Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Atkins pəhrizi
Atkins pəhrizi — əsasən karbohidrata söykənən pəhriz. Atkins pəhrizi beyni kiçildir. Bundan başqa, bu pəhrizə davam edənlərin alzheimer xəstəliyinə tutulma riskləri də artır. Nyu-Yorkda olan “Mount Sinas” tibb mərkəzində aparılan araşdırmaya görə, zəngin karbohidrat pəhrizi saxlayanların beynində digər pəhriz saxlayanlarla müqayisədə 5 faiz ətrafında daralma baş verir. Yüksək karbohidrat beynin yaddaş hissəsinin inkişafına mane olur. Bu daralmanın nəticəsində alzheimer kimi xəstəliklər baş qaldıra bilir.
Kəhrizli
Kəhrizli (Goranboy)
Pəhriz
Pəhrizi müşahidə edərək, metabolik prosesləri asanlıqla normallaşdırmaq, immunitet sistemini gücləndirmək, həzm sistemini sabitləşdirmək və rifahı yaxşılaşdırmaq olar. Diyetoloqlar gündə ən azı 4 dəfə yeməyi məsləhət görürlər: kəsirli yeməklər metabolik prosesləri sürətləndirdiyi üçün arıqlamağa və bədəndəki artıq yağdan qurtulmağa kömək edir. Yemək arasındakı fasilələr orta hesabla 4–5 saat olmalıdır. Bundan əlavə, səhər yeməyi , nahar və şam yeməyi müddəti vacibdir. Beyinin yeməkdən 20 dəqiqə sonra toxluq siqnalı verməyə başladığı bilinir, buna görə də tələsməyin. Tələsik bir yemək həddindən artıq yeməyə səbəb ola bilər, çünki sadəcə doymuş olduğunuzu anlamaq üçün vaxtınız yoxdur. "Altıdan sonra yeməyin" qaydası arıqlayan qadınların ən böyük səhvlərindən biridir. Belə bir strategiya, bədənin aclıq hissi səbəbiylə daim stres yaşayacağına və nəticədə həddindən artıq ehtiyat yağının yığılmasına gətirib çıxaracaqdır. Həm sağlamlığınızı, həm də şəklinizi qorumaq üçün axşam yeməyinizdə proteinli qidalar yeməlisiniz, yağlar və karbohidratlardan, həzmi çətin olan qidalardan çəkinin. Ən yaxşısı, axırıncı yemək yatmadan əvvəl 3–4 saatdan gec olmasa.
Bala Kəhrizli
Bala Kəhrizli — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Kəhrizli kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Kənd Mil düzündədir. Yaşayış məntəqəsini XIX əsrdə Kəhrizli (indiki Böyük Kəhrizli) kəndindən çıxmış ailələr salmışlar. Oykonim bala (kicik) və Kəhrizli (kənd adı) komponentlərindən düzəlib, "kicik Kəhrizli kəndi" deməkdir. Kəhriz isə yeraltı su yolu, su kəmərinə deyilir.
Böyük Kəhrizli
Böyük Kəhrizli — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Kəhrizli kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Böyük Kəhrizli Ağcabədi rayonunun Kəhrizli inzibati ərazi vahidində kənd. Qarqar çayının sol sahilindən 2 km. aralı, Qarabağ düzündədir. Ərazidəki Bala Kəhrizli kəndindən fərqləndirmək üçün belə adlandırılmışdır. Kəhriz "içməli suyu olan quyu, bulaq" deməkdir. Cəlil Məmmədquluzadənin ömür gün yoldaşı, Qarabağ mahalında öz dövrünün maarifçi və yardımsevər qadını sayılan Qarabağ xanı Pənahəli Xanın nəslindən olan, Həmidə xanım Cavanşir bu kənddə yaşamışdır..
Kəhrizli (Goranboy)
Kəhrizli (əvvəlki adları: — Böyük Dəliməmmədli; Əzizbəyov) — Azərbaycan Respublikasının Goranboy rayonunun Kəhrizli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Goranboy rayonunun Əzizbəyov kənd inzibati ərazi dairəsi tərkibindəki Əzizbəyov kəndi Kəhrizli kəndi adlandırılmış, Əzizbəyov kənd inzibati ərazi dairəsi Kəhrizli kənd inzibati ərazi dairəsi hesab edilmişdir. == Tarixi == == Toponimikası == Gəncə-Qazax düzənliyindədir. Keçmiş adları Böyük Dəliməmmədli və inqilabçı Məşədi Əzizbəyovun şərəfinə Əzizbəyov (rusca Azizbekovo / Азизбеково) olmuşdur. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 760 nəfər əhali yaşayır. === Tanınmışları === Aşıq Hüseyn Cavan — Aşıq.
