Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Panay
Panay (taqal Panay) — Filippinin orta ölçülü adasıdır. Neqros adasından Himaras boğazı ilə ayrılır. Şimaldan Visayan dənizi və Sibuyan dənizi, cənubdan isə Sulu dənizi onun sahillərini yuyur. Sahəsi — 12 011,1 km², Əhalisi — 4 031 636 nəfər təmkil edir. == Coğrafiyası == Ada dağlıqdır və ən hündür nöqtəsi Nanqtud vulkanıdır (2049 m). Qərbi əsasən dağ silsilələri, şərqi isə təpəlik, mərkəzi isə sabit hüdürlüyə malikdir. Ən iri çayı Panaydır. İqlimi subekvatorial, mussondur. Qərb hissədə illik yağıntının miqdarı 3000 mm təşkil etdiyi halda şərq çox quraqdır. Talalar şəklində savannalara rast gəlinir.
Carex pansa
Carex pansa (lat. Carex pansa) — cilkimilər fəsiləsinin cil cinsinə aid bitki növü.
Buas-Panşo
Buas-Panşo (fr. Boisse-Penchot, oks. Boissa e Panchòt) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Dekazvil kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12028. Kommuna təxminən Parisdən 480 km cənubda, Tuluza şəhərindən 130 km şimal-şərqdə, Rodezdən isə 40 km şimal-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 540 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 311 nəfər (15-64 yaş arasında) 211 nəfər iqtisadi cəhətdən, 100 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 67,8%, 1999-cu ildə 70.2%).
Banksy
Benksi (ing. Banksy; güm. 28 iyul 1974) — Kimliyi dəqiq məlum olmayan İngiltərəli qalmaqallı, məşhur qraffiti-rəssam, siyasi aktivist, rejissor və rəssam. İsveçrəli sənətçi Maître de Casson-un Banksy ola biləcəyi barədə fərziyyələr var. Maître de Casson veb saytında bunu təkzib edir. O, qanunsuz sayılan küçə sənətini müasir incəsənətin məşhur və bahalı növünə çevirmişdir. Benksinin yaradıcılığı cəmiyyətin, ictimai-siyasi quruluşunu tənqidi, üslubu ilə seçilir. O, dörd kitabın müəllifi, iki kitabın isə qəhrəmanıdır. Həmçinin sənədli komediya filmləri də çəkmişdir. Benksi çəkdiyi rəsmləri satmır, amma onun əsərlərini divarla birlikdə almaq istəyən istəyən insanlar olmuşdur.
Hanoy
Hanoy (vyet. Hà Nội, tı-nom 河内, çaylar arası şəhər) — Vyetnamın paytaxtı və ölkənin əhali sayına görə ikinci şəhəri. Vyetnamın əsas siyasi , təhsil və mədəni, ikinci sənaye mərkəzi ( Xoşimindəm sonra). 1902 - 1953-cü illərdə Fransa Hind-Çininin,с 1954 - 1976-ci illərdə — Şimal Vyetnamın paytaxtı. Xonqxa çayı sahilində yerləşir. Coğrafi koordinatları 21°02′ şm. e. 105°51′ ş. u.. Əhalisi — 6 448 837 nəfər (2009-ci il).
Hansa
Hansa ("Hansa", "Hansa Musik Produktion" və ya "Hansa International") – 1964-cü ildə Peter Meysel tərəfindən Almaniyanın Berlin şəhərində yaradılan alman səsyazma studiyası. 1985-ci ildə ölkə daxilində və xaricində satışın azalması studiyaya təsir göstərmiş və BMG kompaniyası tərəfindən alınmışdı. Digər Ariola Records studiyası ilə birləşəndən sonra "BMG Berlin Musik GmbH/BMG-Ariola" firmasının tərkibinə qatılmışdı. Ardınca "Sony BMG Music Entertainment" firmasının üzvü olmuşdu. Leybllar səsyazma studiyasının xüsusi "Hansa Tonstudio" adlı yerində yazılırdı. Bu səsyazma studiyası ilə Boni M, Modern Talking, Depeche Mode, Blue System kimi musiqi qrupları, Bonni Tayler, C.C.Catch, Elton Con, Tomas Anders və bir çox məşhur ifaçılar əməkdaşlıq etmişdi.
