Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Poltava
Poltava — Ukraynada şəhər. Vorskla Poltava futbol klubu bu şəhərin təmsilçisidir.
Poltava döyüşü
Poltava döyüşü, Şimal Müharibəsinin ən böyük döyüşü kimi 27 iyun 1709-ci ildə Poltavanın (Sol taylı Ukrayna) 6 verstliyində baş verib. Rus ordusunun həlledici qələbəsi Şimal müharibəsində dönüş nöqtəsi oldu, və İsveçin Avropada əsas hərbi qüvvə kimi mövqelərini sarsıtdı. == Ümumi məlumat == Narva döyüşündən sonra(1700) XII Karlın ordusu Avropaya soxuldu və bir çox ölkənin yer aldığı müharibə əsnasında Karlın qoşunları cənuba doğru xeyli irəlilədilər. I Pyotr XII Karldan Livoniyanı alandan və burada Sankt Peterburqun əsasını qoyandan sonra, Karl Moskvanı tutmaq məqsədi ilə Rusiyanın mərkəzinə yürüşə hazırlaşmağa başladı. Lakin əlverişsiz iqlim şəraiti Karlın bu planına əngəl oldu, və o ordusunu Moskvaya cənubdab Ukrayna vasitəsilə aparmalı oldu. Poltavaya yaxınlaşanda Karl ordusunun üçdən birini itirmişdi, onun arxalarına döyüşün lap ərəfəsində kazak və kalmıklar tərəfindən hücum edilmişdi, Karlın özü də yaralanmışdı. Döyüş gedişində isveçlilər darmadağın edildilər, Karl Osmanlıların yanına qaçdı. == Döyüş ərəfəsindəki vəziyyət == 1707-ci ilin avqustunda İsveç kralı XII Karl Saksoniyadan öz ordusu ilə Rusiyaya qarşı irəliləyərək, Belarus və Smolenskdən keçir. O Moskvanı zəbt etmək, Rusiya taxtına Polşa kralını çıxarmaq, sonra isə Rusiyanı 8 ayrı knyazlığa bölmək istəyirdi. Olduqca mobil isveçli ordusu Avropanın ən yaxşı ordusu sayılırdı.
Poltava vilayəti
Poltava vilayəti (ukr. Полтавська область, Poltavska oblast) — Ukraynada ərazi vahidi. Dnepr çayının orta hissəsinin sol sahili boyunca uzanır. Ərazi vahidinin mərkəzi olan Poltava və Kremençuk şəhərlərindən başqa böyük şəhər yoxdur. Poltavanın bir çox yerində qaz və neft yataqları vardır.
Vorskla Poltava FK
Vorskla Poltava FK — Ukraynada futbol klubu. Ukrayna Premyer Liqasında çıxış edir və Poltava şəhərini təmsil edir. Klubun sponsoru Ferrexpo şirkətidir. Klubun əvvəlki sponsorlarından biri də Naftoqaz olub. == Tarixi == Klubun yaranma tarixi Poltava şəhərində 1955-ci ildə Kolhospnyk adlı futbol klubunun yaranması ilə bağlıdır. 1957-ci ildə bu klub peşəkar futbol klubuna çevrildi və SSRİ çempionatının 3-cü liqasında iştirak etmək hüququ qazandı. Lakin 1982-ci ildə klub iflasa uğradı və fəaliyyətini dayandırdı. 1983-cü ildə bir çox futbolçular Poltavadakı digər futbol klubu Kooperator klubuna keçərək orada oynamağa başladılar. İflasa uğramış klub 1984-cü ildə yenidən fəaliyyətə başladı və adını dəyişərək Poltava şəhərindən axan Vorskla çayının adına adlanmağa başladı. 1986-cı ildə Vorskla iflasa uğrayana qədər çıxış etdiyi Sovet üçüncü liqasına yenidən qayıtdı.
