Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Paleontoloq
Paleontologiya (rus. палеонтология, ing. palaeontology) — yerin tarixinin tədqiqi ilə əlaqədar, orqanizm qalıqları və onların fəaliyyətinin izləri əsasında geoloji keçmişin canlı aləmini və onun inkişaf qanunauyğunluqlarını öyrənən elm. P. bioloji elmlər sırasına aiddir və iki hissəyə bölünür: paleozoologiya və paleobotanika. P. Geoxronologiyanın və stratiqrafik tədqiqatların əsasını təşkil edir. (q.yun. παλαιοντολογία) — tapılmış bitki və heyvan qalıqları əsasında onların xarici görünüşünün bərpa olunması, bioloji xüsusiyyətlərini, qidalanma tərzini, çoxalmasını, bu məlumatlar əsasında bioloji təkamülün gedişatını və s. öyrənən elm sahəsidir. Yunan dilində palaios (qədim), onto (varlıq) və logos (elm) sözlərindən meydana gəlmişdir. Qədim canlıları araşdıran bir elm sahəsi olan paleontologiya və ya "fosil" stratiqrafiya, sedimentologiya, tarixi geologiya, biologiya, ekologiya, coğrafiya, klimatologiya ilə əlaqəlidir.
Aydın Məmmədov (paleontoloq)
Aydın Balaca oğlu Məmmədov (1934, Sərdarlı, Qaryagin rayonu – 2020, Bakı) — Azərbaycan alimi, geologiya-mineralogiya üzrə elmlər doktoru, Azərbaycan Paleontologiya Cəmiyyətinin prezidenti, paleontoloq. == Həyatı == 1934-cü ildə Füzuli rayonunun Sərdarlı kəndində anadan olmuşdur. Azərbaycan Sənaye İnstitutunu bitirmişdir. 1958–1961-ci illərdə Azərbaycan Sənayə İnstitutunda aspirantura təhsili almışdır. 1962-ci ildə namizədlik dissertasiyasıçı müdafiə etmişdir. 1968-ci ildən Azərbaycan Geologiya İnstitutunda işləyirdi. 1992-ci ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. 2004–2010-cu illərdə Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunda baş elmi işçi vəzifəsində işləmişdir. 2020-ci ildə Bakıda həyatını itirmişdir.
Tofiq Həsənov (paleontoloq)
Tofiq Məcnun oğlu Həsənov (1921, Bakı – 2005, Bakı) — paleontoloq-stratiqraf, AMEA-nın müxbir üzvü (2001), geologiya-mineralogiya elmləri doktoru (1967), Azərbaycan Paleontologiya Cəmiyyətinin prezidenti, Rusiya Paleontologiya Cəmiyyətinin fəxri üzvü, Tofiq Həsənov 1921-ci ildə Bakı şəhərində anadan olub. 1938-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Geoloji-kəşfiyyat fakültəsinə qəbul olunub, lakin Böyük Vətən müharibəsi illərində Sovet Ordu sıralarında qulluq etməsi ilə əlaqədar təhsilini yarımçıq qoyub. 1948-ci ildə həmin universiteti Mühəndis-geoloq ixtisası üzrə bitirib. Tofiq Həsənov 1946–1951-ci illərdə Azərbaycan Geologiya İdarəsinin çöl ekspedisiyalarında kollektor, SSRİ Elmlər Akademiyası Neft Ekspedisiyasında baş geoloq vəzifələrində çalışıb. O, 1999–2005-ci illərdə H. Zərdabi adına Təbiət Tarixi Muzeyinin direktoru vəzifəsini icra edib. Tofiq Həsənov 1951–1954-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunun aspiranturasında təhsil alıb. 1954-cü ildə geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, 1967-ci ildə geologiya-mineralogiya üzrə elmlər doktoru elmi dərəcələrini alıb. 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilib. Tofiq Həsənovun elmi fəaliyyətinin əsas istiqaməti Yura dövrünə aid çöküntülərinin paleontologiya və stratiqrafiyası olmuşdur. Alimin namizədlik dissertasiyasının mövzusu da Kiçik Qafqazda filiz yataqlarının ana süxuru olan və geniş intişar edən Yura dövrü çöküntüləri haqqında olub.