Nanay
Nanay — mərasim nəğməsi. Bu nəğmə adətən avazla oxunur və yallı ilə müşayiət edilir. Hər bir nanay vəsfi-hallardan və "nanay arası"ndan ibarətdir. "Nanay arası" həm də nanayın motivi sayılır. == Nanaylar Ağbaba mahalında == Ağbaba mahalında əhalinin özünəməxsus folkloru, adətləri vardı. Məsələn Güllübulaq kəndinin folkloru nanay adlanan mərasim nəğməsi ilə fərqlənir. Nanayların özünəməxsus xüsusiyyəti onda idi ki, bu nümunələrin xüsusi oxunma tərzi vardır. Ağbabada Nanaylar tırınqılara baxanda daha əvvəl yaranıb, formalaşıb. Nanaylar daha çox su, dədə-babaların inancları ilə bağlıdır. Dədə-babalar suya artım, bərəkət, ana kimi yanaşıblar.
Nansi
Nansi (fr. Nancy) - Fransada şəhər. Lotaringiya regionunda yerləşir. Ətraf qəsəbələrlə birlikdə böyük Nansinin əhalisi 410.508 nəfərdir (1999-cu il statistikası), şəhərin özündə isə 105.100 nəfər yaşayır.
Panax
Jenşen (lat. Panax) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin araliyakimilər fəsiləsinə aid bitki cinsi. Jenşen şəfalı bitki kimi yüz ildən çoxdur ki, istifadə edilməkdədir. Çin ölkələrində becərilsə də vətəni Çənubi Amerikanın qərb hissəsi hesab edilir. XIX əsrdən bu bitkinin kökləri və yarpaqları ABŞ-də ağdərililər tərəfından müalicə məqsədilə Çin və Hong-Konglu tacirlərə satılır. Nyu-York və Kanadanın Ontario bölgəsində yayılmışdır. Ancaq məşhurluğu və şəfalı bitki kimi tez-tez istifadə edilməsinə məruz qalması, çox toplanması səbəbindən məhvolma altındadır. Artıq ABŞ ilə Kanadanın bir çox sahələrində çətin rast gəlinən hala gəlmişdir. Yeni şəhərsalma, marallar tərəfindən istehlak edilmə də həyat sahələrinin daralmasına gətirib çıxarmışdır.
Panda
Böyük panda (bambuk ayısı) — Ayıkimilər fəsiləsinə aid məməli heyvan növü. Kiçik panda — Ayıkimilər fəsiləsinə aid məməli heyvan növü.
Panno
Panno (fr. panneau, lat. pannus sözündən — "parça") — divarın və ya tavanın (plafon) tam və ya qismən örtülməsi üçün nəzərdə tutulmuş dekorativ xarakterli rəsm əsəri, yaxud barelyef, yonma, yapma və ya keramik kompozisiya. Bayır divarlarda freska texnikası ilə rəngli plitələrdən hazırlanmış pannoları bəzən mural adlandırırlar.
Papay
Parsa
Parsa (farsca : پارسا pārsā) verilmiş ad və ya soyad kimi istifadə olunan, fars mənşəli, mənası "mömin, dindar" mənasını daşıyan sözdür.
Andrey Panin
Andrey Panin — Rusiyanın tanınmış teatr və kino aktyoru. == Haqqında == Andrey Vladimiroviç Panin 28 may 1962-ci ildə Rusiyanın Novosibirsk şəhərində anadan olub. == Filmoqrafiya == Morfi (film, 2008) / rus.
Anne Haney
Anne Haney (ing. Anne Haney; d. 4 mart 1934, Memfis, Tennessi, ABŞ — ö.
Böyük panda
Böyük panda (çin 熊貓, 熊猫, Xiongmao; lat. Ailuropoda melanoleuca) və ya bambuk ayısı — ayıkimilər fəsiləsinə aid məməli heyvan növü. Vətəni mərkəzi Çin hesab olunur. Çinin (Şərqi Tibet, Sıçuan, Yunnan) dağ meşələrində yaşayır. Ovçuluq, kənd təsərrüfat sahələrini genişləndirilməsi, meşəliklərin qırılması və digər səbəblərdən nəsli məhv olmaq təhlükəsi altındadır. Buna görə də adı qırmızı kitaba salınmışdır. == Bədən quruluşu == Gözlərinin ətrafında, qulaqlarını üzərində və gövdəsində böyük qara rəngli xəz ilə xarakterizə olunur. Düşünülür ki, bu cür rəng kombinasiyası kölgəli, yaxud qarlı-qayalı ərazilərdə kamuflyaj üçün yararlıdır. Hündürlükləri 1.6-1.9 metr aralığında dəyişir. Yetkin pandaların ağırlığı 100-120 kq arasında dəyişir.
Canay Gəray
Canay Gəray (ö. 1512) — Qasım xanlığının 5. xanı. == Həyatı == == Mənbə == Bulat Rakhimzi︠a︡nov (2009). Kasimovskoe Khanstvo : 1445-1552 : Ocherki Istorii. Kazan: Tatarskoe knizhnoe izd-vo. ISBN 9785298017213. Рахимзянов Б. Р. Крымская династия в Касимовском царстве // Точка зрения: Сборник научно-исследовательских статей. — Казань: Мастер Лайн, 2000. — С. 69—88.