Poltava İncəsənət Muzeyi
Poltava İncəsənət Muzeyi» (ukr. Полтавський художній музей) — Poltava şəhərində yerləşən dövlət muzeyi. Kolleksiyada sənət əsərləri ilə yanaşı, böyük etnoqrafik eksponatlarda var. Ünvan: Poltava, Avropa küçəsi, 5. == Muzeyin tarixi == Muzeyin əsası 1917-ci ildə Poltavaya gələn səyahətçi-rəssam N. A. Yaroşenkonun doğma şəhərinə bağışladığı kolleksiyasına əsaslanır. Buraya rəssamın özünün 100 rəsm əsəri və 23 iş albomu, habelə Səyahət İncəsənət Sərgiləri Assosiasiyasından olan dostları və həmkarlarının, xüsusən İvan Şişkin, Vasili Polenov, Vladimir Makovski, İlya Repin, Vasili Maksimov və başqalarının əsasərləri daxildir. Poltava İncəsənət Muzeyi 27 aprel 1919-cu ildə açılır və əvvəlcə rəsm qalereyası statusuna sahib olur. Onun qurucusu, sonralar məşhur ukraynalı arxeoloq və muzeyoloq olan Mixail Yakovleviç Rudinski onu "İncəsənət Muzeyi" adlandırdı. Muzeyin qurulması haqqında qərar Poltava vilayətində qədim abidələrin və incəsənətin mühafizəsi komitəsinin təşkilindən sonra həyata kreçirilir. Torpaq sahibi Bolyubaşın 1912-ci ildə məşhur memar Pavel Alyoşinin layihəsi ilə tikilmiş və Poltavanın sakit guşəsində, Spaska küçəsi, 11 ünvanında yerləşən keçmiş malikanəsi muzeyin binasına çevrilir.
Palavan
Palavan (taqal Palawan) — Filippin arxipelaqına daxil olan ada. Uzunluğu 425 km, eni 8,5 – 40 km arası dəyişir. Adanın sahəsi — 12 188,6 km². İnzibati mərkəzi və ən iri şəhəri Puerto-Prinsesdir. Palavan Cənubi Çin dənizi (şimal-qərb) ilə Sulu dənizi (cənub-şərq) arasında yerləşir. == Relyef və iqlim == Adanın böyük hissəsini dağlar, cəngərliklər və Manqrov meşələri tutur. Sıra dağlar adanı iki yerə bölür, bu gölgü sayəsində adada iqlim fərqlilikləri yaranır. O cənub-qərb Mussonlarının təsirinə məruz qalır. Yağıntı əsasən may-dekabr ayları düşür. Qalan vaxtlar isə quru, isti hava olur.
Paxlava
Paxlava — Türk, Orta Şərq, Balkan və Cənubi Asiya mətbəxlərində əhəmiyyətli bir şirniyyatdır. Bölgəyə görə nazik qatlar arasında qoz, püstə, badam və ya fındıq qoymaqla edilir. Ayrıca, bal şərbətindən istifadə edilə bilər. Bəzi ticarət şirkətləri öz xüsusi şərbətlərindən istifadə edirlər. == Mənşəyi == Paxlava sözü türk mənşəlidir. Keçmiş Türkcədə "baklağu", "baklağı" kimi adlanır. Paxlava sözünün Türkcə olduğuna dair digər bir sübut xəmirin açılmasında istifadə olunan oxlov, keçmiş dilde "oklava", "oklağu", "oklâ", "oklağı" kimi adları olan, 1500-dən əvvəl yazılmış əsərlərdə istifadə edildiyi üçün qədim dildə sənədləşdirilə bilən bir sözdür. Buell (1999) "paxlava" adının 'balala' sözünün üstünə -v şəkilçisinə Türk şəkilçisi şəkilçisini əlavə etməklə əmələ gələ biləcəyini ifadə etdi, lakin bu, köhnə türk dilindən alınmışdır. == Bakı paxlavası == Əla buğda unu — 240 qram, ərinmiş yağ — 60 qram, üzlü süd — 80 qram, yumurta — 1 ədәt, maya — 8 qram, təmizlənmiş badam və ya qoz ləpəsi — 200 qram, şəkər — 200 qram, zəfəran — 0,4 qram, vanilin — 0,2 qram, bal — 20 qram. Xəmirin yoğrulması və için hazırlanması şəkərburada olduğu kimidir.
