Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Palıdlı
Palıdlı (Xaçmaz)
Palıdlı (Kəleybər)
Palıdlı (fars. پالتلو‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 82 nəfər yaşayır (17 ailə).
Palıdlı (Xaçmaz)
Palıdlı (əvvəlki adı: Xaraxoba) — Azərbaycan Respublikasının Xaçmaz rayonunu Dədəli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 22 noyabr 2013-cü il tarixli, 830-IVQ saylı Qərarı ilə kənd Palıdlı adlandırılmışdır. Palıdlı kəndinin əsası SSRİ dövründə, Rusiya SFSR-in Dağıstan MSSR-dəki Axtı rayonunun Xrax kəndindən (SSRİ-nin Dağıstanın dağlıq və ucqar ərazidə yerləşən kəndlərində yaşayan əhalinin digər yerlərdəki düzənlik bölgələrə köçürülməsi siyasətinə görə) Azərbaycan SSR-in Xaçmaz rayonundakı boş əraziyə köçürülmüş ailələr üçün qoyulmuşdur. Hazırkı dövrdə Dağıstandakı keçmiş Xrax kəndi, həmin vaxtdan bəri tərk edilmiş və rəsmi olaraq ləğv olunmuşdur. Xaçmazın Xaraxoba və Uryanoba kəndlərinin əraziləri 1954-cü ildə SSRİ Nazirlər Kabinetinin qərarıyla müvəqqəti olaraq Dağıstanın nəzarətinə, Axtı rayonunun kolxozuna icarəyə veriliblər. 1984-cü ildə isə Azərbaycan SSR Nazirlər Kabineti icarə müddətini 2004-cü ilə qədər uzadıb. Müstəqillik dövründə, 2004-cü il keçəndən sonra 6 il ərzində həllini tapmayan bu məsələ, 2010-cu ilin sentyabrında Azərbaycan prezidenti İlham Əliyevlə Rusiyanın keçmiş prezidenti Dmitri Medvedyev arasında keçirilən görüşdə çözülüb, və Xraxoba və Uryanoba kəndləri tam olaraq Azərbaycanın ərazisi kimi qəbul ediliblər. 2012-ci ilin aprel ayında Xraxoba kəndinin bütün sakinləri Rusiya dövlətinin yardımı ilə Dağıstana köçüblər. Köçürülmə Azərbaycan hökuməti, Rusiya səfirliyi və Dağıstan hakimiyyət orqanlarının əməkdaşlığı şəraitində həyata keçirilib.
Araz palıdı
== Ümumi yayılması: == İran, Kiçik Asiya, İraq, Əfqanıstan və Ermənistanda təbii arealları vardır. == Azərbaycanda yayılması: == Zəngilan rayonu (Bərgüşadçay) və Naxçıvan MR-də Babək, Ordubad rayonu ərazilərində yayılmışdır. == Statusu: == Azərbaycanın nadir bitki növüdür. CR A1ab;B1bc(iii,iv). == Bitdiyi yer: == Orta dağ qurşağının qarışıq meşələrində daha çox rast gəlinir. == Təbii ehtiyatı: == Arealı çox da geniş deyildir. == Bioloji xüsusiyyətləri: == Təbiətdə 10-15 metr hündürlükdə olan ağacdır. Cavan yaşlarında zoğları yaşlımtıl rəngdə, tüklü olur, sonradan qırmızımtıl rəng alır. Yarpaqları böyük, uzunsov, tərsinə yumurtaşəkilli olub, üst tə-rəfdən açıq-yaşıl, tüksüz, bəzən sonradan tökülən məxməri tükləri vardır. Yarpağın kənarları tam və ya küt dişli, kiçik və qısa dilimli ola bilir.