Cansu Tosun
Cansu Tosun - Türk aktrisası, fotomodel. == Həyatı == 1988-ci ildə Almaniyanın Nürnberq şəhərində doğuldu. Orada peşəkar fotomodel kimi çalışdı. Televiziyada ilk rolu 2011-2012-ci illərdə yayımlanan "Küçük Hanımefendi" serialında Neriman oldu. 2012-2013-cü illərdə "Kayıp Şehir" serialında Zəhra rolunda çəkildi. 2013-2014-cü illərdə "Bugünün Saraylısı" serialında Ayşən rolunu ifa etdi.
Conatan Panzo
Conatan Panzo (25 oktyabr 2000-ci ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Monako klubunda müdafiəçi kimi çıxış edən peşəkar İngiltərə futbolçusudur. == Şəxsi həyatı == Panzo London şəhərinin Brokli bölgəsində anadan olmuşdur. Valideynləri isə Kot-d'İvuar vətəndaşlarıdır. == Klub karyerası == === Monako === Panzo 9 yaşı olarkən Çelsi klubunun akademiyasına qəbul olmuşdur. 2018-ci ilin iyul ayında isə o, Monako klubuna transfer olmuşdur. O, karyerasında debütünü ehtiyat komanda ilə 2-ci Milli Çempionatda etmişdir. O, peşəkar karyerasında debütünü 19 dekabr 2018-ci ildə Loryan klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Liqa Kuboku görüşündə rəqibinə 1-0 hesabı ilə qalib gəlmişdir. == Milli karyerası == Panzo İngiltərə U-17 millisi ilə 2017 UEFA Avropa U-17 Çempionatında iştirak etmiş və finalda İspaniya millisinə məğlub olaraq ikinci yerin sahibi olmuşdur.
Fanny Cadeo
Fanni Kadeo (it. Fanny Cadeo) — məşhur italyan müğənnisi, aparıcısı, aktrisası və modelidir.
Fərruxru Parsa
Fərruxru Parsa (22 Mart 1922 – 8 May 1980) – 1968-1977-ci illərdə İranda nazir olub. == Həyatı == Lakin 1968-77-ci illərdə nazir olmuş Fərruxru Parsaini 1979-cu ildə İnqilab Məhkəməsinin qərarı ilə edam ediblər. == Həmçinçinin bax == İran == Xarici keçidlər == A photograph of Farrokhroo Pārsā in conversation with Amir-Abbās Hoveydā. An old photograph of the young family of Farrokh-Din Pārsā and Fakhr-e Āfāgh Pārsā.
Hansa Records
Hansa ("Hansa", "Hansa Musik Produktion" və ya "Hansa International") – 1964-cü ildə Peter Meysel tərəfindən Almaniyanın Berlin şəhərində yaradılan alman səsyazma studiyası. 1985-ci ildə ölkə daxilində və xaricində satışın azalması studiyaya təsir göstərmiş və BMG kompaniyası tərəfindən alınmışdı. Digər Ariola Records studiyası ilə birləşəndən sonra "BMG Berlin Musik GmbH/BMG-Ariola" firmasının tərkibinə qatılmışdı. Ardınca "Sony BMG Music Entertainment" firmasının üzvü olmuşdu. Leybllar səsyazma studiyasının xüsusi "Hansa Tonstudio" adlı yerində yazılırdı. Bu səsyazma studiyası ilə Boni M, Modern Talking, Depeche Mode, Blue System kimi musiqi qrupları, Bonni Tayler, C.C.Catch, Elton Con, Tomas Anders və bir çox məşhur ifaçılar əməkdaşlıq etmişdi.
Penso
Penso (fr. Pinsot) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Ot-Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38306. Kommunanın 2012-ci il üçün əhalisi 206 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 551 ilə 2858 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 490 km cənub-şərqdə, Liondan 110 km cənub-şərqdə, Qrenobldan 35 km şimal-qərbdə yerləşir.
