Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Parsek
Parsek (işarəsi: pc; ingiliscə: Parsec) - astronomiyada istifadə olunan məsafə ölçü vahididir. Parallaksı 1 dərəcə olan göy cisminin uzaqlığı 1 parsekdir.
Persea persea
Amerika perseyası (lat. Persea americana) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinin perseya cinsinə aid bitki növü. Vətəni Mərkəzi Amerika və Meksikanın yüksəkdağlı rayonlarıdır. Botaniki cəhətdən avakado giləmeyvədir. Lakin əmtəəşünaslıq təsnifatına görə çəyirdəkli meyvələr qrupuna aid edilir. Meyvəsi yumru, oval formada, bəzən armudaoxşardır. Qabığı sıx, dərivari hamar və ya çopuq, qara, bənövşəyi və ya yaşıl rəngdədir. Yetişmiş meyvələrin ətliyi qabığından asan aralanır. Meyvənin daxilində iri çəyirdəyi var. Meyvənin ümumi kütləsinin 25%-ni təşkil edir.
Barsbek
Prisbit və ya Parsbit — Xəzər xaqanlığının qadın hökmdarı. Bəzi qaynaqlarda adı Barsbek kimi yazılır.
Japsek
Japsek — Nongak (fermerlərin musiqisi) truppasının üzvü, müxtəlif səhnələr nümayiş etdirən personajdır.Koreya Folklorunun nümunəsidir. Japsaek (Kor. 잡색, Chin. 雜色,qarışıq rənglər) dwitchibae, apchibae ilə birlikdə bir nongak tamaşasına rəhbərlik edən aktyorlar, musiqi alətlərində ifa edənlər, əkinçilik icmasının bayrağını daşıyana deyilir.( nonggi) və komanda bayrağı (yeonggi) və cüt qamışlı oboyun (saenapsu) oyunçusu. İlk səhnədən (apgut) deyil, performansın ikinci yarısına japsaek rəhbərlik edir (dwitgut). Onlar musiqi aləti çalmırlar lakin müxtəlif geyimlərdə və ya maskalarda geyinmiş halda rəqsləri, hərəkətləri və zarafatları ilə nongakın teatr xüsusiyyətlərini nümayiş etdirərək müəyyən rollar oynayırlar. Japsaek tərifi tez-tez bir maska geyilib-edilməməsindən asılıdır. İbtidai ilahi maskalar və heyvan maskaları yer üzündəki insanların maskaları ilə əvəzlənərək müxtəliflik əlavə etdi. Beləliklə, japsaek, periferik və ya ikincilik rolu deyil, nongak performansında aparıcı rol oynayır. Bundan əlavə, nongak ayinləri və tamaşaları güclü bir teatr xarakteri almağa başladığı üçün maska geyən aktyor təbii və sosial fəlakətləri önləmək qabiliyyətinə sahib bir varlıq kimi qəbul edildi.
Marsea
Marsel
Marsel (fr. Marseille) — Fransanın ən iri dəniz limanı Bouches-du-Rhône departamentinin inzibati mərkəzi. Lion körfəzinin (Aralıq dənizi) sahilində yerləşir. == İqtisadiyyatı == Marseldə beynəlxalq hava limanı, iri dəniz limanı kompleksi var. Dəniz limanının illik yük dövriyyəsi 90 milyon tondur. Neft emalı, neft-kimya sənayesi, qəmiqayırma, təyyarə istehsalı müəssisəsləri vardır. Strasburq və Karlsruedən (AFR) keçən transavropa neft kəməri Marseldən başlayır. 1977-ci ildən etibarən Marseldə 24 stansiyaya malik metropoliten fəaliyyət göstərir.
Pankek
Pankek — adətən yumurta, süd və kərə yağı olan bir nişasta əsaslı xəmirdən hazırlanan və tava kimi isti bir səthdə bişirilən, adətən yağ və ya kərə yağı ilə qızardılmış nazik və yuvarlaq bir düz tortdur.