Avstriya palıdı
Avstriya palıdı (lat. Quercus cerris) — fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü. == Təbii yayılması: == Vətəni Qafqaz və Ukraynadır. Cənub-Şərqi Avropada təbii halda bitir. == Botaniki təsviri: == Hündürlüyü 25–40 m, gövdəsinin diametri 2 m, olan yarpağını tökən böyük ağacdır. Qabığı tünd-boz və dərin şırımlıdır. Qoca ağaclarda qabığı yarıqlı, gövdə daxilində borular narıncıdır. Yarpaqları yaşılımtıl-boz, növbəli, dərili, uzunsov, uzunluğu 7-14 sm, eni 3-5 sm, hər tərəfdən 6-12 üçkünc hissəlidir. Çiçəkləri küləklə tozlanan sırğalardır. Meyvəsi-uzunluğu 2,5-4 sm, eni 2 sm, kasacığın dərinliyi 2 sm, yumşaq, üzəri 4–8 mm tükcüklərlə örtülmüş böyük qozadır.
Fars palıdı
== Təbii yayılması: == Kiçik Asiyada (Şərqi Türkiyə) 300–1700 m-dək hündürlükdə yayılmışdır. == Botaniki təsviri: == Hündürlüyü 10 m, gövdəsinin diametri 0,8 m olub, yumru çətirlidir. Yarpaqların uzunluğu 6-12 sm, eni 4-8 sm, dərili, oval və ya uzunsov-oval, ucu biz, yumru və ya ürəkşəkilli, bozumtul-yaşıldır. Tumurcuqların uzunluğu 2-5 sm, konusvari, tükcüklüdür. Saplağın uzunluğu 1-2 sm, ulduzvari tükcüklü, sarımtıl, alt tərəfdən vəzicikli, 8-14 cüt dişli, ucu bizdir. Erkək çiçək qruplarının uzunluğu 4-5 sm, dişi çiçək qruplarının uzunluğu 15 sm-dir. Qozanın uzunluğu 5 sm, qabarıq, təxminən oturaq, yarımyumru və ya konusvari, diametri 4 sm, hündürlüyü 2-3 sm olub, tükcüklüdür. Qabığı yarıqlı, boz, qalın, şaxələnmiş budaqlıdır. == Ekologiyası: == Bütün torpaq tiplərində bitir, ancaq əhəngli torpaqlara daha çöx tələbkardır. Quraqlığa çox davamlıdır, mədəni şəraitdə yavaş böyüyür.
Gürcü palıdı
Quercus iberica (lat. Quercus iberica) — fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü. == Təbii yayılması: == Аvrоpаdа və Qаfqаzdа yаyılmışdır. == Botaniki təsviri: == Hündürlüyü 32 m оlаn аğаcdır. Zоğlаrı qırmızımtıl-qəhvəyi rəngdə, çılpаqdır. Yаrpаqlаrının uzunluğu 5-18 sm, еni 3-7 sm, tərs və yа uzunsоv, оvаl fоrmаlı, dərivаri, üst tərəfdən yаşıl, pаrıldаyаn, аlt tərəfdən аçıq yаşıl tüklərlə örtülüdür. Оturаcаqdаn аzcа pаzvаri, nаdir hаllаrdа uc tərəfdən sıxılmış dilimlərə mаlikdir. Yаrıqlаrı kiçik оlduqdа, yаrpаq аyаsının yuxаrı və аşаğı hissələrinə dаhа yаxın оlur. Yаrpаqlаrın sаplаqlаrı 1-3 sm uzunluqdаdır. Mеyvələri оturаq və qısа sаplаqlıdır.
Livan palıdı
Livan palıdı (lat. Quercus libani) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü.
Luzitan palıdı
Luzitan palıdı (lat. Quercus lusitanica) — fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü.
