Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Maks Peruç
Maks Ferdinand Peruç - (19 may 1914, Vyana - 6 fevral 2002, Kembric) molekulyar biologiya üzrə ixtisaslaşmış Avstriya əsilli ingilis biokimyaçısıdır. 1962-ci ildə "Qlobulyar proteinlərin strukturlarının tədqiqinə görə" Nobel mükafatı laureatı. London Kral Cəmiyyətinin (1954). Amerika İncəsənət və Elmlər Akademiyasının (1963), ABŞ Milli Elmlər Akademiyasının (1970), Avstriya Elmlər Akademiyasının (1963), Papa Elmlər Akademiyasının (1981) və bir çox öyrənilmiş cəmiyyətlərin üzvü. == Bioqrafiyası == 19 may 1914-cü ildə Vyanada yəhudi ailəsində anadan olub. Atası - Hüqo Peruç (sefard mənşəli), anası isə - Adele Qoldşmidt. O, Vyana Universitetində oxumuş (1932-1936), sonra Kembricə (Böyük Britaniya) köçmüş, burada Con Bernal və Vilyam Breqqanın rəhbərliyi altında Kavendiş Laboratoriyasında dissertasiya işi üzərində çalışmışdır. 1940-cı ildə hemoglobinin tədqiqi üzrə işinə görə fəlsəfə doktoru dərəcəsi verilmişdir. 1942-ci ildə evləndi və 1944 və 1949-cu illərdə iki uşaq atası oldu, sonralar da elm sahəsində karyera qurdular (Vivyen sənətşünasdır, Robin Peruç isə kimya professorudur). İkinci Dünya Müharibəsi zamanı digər alman və avstriyalı əsilli şəxslərlə birlikdə V. Çörçilin göstərişi ilə Kanadaya sürgün edildi.
Sərpuş
Sərpuş — Qədim Azərbaycan məişətində işlədilən mis qapaq. Sərpuşla plov qazanı bağlanırdı. Misgərlik nümunələrindən olan sərpuş iki vəzifə daşıyıb. Ondan həm plovun isti qalması üçün qapaq kimi, həm də inək sağarkən şiş hissəsini yerə sancaraq, süd yığmaq üçün qab kimi istifadə ediblər.
Pərpi
Pərpi (Parpi) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonunda kənd olmuşdur. == Tarixi == İrəvan xanlığının Karbibasar mahalında kənd adı. Yerli tələffüz forması Parbi. XX əsrin əvvəllərinə aid mənbədə də Eçmiadzin qəzasında Parbi kimidir. V əsr erməni tarixçisi Lazar Parblının doğulduğu kənddir. İlk dəfə V əsrdə adı çəkilir. 1728-ci ilə aid mənbədə kəndin Abdulla Əhməd oğluna məxsus olduğu göstərilir.. XIX əsrdə Qars əyalətində Par-qadan (kənd), Parget (kənd), Naxçıvanda Pardıx (dağ) adları ilə ehtimal ki, mə'naca eynidir. Mə'nası mə'lum deyil. == Əhalisi == Orta əsrlərdə kənddə Azərbaycan türkləri yerləşdirmişdir.
Pərqu
Pərqu (fars. پرگو‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 70 nəfər yaşayır (16 ailə).
Purpur akasiya
Purpur akasiya (lat. Acacia purpurea) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Arealı == Kalimantan, eləcə də Karib adalarından Venesuelaya qədər yayılmışdır.
Purpur alpiniya
Purpur alpiniya (lat. Alpinia purpurata) — zəncəfilkimilər fəsiləsinin alpiniya cinsinə aid bitki növü.