Parmen
Parmen (fr. Parmain) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — Lisl-Adam. Əhalisi — 5.397 nəfər (2006). Bələdiyyə Paris şəhərinin təxminən 31 km şimalda, Serji belediyyənin 14 km şimal-şərqdə yerləşir.
Parsent
Parsent (isp. Parcent) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Marina-Alta ərazisinin 11,8 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 1085 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 85 km uzaqlıqda yerləşir.
Parsua
Parsua, Parşuaş və ya Parsumaş — e.ə. 860–600-cü illərdə Urmiya gölü yaxınlığında, Zamua (əvvəllər Lullubi) ilə Ellipi çarlıqları arasında, Zaqros dağlarının mərkəzində, Sənəndəcin cənub-qərbində mövcud olmuş qədim çarlıq. Çarlığın adı qədim İran sözü olan "*Parsava" sözündən gəlir və mənasının sərhəd olduğu ehtimal olunur.
Persea
Perseya (lat. Persea) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinə aid bitki cinsi. Perseya həmişəyaşıl meyvə bitkiləri cinsidir. Tropik meyvədir. Hünd. 10–20 m-dir. Çiçəkləri ikicinsiyyətli və ağımtıldır. Armud formalı meyvələri tündyaşıl, yaxud qara və birtoxumlu olur. Əkiləndən 4-5 il sonra məhsul verməyə başlayır; hər ağacı 150-200 kq meyvə verir. Meyvələri 250-600 qr gəlir, yeyilir, qoz dadı verir.
Persey
Persey (yun. Περσεύς) — yunan mifologiyasında qəhrəman, Zevs və Danayanın oğlu. Aqos çarı – Akrisiy peyğəmbərə onun oğlunun olub olmayacağını öyrənmək üçün müraciət edir. Ona bildirilir ki, onun öz oğlan övladı olmayacaq, lakin qızı Danayanın dünyaya gətirmiş olacağı oğlan onu öldürəcəkdir. Bundan ehtiyat edən Akrisiy Danayaya heç bir kişi xeylağı yaxın düşə bilməməsi üçün onu zülmət zirzəmiyə salır. Danayanın gözəlliyinə vurulmuş Zevs özünü qızıl yağışa çevirərək, zirzəmiyə sirayət edir və qıza qovuşur, beləliklə Danaya Zevsdən uşağa qalmış olur. Oğlu Perseyi dünyaya gətirdikdən sonra atasından gizlin saxlamağa çalışsa da uçağın ağlaması onu aşkarlamış olur. Danaya əhvəlatı olduğu kimi Akrisiyə nəql edir lakin atası ona inanmasa da hər ikisini bağlı qutuya salaraq dənizə buraxdırır. Dalğalar qutunu Kiklad adalarına – Serifos sahilinə ataraq, Diktisin balıq toruna salır. Diktisin yanında sığınacaq tapsalar da onun qardaşı çar Polidekt yersiz evlənmə təklifi ilə Danayanı rahat buraxmır.
Sarsel
Sarsel (fr. Sarcelles) — Fransada bələdiyyə, region — İl-de-Frans, departament —Val-d’Uaz, rayon — Sarsel. Əhalisi — 1 127 nəfər (1999). Bələdiyyə Paris şəhərinin 17 km şimal, Serji bələdiyyənin 24 km şərqdə yerləşir.
Passer
Əsl sərçə (lat. Passer) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin sərçələr fəsiləsinə aid heyvan cinsi.