Mantar palıdı
Quercus suber (lat. Quercus suber) — fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü. == Təbii yayılması == Yabanı halda Aralıq dənizi sahillərinin ətrafında geniş yayılmışdır, ilk dəfə Cənubi Avropada təsvir edilmişdir. == Botaniki təsviri == Yavaş böyüyən, hündürlüyü 15–20 m, gövdəsinin diametri 30 sm olan, şaxələnmiş çətirli, həmişəyaşıl ağacdır. Gövdə və budaqlarının qabığı mantar qatına malikdir. Birillik zoğları və tumurcuqları sıx, keçəvari, sarımtıl-boz tükcüklərlə örtülmüşdür. Yarpaqları dərili, qalın, oval, yumurtavari-uzunsov, kiçik, biz dişli və ya kənarları bütöv formalı olub, uzunluğu 3–7 sm, eni 1,5–3,5 sm, kənarları çıxıntılıdır. Yarpaq saplağı 1–1,5 sm uzunluqdadır. Üstdən parlaq, tünd yaşıl, altdan sıx, xırda, boz tükcüklüdür. May-iyun aylarında çiçəkləyir.
Monqol palıdı
Quercus mongolica (lat. Quercus mongolica) — fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü.
Palıdı dişəvər
Meşə dişəvəri (lat. Anthriscus sylvestris) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin dişəvər cinsinə aid bitki növü. Anthriscus alpina (Vill.) Jord. Anthriscus candollei Rouy & E.G.Camus Anthriscus chaerophyllea (Lam.) Druce Anthriscus dissectus C.H.Wright Anthriscus elatior Besser Anthriscus intermedia Schur Anthriscus keniensis H.Wolff Anthriscus keniensis f. gracilis H.Wolff Anthriscus laevigata Griseb. Anthriscus nemorosa Baker & S.Moore [Illegitimate] Anthriscus pilosa Schur Anthriscus procera Besser Anthriscus sylvestris var. abyssinica A.Rich. Anthriscus sylvestris subsp. aemula Kitag. Anthriscus sylvestris subsp.
Pontik palıdı
Quercus pontica (lat. Quercus pontica) — fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü. Cənubi Аvrоpаdа yаyılmışdır. 10 m hündürlüyündə yаrpаğını tökən аğаcdır. Gövdəsi düz qаlxаn, diаmеtri 40 sm, qаbığı bоz və yа tünd qəhvəyi, hаmаrdır. Budаqlаnmаsı sеyrək, lаkin çоx möhkəmdir. Yаrpаqlаrı müxtəlif fоrmаlı оlub, sаrımtıl-yаşıl rəngdə, dаirəvi fоrmаdа, uzunluğu 10-20 sm, еni 4-15 sm, kənаrı xırdа dişlidir. Çiçəkləri 5-20 sm uzunluğundа sırğаlаrа tоplаnmışdır. Mеyvəsi kоnusvаri qоzаdır, 2-5 ədədi bir yеrdə yеrləşir. Аbşеrоndа çоx аz hаldа mеyvə vеrir, tоxumlа, pöhrələrlə аsаnlıqlа çоxаlır.
Portuqaliya palıdı
Portuqaliya palıdı (lat. Quercus faginea) — fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü. Aralıq dənizinin qərb sahil ərazilərində, Piriney yarımadasında və Balear adasında yayılmışdır. Flora Europaea: Quercus faginea Chênes: Quercus faginea Bean, W. J. (1976). Trees and shrubs hardy in the British Isles 8th ed., revised. John Murray.
Qayalıq palıdı
Qayalıq palıdı (lat. Quercus petraea) — fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü. Hündürlüyü 40 metrə (130 fut) çata bilən iri yarpaqlı ağacdır.
Qranit palıdı
Qranit palıdı (bolq. Гранитски дъб) — Bolqarıstanın Qranit kəndində bitən yay palıdı. Güman olunur ki, hazırda yaşayan ən qoca palıd ağacıdır. Ağacın gövdəsinin diametri 2,38 metr, gövdəsinin genişliyi 7,46 metr, hündürlüyü 23,4 metr təşkil edir. Lakin ağacın ancaq şərq budaqları sağdır. 1982-ci ilin martında ağacdan götürülmüş nümunələrə əsasən ağacın yaşı 1637-dir. 345-ci ildə cücərdiyi güman olunan Qranit palıdı Bolqarıstanın ən qədim, Avropanın isə ən qədim ağaclarından biridir. 1967-ci ildə Qranit palıdı qorunan ağac elan edilmiş və Bolqarıstanın təbii abidələri siyahısında daxil edilmişdir. 2010-cu ildə çəkilmiş "Sonsuza qədər yaşamaq" (bolq. Жива Вечност) adlı sənədli filmdə Qranit palıdı da göstərilmişdir.