Xallava
Xallava, Xəliloba — Azərbaycan Respublikasının Qubadlı rayonunun Aşağı Cibikli kənd inzibati ərazi dairəsində kənd. Kənd 2020-ci ildə işğaldan azad olunub. == Tarixi == 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Bəzi tədqiqatçılara görə xəliloba toponimi təhrifə uğramışdır. Əslində yaşayış məntəqəsinin adı 1979-cu ilədək rəsmi sənədlərdə qeydə alındığı kimi Xallava, ya da Xanlava olmalıdır. Onların fikrincə, Xallava kürd dilindəki xal (yer, torpaq) və lava/lau/ləm (sahil) sözlərinin, xanlava isə xan (ev, məskən) və lava komponentlərinin birləşməsindən ibarət olub, birinci formada "sahil yeri", ikinci formada isə "sahildə ev, məskən" mənasındadır. == Toponimikası == Xallava kəndi dağətəyi ərazidədir. Oykonim "hündür yer" kimi izah olunur. Oğuz r-nunda bu oykonimin Hallavar variantı qeydə alınmışdır. == Əhalisi == "1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, kənddə 14 evdə 63 şiə kürd yaşayırdı.
Alpava
Alpava, Arpavar - İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 9 km şimalda, Gərnibasar çayının sağ sahilində yerləşir. Erməni mənbələrində Arpavar formasında qeyd edilir «İrəvan əyalətinin icmal dəftəri»ndə Alpevi, «Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti»ndə Albava, Alpava, Alpavan formalarında qeyd edilmişdir. Toponim qədim türk dilində «igid, qoçaq, cəsur» mənalarında işlənən alp sözü ilə türk dilində «düzənlik, geniş yer», «dərə, vadi» mənasında işlənən ova sözünün fonetik variantı olan ava sözünün birləşməsindən əmələ gəlib, «igidlərin, qoçaqların məskəni, yurdu, düzənlik, vadi» mənasını ifadə edir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 20.VIII.1945-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Lusakert, 21.X.1967-cı il fərmanı ilə yenidən dəyişdirilib Nşavan qoyulmuşdur. == Əhalisi == Kənddə 1831-ci ildə 35 nəfər, 1873 - cü ildə 97 nəfər, 1886-cı ildə 121 nəfər, 1897-ci ildə 127 nəfər, 1904 - cü ildə 188 nəfər, 1914 - cü ildə 305 nəfər, 1916-cı ildə 161 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya olunmuş və kəndə xaricdən köçürülən ermənilər yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlılar öz kəndlərinə dönə bilmişdir. Burada ermənilərlə yanaşı 1922-ci ildə 31 nəfər, 1926-cı ildə 30 nəfər, 1931-ci ildə 51 nəfər azərbaycanlı yaşamışdır.
Partav
Partav, Firuzabad və ya Qədim Bərdə — Qafqaz Albaniyasının və Ərməniyyənin paytaxtı. Rusların hücumları nəticəsində zəifləyib və monqol işğalı dövründə şəhər dağıdılıb. == Tarixi == 460-cı illərdə Qafqaz Albaniyası hökmdarı II Vaçe tərəfindən əsası qoyulub və Albaniyanın paytaxtı olaraq Kabalakanı əvəz edib. VII əsr atlası Aşxaratsuyts onu Utik vilayətinin tərkibində göstərir. 552-ci ildə Partav Alban Həvari Kilsəsinin mərkəzinə çevrilir. Bərdə X əsrdə Nestorian kilsəsinin Arran yepiskopluğunun mərkəzi olmuşdur. Musa Kalankatlı Cavanşir tərəfindən Bərdə yaxınlığında inşa etdirilmiş monastırlar haqqında da məlumat verir: “Katolikos və bütün əyalətlərin yepiskoplarını yanına alaraq o, Firuzabaddan yola çıxdı, iki əyalət arasında öz rahatlığı üçün inşa etdirdiyi monastırda dua etdi....” Bu məlumatda Cavanşirin Bərdə-Girdman yolunda, paytaxtdan bir günlük məsafədə, qışlaq ərazisində inşa etdirdiyi başqa bir monastır da xatırlanır. === 944-cü il basqını === İlkin salnaməyə görə 944-cü ildə ali liderləri I İqor olan ruslar Salarilər dövlətinin hökmdarı Mərzban ibn Məhəmmədi məğlub etdikdən sonra və Aranın paytaxtı Bərdəni ələ keçirdilər. Ruslar hakimiyyətlərinin tanınması qarşılığında yerli camaata öz dinlərində qalmağa imkan verdilər; mümkündür ki, ruslar burda daimi qalmaq istəyirdilər. İbn Miskəveyhə görə yerli insanlar ruslara daş ataraq və onlarla pis davranaraq sülhü pozdular.