Vaqif Kəhrizli
Vaqif Cabbar oğlu Əliyev -( 25 aprel 1953 -5 mart 2019) azərbaycanlı şair,Azərbaycan Yazıçılar Birliyinin üzvü. Vaqif Kəhrizli 25 Aprel 1953-cü ildə Beyləqan rayonunun Kəbirli kəndində anadan olub.İbtidai təhsilini bu kənddə aldıqdan sonra 1966-cı ildə ailəsi ilə birlikdə Ağcabədi rayonu Kəhrizli kəndinə köçmüşdür.1970-ci ildə orta təhsilini başa vurub.Elə həmin ildə Bakı Kitabxanaçılıq Texnikumunun "Mədəni maarif " şöbəsinə qəbul olub.1975-ci ildə texnikumu bitirib. O Kəhrizli kəndində əvvəlcə Klub müdiri ,daha sonra isə Mədəniyyət evinin direktoru vəzifəsində çalışıb.1992-ci ildən S.Nuriyev adına Kəhrizli kənd musiqi məktəbində müəllim kimi fəaliyyət göstərib 6 övladı var. "Dünya mənim evimdir" , "Azərbaycan bayrağı" , "Peyğəmbər" ,"Dünya ,Zaman,İnsanlar" ,"Yaşa Azərbaycan,yaşa Türkiyə" və s. olmaqla 8 kitablar müəllifidir. 1983-cü ildə Xalq artisti Əlibaba Məmmədov öz dəstəsi ilə Ağcabədiyə konsert verməyə gəlir və gənc Vaqif onunla görüşməyə fürsət tapdır və ona "Ana dilim ölən deyil" adlı öz şeirini təqdim edir.Əlibaba Məmmədov bu şeiri bəyənir və bu şeiri mahnı kimi ifa etməyə başlayır və bununla da şeir ölkə səviyəəsində tanınır. Ağcabədi rayonunun Kəhrizli kəndində yaşayan şair Vaqif Kəhrizli 5 mart 2019-cu ildə 66 yaşında dünyasını dəyişib.
Bulaqbaşı kəhrizi
Bulaqbaşı kəhrizi — Sədərək rayonundakı eyniadlı kəndin şimalında kəhriz. == Ümumi məlumat == Sədərək əhalisi qədimdən bu içməli su mənbəyindən istifadə etmişdir. Sərhəd bölgəsində olduğundan ermənilər kəhrizi yararsız hala salmışlar. Kəhriz 1992-ci ildə onların atdığı top mərmilərindən dağıdılmışdı. 1997-1998-ci ildən başlayaraq BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının xüsusi proqramının həyata keçirilməsi ilə əlaqədar Bulaqbaşı kəhrizi əsaslı surətdə təmir və bərpa olunmuşdur. Sədərəyin müxtəlif məhəllələrini içməli su ilə təmin etmək məqsədilə 5 kilometr uzunluğunda yeni su kəməri çəkilmiş, nasos stansiyası qurulmuş, 10 ədəd bulaq-abidə tikilib istifadəyə verilmişdir.
Həmidə kəhrizi
Həmidə kəhrizi-hidronimi Ağcabədi rayonunun Kəhrizli kəndi ərazisində qeydə alınıb. == Tarixi == Həmidə kəhrizi hidronimi Ağcabədi rayonu Kəhrizli kəndi ərazisində qeydə alınıb. Bu kıhrizi dövrünün görkəmli ziyalısı, maarifçisi,xeyriyyəçi Həmidə xanım Cəlil Məmmədquluzadə (1873-1955) çəkdirdiyi üçün kəhriz də onun adı ilə adlandırılmışdır. Həmidə xanım görkəmli maarifçi, yazıçı, publisist Mirzə Cəlil Məmmədquluzadənin həyat yoldaşıdır.
Kalbaəziz kəhrizi
Kаlbаəziz kəhrizi — İşıqlаr yаşаyış yеrinin şimаlındа yеrləşir. Hаzırdа kəhrizin üç quyusu fəаliyyət göstərir. Sоn vахtlаr təmir-bərpа işləri аpаrılsа dа quyulаr dоlmuş və suyun qаrşısı tutulmuşdur. Kəhrizin suyu minеrаl mənşəlidir. Kəhrizin çıхаcаğındаn bir qədər аrаlıdа iki kiçik süni göl yаrаdılmışdır. Lаkin kəhrizin suyu аzаldığındаn göllərdə su аzdır. Kəhrizi 18-19 əsrlərə аid еtmək оlаr.