Purpur söyüd
Purpur söyüd – ağac növü. == Təbii yayılması == İlk dəfə Cənubi Avropadan təsvir edilib. Skandinaviya, Atlantik və Orta Avropada, Aralıq dənizyani ölkələrində, Şimali Afrikada, Yaponiyada, Çində yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 2–3 m olan koldur. Budaqları nazik, zərif, elastik, çoх vaхt qırmızıtəhərdir. Qabığı üst tərəfdən tünd qırmızıdır, bəzən üzərində göyümtül toz ləkəsi olur, qabığının iç tərəfi limonaoхşar sarıdır. Yarpaqları qısa saplaqlı, növbəli düzülüşlü, uzunluğu 3–6 sm, eni 1–1,5 sm, ensiz tərsinə yumurtavari və ya tərsinə neştərvari, yanları bütöv və ya qabaq tərəfdən narın sivri mişardişlidir. Cavan yarpaqları tüklüdür, sonralar çılpaqlaşır, üst tərəfdən göyümtül-yaşıl və ya bozumtul-yaşıldır. Yarpaqaltlıqları хətvari-neştərşəkilli olub, erkən töküləndir. Tumurcuqları хırda, 3–5 mm uzunluğunda, budağa sıхılmış vəziyyətdə, qırmızı-qonur rəngli, çılpaqdır.
Purpur səhləb
Purpur səhləb (lat. Orchis purpurea) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin səhləb cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir –EN B1ab (i, iii, iv) + 2ab(iv). Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Kökyumrusu uzunsov və ya uzunsov- yumurtavaridir. Gövdəsi 30-80 sm hündürlükdədir. Yarpaqları enli-oval və ya lansetli, ellipsşəkilli, küt, 3-6 sm enində, 20 sm-dək uzunluqdadır. Çiçəkləri iri, vanil iylidir. Çiçək qrupu sıx, uzunsov-yumurtavaridir.
Purpur Ürək
"Bənövşəyi Ürək" (ing. Purple Heart) — ABŞ Prezidenti adından 1917-ci il 5 aprel tarixindən bu günədək hərbi xidmət zamanı yaralanan və ya həlak olan şəxslərə təqdim olunan ABŞ hərbi medalıdır. Bənövşəyi Ürək Milli Şərəf Zalı Nyu-York ştatının Nyuburq şəhərində yerləşir. "Bənövşəyi Ürək" ABŞ hərbçilərinə təqdim olunan mükafatlar arasında ən uzunömürlüsüdür. "Purpur sözü" ingilis dilindən Azərbaycan dilinə "al qırmızı" kimi tərcümə olunsa da, konkret halda bu sözü "al bənövşəyi" kimi başa düşmək lazımdır. == Yaranması və tarixi == Medalın ilkin forması, 1782-ci il 7 avqust tarixində Kontinental Ordunun baş komandanı Corc Vaşinqton tərəfindən təsis edilmiş "Hərbi Xidmətlərə görə Nişan" (ing. Badge of Military Merit) hesab olunur. Lakin həmin mükafatla yalnız ABŞ İstiqlal müharibəsinin (1775-1783) 3 iştirakçısı təltif edilmişdi. 1932-ci ildə ABŞ prezidentinin Fərmanına əsasən Corc Vaşinqtonun 200 illik yubileyi şərəfinə "Bənövşəyi Ürək" medalı təsis edildi. Hərb Departamentinin 1932-ci il 22 fevral tarixində elan etdiyi meyarlara görə, bu medal ABŞ-nin Birinci dünya müharibəsinə qatıldığı 1917-ci il 5 aprel tarixindən sonrakı hərbi əməliyyatlarda yaralanmış və ya həlak olmuş hərbçilərə verilə bilər.
Purpur üskükotu
Purpur üskükotu (lat. Digitalis purpurea) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin üskükotu cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == İkiillik ot bitkisidir. Yaşayışının birinci ili kökətrafı yarpaqlar, ikinci il isə hündürlüyü 1 m-ə qədər olan yarpaqlı gövdəsi və zirvədə iri çiçək salxımı daşıyan budaqcıqlar əmələ gəlir. Çətir yarpaqları uzunsov-yumurtaşəkilli və ya oval, uzun qanadabənzər saplaqdan ibarətdir. Yarpaqlarının uzunluğu 30 sm, eni isə 15 sm-ə bərabərdir. Gövdənin aşağı yarpaqlarının uzunluğu 12-20 sm yumurtaşəkilli, qanadabənzər saplaqdan ibarətdir. Orta yarpaqları qısa saplaqlı, yuxarı yarpaqları oturaq, yumurtaşəkilli və yumurtaşəkilli-neştərvaridir. Kənar yarpaqları bərabər olmayan çəpərlidir. Yuxarı yarpaqları qırışıq, tünd-yaşıl, aşağı yarpaqlarında isə damarlanma, çoxkünclü tor və üzərində çoxlu tükcükləri olan sarımtıl çiçəklərdən ibarətdir.
