Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Paramore
Paramore — ABŞ pank rok qrupu, 2004-cü ildə Frenklin, Tenesidə qurulub. Qrup hal-hazırda, vokalist Heyli Viliams, bassist Ceremi Deyvis və gitarist Teylor Yorkdan ibarətdir. İlk albomları All We Know Is Falling adı ilə 2005-ci ildə çıxardılıb. Onların 2007-ci ildə çıxarılan Riot! adlı ikinci albomu ABŞ, İrlandiya, Birləşmiş Krallıq, Avstraliya, Kanada və Yeni Zellandiyada Platinium sertifikatına layiq görüldü. Qrup, 2009-cu ildə çıxmış Brand New Eyes adlı üçüncü albomu ilə İrlandiya və BK-da platinium, ABŞ, Kanada, Yeni Zellandiya və Avstraliyada isə gold sertifikatı alaraq yüksəliş dövrünü davam etdirdi. Paramore`nin 2013-cü ildə öz adlarını daşıyan dördüncü albomu isə Billboard charts USA`da 1-ci sıraya qalxdı. Bu albom həmçinin Birləşmiş Krallıq, Yeni Zellandiya, Braziliya, Argentina və Meksikada 1 nömrəli albom seçilib. == Tarix == === 2002–04: Formalaşma === === 2005–06: All We Know Is Falling === === 2007–08: Riot! === === 2009–10: Brand New Eyes, heyət dəyişikliyi === === 2011–12: Sinqllar dövrü === === 2013 –günümüz : Paramore === == Musiqi stili == == Canlı çıxışlar == == Film və videooyunlardakı çıxışları == == Band members == == Diskoqrafiya == All We Know Is Falling (2005) Riot!
Paramos
Paramos — And dağlarında, Ekvador və Kolumbiya ərazisində, Kosta-Rika dağlarında, habelə Afrikada Kilimancaro dağında 3 000-4 500 metr hündürlükdə yerləşən dağ-tundra ekosistemi. Paramosda bütün aylarda orta temperatur +4,+8°-dir, hava seyrəkdir, hər gün günortadan sonra yağış yağır və bərk küləklər olur, insolyasiya isə güclüdür. Bu şəraitə uyğun bitki örtüyü vardır. Paramosdan otlaq kimi istifadə edilir. Davamlı meşə xəttinin üstündə, daimi qar xəttinin isə altında yerləşən ərazilər üçün səciyyəvi ekosistemdir.
Paraxoafr
Paraxoafr (Lat. Para­choatras erm. Patijahar) və ya Paraxoatr — Kiçik Qafqazla birləşən dağ silsiləsi. == Coğrafiya == Vasili Latışev Paraxoafr dağ silsiləsini ilə Əlburzu birləşdirir, amma Kamal Əliyev iddia edir ki, Ermənistanın cənub hissələri Tavr əhatə edirdi; Fərat və Dəclə arasındakı adlanan Mesopotamiyanı bütün bölgədən ayırır; şərq hissələri Böyük Midiya və Atropatena ilə həmsərhəddir; şimal hissələri Xəzər dənizi üzərində uzanan Paraxoafr dağları, Albaniya, İberiya və Ermənistana bitişikdir. Movses Xorenli Paraxoatr dağını (indiki Talış dağları, Baqrovdağ və Əlburz) "Patijahar" kimi qeyd edir, bu da etimoloji cəhətdən qədim fars dilindən "runa dağı" kimi tərcümə olunur. Digər mənbələrə görə, Paraxoafr Kəbirkuh və Poştkuhun bir hissəsidir.
Parazoa
Parazoa (lat. Parazoa) — heyvanlar aləminə aid heyvan yarımaləmi.
