Hatı Çırpan (1890, Ankara, Ankara vilayəti – 21 mart 1956, Ankara), həmçinin Satı Kadın kimi də tanınır — Türkiyə siyasətçisi, Türkiyə Böyük Millət Məclisinin 1935-ci il parlament seçkilərində seçilən ilk qadın üzvlərindən biri.
Hatı Çırpan | |
---|---|
türk. Hatı Çırpan | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1890 |
Doğum yeri | |
Vəfat tarixi | 21 mart 1956 |
Vəfat yeri | |
Dəfn yeri |
|
Partiya | |
Fəaliyyəti | siyasətçi, insan hüquqları fəalı |
Elmi fəaliyyəti | |
Elm sahəsi | sufrajist |
Vikianbarda əlaqəli mediafayllar |
1890-cı ildə Kahramankazan ilçəsində doğulmuşdur. Atasının adı Kara Mehmet Efendi, anasının isə Emine Hanım idi.[1]
18 iyul — 23 avqust 1934-cü il tarixləri arasında reallaşdırılan İkinci Dil Qurultayından (türk. İkinci Türk Dil Kurultayı) əvvəl, 16 İyulda Prezident Mustafa Kamal Atatürk ekskursiya üçün Ankaradan 50 km uzaqda olan[2] Kazan kəndinə (o dövrdə Ankara ilinin Kızılcahamam mahalının bir hissəsi idi[3][4]) yollandı. Bu ekskursiya zamanı Atatürk Kazanın kənd muxtarı olan Satı Kadınla tanış oldu. O, Türkiyə İstiqlaliyyət müharibəsi dövründə dörd il döyüşən bir kəndli qadın idi.[5] Onunla söhbət etdikdən sonra Atatürk Satı Kadınnın nailiyyətləri və intellektinə rəğbət bəslədiyini etiraf etdi.[2][3][4]
Afet İnanın sözlərinə görə, Atatürk onunla görüşdükdən sonra demişdir: "Bax bu parlament üzvü kimi uğur qazana biləcək qadındır".[6] Satı Kadının uğurlu seçki kampaniyasını Atatürkün özü sponsorluq elədi və dəstəklədi.[5] Sonradan o dövrdə Hattiler sivilizasiyası ilə maraqlanan Atatürkün məsləhəti ilə o, birinci adını Hatı olaraq dəyişdirdi, bundan başqa onun əvvəlki adı türk dilində "satmaq" və ya "satın almaq" mənasını verirdi.[2] 1934-cü ildə qəbul olunan və bütün türk vətəndaşlarının soyadı olmasını tələb edən Soyadı qanununa görə o, Çırpan soyadını seçdi.