çətinlik
çəyirdək
OBASTAN VİKİ
Çətir
Çətir — insanları yağışdan və günəş şüalarından qoruyan oval şəkilli əşya. Çətirdən ilk dəfə təxminən 3400 il əvvəl Mesapotamiyada rütbənin və fərqliliyin rəmzi kimi istifadə olunub. Bu çətirlər mesapotamiyalıları yağışdan deyil, parlaq günəşdən qoruyurdu. Tarixən əksər hallarda çətirlərdən daha çox günəşdən qorunmaq üçün istifadə edilmişdir. Hətta ingiliscədə "umbrella" sözü latıncada kölgə mənasını verən "umbra" kəlməsindən yaranmışdır. E.ə. 1200-cü illərdə çətirdən Misirdə dini anlamda istifadə edilib. Misirlilər göy üzünün tanrının vücudundan düzəldilmiş dünyanı qoruyan bir çətir olduğuna inanırdılar və çətir götürmək yüksək əxlaq göstəricisi hesab olunurdu. Romalılar çətiri misirlilərdən götürmüş və ona ancaq qadınların istifadə etdiyi bir əşya kimi baxmışlar. Qədim Romada kişilər çətirdən istifadə etmirdilər.
Çətir fəvvarəsi
Çətir fəvvarəsi (rus. Фонтан Зонтик) «Peterhof» saray-park kompleksində yerləşən bir neçə zarafat fəvvarəsindən biridir. Çətir fəvvarəsi parka istirahət etməyə gələn qonaqları əyləndirmək və onlara zarafat etmək üçün yaradılmışdır. Bayram paltarlarını geyinmiş yorğun qonaqlar çətir damının altında yerləşən skamyalara otururdular. Birdən çətirin kənarlarından təzyiqlə su axmağa başlayır və qaçmağa çalışan qonaqların hamısı islanırlar. İndi fəvvarə bütün vaxt işləyir və beləliklə onu seyr etmək istəyən ziyarətçiləri duruxma və anlaşılmamazlıq halına salmır.
Çətir şəlaləsi
Çətir şəlaləsi — Şuşa rayonunda Daşaltı dərəsində yerləşir. Çətir şəlaləsi el arasında suyun yaratdığı nadir səsə görə "Şır-şır" şəlaləsi kimi də tanınır. Birinci Qarabağ müharibəsi zamanı işğal edilmişdir. Qarabağ separatçılarının rəsmisi Lusine Qaraxanyanın dediyinə görə İkinci Qarabağ müharibəsindən sonra, şəlalənin olduğu ərazi neytral zona sayılır. 2023-cü ildə Azərbaycanın nəzarəti bərpa edilmişdir.
Çətir brendi
Çətir brendi (ing. umbrella brand) — bir brend altında bir neçə mal qrupunun və ya məhsul kateqoriyasının eyni anda buraxılmasından ibarət olan brend genişləndirmə strategiyası növü, malların adında istehsalçı şirkətin adı üstünlük təşkil edir və şirkətin məhsullarının reklamında onun loqosu göstərilir. Çətir brendindən istifadənin əsas üstünlüyü yeni məhsulu tanıtmağa başlamağın aşağı qiymətidir, ikincidə isə üstünlük sadələşdirilmiş paylamadır. Bəzi şirkətlər çətir markası altında satış strukturunda əsas olmayan məhsullar istehsal edirlər. Bu, əsas markanın əlavə dəstəyi üçün edilir (məsələn, pivə markası altında kraker istehsal etmək mümkündür). Digər tərəfdən, fərqli məhsullar bir çətir brendi altında birləşdirildikdə, istehlakçının məhsulun tanınması azalır və məhsula sədaqət azalır ("brend bulanıqlığı" baş verir). Bundan əlavə, istehlakçıda bir məhsul haqqında mənfi təsəvvür yaranarsa, bütün brendə olan inam itər. Bəzən çətir brendi bir növ məhsulun digərinin adı altında reklam edilməsi üçün istifadə olunur (məsələn, mineral suyun reklamı adı altında araq reklamı. Qablaşdırmanın vahid dizaynı (belə hallarda əsas element loqo və addır) sizə imkan verir buraxılan kiçik mineral su partiyaları haqqında reklam çarxları çəkməklə araq satışını artırmaq).