Kərpic
Kərpic — Düzbucaqlı paralelepiped şəklində olan və tikintidə işlədilən material. Hazırda kərpicin əsas 2 növündən istifadə edilir: qırmızı kərpic və silikat kərpic. Qırmızı kərpic yanmış gildən düzəldilir. Silikat kərpic isə qum və sönməmiş əhəngin qatışığından düzəldilir. Kərpic hələ keçmiş zamanlardan - X-XII əsrlərdən etibarən tikinti materialı kimi geniş yayılıb. Hazırda tarixi abidələr kimi qorunan orta əsrlərə aid binaların əksəriyyətinin tikintisində kərpicdən istifadə olunduğu məlum faktdır. Bu tikinti materialının uzunömürlülüyü imkan verir ki, müasir tikintilərdə də ondan geniş istifadə olunsun.
Peruca
Peruca (it. Perugia) — mərkəzi İtaliyada Umbriya regionunun paytaxtı və eyni adı daşıyan Perugia vilayətinin mərkəzidir. Peruca təpədə olan köhnə mərkəz ilə düzlükdə Tiber Çayı sahilində olan yeni şəhərdən ibarətdir. Təxminən 450 m. yüksəkliyində təpədə qurulan köhnə tarixi şəhərin mərkəzinə (it. Centro) təpənin ətəklərində inkişaf edən yeni şəhərdən gedən nərdivanlar vasitəsilə zəhmətsizcə çatmaq mümkündür. Köhnə şəhər mərkəzinə günün müəyyən saatlarıyla avtomobil ilə girmək yasaklanıp köhnə şəhər atmosferi beləcə qorunur. Ayrıca 2006 etibarən 7 stansiyası olan bir "Minimetro" da fəaliyyətə keçirilmişdir. Periğia'da iki məşhur universitet var. 1308-ci ildə qurulan və hal-hazırda təxminən 34.000 şagirdi olan "Üniversità degli Studi di Perugia (Perugia Universiteti)" və 1925 qurulub 1992 muxtar universitet olan "(Üniversità per Stranieri di Perugia Perugia Xaricilər Universiteti)." Üniversità per stranieri "İtaliyada xaricilərə İtalyan öyrətmək üçün qurulmuş iki universitet təşkilatından biridir (digəri isə Siena'da olur.
Peryui
Perüi (fr. Peyruis, oks. Peirueis) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Perüi kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04149. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 2542 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 1521 nəfər əmək qabiliyyətli insan (15-64 yaş arasında) arasında 1080 nəfər iqtisadi fəal, 441 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 71.0%, 1999-cu ildə 67.0%). Aktiv fəaliyyət göstərən 938 nəfərdən (546 kişi və 392 qadın), 142 nəfər işsiz (50 kişi və 92 qadın) idi.
Yergüc
Yergüclülər — Azərbaycanın milli etnik nümayəndələri. Yergüc dili — Yergüclülərin danışdığı dil. Yergüc (Quba) — Azərbaycanın Quba rayonuda kənd. Yergüc (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonuda kənd.
Peruj
Sen-Jan-de-Qonvil (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqritisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Perul
Perul (fr. Peyroules, oks. Peirolas) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Kastellan kantonuna daxildir. Kommunanın dairəsi — Kastelan. INSEE kodu — 04148. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 2875 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 136 nəfər arasında (15-64 yaş) 95 nəfər iqtisadi cəhətdən fəal, 41 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 69.9%, 1999-cu ildə 72.1%). Fəal olan 95 nəfərdən 76 nəfər (46 kişi və 30 qadın), 19 nəfər işsiz (9 kişi və 10 qadın) idi.
