüşün 1999 oktyabırın 24-də Amsterdamda şou xarakterli döyüşdə keçirmişdir. Daha sonralar isə Yaponiyada keçirilən Pride FC və Amerikada keçirilən UFC yarışlarında iştirak edib və uğurlar qazanmışdır.
Corc Everest
Corc Everest — 1790-cı il iyulun 4- də Qvernveyldə (Uels) anadan olmuşdur. Kral Hərbi Akademiyasında təhsil almışdır. 16 yaşında təhsilini başa vurduqdan sonra Corc Hindistana göndərirlər. O, Hindistanda qeodeziya işləri ilə məşğul olur. Hindistanda bir müddət işlədikdən sonra onu Yava adalarına ezamiyyə edirlər. 1814 – 1816-cı illərdə Corc Everest Yava adalarında fəaliyyət göstərdikdən sonra onu yenidən Hindistanda işləməyə çağırırlar. O, yenidən Hindistanda geodeziya işləri ilə məşğul olmağa başlayır. 1816-cı ildən isə Corc Everest Uilyam Lemptonla bərabər Hindistanın geodeziya xəritəsini çəkməyə başlayırlar. Uzun müddətli zəhmətlərdən sonra Corc Everestin rəhbərliyi altında Hindistanın geodezik və siyasi xəritəsi tam dəqiqliyi ilə tərtib olunur. O, həm də 1841-ci ildə Himalay dağlarının xəritəsini tərtib edir və dağın ən yüksək zirvələrini də (Comolunqma) bu xəritədə göstərir.
Everest dağı
Everest (ing. Mount Everest), Comolunqma (tib. ཇོ་མོ་གླང་མ), Saqarmatxa (nep. सगरमाथा) və ya Jumulanqma (çin. ənən. 珠穆朗玛, pinyin: Zhumulangma) — Himalay dağlarının Mahalanqur Himal silsiləsində yerləşən, yer kürəsində dəniz səviyyəsindən ən yüksək dağ. Nepal (1 nömrəli əyalət) və Çin (Tibet Muxtar Vilayəti) arasındakı beynəlxalq sərhəd Everestin zirvə nöqtəsindən keçir. Zirvənin mövcud rəsmi yüksəkliyi 1955-ci ildə Çin və Nepal tərəfindən tanınan bir Hindistan araşdırması tərəfindən 8,848 metr (29,029 ft) olaraq qeyd edilmiş və sonradan 1975-ci ildə bir Çin araşdırması ilə təsdiq edilmişdir. 2005-ci ildə Çin 8844.43 m (29.017 ft.) nəticə ilə dağın qaya hündürlüyünü iddia etdi. Rəsmi hündürlüyün qayanın hündürlüyünün (8,844 m, Çin) və ya qarın hündürlüyünün (8,848 m, Nepal) olub olmaması ilə bağlı Çin və Nepal arasında mübahisə davam etdi.
Everett Şinn
Everett Şinn (6 noyabr 1876[…] – 1 may 1953, Nyu-York, Nyu-York ştatı) — ABŞ rəssamı. Əsasən realist və modernist üslubda əsərlər yaratmışdır. "Səkkiz" adlı rəssamlar qrupu ilə də işləmişdir. Əsərlərində Nyu-Yorkun çaxnaşmalı şəhər həyatını, ustası olduğu teatr səhnələrini əks etdirmişdir. == İlk illəri == Everett Şinn 1876-cı ildə Nyu-Cersidə 8 uşaqlı ailənin son beşiyi kimi dünyaya göz açmışdır. Atasının ən sevdiyi yazıçı olan Edvard Everett Heylin şərəfinə isə Everett adlandırıldı. İstedadlı bir uşaq olan Şinn 15 yaşında öz buxar mühərrikini ərsəyə gətirdi. Elə bu yaşda Filedalfiya Yay Bağı Kollecinə qəbul olur. Və burada mexanika rəssamlığını, texniki rəsmlər (alətlər, texniki maşın təsvirləri, çertyojlar) çəkməyi öyrənir. Sonra isə Filedalfiya İncəsənət Akademiyasında təhsilini davam etdirir.
Everett Şostrom
Everett Şostrom (13 dekabr 1921 və ya 1921 – 8 dekabr 1992, Santa-Ana, Kaliforniya) — amerikalı Everett Şostrom (1921–1992) Amerikalı psixoloq, yazar və prodüser. Amerikan Psixoloji Assosiasiyasının prezidenti olub. 10 bitik müəllifidir. "Anti Karneqi və ya insan manipulyator" adlı kitabı milyonlarla insana özünə inam qazanmaqda kömək edib. E. Şostrom manipulyativ insan xarakterlərinin bölgüsü və özünüinkişaf konsepsiyasının yaradıcılarından biri olmuşdur.
Miryam Overdam
Miryam Overdam (d. 18 fevral 1973) — Niderlandı təmsil edən su poloçusu. Miryam Overdam, Niderland yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Rusiya yığmasına 4:5 hesabı ilə məğlub olan Niderland yığması, Sidney Olimpiadasını dördüncü pillədə başa vurdu.