Təzə evlənənlər üçün çətir
"Təzə evlənənlər üçün çətir" (rus. Зонтик для новобрачных) — rejissor Rodion Naxapetovun Ramiz Fətəliyevin ssenarisi əsasında çəkdiyi sovet bədii filmi. Film "Mosfilm" kinostudiyasının Üçüncü Yaradıcılıq Birliyində istehsal olunmuşdur. Filmdəki hadisələr Sudak şəhərində, Krım sahillərinin payız aylarında başlanır. Sonra Moskvada baş verən əhvalatlar Yeni ilin ilk günü başa çatır. Zoya və Tolya – iki gənc aşiq dincəlməyə gəldikləri dəniz kənarında bir ailə cütlüyü ilə tanış olurlar. Bu, həkim-narkoloq Dmitri Pavloviç və laborant Vera İvanovnadır. Gənclər bu ailədən gecələmək üçün bir yer xahiş edirlər. Kraskov və İvanovna bu cavan aşiqlər üçün ən gözəl nümunədirlər: xoşbəxt ailə, üç uşaq və artıq neçə il davam edən evlilik həyatında tamamilə anlaşıqlı münasibət. Tətil başa çatır.
Təzə evlənənlər üçün çətir (film, 1986)
"Təzə evlənənlər üçün çətir" (rus. Зонтик для новобрачных) — rejissor Rodion Naxapetovun Ramiz Fətəliyevin ssenarisi əsasında çəkdiyi sovet bədii filmi. Film "Mosfilm" kinostudiyasının Üçüncü Yaradıcılıq Birliyində istehsal olunmuşdur. Filmdəki hadisələr Sudak şəhərində, Krım sahillərinin payız aylarında başlanır. Sonra Moskvada baş verən əhvalatlar Yeni ilin ilk günü başa çatır. Zoya və Tolya – iki gənc aşiq dincəlməyə gəldikləri dəniz kənarında bir ailə cütlüyü ilə tanış olurlar. Bu, həkim-narkoloq Dmitri Pavloviç və laborant Vera İvanovnadır. Gənclər bu ailədən gecələmək üçün bir yer xahiş edirlər. Kraskov və İvanovna bu cavan aşiqlər üçün ən gözəl nümunədirlər: xoşbəxt ailə, üç uşaq və artıq neçə il davam edən evlilik həyatında tamamilə anlaşıqlı münasibət. Tətil başa çatır.
Dolaşıq çətiryarpaq
Mayakvari çətirgöbələk
Çətirdaşdərəsiçay
Çətirdaşdərəsiçay - Şahbuz rayonu ərazisində çay. Nursuçayın (Naxçıvançay hövzəsi) sol qolu. Şahbulaq gölündən bir qədər aşağıdan, 2375 metr hündürlükdən başlanır. Uzunluğu 7 kilometrdir. Əsasən, bulaq və qar suları ilə qidalanır.
Çətiri qırğıotu
Çətiri qırğıotu (lat. Hieracium umbellatum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin qırğıotu cinsinə aid bitki növü. Crepis umbellata (L.) Bernh. Hieracioides umbellata (L.) Moench Pilosella umbellata (L.) Nieuwl.
Çətiri qızılçətir
Kiçik qızılçətir (lat. Centaurium erythraea) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin acıçiçəkkimilər fəsiləsinin qızılçətir cinsinə aid bitki növü. İkiillik ot bitkisi olub, hündürlüyü 35-40 sm-dir. Kökü böyük olmayan, zəif inkişaf edən, gövdəsi düzqalxan, tək və ya bir neçə saylı, dördtilli, yuxarı hissəsi çəngəlşəkilli budaqlanaraq yuxarıya doğru istiqamətlənmişdir. Gövdədə yarpaqları qarşı-qarşıya, oturaq, uzunsov-neştərşəkilli, uzunluğu 3 sm, damarları yaxşı görünən, kök üstündə olan yarpaqları və çətiri vardır. Çiçəyin uzunluğu 1,5 sm, tünd-çəhrayı rəngli olub, çətirçəkilli-süpürgəvari hamaşçiçəkdir. Adətən ömrünün 2-3 ilində çiçəkləyir. Gövdəsi yarpaqlı və çiçəkli olmaqla, düzqalxan, tək və ya budaqlanan, yaşıl və ya sarımtıl-yaşıl, çılpaq, oyuqlu, qabırğalı, uzunluğu 10-30 sm, qalınlığı isə 2mm-dir. Kökətrafı yarpaqları uzunsov-tərsyumurtaşəkilli, küt, əsasından daralmış, uzunluğu 4 sm, qalınlığı isə 2sm-dir. Yarpaqları oturaq, qarşı-qarşıya, uzunsov-neştərvari, itiuclu, bütövkənarlı, çılpaq, qalxanşəkilli-süpürgəvari, çiçəkləri isə çəhrayı-bənövşəyidir.