Perun
Perun — Slavyanların Tanrılar Panteonu. Şimşək və müharibə tanrısıdır. Hindlilərin İndrasını xatırladır. Mifik təsəvvürə görə, şimşəyin çaxması ilə göydə şərlə xeyir arasında müharibə başlayır, belə zənn edirlər ki, bu zaman yerin hansı hissəsindəsə iki xalq bir-biri ilə vuruşur. Perun (İndra) davaları idarə edir, bəzən sərkərdə kimi təsvir edilir. == Slavyan bütpərəst tanrıları == Başqa xalqlarda olduğu kimi slavyanlar öz tanrıları Perun haqqında olan mifləri nəsildən-nəsilə şifahi şəkildə ötürmüşlər. Ona görə də slavyan xalqları öz yaddaşına həmin tanrılar haqqında yaranmış mifoloji süjetləri birdəfəlik köçürtmüşdür. Tanrıların adı ilə bir çox mövhumat prinsipləri, mərasimlər, bayramlar və oyunlar əlaqədardır. Lakin tədricən onlardan bəziləri (o cümlədən, Perun, Volos, Svaroq, Mokoş) unudulmuş, digəri yeni adlarla adlanmış, bəzi allahlar haqqında (o cümlədən Kupala, Yarile. Kolyada və s.) xurfat rus kəndlərində XIX əsrə qədər mövcudluğunu qoruyub saxlamışdır.
Perüi
Perüi (fr. Peyruis, oks. Peirueis) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Perüi kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04149. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 2542 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 1521 nəfər əmək qabiliyyətli insan (15-64 yaş arasında) arasında 1080 nəfər iqtisadi fəal, 441 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 71.0%, 1999-cu ildə 67.0%). Aktiv fəaliyyət göstərən 938 nəfərdən (546 kişi və 392 qadın), 142 nəfər işsiz (50 kişi və 92 qadın) idi.
Pərdül (Şəbüstər)
Pərdül (fars. پردول‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 322 nəfər yaşayır (77 ailə).
Romanogobio persus
Kür qumlaqçısı (lat. Romanogobio persus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinin qumlaqçı cinsinə aid heyvan növü. Az saylıdır. == Xarakterik morfoloji əlamətləri == Ağızı aypara şəklindədir. Alt çənəsinin arxasında dəliklər yoxdur. Azərbaycan sularından ovlanmış fərdlərinin uzunluğu 25.0 sm-ə, kütləsi 160.0 q-a qədər olur. Cinsi dimorfizmi zəif inkişaf etmişdir. == Yaşayış yeri və həyat tərzi == Şirin su balığı olub, dibi daşlı olan sularda yaşayır. Dib həyatı keçirir. Əksər fərdləri 4 ilə qədər yaşayır.
Yergüc (Quba)
Yergüc — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Yergüc kəndi,Quba rayonunda, Buduq İnzibatiƏrazi Dairəsinin ərazisində yerləşib. Kənd əhalisi zaman-zaman buradan köçüb başqa kənd və şəhərlərdə məskunlaşdiğı üçün hazırda bu məkanda heç kim yaşamır. Digər şahdağ etnoslu kəndlər kimi Yergüc kəndi də xüsusi dilə malikdir. Yergüc dili Xınalıq dilindən başqa bütün digər Şahdağ dil ailəsinə məxsus dillərə bənzəyir, lakin əksər sözlərdə ən azından bir və ya bir neçə hərf fərqi var. Bəzən isə söz tamamilə digər xalqların istifadə etdiyi sözlərdən fərqli olur, onların istifadə etdiyi sözlərə qətiyyən bənzəmir. Bundan başqa, Yergüc dilində Xınalıq dilindəki sözlərə bənzər bir sıra söz var və bu cəhət Yergüc dilini Buduq, Qrız, Əlik, Haput və Cek dillərindən bir az fərqləndirir. Yergüc, Qrız, Haput, Əlik, Cek və Buduqlular öz ana dillərində bir-birləri çox rahat ünsiyyət saxlaya bilirlər… Təəssüf ki, hazırda bu dil məhv olmaq təhlükəsi ilə üz-üzə qalıb. Belə ki, hazırda Yergüc dilini yalnız yaşlı yergüclülər bilir. Gənclərin əksəriyyətinin isə bu dil haqqında heç təsəvvürləri belə yoxdur.