Qış palıdı
Qış palıdı (lat. Quercus dalechampii) — fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü.
Qərb palıdı
İlk dəfə Portuqaliyada təsvir edilmişdir.Yabanı halda Aralıq dənizinin qərbində bitir. Bu növ mantar palıdına çox oxşardır. Hündürlüyü 7–8 m, gövdəsinin diametri 17–20 sm-ə çatan ağac bitkisidir. Gövdə və köhnə yarpaqların üzəri 3–5 mm qalınlıqda mantar qatı ilə örtülmüşdür. Yarpaqları nazik, ayanın alt səthi tüklü, növbəti ilin yazında yarpaqları tökülür. Mantar təbii polimer olub, xırda hüceyrələrdən ibarət, bərk məsaməli quruluşa malikdir. Bu hüceyrələr arı şanına bənzəyir. Hər hüceyrə maksimum miqdarda bərk birləşdirici və minumum miqdarda qaz halında olan maddədən ibarətdir. Beləliklə mantar sukeçirməyən, içi hava ilə dolu şam kapsulasından ibarətdir. Bu da mantar qatına ona qarşı edilən təsirdən sonra özünün ilkin formasını bərpa etməyə imkan verir.
Stelmuj palıdı
Stelmuj palıdı (lit. Stelmužės ąžuolas) —Avropanın ən yaşlı palıd ağaclarından biri. Baltika dahillərində ən yaşlısı. Ensiklopedik mənbələrdə onun yaşının 2000, 1000 və ya 1500 olması yazılır. Palıd Latviya ilə sərhədə yaxın ərazidə yerləşir. İnzibati baxımdan Litvanın Zarasay rayonu, Stelmuja kəndi ərazisində qərarlaşır. Belarus sərhədi arasında məsafə 30 km-dir. Ağac ehtimal ki, xaçlı silahlıları və Qılıncınlılar ordeninin yürüşlərinə şahidlik etmiş, tarixin bir necə dövründən xilas olub günümüzə gəlib çatmışdır. İlk dəfə olaraq 1916-cı ildə onun ətrafı abadlaşdırılmışıdr: ağac budanmış, daxili hissəsi çürüklərdən təmizlənmiş, ətrafındaçəpər quraşdırılmışdır. 1960-cı ildə Stelmuj palıdı təbiət abidəsi elan edlmiş və Litvanın qorunan obyekkləri siyahısına daxil edilmişdir.
Yay palıdı
Yay palıdı (lat. Quercus robur) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü. Quercus longaeva Salisb. Quercus robur subsp. eurobur A.Camus Quercus robur subsp. longipeduncula Ehrh. Quercus robur var. typica Beck Quercus robur var. vulgaris A.DC. Quercus robur subsp. brutia (Ten.) O.Schwarz Quercus robur subsp.
Şərq palıdı
Quercus macranthera (lat. Quercus macranthera) — fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü. Yаbаnı hаldа Qаfqаzdа və Yаxın Şərqdə bitir. Аzərbаycаnın еndеm bitkisi оlub, ilk dəfə Tаlış zonasındа təsvir еdilmişdir. Hündürlüyü 30 m-ə, gövdəsinin diаmеtri 60 sm-ə çаtаn аğаcdır. Gövdəsinin qаbığı qаlın, bоzumtul-qəhvəyi rəngdədir, yuxаrıyа dоğru nаzikləşir. Budаqlаrı sıx, sаrımtıl-bоz tüklüdür. Zоğlаrı və tumurcuğu sıx tükcüklüdür. Yаrpаğı 8-12sm uzunluqdа, 3-12 sm еnində, dərivаri, tərs-yumurtаvаri və yа uzunsоvdur. Qаidəsi pаzvаri və yа ürəkşəkillidir.
