Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pələkli
Pələkli — Azərbaycan Respublikasının Tovuz rayonunun Çatax kənd inzibati ərazi dairəsində kənd. Yerli əhalinin məlumatına görə, kənd vaxtilə çoxlu pələng olan və buna görə də Pələngli adlanan binə yerində salın­dığı üçün belə adlandırılmışdır. Oykonimi XIX əsrdə Qazax qəzasında yaşamış quşçu icmasının pələkli tirəsinin adı ilə də əlaqə­ləndirirlər. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Əsrikçayın sahilində, Şah­dağ silsiləsinin (Kiçik Qafqaz) ətəyində yerləşir. Həsən Ayvazov Cəlil oğlu (2000-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Aqil Əliyev Faiq oğlu (1999-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. Kənddə Vaqif Rəhimov adına Pələkli kənd ümumi orta məktəbi fəaliyyət göstərir. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Pətəkli (Qoşaçay)
Pətəkli (fars. پتك لو‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 60 nəfər yaşayır (12 ailə).