Yergüc (Xaçmaz)
Yergüc — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Yergüc kəndi, Quba rayonunda, Buduq İnzibati Ərazi Dairəsinin ərazisində yerləşib. Kənd əhalisi zaman-zaman buradan köçüb başqa kənd və şəhərlərdə məskunlaşdiğı üçün hazırda bu məkanda heç kim yaşamır. Digər şahdağ etnoslu kəndlər kimi Yergüc kəndi də xüsusi dilə malikdir. Bu dillə ilkin tanışlıq zamanı belə qənaətə gəlmək olar ki, Yergüc dili Xınalıq dilindən başqa bütün digər Şahdağ dil ailəsinə məxsus dillərə bənzəyir. Lakin əksər sözlərdə ən azından bir və ya bir neçə hərf fərqi var. Bəzən isə söz tamamilə digər xalqların istifadə etdiyi sözlərdən fərqli olur, onların istifadə etdiyi sözlərə qətiyyən bənzəmir. Bundan başqa, Yergüc dilində Xınalıq dilindəki sözlərə bənzər çox söz var və bu cəhət Yergüc dilini Buduq, Qrız, Əlik, Haput və Cek dillərindən bir az fərqləndirir. Yergüc, Qrız, Haput, Əlik, Cek və Buduqlular öz ana dillərində bir-birləri çox rahat ünsiyyət saxlaya bilirlər. Təəssüf ki, hazırda bu dil məhv olmaq təhlükəsi ilə üz-üzə qalıb.
Yergüc bələdiyyəsi
Xaçmaz bələdiyyələri — Xaçmaz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Peru
Peru (İspanca: Perú, Quechua dili: Piruw, Aymara dili: Piruw) və ya rəsmi adı Peru Respublikası (İspanca: República del Perú, Quechua: Piruw Republika, Aymara: Piruw Suyu) — Cənubi Amerikanın qərbində bir ölkədir. Şimalda Ekvador və Kolumbiya, şərqdə Braziliya, cənub-şərqdə Boliviya, cənubda Çili və qərbdə Sakit okeanla məhduddur. == Təbii bölgələr == Peru dəyişik iqlim bölgələrinə malikdir. Sahil bölgələr– Ölkənin təxminən % 11i Dağlıq bölgələr – təxminən %15 Meşəlik və meşə ilə örtülü dağlıq ərazilər – təxminən % 64 == Sahil bölgələr == Costa Humboldt Axıntısının təsiri altında olub, əkinçiliyin yalnız Andlardan gələn çaylar boyunca və çay vahələrində mümkün olduğu, geniş ölçüdə bir sahil çölüdür. Perunun cənubunda, Çili sərhədində dünyanın ən quraq səhrası olan Atakama səhrası başlayır. Limanın şimalında yağıntının miqdarı bir az artar ki beləliklə əkinçilik imkanı çay vahələrinin xaricində də mümkün olar. İstilik qışda 12 °C və yazda 35 °C olar. Limanın yanında sahildəki böyük şəhərlər (şimaldan cənuba) Tumbes, Sullana, Piura, Chiclayo, Trujillo, Chimbote, Huaral, Pisco, Ica, Naz tərəfindəndir. == Dağlıq ərazilər == Ensiz sahil bölgəsinin ardında Sierra başlayır. Bura, uzun vadilərlə kəsilməyə uğrayan (isp.
Təzəkənd-i Poruç (Miyanə)
Təzəkənd-i Poruç ({{lang-fa|}تازه كندپروچ}) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 88 nəfər yaşayır (18 ailə).
Piruc (Ərdəbil)
Piruc (fars. پروج‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 285 nəfər yaşayır (74 ailə).