Con Everett Mille
Con Everett Mille (8 iyun 1829[…], Sauthempton, Hempşir qraflığı[d] – 13 avqust 1896[…], London) — Prerafaelit Qardaşlığının yaradıcılarından biri olan ingilis rəssamı və illustratoru. == Həyatı == === Erkən illəri === Mille 1829-cu ildə İngiltərənin Sauthempton şəhərində Cersidə yaşayan məşhur bir ailədə anadan olub. Valideynləri Con Vilyam Mille və Emili Meri Mille idi. Erkən uşaqlığının çox hissəsi Cersidə keçirmişdir və həyatı boyu buraya bağlılığını qoruyub saxlamışdır. Anasının "avtoritar şəxsiyyəti" onun erkən həyatına çox güclü təsir etmişdir. O, incəsənətə və musiqiyə böyük maraq göstərirdi və oğlunun bədii yaradıcılığını həvəsləndirdi, Kral İncəsənət Akademiyasında əlaqələrin inkişafına kömək etmək üçün ailənin Londona köçürülməsini təşviq etdi. Daha sonra “Mən hər şeyi anama borcluyam” dedi. Onun bədii istedadı ona hələ görünməmiş on bir yaşında Royal Academy Schools-da bir yer qazandı. Orada olarkən o, 1847-ci ilin sentyabrında Bedford Meydanı yaxınlığındakı Gower küçəsindəki ailə evində Pre-Rafaelit Qardaşlığını ("PRB" kimi tanınır) qurduğu William Holman Hunt və Dante Gabriel Rossetti ilə tanış oldu.
Everest Baza düşərgələri
Everest Baza düşərgələrinə iki baza düşərgəsi aiddir: Nepaldan 5,364 metr (17,598 ft) yüksəklikdə yerləşən Cənub Baza düşərgəsi (28°00′26″ şm. e. 86°51′34″ ş. u.) və Tibetdə (Çində) 5,150 metr (16,900 ft) yüksəslikdə yerləşən Şimal Baza düşərgəsi (28°08′29″ şm. e. 86°51′05″ ş. u.). Baza düşərgələri Everestə dırmanan peşəkar və ya həvəskar alpinistlər tərəfindən istifadə edilir. Cənub Baza Düşərgəsi cənub-şərq silsiləsindən keçərkən, Şimali Baza Düşərgəsi isə şimal-şərq silsiləsindən keçərkən istifadə olunur. Təchizatlar Cənubi Baza Düşərgəsinə hamballarla və ya şerplərlə və heyvanların köməyi ilə, əsasən də yaklarla daşınır.
Overnayt faiz dərəcəsi
Overnayt faiz dərəcəsi (ing. overnight rate, O/N) — bir iş günü üçün əmanət üzrə faiz dərəcəsi. Overnayt müddətə qoyulmuş vəsait növbəti iş günündə qaytarıla bilər. Növbəti təqvim günü həftəsonu və ya tətildirsə, geri qaytarma onlardan sonrakı ilk iş günündə baş verir. Overnayt depozitlər adətən böyük əmanətlərdir. Onlar bir-birindən banklar, eləcə də iri korporativ müştərilər və maliyyə institutları tərəfindən yerləşdirilir. Overnayt depozitləri banklararası və pul bazarlarında geniş yayılmışdır, burada onun iştirakçıları yüksək likvidliyi və qısamüddətli aktivlərin etibarlılığını qorumalıdırlar. Overnayt əmanətləri üzrə faiz dərəcəsi orta hesabla müddətli depozitlərdən (bir həftədən çox müddətə) aşağıdır, lakin tələb olunan hesablardan (cari hesablar) daha yüksəkdir. Bankların əməl etdiyi məcburi ehtiyat tələbləri və likvidlik tələbləri əsasən overnayt dərəcəsinin cari səviyyəsini müəyyən edir. Banklardan cəlb edilmiş müştəri depozitlərinin bir hissəsini mərkəzi bank hesablarında və ya likvid aktivlərin müəyyən kateqoriyasında saxlamaq tələb olunur.
Everet Uilyamsa qarşı
Everet Vilyamsa qarşı — 1725-ci ildə baxılmış ingilis məhkəmə işi. "Quldurların məhkəmə işi" də adlanır. Məhkəmə işi cinayət törədilməsini nəzərdə tutan müqavilələrin hüquqi qüvvəsi ilə əlaqədardır. Bu işdə müqavilə silahlı hücum nəticəsində əldə edilmiş qənimətin bölüşdürülməsi ilə bağlı idi. Məhkəmə iddiadan imtina etmişdir. Məhkəmə işi haqqında ətraflı məlumatlar müasir dövrə gəlib çatmamışdır və işə edilən əksər istinadlar 1893-cü ildə nəşr edilmiş Rüblük Hüquq Jurnalındakı işin xülasəsinə əsaslanır, hansı ki həmin xülasə də öz növbəsində Rober Cozef Potye tərəfindən 1802-ci ildə yazılmış öhdəlik hüququ haqqında fransız dilindəki mətnin ingilis dilinə edilmiş tərcüməsinə əsaslanır. == Haqqında == İki quldur - Everet və Vilyams birgə oğurluq nəticəsində əldə etdikləri qənimətləri bölüşdürmək haqqında razılığa gəlirlər. Onlar bir müddət Haunslou Hitdə, eyni zamanda Pegşot, Solsberi, Hampsteddə və başqa yerlərdə bu fəaliyyətlə məşğul olurlar. Bir gün qənimətlər satılanda Con Everet Cozef Vilyamsın mənfəətin bölüşdürülməsi nəticəsində ona düşən ədalətli paydan daha çox götürməyə çalışdığını düşünür. Bəzi naməlum səbəblərə görə, Everet şikayətini məhkəmə qaydasında həll etmək qərarına gəlir.