Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Purqaz
Purqaz (inyazor Purqaz, rus salnamələrində Purqas kimi də qeyd olunur; v. 1239) — XIII əsrin ilk yarısında yaşamış erzyan hərbi və dövlət xadimi, Erzya şahzadəsi (inyazor, otsyazor), erzyanların milli qəhrəmanı. Rus salnamələrinə görə, onun vaxtında mordovalıların bir hissəsinin "Purqas nahiyəsi"nin sərhədləri daxilində konsentrasiyası baş verirdi. Erzyan şahzadəsi Purqaz rus knyazlıqlarına qarşı mübarizədə bulqar xanın dəstəyinə ümid bəsləyirdi və şahzadə Yurinin müttəfiqi olan mokşa hökmdarı Pureş ilə daimi müharibədə idi. XIII əsrin əvvəllərində Mokşa çayın aşağı axarı boyunca Oka və Temnikovo-Vod meşələri arasında Purqas nahiyəsi yarandı, burada mordvalar və feodal zülmündən qaçan rus kəndliləri (Purqas Rus dövləti) yaşayırdı. Bu nahiyənin başında knyaz Purqaz dayanırdı; o, Mokşa çayın sağ sahilində, indiki Kadomdan az məsafədə, təxminən indiki Purqasovo kəndi ətrafında yaşayırdı. Purqaz onun torpaqlarına hücum edilməsinin qisasını Nijni Novqoroddan çıxmağa qərar verdi və 1229-cu ilin aprel ayında "Mordoviya torpağındakı rus gücünün dayağınl" dağıtmağa çalışdı, lakin ancaq şəhər posadını və ətraf kəndləri yandırmağı bacardı, qala alınmaz qaldı. Bir neçə ay sonra Purqaz Pureş torpaqlarına yürüş etdi, lakin cəhdi uğursuz alındı. XIII əsrin ortalarında Purqasov nahiyəsi tatar-monqol əsarətinə düşdü. Batı xanın qoşunları 1236-cı ildə yola çıxdı, ancaq işğal yalnız 1237-ci ilin yayında başladı.
Hatı Çırpan
Hatı Çırpan (1890, Ankara, Ankara vilayəti – 21 mart 1956, Ankara), həmçinin Satı Kadın kimi də tanınır — Türkiyə siyasətçisi, Türkiyə Böyük Millət Məclisinin 1935-ci il parlament seçkilərində seçilən ilk qadın üzvlərindən biri. == Həyatı == 1890-cı ildə Kahramankazan ilçəsində doğulmuşdur. Atasının adı Kara Mehmet Efendi, anasının isə Emine Hanım idi. 18 iyul — 23 avqust 1934-cü il tarixləri arasında reallaşdırılan İkinci Dil Qurultayından (türk. İkinci Türk Dil Kurultayı) əvvəl, 16 İyulda Prezident Mustafa Kamal Atatürk ekskursiya üçün Ankaradan 50 km uzaqda olan Kazan kəndinə (o dövrdə Ankara ilinin Kızılcahamam mahalının bir hissəsi idi) yollandı. Bu ekskursiya zamanı Atatürk Kazanın kənd muxtarı olan Satı Kadınla tanış oldu. O, Türkiyə İstiqlaliyyət müharibəsi dövründə dörd il döyüşən bir kəndli qadın idi. Onunla söhbət etdikdən sonra Atatürk Satı Kadınnın nailiyyətləri və intellektinə rəğbət bəslədiyini etiraf etdi. Afet İnanın sözlərinə görə, Atatürk onunla görüşdükdən sonra demişdir: "Bax bu parlament üzvü kimi uğur qazana biləcək qadındır". Satı Kadının uğurlu seçki kampaniyasını Atatürkün özü sponsorluq elədi və dəstəklədi.