Frederik Passi
Frederik Passi (fr. Frédéric Passy; 20 may 1822[…], Paris – 12 iyun 1912[…], Nöyi-sür-Sen) — Fransız iqtisadçı. Barışa doğru mübarizəni fəal dəstəkləmiş, ilk Nobel Sülh Mükafatına (1901) Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatının qurucusu Anri Dünanla birgə layiq görülmüşlər. == Həyatı == Fransız Dövlət Şurası'nda nəzarətçi olaraq çalışdıqdan (1846-1849) sonra yazıları və konferanslarıyla müxtəlif iqtisadi islahatların reallaşdırılmasını müdafiə etməyə başladı. Bir çox xeyriyyə işinin təşkilatçılığında vəzifələndi. Yaxından tanıdığı ingilis iqtisadçılar Riçard Kobden və Con Braytın liberal fikirləri istiqamətində sərbəst ticarətin aktivlərindən oldu. Krım müharibəsi(1853-1856) əsnasında sülhün təmin edilməsi üçün cəhdlər etdi. 1867-ci ildə "Le Temps" jurnalında yayımlanan çağırışıyla Fransa və Prussiya krallığı arasındakı müharibənin qabağını aldı. Həmin il, sonradan Fransa Beynəlxalq Rəyçilər Dərnəyi olaraq bilinən Beynəlxalq Sülh Birliyini qurdu. Fransız-Alman müharibəsindən (1870-1871) sonra, Alsas-Lorrayna tərəfsizlik statusu verilərək müstəqilliyinin tanınmasını təklif etdi.
Kansay Yamamoto
Kansay Yamamoto (山本 寛斎, Yamamoto Kansay, 8 fevral 1944, Yokohama – 21 iyul 2020[…], Tokio) – Yaponiya dəb dizayneri. Avanqard kolleksiyalarına və Devid Boui ilə əməkdaşlığına görə tanınır. 2020-ci ildə leykoz xəstəliyindən ölmüşdür. == Həyatı == Kansay Yamamoto 1944-cü ildə doğulmuşdur. İnşaat mühəndisliyi üzrə təhsil aldıqdan sonra dəb ilə maraqlanmağa başlamışdır. 1971-ci ildə Londonda çıxış edən ilk Yaponiya dizayneri olmuşdur. Bu çıxışından sonra teatr dizaynları beynəlxalq uğur qazanmışdır.Bu dövrdə Elton Con, Con Lennon və Stivi Vander kimi musiqiçilərlə dostluq əlaqələri qurmuşdur. Londondakı uğuru Devid Bouinin diqqətini cəlb etmiş və 1973-cü ildə onunla əməkdaşlıq qurmuşdur. Yamamoto 2016-cı ildə verdiyi müsahibədə qeyd etmişdir ki, Boui onun Londonda satılan qadın geyimlərini tapdıqdan sonra onunla maraqlanmağa başlamışdır.Yamamoto Boui üçün bir çox səhnə kostyumu hazırlamışdır: kombinezonlar, bədən kostyumları, plaşlar və enli şalvarlar. O, müğənninin 1973-cü ildəki "Aladdin Sane" turnesi üçün kostyumlar hazırlamış, Bouinin Ziqqi Stardast personajının yaradılmasında kömək etmişdir.Yamamoto 1970 və 1980-ci illərdən sonra kimonoya müasir baxış gətirmiş, Yaponiyaya məxsus basara konsepsiyasına yönəlmiş, qalın və cürətli dizaynlar yaratmağa başlamışdır.
Banşi
Banşi (ing. Banshee) - İrland folklorunun personajı. Azərbaycan folklorunda bayquşla müqayisə oluna bilər. Evlərin pəncərəsi qarşısında oturan xəyali qadın obrazıdır. İnanclara görə, hansı evin qarşısında ağlayarsa, o evdə müsibət və ölüm-itim olur. İrlandların inanclarına görə Başinin səsi eşidilən evdə tezliklə bir nəfərin ölüm xəbəri gəlməli idi. Digər bir inanca görə Banşi sadəcə təmiz irland qanına sahib insanların evlərinə gəlməkdədir. Şotland yazıçı Valter Skott tərəfindən 1830-cu ildə yazılmış Demonologiya və Cadugərliklə bağlı yazılar (ing. Letters on Demonology and Witchcraft) əsərində Şimali Şotlandiyada yaşayan insanlarda Banşi inancının güclü olduğunu qeyd etmişdir.
Qansu
Qansu (çin. sadə. 甘肃省, pinyin: Gānsù Shěng) — Çinin mərkəzindən şimalda olan əyalət. == Ümumi məlumat == Bu əyalət ilə uyğurların yaşadığı Sincan əyalətləri qonşudur. Uyğurlarla çinlilər arasında ən böyük qarşıdurmalar məhz bu sərhəddə meydana gəlmişdir. Ən qanlı çarpışmalar isə 2011–2012-ci illərə təsadüf edir.
Çansa
Çansa — Çində şəhər. Xunan əyalətinin inzibati mərkəzi. == Əhalisi == Əhalisi 1,33 mln. (2003). == Coğrafiyası == Syantszyan çayı sahilində port. Nəqliyyat qovşağı. == Tarixi == Çansa Çinin ən qədim şəhərlərindən biridir. E.ə. 5 əsrdən Çansanın yerində yaşayış məskənləri olmuşdur. Çjanqo dövründə (e.ə.