Araz palıdı (bitki)
== Ümumi yayılması: == İran, Kiçik Asiya, İraq, Əfqanıstan və Ermənistanda təbii arealları vardır. == Azərbaycanda yayılması: == Zəngilan rayonu (Bərgüşadçay) və Naxçıvan MR-də Babək, Ordubad rayonu ərazilərində yayılmışdır. == Statusu: == Azərbaycanın nadir bitki növüdür. CR A1ab;B1bc(iii,iv). == Bitdiyi yer: == Orta dağ qurşağının qarışıq meşələrində daha çox rast gəlinir. == Təbii ehtiyatı: == Arealı çox da geniş deyildir. == Bioloji xüsusiyyətləri: == Təbiətdə 10-15 metr hündürlükdə olan ağacdır. Cavan yaşlarında zoğları yaşlımtıl rəngdə, tüklü olur, sonradan qırmızımtıl rəng alır. Yarpaqları böyük, uzunsov, tərsinə yumurtaşəkilli olub, üst tə-rəfdən açıq-yaşıl, tüksüz, bəzən sonradan tökülən məxməri tükləri vardır. Yarpağın kənarları tam və ya küt dişli, kiçik və qısa dilimli ola bilir.
Sedros adası palıdı
Sedros adası palıdı (lat. Quercus cedrosensis) – fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü.
Tamme-Lauri palıdı
Tamme-Lauri palıdı (est. Tamme-Lauri tamm) ― Estoniyanın ən qalın və ən yaşlı ağacı. Ağac Vırumaa vilayətinin Antsla bələdiyyəsində, Tamme-Lauri fermasının ərazisindəki kilsə torpaqlarında yerləşir. Ağacın hündürlüyü 17 metr (56 ft), çevrəsinin uzunluğu isə 831 santimetrdir. Tədqiqatçıların fikrincə ağac 1326-cı ildə əkilmişdir. Palıdı dəfələrlə ildırım vuraraq budaqlara ziyan vurmuş və gövdəsində böşluq yaratmışdır. 1970-ci illərdə aparılan bərpa zamanı boşluğun içərisində II Dünya müharibəsi dövründə və sonrasında Sovyet rejiminə karşı Sovet işğalı altındaki Estoniya, Latviya və Litva partizanlarından təşkil olunmuş "Meşə Qardaşları" ordeninin köhnə sığınacağı tapılmışdır. Boşluq 8 tonluq dəmir-betonla doldurulana qədər burada yeddi nəfər dura bilərdi. Ağac ildırım vurması nəticəsində zərər görsə də, hələ də canlıdır. Tamme-Lauri palıdının adı, adını pis və bəzən də yaxşı uğurlar gətirən, palıdda yaşadığı düşünülən ruhdan almış eyniadlı fermanın adından gəlir.
Qoca palıdın nağılı (film, 1984)
Film meşəbəyinin (Həsən Məmmədov) başına gələn, qoca palıdın şahidi olduğu hadisələrdən bəhs edir. Burada göstərilir ki, xeyirxah işlər və əməllər fəal həyat mövqeyi olmadan görülə bilməz. Təbiətin vurğunu olan meşəbəyi qoca palıdın məhv edilməsinə qarşı çıxır. Nəticədə ədalət qalib gəlir. Film Mərkəzi Televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir. Film 2-ci kateqoriyaya aid edilmişdir. Film İsi Məlikzadənin "Dədə palıd" povesti əsasında çəkilmişdir. Film rus dilində lentə alındığına görə, Azərbaycan Televiziyası tərəfindən dublyaj olunmuşdur. Dublyaj zamanı aktyor Həsən Turabovun ifa etdiyi Nurcabbar obrazı səhvən Nurcəfər kimi səsləndirilmişdir.