Karpaz yarımadası
Karpaz (yun. Καρπασία, türk. Karpaz) — Kipr adasının şimalında yerləşən yarımada. Yarımada de-fakto Şimali Kipr Türk Respublikasınin ərazisində yerləşir. Yarımada dar və uzun quru parçası olaraq Liquriya dənizinin içərilərinə doğru şimal-şərq istiqamətdə uzanır. Yarımadanın sonunda Həvvari Andrey burnu yerləşir. Yarımadada Kireniya sıra dağları yerləşirki, oda yarmadaya pereoentukulyar istiqamətdə yerləşir. Ən hündür nöqtəsi — 364 metrdir. Yarımadanın cənub və şimal sahillərində gözəl çimərliklər vardır. 2000-ci illərdən Barfa şəhəri yaxınlığında kotejlərlə zəngin olan qəsəbə salınmışdır.
Rafael Harpaz
Rafael Harpaz (ivr. ‏רפאל הרפז‏‎; 8 yanvar 1962, Qüds) — İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2012-2015) 8 yanvar 1962-ci ildə Yerusəlimdə anadan olmuşdur.
Çarpaz istinad
Çarpaz istinad (ing. cross-reference, XREF) – 1. Proqramda dəyişənlərə müraciətin baş verdiyi yerlərə istinadlar. Translyasiya, assemblerləmə və bağlama (LINK) prosesində çarpaz istinadlar cədvəli (CROSS-REFERENCE TABLE) yaradılır ki, onun köməyilə sazlayıcı (DEBUGGER) proqramı simvollu şəkildə sazlamağa imkan verir (hər bir identifikatorun cədvəldə tipi, ünvanı, təyin edilmə yeri və istifadə yerlərinin siyahısı verilir). 2. Mətn prosessorlarında: hər hansı məsələnin müzakirəsi ilə bağlı sənədin içindəkilərə istinad etmək üçün kod sözü. Oxucunun rahatlığı üçün tətbiq olunur. Elektron sənədlərdə çarpaz istinadlar çox zaman hiperistinadlarla əvəz olunur. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Çarpaz məzənnə
Çarpaz sindromlar
Çarpaz sindromlar (ing. overlap) – xəstədə altı klassik sistem autoimmun revmatik xəstəliklərdən (SLE, SSk, PM, DM, RA və ŞS) birdən çoxunun diaqnostik əlamətləri üstünlük təşkil edir. Bu sindroma aid olan ŞS daha digər xəstəliklərlə assosiasiya olur: birincili biliar sirroz, nekrozlaşan vaskulit, autoimmun tireodit, xroniki aktiv hepatit, qarışıq krioqlobulinemiya, hiperqammaqlobulenemik purpura. Yüksək titrli U-1 RNT assosiasiya olmayan digər çarpaz sindromlar vardır: SLE+PM; SLE+seropozitiv RA; SSk+miozit.
Pirdağ
Pirdağ (Qubadlı) — Qubadlı rayonunda dağ. Hündürlüyü 1376 m. Pirdağ (Oğuz) — Oğuz rayonu ərazisində dağ. Hündürlüyü 764 m.
Pirkal
Pirkal- Aquifoliaceae fəsiləsində 400-600 növ Çiçəkli bitkilərdən olan bitki cinsi. Ilex affinis Gardner Ilex ×altaclerensis (Loudon) Dallim. Ilex amelanchier M. A. Curtis ex Chapm. Ilex aquifolium L. Ilex ×aquipernyi Gable ex Whittem. Ilex argentina Lillo Ilex arimensis (Loes.) Britton ex R. O. Williams Ilex asprella (Hook. & Arn.) Champ. ex Benth. Ilex ×attenuata Ashe Ilex ×beanii Rehder Ilex bioritensis Hayata Ilex brasiliensis (Spreng.) Loes. Ilex brevicuspis Reissek Ilex buergeri Miq. Ilex canariensis Poir.