Çətirimiz Buludlardır (1976)
Çətirimiz buludlardır (film, 1976)
Çətirimiz buludlardır — "Azərbaycanfilm" Kinostudiyasında istehsal olunmuş bədii film. Filmdə çobanların məişətindən söhbət açılır. Gizir(Elxan Əhədzadə) bütün varlığı ilə çoban sənətinə bağlı bir gəncdir. O, həmkəndlisi Nərgizi(Tamara Şakirova) sevir. Lakin əsgərlikdən qayıdanda qızın başqasına ərə getdiyini eşidir. Bir müddət keçir. Giziri Bənövşə(Xalidə Quliyeva) adlı bir qızla nişanlayırlar. Ancaq Nərgizin ondan ayrılması oğlanı rahat buraxmır. O, peşəsindən üz döndərir, kənddən çıxıb gedir... Film rejissor Nicat Bəkirzadənin böyük kinoda ilk işidir.
Çətirkimilər
Çətirkimilər (lat. Apiaceae) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinə aid bitki fəsiləsi. Umbelliferae Juss.
Çətirli dəlikçiçək
Çətirli dəlikçiçək (lat. Androsace umbellata) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin novruzçiçəyikimilər fəsiləsinin dəlikçiçək cinsinə aid bitki növü.
Çətirli suoxu
Çətirli suoxu (lat. Butomus umbellatus) — bitkilər aləminin baqəvərçiçəklilər dəstəsinin suoxukimilər fəsiləsinin suoxu cinsinə aid bitki növü. Butomus caesalpini Neck. Butomus floridus Gaertn. Butomus scutariensis Rohlena [Invalid] Butomus umbellatus f. albiflorus F.Fromm Butomus umbellatus var. minor Ledeb. Butomus umbellatus f. natans V.V.Petrovsky Butomus umbellatus var. parviflorus Buchenau Butomus umbellatus var.
Çətirlilər
Çətirtel ördək
Çətirtel ördək (lat. Chenonetta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Çətirvari evkalipt
Çətirvari evkalipt (lat. Eucalyptus tereticornis) — mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü. Avstraliya qitəsi və yeni Qvineyada yayılmışdır. Avstraliyada şimali Kvinslend, Tambo çayının sahili və Viktoriyanın şərq sahillərində geniş plantasiyaları vardır. Hündürlüyü 45 m və gövdəsinin diametri 1,8 m olan ağacdır. Gövdəsinin qabığı hamar, ağımtıl-sarı rəngli, xallı, nisbətən sərtləşən və töküləndir. Oduncağı tünd qırmızı, düz təbəqəli, sərt və möhkəm, sudan ağırdır. Yarpaqların uzunluğu 10–20 sm, eni 1,2–2,5 sm, tünd yaşıl, mərkəzi damarlanması dəqiq, yan damarlanması qövsvaridir. Yetkin fərdlərin yarpaqları spiralvari olub, saplaqlı, tünd yaşıl və üst səthi parlaq, damarlanması eynidir. Çiçək çətiri qınlı, silindrik və ya yığcam olub, uzunluğu 10–14 mm-dir.
Çətirvari iydə
Çətirvari iydə Vətəni Şərqi Asiyadır. Hündürlüyü 4 m-ə çatan ağac və ya koldur. Yarpaqları ellipsvarıdır, uzunluğu 4–8 sm, eni 1–2 sm-dir. İyunda çiçəkləyir, 9 yaşından meyvə verir, meyvələri oktyabrda yetişir. Qışa orta dərəcədə davamlıdır. Toxumları 4 ay müddətində 5 °C temperaturda qumda və ya torfd stratifikasiya olunur. Abşeronda vegetasiya müddəti aprelin ortalarından oktyabra qədər davam edir. Səpin dərinliyi 2,0–2,5 sm-dir, becərilməsi üçün optimal temperatur 20–27 °C-dir. Torpağa tələbkar deyildir. Abşeronun torpaq-iqlim şəraitinə davamlıdır.