Nəzər kəhrizi
Nəzərkəhrizi — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanının Nəzərkəhrizi bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 1,181 nəfər və 227 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Əlibəy kəhrizi
Əlibəy kəhrizi- Ordubad şəhərinin Təbriz küçəsində tarixi abidə. Kəhriz Əli bəy tərəfindən inşa edilmişdir.O,Ordubad çayının gətirmə çöküntülərində qazılmış və öz təbiiliyini saxlayan sadə formalı kəhriz abidəsidir.Abidənin pillələri kəhrizin axını xəttinə perpendikulyar istiqamətdə enir.Tez xarab olan ərzaq məhsullarını saxlamaq üçün xüsusi yer vardır.Onun divarları səliqəli şəkildə qazılmış,yalnız üst hissədə iri qaya parçası olduğu kimi saxlanmışdır.Abidənin plan üzrə uzunluğu 4.93 metr,eni 1.5 metr,yer səthindən dərinliyi 4.56 metrdir.Çıxışın yer səthindən hündürlüyü 1.9 metrdir.Onun suyundan içmək və məişət məqsədilə istifadə olunur.
Milli Pəhriz
Yaponiya Parlamenti (Yapon. 国会, Hepbörn: Kokkai) Yaponiyanın ikipalatalı qanunverici orqanıdır. O, Nümayəndələr Palatası (衆議院, Şūqin) adlanan aşağı palatadan və yuxarı palatadan, Müşavirlər Palatasından (参議院, Sanqin) ibarətdir. Hər iki palata paralel səsvermə sistemi ilə birbaşa seçilir. Qanunların qəbulu ilə yanaşı, parlament rəsmi olaraq Baş nazirin seçilməsinə cavabdehdir. Parlament ilk dəfə 1890-cı ildə Meyci Konstitusiyasına əsasən İmperator Parlamenti olaraq çağırılmış və indiki formasını 1947-ci ildə müharibədən sonrakı konstitusiyanın qəbulundan sonra almışdır. Hər iki ev Naqataço, Çiyoda, Tokioda Milli Parlamenti Binasında (国会議事堂, Kokkai-gijidō) görüşür. Parlament palatalarının hər ikisi paralel səsvermə sistemi ilə seçilir. Bu o deməkdir ki, istənilən seçkidə doldurulacaq yerlər hər biri fərqli üsulla seçilən iki qrupa bölünür; evlər arasındakı əsas fərq iki qrupun ölçülərində və onların necə seçilməsindədir. Seçicilərdən həmçinin iki səs vermələri xahiş olunur: biri dairə üzrə fərdi namizədə, digəri isə partiya siyahısına.
Bala Kəhrizli bələdiyyəsi
Ağcabədi bələdiyyələri — Ağcabədi rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Böyük Kəhrizli bələdiyyəsi
Ağcabədi bələdiyyələri — Ağcabədi rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Kəhrizli bələdiyyəsi (Goranboy)
Goranboy bələdiyyələri — Goranboy rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Canan bəy kəhrizi
Canan bəy kəhrizi — Naxçıvan şəhərində tarixi abidə. Kəhrizin adı оnu inşa etdirən Canan bəyin adı ilə bağlıdır. Canan bəy Türkiyədən Naxçıvana gəlmiş məşhur sufi şeyxi Hacı Bektaş Vəli nəslindən оlan bəydir. Kəhrizin uzunluğu 1067 m, quyularının sayı 28, оrta su sərfi 25-45 l/san-dır. Minerallaş ması 0,65-0,8 q/l arasında dəyişir. Kəhriz uzun müddət təmir оlunmasa da, оnun su ilə dоlmuş kürəsinin çıxışından bu gün 15-20 l/san. su axır. == Mənbə == "Naxçıvan abidələri ensiklopediyası", Naxçıvan, AMEA Naxçıvan bölməsi, 2008, səh. 55.
İsmayıl Kəhrizi (Çaypara)
İsmayıl Kəhrizi (fars. اسماعيل كهريزي‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlimatına görə kənddə 181 nəfər yaşayır (48 ailə).
Məşədi Molla Əli kəhrizi
Məşədi Molla Əli Kəhrizi-Ağcabədi rayonunun Qaravəlli kəndində qeydə alınıb. Kəhrizi kənd sakini xeyirxah,vətənpərvər Məşədi Molla Əli Vəliyev (1875-1937) adlı ruhani təhsilli bir ziyalı düzəltdirib vurdurduğuna görə kəhriz onun adı ilə də adlanmışdır. Kənd camaatı bu kəhrizin adından istifadə edir. Adətən, içməli suları yer səthinə çıxarmaq üçün yeraltı qurğuya kəhriz deyirlər. XX əsrin ortalarından Azərbaycanda 900-dən çox kəhriz qeydiyyata alınmışdır.