Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Oxatma
Oxatma — qədim idman növü. Mənşəyi ovçuluq qədər köhnədir. Oxu bir yay vasitəsilə hədəfə göndərməyi məqsəd qoyan idmandır. Oxatma ilk dəfə 1904 Yay Olimpiya Oyunlarında olimpiya proqramına salınıb, 1972-ci ildən isə hər olimpiya oyunlarında idmanın bu növü üzrə yarış keçirlir. Burada 30, 50, 60, 70, 90 m məsafələrə ox atmada yarışırlar. İdman oxatması üzrə 45 ölkənin idmançıları Beynəlxalq Federasiyada (FİTA) birləşir. Bu federasiya 1931-ci ildən dünya çempionatları keçirir. Terminlərdən asılı olaraq oxatan hədəfə 30-dan 288-ə qədər ox atır. Yaylar ağacdan və metaldan müxtəlif formalı və çəkili (400-700 q) düzəldilir. Oxun gövdəsi ağacdan, metaldan, plastmasdan, ucluğu isə metaldan hazırlanır.
Oxşama
Oxşama — Azərbaycan şifahi xalq ədəbiyyatında ananın körpə uşağı yuxudan oyanarkən onu əzizləmək, nazlamaq məqsədilə oxuduğu nəğməyə deyilir. Bu xüsusiyyətinə görə oxşamaya "nazlama" da deyilir. Oxşamalar çox zaman "Bu balama qurban" misrası ilə bitir. Məsələn: Bu oxşamaların ilk üç misra beşhecalı, son misrası isə altıhecalıdır. Qafiyə sistemi aaab-dir.
Azərbaycanda oxatma
Azərbaycanda oxçuluq və ya kamandan oxatma qədim tarixə malikdir. Müasir idman növü olaraq isə sovet dövründən inkişaf etmişdir. Azərbaycan Yay Olimpiadasında oxatma üzrə ilk dəfə 2016-cı ildə çıxış etmişdir. == Arxa plan == === Arxeoloji mədəniyyətlər === Boyalı Qablar mədəniyyəti Xocalı-Gədəbəy mədəniyyəti === Qafqaz Albaniyası ordusu === Antik müəllif hücum və müdafiə silahları haqqında məlumat qoyub getmişdir. Məsələn, qeyd edilir ki, albanlarda zirehləri və uzun dördkünc qalxanları olan nizəçilər və oxatanlar vardı. Akontistlər – nizəçilər və toksotlar – oxatanlar vardısa, deməli, nizələr və oxlar da olmalı idi. Arxeoloji material yazıçıların dediklərini təsdiq edir. Albaniya ərazisində çoxlu silah aşkar edilmişdir və bunun xeyli hissəsi küp, katakomba və taxta qəbirlər mədəniyyətinin daşıyıcılarına məxsusdur. O dövrdə üçpərli, saplaqlı dəmir ox ucluqları oymaqlı, çıxıntılı tunc ucluqları, habelə daha erkən dövr (eramızdan əvvəl VII-VI əsrlər) üçün səciyyəvi olan oymaqlı, üçüzlü tunc və sümük ucluqları sıxışdırıb aradan çıxartmışdı. Bununla yanaşı küp qəbirlərin birindən əvvəlki vaxtların tunc oxlarına nisbətən daha səliqəli hazırlanmış tunc ox ucluğu tapılmışdır.
Kamandan oxatma
Kamandan oxatma — kamandan oxatma idman növü Dünya Oxatma Federasiyası (ing. World Archery Federation) tərəfindən tənzimlənir. Kamandan oxatma Beynəlxalq Olimpiya Komitəsinin (BOK-un) orqanıdır. == Həmçinin bax == FITA — Beynəlxalq Oxatma Federasiyası (fr.
Osmanlıda oxatma
Osmanlıda oxçuluq məktəbinə yazılmaq üçün oxu ən azı 594 m uzağa atmaq lazım idi.Tarixdə ən yaxşı oxçu isə Tozkoparan İskəndər olub,oxu 826 m-dən hədəfə vurub.Halhazırda isə dünyadakı ən yaxşı oxçular ən yaxşı halda 500 m-dən hədəfi vura bilirlər. Osmanlıda oxçu ox və yayı qaytaranda ustadları onların qulaqlarına "Kamankeş Sirri"ni fısıldayardı. Amma bu sirr başqa heç kesə açıqlanmazdı. Osmanlı imperiyası dağıldıqdan sonra bu sirr də üzə çıxdı. Bu sirr Ənfəl surəsinin 17-ci ayəsi idi: "Atdığın zaman onu sən atmadın, Allah atdı". Oxçular yayı bəzən elə möhkəm çəkərdilər ki, bel sümükləri qırılmasın deyə zireh geyenlər olurdu. Yay ən güclü olan baş barmaqla çəkilirdi və bu zaman barmağa zərər gəlməsin deyə "Zihkir" adlı üzük taxılırdı.
2015 Dünya Oxatma Çempionatı
2015 Dünya Oxatma Çempionatı — 48-ci Dünya Oxatma Çempionatıdır.
Azərbaycan Kamandan Oxatma Federasiyası
Azərbaycan Kamandan Oxatma Federasiyası – Azərbaycanda kamandan oxatma üzrə idman növünün inkişafı və tənzimlənməsini təmin edən qurumdur. 1994-cü ildə təsis olunub. 22 may 2024-cü ildə Azərbaycan Kamandan Oxatma Federasiyasının növbədənkənar ümumi yığıncağında Anar Quliyev Azərbaycan Kamandan Oxatma Federasiyasının prezidenti seçilib. Tarix Kamandan Oxatma idman növü ilk dəfə 1900-cü ildə Paris Yay Olimpiya Oyunlarıda olimpiya proqramına salınıb və 1904-cü ildə qadınların yarışmasına icazə verən ilk Olimpiya yarışlarından biri olub. 1931-ci ildə beynəlxalq qaydaları müəyyən etmək üçün Beynəlxalq Oxatma Federasiyası (FITA, indi Dünya Kamandan Oxatma Assosiasiyası kimi tanınır) yaradıldı və 45 ölkənin idmançıları bu federasiyada birləşir. Beləliklə 1972-ci ildən etibarən hər olimpiya oyunlarında bu idman növü üzrə yarış keçirilir. 1994-cü ildə isə bir sıra idman təşkilatlarının nümayəndələri, oxatma üzrə mütəxəssis və veteranlar tərəfindən Azərbaycan Respublikası Kamandan Oxatma Federasiyası (ARKOF) təsis edilib. Azərbaycan Respublikasının və onun olimpiya hərəkatının dünya miqyasında tanınması Kamandan Oxatma Federasiyasının (AKOF) yaradılmasına, dövlət qeydiyyatına alınmasına və müvafiq beynəlxalq (FİTA və EMAU-ya) bərabər hüquqlu üzv qəbul edilməsinə imkan yaradıb. Hüquq və vəzifələri Azərbaycan Kamandan Oxatma Federasiyası kamandan oxatma üzrə idman klublarının və cəmiyyətlərinin könüllülük, üzvlərinin hüquq bərabərliyi prinsipləri əsasında yaradılan, kamandan oxatma idman növünün Azərbaycanda inkişafını təmin edən qeyri-hökumət təşkilatıdır və fəaliyyəti Azərbaycan Respublikasının ərazisini əhatə edir. Azərbaycan Kamandan Oxatma Federasiyasının hüquq və vəzifələri “Bədən tərbiyəsi və idman haqqında” qanunla tənzimlənir.