Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Akvamen
Akvamen (ing. Aquaman) — DC Comics tərəfindən nəşr edilən ABŞ komikslərində görünən uydurma superqəhrəman. Pol Norris və Mort Veyzinger tərəfindən yaradılmış personaj More Fun Comics #73 (noyabr 1941) nəşrində debüt etmişdir. Əvvəl DC antologiyalarının ikinci adı kimi istifadə olunana Akvamen haqqında sonradan bir neçə cildlik solo komiks kitabları çıxarılmışdır. Superqəhrəmanların intibah dövrünü yaşadığı və Gümüş dövrü adlandırılan 1950-1960-cı illərdə Akvamen Ədalət Liqasının təməl üzvlərindən biri olmuşdur. 1990-cı illərdən etibarən müasir yazıçılar Akvamenin xarakterini daha sərt təsvir etmiş, onun hekayə xəttlərində isə Atlantida kralı roluna xüsusi diqqət yetirilmişdir.Personaj 1960-cı illərdə animasiya seriyasında görünməsindən sonra, böyük təsir buraxaraq popular mədəniyyətin geniş qəbul edilmiş simvollarından birinə çevrilmişdir. Onun sağlamlığı haqqında zarafatlar, “Super dostlar” teleserialında zəif təsvir edilməsi, güc və bacarıqlarının zəif olmasının uzun illər komediya verilişləri və stend-ap çıxışları zamanı istifadə edilməsi DC-ni personajı komikslərdə təkmilləşdirməyə və daha güclü təsvir etməyə məcbur etmişdir. Müasir komiks kitablarında personajın ictimayət tərəfindən qəbul edilməsinin bu müxtəlif aspektləri nəzərə alınaraq, o, ciddi, düşüncəli, pis şöhrətlə üz-üzə qalmış, hakimiyyəti əlindən alınmış kral və qovulmuş qəhrəman kimi öz cəmiyyətindən kənarda yerini tapmağa çalışan biri kimi təsvir edilir.Müxtəlif media uyğunlaşdırmalarında görünən Akvamen ilk dəfə 1967-ci ildə çıxarılmış “Supermen/Akvamen: Macəra zamanı” adlı animasiya serialında, daha sonra isə “Super dostlar” animasiya serialında televiziya ekranlarına gətirilmişdir. Bundan sonra personaj müxtəlif animasiya məhsullarında görünmüş, o cümlədən 2000-ci illərdə çıxarılmış “Limitsiz Ədalət Liqası”, “Betmen: Cəur və sərt” və “DC Kainatı Orijinal Animasiya Filmləri”ndə mühüm rol oynamışdır. “Smollvill” serialında Akvamen rolu aktyor Alan Riçson, DC Genişləndirilmiş Kainatına daxilolan “Betmen Supermenə qarşı: Ədalətin şəfəqi” və “Ədalət Liqası” filmlərində isə aktyor Ceyson Mamoa tərəfindən canlandırılmışdır.
Akvamen (film)
Akvamen 2018-ci il istehsalı superqəhrəman filmi. Ceyson Momoa'da bu filmin Baş roludu.
Akvamen (film, 2018)
Akvamen 2018-ci il istehsalı superqəhrəman filmi. Ceyson Momoa'da bu filmin Baş roludu.