Paroxod
Paroxod — buxar maşını və ya buxar turbini ilə hərəkətə gətirilən gəmidir. Buxar gəmiləri pərli çarxlarla və ya pərli vintlərlə təchiz olunurlar. Vint buxar maşını ilə bir oxda oturdulur. Çarxla işləyən gəmilərdə isə ötürmədə əlavə olaraq sürətlər qutusu yerləşdirilir. 1774-cü ildə öz vəsaiti hesabına Jaffrua d’Abban (1751–1832) kiçik buxar gəmisi quraşdırdı ancaq sınaqlar uğurlu olmadı. 1783-cü ildə Markiz özünün ikinci buxar modelini sınaqdan keçirdi. Lakin tezliklə ölkədə inqilab başladı və fransızlara paroxod maraqlı deyildi. 1774-cü ildə görkəmli ingilis ixtiraçısı Ceyms Vatt (1736–1819) ilk universal istilik mühərrikini (buxar maşınını) yaratdı. Bu ixtira parovozların, paroxodların və ilk (buxar) avtomobillərinin yaradılmasına imkan yaratdı. Tarixdə ilk paroxod 1787-ci ildə amerikalı Con Fitc (1743–1798) tərəfindən qurulmuşdur.
Paraoa
Paraoa (fr. Paraoa) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Taiti atolundan 930 km cənub-şərqdə yerləşir. == Coğrafiya == Adanın sahəsi 4 km²-dir. Daxilində laqun vardır. == İnzibati bölgüsü == İnzibati baxımından Hao kommunasına daxildir. == Tarixi == Ada 1767-ci ildə ingilis Samuel Vallis tərəfindən kəşf edilir. O, adanı Qloster olaraq adlandırır. == Əhali == 2007-ci il məlumatına görə adada yaşayış yoxdur.
Atakan Karazor
Atakan Karazor (13 oktyabr 1996, Essen, Şimali Reyn-Vestfaliya) — 2. Bundesliqa təmsilçilərindən olan "Holştayn Kiel" klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Almaniya futbolçusudur. == Klub karyerası == === Borussiya Dortmund === Karazor "Boxum" akademiyası vasitəsilə inkişaf etmişdir. 5 may 2015-ci ildə o, "Borussiya Dortmund" klubuna transfer olmuşdur. Karazor "Borussiya Dortmund II" komandası ilə 59 oyuna çıxmış və bir qolla yadda qalmışdır. === Holştayn Kiel === 14 iyun 2017-ci ildə Karazor "Holştayn Kielv" klubu ilə müqavilə imzalamışdır. Karazor klub ilə debütünü 23 yanvar 2018-ci ildə "Yunion Berlin" klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. 2. Bundesliqa görüşündə "Holştayn" rəqibi ilə 2–2 hesabı ilə bərabərə qalmışdır.
Paradox Interactive
Paradox Interactive — İsveçin Stokholm şəhərində yerləşən, kompüter oyunlarını inkişaf etdirən, əsasən qlobal tarixi strategiyalar (xəritə üzərində oynanılan) videooyunları yaradan bir şirkətdir.
Paralar (Həştrud)
Paralar (fars. پارالار‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 238 nəfər yaşayır (42 ailə).
İsidor Baraxov
İsidor Baraxov (İvanov) (rus. Исидор Никифорович Барахов (Иванов); 31 yanvar 1898 – 15 sentyabr 1938, Kommunarka poliqonu[d], Moskva vilayəti) — sovet dövləti xadimi, XX əsrin əvvəllərində Yakutiyanın ictimai-siyasi xadimi, vətəndaş müharibəsinin iştirakçısı. Maksim Ammosov və Platon Oyunski ilə birlikdə RSFSR-in tərkibində Yakutiya ASSR-in yaradıcılarından idi. == Həyatı == 31 yanvar (12 fevral), 1898-ci ildə Yakutiya vilayətinin Verxnevilyui ulusunun Xarbalax nasleqində varlı bir kəndli-maldar ailəsində anadan olmuşdur. 1914-cü ildə Verxnevilyui kənd ibtidai məktəbini bitirmişdir. Yakutiya şəhərindəki müəllimlər seminariyasında oxuduğu müddət Y. M. Yaroslavski ilə tanış olmuş və onun inqilabi dərnəyində iştirak etmişdir. 1917-ci ilin sentyabrından RSDİPüzvüdür. Rusiya Kommunist Partiyası (b) Yakutya quberniyası, Vilyuy rayon bürosunun katibi (1920–1922), YaASSR Xalq Komissarları Sovetinin sədri (1922–1924), Ümumittifaq Kommunist Partiyası (b) Yakutiya Vilayət Komitəsinin birinci katibi (1926–1928). Millət vəkili, sonra — ÜKP (b) Mərkəzi Komitəsinin kənd təsərrüfatı şöbəsinin Şərqi Sibir və Uzaq Şərq sektorunun müdiri (1933–1938). Partiyanın X, XII, XV qurultaylarının nümayəndəsi, SSRİ Mərkəzi İcraiyyə Komitəsinin YMİK-nin üzvü seçilmişdir.