Pirkax
Pirqax (Pirgah, Pirqaxbinə) — Azərbaycan Respublikasının Balakən rayonunun Püştətala kənd inzibati ərazi dairəsində kənd.
Pirqax
Pirqax (Pirgah, Pirqaxbinə) — Azərbaycan Respublikasının Balakən rayonunun Püştətala kənd inzibati ərazi dairəsində kənd.
Pirtac
Pirtac — İranın Kürdüstan ostanının Bicar şəhristanının Çəng Almaz bəxşində şəhər və bu bəxşin mərkəzi. 2016-cı ilin məlumatına görə şəhərdə 1,199 nəfər yaşayır (359 ailə). Əhalisi Azәrbaycan türklərindən ibarətdir və Azərbaycan türkcəsində danışırlar.
Pirçay
Pirçay — Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində çay. Naxçıvançayın sol qolu Piçayın uzunluğu 10 km-dir. 2600 m hündürlükdəki bulaqlardan başlanır. Qar, yağış suları yeraltı sularla qidalanır.
Çarpaz düz xətlər
Bir müstəvi üzərində yerləşməyən iki düz xətt. Əgər a {\displaystyle a} və b {\displaystyle b} düz xətləri çarpazdırsa, onda yalnız bir cüt paralel α {\displaystyle \alpha } və β {\displaystyle \beta } müstəviləri var ki, a ⊂ α {\displaystyle a\subset \alpha } , b ⊂ β . {\displaystyle b\subset \beta .} Eyni zamanda sonsuz sayda perpendikulyar müstəvilər cütü var ki, onlardan biri a {\displaystyle a} düz xəttindən, digəri isə b {\displaystyle b} düz xəttindən keçir. Əgər α ‖ β {\displaystyle \alpha \|\beta } , a ⊂ α {\displaystyle a\subset \alpha } , b ⊂ β {\displaystyle b\subset \beta } olarsa, ondabu iki paralel müstəvi arasındakı məsafə a {\displaystyle a} və b {\displaystyle b} çarpaz düz xətləri arasındakı məsafəyə bərabərdir. a {\displaystyle a} və b {\displaystyle b} düz xətləriin çarpazlığı " a − b {\displaystyle a-b} " kimi işarə olunur. 1. M.Mərdanov, S.Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh.
Piral
Piral — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Piral Azərbaycan Respublikasının Qusar rayonunda kənddir. O, rayon mərkəzindən 20 km şimal-qərbdə yerləşir. Piral kəndinin adı onun yerləşdiyi məkanı göstərir, “pirdə” və “pirlərin əhatəsində” mənasını verir. Məlumatara gorə qədim tarixi olan kənd bir neçə dəfə yerini dəyişib. “Piçxal” və “Likar” adlanan sahələrdə kəndin keçmiş qalıqları, qəbir yerləri, orada və hazırkı kənddə Alban dövrünə aid baş daşı yazıları qalmaqdadır. Piral kəndi orta dağlıq ərazidə, dəniz səviyyəsindən 850 metr hündürlükdə yerləşir. Coğrafi koordinatları 41o31’ 37.05” şimal en dairəsi, 48o18’03.54” şərq uzunluqdadır. Cənubdan və qərbdən Böyük Qafqaz dağları ilə əhatə olunur. Kəndin ətrafı enliyarpaq meşəliklərdir.
Piran
Pirat
Dəniz quldurluğu və ya piratlıq — orta əsrlərdə dəniz quldurları tərəfindən okean və dənizlərdə, əsasən, ticarət gəmilərinə qarşı həyata keçirilən quldurluqdur. Dəniz quldurlarını, adətən, "flibustyer", "bukanyer", "kaper", "pirat" adlandırırdılar. Latınca "pirat" sözü "taleyini sınayan" deməkdir.