Patavə
Patavə — İranın Kohgiluyə və Boyer-Əhməd ostanının Dena şəhristanının Patavə bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,925 nəfər və 377 ailədən ibarət idi.
Alt paltarı
Alt paltarı (fr. culotte troussée — sarınmış, bükülmüş və ümumiyyətlə «qısa şalvarlar») — bilavasitə çılpaq bədənə geyilən geyim. Ənənəvi olaraq alt paltarlar sağrı və cinsiyyət orqanlarını bağlayır. Qadınlar və kişilər üçün alt paltarları mövcuddur. Bir qayda olaraq, əsl alt paltarlarını pambıq və ipək materiallardan hazırlayırlar, ancaq sintetik və kətan materiallardan da istifadə olunur. Müasir dövrdə kişilər və qadınlar üçün alt paltarlarının çox sayda biçim və növləri mövcuddur: Qadın alt paltarı - Strinqlər, tanqa, tonq, Slip, Bikini, şort-strinqlər, braziliyana Kişi alt paltarı - bokser, Brif, Bokser-briflər, cok və sliplər Üzgücü alt paltarı - əsasən tez quruyan sintetik materiallardan hazırlanır. == Kişi və qadın alt paltarı növləri == Alt paltarların bir çox modelləri (bokserləri çıxmaqla) bədənə sıx yapışır. Alt paltarlar üst geyimləri bir sıra ifrazatlarla (tər və sidik) çirklənmədən, həmçinin intim bölgələri üst paltarların çirklərinin daxil olunmasından qoruyur. Soyuq aylarda alt paltarı əlavə istilik sağlayaraq soyuqlamadan qoruyur. == İstinadlar == == Web links == „Beinkleider sind rathsam“.
Batlava gölü
Batlava Gölü (alb. Liqeni i Batllavës; serb. Батлавско језеро) — Kosovonun şimal-qərbində yerləşən anbar gölü. == Göl == Priştinanın şimal-qərbində yerləşir. Gölə ən yaxın bələdiyyə mərkəzi Poduyevadır. Gölə ən yaxın kənd Koliç kəndidir. Batlava Gölü bu gün Priştina və Poduyeva şəhərləri üçün əsas içməli su qaynağıdır. Əlaqədar şəhərlərin, xüsusilə də Priştinanın əhalisinin çox olması səbəbiylə gölün su nisbəti azalmağa doğru meyl edir. Bu vəziyyət xüsusilə yaz mövsümündə əsas söz mövzusudur. == Turizm == Kosovonun dənizə çıxışının olmaması Batlava gölünü kosovolular üçün turistik bir tətil mərkəz etmişdir.
Berkheya palmata
Heterorhachis (lat. Heterorhachis) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Heterorhachis aculeata (Burm.f.) RoesslerSinonimBerkheya eryngiifolia Less. Berkheya palmata (Thunb.) Willd. Berkheya pinnata (Thunb.) Less. Carlina aculeata Burm.f. Crocodilodes eryngiifolium (Less.) Kuntze Crocodilodes palmatum (Thunb.) Kuntze Crocodilodes pinnatum (Thunb.) Kuntze Heterorhachis spinosissima Sch.Bip. ex Walp. Rohria palmata Thunb. Stobaea pinnata Thunb.