Şarəxor (Sərdəşt)
Şarəxor (fars. شره خور‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 14 nəfər yaşayır (4 ailə).
Aşağı Craxor
Aşaği Craxor - Yelizavetpol quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Qafan r-nunda) kənd adı. 1955-ci ildə Craxor su elektrik stansiyasının tikintisi ilə əlaqədar olaraq yaranmış kənddir. Azərbaycanlılar ermənilərlə qarışıq yaşamışlar. 1988-ci ildə azərbaycanlılar qovulmuşlar. Türk dillərində çeraq mineral bulaq və or çöməklik sözlərindən ibarətdir.
Baraxov, İsidor Nikiforoviç
İsidor Baraxov (İvanov) (rus. Исидор Никифорович Барахов (Иванов); 31 yanvar 1898 – 15 sentyabr 1938, Kommunarka poliqonu[d], Moskva vilayəti) — sovet dövləti xadimi, XX əsrin əvvəllərində Yakutiyanın ictimai-siyasi xadimi, vətəndaş müharibəsinin iştirakçısı. Maksim Ammosov və Platon Oyunski ilə birlikdə RSFSR-in tərkibində Yakutiya ASSR-in yaradıcılarından idi. == Həyatı == 31 yanvar (12 fevral), 1898-ci ildə Yakutiya vilayətinin Verxnevilyui ulusunun Xarbalax nasleqində varlı bir kəndli-maldar ailəsində anadan olmuşdur. 1914-cü ildə Verxnevilyui kənd ibtidai məktəbini bitirmişdir. Yakutiya şəhərindəki müəllimlər seminariyasında oxuduğu müddət Y. M. Yaroslavski ilə tanış olmuş və onun inqilabi dərnəyində iştirak etmişdir. 1917-ci ilin sentyabrından RSDİPüzvüdür. Rusiya Kommunist Partiyası (b) Yakutya quberniyası, Vilyuy rayon bürosunun katibi (1920–1922), YaASSR Xalq Komissarları Sovetinin sədri (1922–1924), Ümumittifaq Kommunist Partiyası (b) Yakutiya Vilayət Komitəsinin birinci katibi (1926–1928). Millət vəkili, sonra — ÜKP (b) Mərkəzi Komitəsinin kənd təsərrüfatı şöbəsinin Şərqi Sibir və Uzaq Şərq sektorunun müdiri (1933–1938). Partiyanın X, XII, XV qurultaylarının nümayəndəsi, SSRİ Mərkəzi İcraiyyə Komitəsinin YMİK-nin üzvü seçilmişdir.
Paranoa su anbarı
Paranoa su anbarı (port. Lago do Paranoá) — Braziliya ərazisində yerləşən süni göl. Brazilia şəhəri yaxınlığında Paranoa çayı üzərində bənd atılması ilə təşkil olunmuşdur. == Toponim == «Paranoa» Tupi dilində «girişdə su» anlamını verir. == Bənd == 12 sentyabr 1959-ci ildə Paranoa çayı üzərində bənd inşa edilmişdir. Hazırda bu bu bənddən əldə onunan enerjinin dairənin cəmi 2,5 %-ni təmin edir. == Naviqasiya və su idmanı == Federal dairədə 11 000 su nəqliyyatı vastəsi qeydə alınmışdır. Bu isə ölkə üzrə yelkənli qayıqların sayı baxımından üçüncüdür. Burada yaxtaların saxlanması məqsədi ilə yaxt klub vardır. Burada kanoye, su xizəyi, yelkənli idmanı kimi idman növləri geniş yayılmışdır.