Şiraz
Şiraz (Farsca: شیراز,) — İranın Fars ostanının mərkəzidir. Şiraz şəhərinin ətrafını Zaqros dağ silsiləsi çevrəliyib. Şiraz İranın güllər şəhəri, şairlər şəhəri, İranın mədəniyyət paytaxtı sayılır. Ədəbiyyatın inkişaf etmiş zonasıdır. Sədi Şirazi və Hafiz Şirazi kimi böyük şairlər nisbələrindən də göründüyü kimi Şiraz şəhərindəndirlər. Sədinin və Hafizin məqbərəsi Sədiyyə və Hafiziyyə adlanır və Şirazın ən çox ziyarət edilən yerlərindən birinə çevrilmişlər.
Pirra
Pirra ( q.yun. Πύρρα ) — qədim yunan mifologiyasında personaj, Epimetey və Pandoranın qızı, Devkalionun həyat yoldaşı. Yalnız o və yoldaşı Devkalion daşqından sağ çıxmış, bundan sonra yeni bir xalq yaratmışdılar. Pirra ellinlərin eponiminin anası olmuşdur. Pirr/Pirra adı qədim yunanca "qırmızı saçlı" mənasını daşıyan "Πύρρος" sözündən götürülmüşdür.
Pirdağ (Qubadlı)
Pirdağ — Qubadlı rayonu ərazisində dağ. Həkəri çayının sol qolları olan Xoşgədik və Kiçik Həkəri çaylarının suayrıcında yerləşir. Hündürlüyü 1376 m. Ziyarətdağ da adlanır.
Zoya Pirzad
Zoya Pirzad-İran ermənilərindən olan farsca yazan yazıçı və romançı.Zoya Pizadın anası erməni və atası isə rus idi. Zoya Pirzad, hal-hazırda Almaniyada sakindir.
Kşumantsyan Pirquz
Kşumantsyan Pirquz (erz. Кшуманцянь Пиргуж, Kšumancäń Pirguž; əsl adı — Qriqori Dmirieviç Musalyov) — Erziyan milli hərəkatının fəalı, hüquq müdafiəçisi. Erzyalıların inyazoru (1999-2019). == Bioqrafiya == === Erkən illər === Üç qardaşın ən kiçiyidir. Atası İkinci Dünya müharibəsi iştirakçısı olmuş, Stalinqrad yaxınlığında vuruşmuş, 1943-cü ildə Xarkov yaxınlığında vəfat etmişdir. Anası kolxozçu olmuşdur. 1958-ci ildə Bolşeiqnatovskaya orta məktəbini bitirmiş, sonra orada laborant işləmişdir. 1959-1962-ci illərdə SSRİ ordusunda xidmət edib. Mordoviya Universitetinin fizika-riyaziyyat fakültəsini bitirmiş, sonra orada riyaziyyatçı-proqramçı kimi çalışmışdır. === Sosial fəaliyyət === 1980-ci illərin sonundan etibarən Erzyan milli hərəkatında iştirak edir.
Dürçə Piyaz
Dürçə Piyaz – İranın İsfahan ostanının Xomeynişəhr şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 43,183 nəfər və 12,038 ailədən ibarət idi.
Gənc pirat
Gənc Pirat (isv. Ung Pirat) - İsveçdə fəaliyyət göstərən Pirat partiyasının gənclər qanadıdır. 22 mindən çox üzvə malik qurum İsçevin ən böyük gənclər təşkilatıdır.
Gəzgəsək (Piran)
Gəzgəsək (fars. گزگسك‎‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı, Piran dehistanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 915 nəfər yaşayır (155 ailə).
Kiraz (İzmir)
Kiraz (türk. Kiraz) — İzmir ilinin ilçəsi. İzmirin şərqində yer alır. İl mərkəzinə uzaqlığı 142 km-dir. İlçənin qərbində Ödəmiş, cənub-qərbində Bəydağ ilçələri, cənub-şərqində Aydın ili, şərqində və şimalında Manisa ili yerləşir. İlçənin sahəsi 573 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 43,925 nəfərdir.