Çətirvari quşarmudu
Çətirvari quşarmudu (lat. Sorbus umbellata) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü. Kiçik Asiya, Cənubi Avropada yayılmışdır. Hündürlüyü 5-7 m olan, yarpağı tökülən ağacdır. Çətiri enli, şaxələnmiş, sıxdır. Yarpaqları sadə, uzunluğu 3,5-6 sm, təxminən yumru və ya enli, ellipsvari, bünövrəsində pazşəkilli daralmış,üstü küttəhər-yumru, çoxsaylı, qısa, iti pərli, kənarları xırda oyuqvari-dişli, 6-9 damarcıqlı, dərilidir. Açıldıqda hər tərəfdən tükcüklü, sonra üstü tünd yaşıl, alt tərəfi tükcüklü, ağdır. Çiçəkləri xırda, ağdır, qonur, tükcüklü, diametri 12 sm-dək olan çətirvari qalxanlara yığılmışdır. Meyvələri xırda, hamartəhər-şarşəkilli, narıncı-qırmızı, gec yetişəndir. Mayda çiçəkləyir.
Çətiryarpaq
Çətiryarpaq (lat. Asperula) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinə aid bitki cinsi.
Çətirçiçəklilər
Çətirçiçəklilər (lat. Apiales) — bitkilər aləminə aid bitki sırası.
Ətirli çətiryarpaq
Ətirli qatıqotu (lat. Galium odoratum) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin qatıqotu cinsinə aid bitki növü. Avropa, Qərbi Asiya və Şimali Afrikada bitir. Hündürlüyü 10-60 sm, gövdəsi tək, düz və sadə,dördtilli, hamar və çılpaq olan çoxillik ot bitkisidir.Kökümsovlarl şaxələnmiş, nazik və sürünəndir. Yarpaqları 6-10 ədəd olmaqla, topa halında, enli əksinəyumurtaşəkillidir, uzunluğu(18) 40 (54) mm, eni (4) 10 (13) mm-dir, qısa ucludur, kənarlardan, bəzən alt tərəfdən damar boyunca qısa, yuxarı yönəlmiş cod tüklü və yaxud hər iki tərəfdən dağınıq basıq cod tüklüdür. Çiçək qrupu təpə hissədə yerləşmiş, çəngəlvari və yaxud üç hissədən ibarət olan şaxələnmiş çiçək saplaqlığına malikdir, sonuncu şaxədə üç yarımçətirlidir, nadir halda daha bir ədəd yarımçətiri də olur ki, bunlar da, topa halında olan yuxarı yarpaqların aşağı hissəsində qoltuqda yerləşir, azçiçəklidir; çiçək saplağı tacdan biraz uzundur. Tac ağ rəngdədir, diametri 3–7 mm-dir, qıfaoxşar olub, bölümlərdən qısa olan qısa borucuqludur və dörd uzunsov küt bölümlüdür. Meyvələri bitişikdir. Aprel-iyun aylarında çiçəkləyir, iyul-sentyabr aylarında meyvə verir. Samur-Şabran oval., BQ (Quba), BQ şərq, BQ qərb, AlazanƏyriçay,KQ şimal, KQ mərkəzi, KQ cənub,Lənk.
Çətirimiz buludlardır
Çətirimiz buludlardır — "Azərbaycanfilm" Kinostudiyasında istehsal olunmuş bədii film. Filmdə çobanların məişətindən söhbət açılır. Gizir(Elxan Əhədzadə) bütün varlığı ilə çoban sənətinə bağlı bir gəncdir. O, həmkəndlisi Nərgizi(Tamara Şakirova) sevir. Lakin əsgərlikdən qayıdanda qızın başqasına ərə getdiyini eşidir. Bir müddət keçir. Giziri Bənövşə(Xalidə Quliyeva) adlı bir qızla nişanlayırlar. Ancaq Nərgizin ondan ayrılması oğlanı rahat buraxmır. O, peşəsindən üz döndərir, kənddən çıxıb gedir... Film rejissor Nicat Bəkirzadənin böyük kinoda ilk işidir.

Значение слова в других словарях