Breonia palmata
Delairea (lat. Delairea) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Delairea odorata Lem. Delairea aparadensis Funez & Hassemer, 2021SinonimSenecio mikanioides Otto ex Walp., 1848 Delairea scandens Auct. Mikania senecioides hort. Breonia palmata hort. Ipomoea hederacea hort.
Cieca peltata
Passiflora suberosa (lat. Passiflora suberosa) — qonaqotukimilər fəsiləsinin qonaqotu cinsinə aid bitki növü. == Sinonim == Anthactinia walkeri M.Roem. Cieca angustifolia M.Roem. Cieca flexuosa M.Roem. Cieca globosa M.Roem. Cieca hederacea M.Roem. Cieca littoralis M.Roem. Cieca nigra Medik. Cieca oliviformis M.Roem.
Coreopsis palmata
Coreopsis palmata (lat. Coreopsis palmata) — mürəkkəbçiçəklilər fəsiləsinin koreopsis cinsinə aid biki növü.
Dorstenia peltata
Dorstenia peltata (lat. Dorstenia peltata) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin dorsteniya cinsinə aid bitki növü.
Drosera peltata
Drosera peltata (lat. Drosera peltata) — şehçiçəyikimilər fəsiləsinin şehçiçəyi cinsinə aid bitki növü.
Hedera palmata
Adi daşsarmaşığı (lat. Hedera helix) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin araliyakimilər fəsiləsinin daşsarmaşığı cinsinə aid bitki növü. == Təbii yayılması == Təbii halda Qərbi Avropada meşələrdə bitir. == Botaniki təsviri == Hündürlüyü 25 m-ə çatır. Həmişəyaşıl sarmaşan bitkidir. Yarpaqları növbəli düzülüşlü, sadə və ya mürəkkəb olub, qalın dərivaridir, tünd-yaşıl və parlaqdır. Birillik zoğlarda olan yarpaqlar beşdilimlidir, yaşlı yarpaqları isə bütövdür. Çiçəkləri qalxanvari çətirdə, başlıqda və ya salxımda yerləşir, beş üzvlüdür, ləçəkləri beşdir, meyvəsi giləmeyvədir. Payızda çiçəkləyir. Uc qələmləri ilə və ya zoğlarla çoxaldılır.
Ipomoea palmata
Ipomoea cairica (lat. Ipomoea cairica) — sarmaşıqkimilər fəsiləsinin i̇pomeya cinsinə aid bitki növü.
Macaranga peltata
Macaranga peltata (lat. Macaranga peltata) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin macaranga cinsinə aid bitki növü.
Maltada təhsil
== Ali təhsil == Kiçik ölkə olduğu üçün Maltada cəmi bir universitet - Malta Universiteti vardır. Malta Universiteti Mzida şəhərində yerləşir. 1592-ci ildə yaradılıb, çox sayda şöbələri və filiallları vardır. 9 minə qədər tələbə təhsil alır, onun minə qədəri xaricilərdir. Universitet kampusu təhlükəsizlik tələblərinə tam cavab verir. Təhsil haqqı digər ölkələrə nisbətən ucuzdur. Universitetdə iqtisadiyyat, incəsənət, humanitar fənlər, mühəndislik, tibb, diplomatiya və s. ixtisslar üzrə bakalavr, magistr və doktorluq təhsili almaq olar. == Ölkədə xarici universitetlər == Xarici ölkə universitetləri Maltada sərbəst şəkildə filiallarını aça və qeydiyyatdan keçirə bilərlər. Bu filiallarda təhsil ödənişli olur.
Meioperis peltata
Passiflora suberosa (lat. Passiflora suberosa) — qonaqotukimilər fəsiləsinin qonaqotu cinsinə aid bitki növü. == Sinonim == Anthactinia walkeri M.Roem. Cieca angustifolia M.Roem. Cieca flexuosa M.Roem. Cieca globosa M.Roem. Cieca hederacea M.Roem. Cieca littoralis M.Roem. Cieca nigra Medik. Cieca oliviformis M.Roem.
Mikania palmata
Mikania palmata (lat. Mikania palmata) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid biki növü.