Arsak
Arsak (erm. Արցախ) və ya Orxistena (yun. Ὀρχιστηνή) – Cənubi Qafqazda yerləşmiş tarixi vilayət. Antik və orta əsr mənbələrinin məlumatlarına görə tarixi Arsak vilayətinin ərazisi müasir Azərbaycan Respublikasının Kəlbəcər, Tərtər, Xocavənd, Xocalı, Cəbrayıl və Şuşa rayonlarının ərazisini əhatə etmişdir. Kür çayının sol sahilində yerləşən tarixi Utik vilayəti qərbdən və cənub-qərbdən Sünik vilayəti, şimaldan və şimal-şərqdən Uti vilayəti, cənub-şərqdən isə Paytakaran vilayəti ilə sərhədlənirdi. Tarixçi-armenoloq Robert Hyusenin fikrincə Uti vilayətinin avtoxton sakinləri qeyri-Hind-Avropa dillərində danışan tayfalar olmuşlar. E.ə. 91-87-ci illərdə Böyük Ermənistan hökmdarı II Tiqranın İberiya və Qafqaz Albaniyasına yürüşləri nəticəsində Qafqaz Albaniyasının Uti, Arsak və Paytakaran əyalətləri, İberiyanın isə sərhədyanı cənub əraziləri Böyük Ermənistanın tərkibinə qatılır. 387-ci ildə Ermənistanın Bizans və Sasani imperiyaları arasında bölünməsindən sonra Qafqaz Albaniyası və İberiyanın tutulmuş ərazilər geri qaytarılır. X əsrdə Arsak ərazisində Xaçın knyazlığı yaranmışdır.
Arsen
Arsen (As) və ya Sıçanotu – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 33-cü element. Bu elementin rusca adı (mışyak) çox ehtimal ki, siçanları (rusca mış) zəhərləmək üçün istifadə olunan zəhərin adı ilə bağlıdır; digər şeylərlə yanaşı rənginə görə boz mışyak (arsen) siçan (mışı) xatırladır. Elementin latınca adı (Arsenicum) yunan sözü arsenikona (fars mənşəli) gedib çıxır. Yunanlar arsen sulfidi As2S3 (parlaq qızılı-sarı rəngli mineralı) auripiqment adlandırırdılar. Dalın lüğətində bu mineral avripiqment adlandırılıb (latın auripigmentun sözünün köhnə transliterasiyası). Aurpiqment indi də təsviri sənətdə, xüsusən də, ikona çəkilişində istifadə olunur; nə vaxtlarsa onun əsasında boyaq “kral sarısı” adlandırılırdı. Arsenin digər sulfidi As4S4 realqara mineralı şəklində rast gəlir; onun adı ərəb sözü raxc əl qxar-dan yaranıb, hərfi mənası “mağara, fliz yatağı tozu” deməkdir. Təbiətdə arsen təmiz halda və (daha çox hallarda) birləşmələr şəklində rast gəlinir. Onlardan biri – gümüş və arsenin qarışıq sulfidi Ag3AsS3 prustit adını almışdır (tərkibin sabitliyi qanunu kəşf etmiş fransız kimyaçısı Jozef Lui Prustun (1754-1826) şərəfinə Arsenin əksər törəmələri olduqca zəhərlidir, məsələn, çox pis iyli dimetilarsen (onun radikalını (CH3)2As – İsveç kimyaçısı Yens Yakov Berselius (1779-1848) kakodil adlandırmışdır (yunanca kakodes – “iylənən, pis iyli, mənfur”). Kakodilin oksidi (CH3)2As-O-As(CH3)2 daha çox məlumdur.
Artek
"Artek" (rus. Арте́к) — Ukrayna ərazisində, Krım yarımadasında beynəlxalq uşaq mərkəzi. Krım yarımadasının cənub sahilində, Qurzuf qəsəbəsinin yaxınlığında yerləşir. Vaxtilə keçmiş SSRİ-nin ən məşhur pioner düşərgələrindən biri olmuşdur. Uzun müddət sosialist ölkələrindən gələn deleqasiyaların və xarici dövlət rəhbərlərinin qaldığı yer olmuşdur. == Adın mənşəyi == Düşərgə öz adını yerləşdiyi yerin adından götürmüşdür. Həmçinin yaxınlıqdan eyniadlı çay axır. "Artek" sözünün mənşəyi isə mübahisəlidir. Daha əsaslı versiyalar arasında bu sözün yunan dilindəki άρκτος ("ayı", yaxınlıqda Ayu-dağ adlı dağ yerləşir), oρτύκια (bildirçin), άρτος (çörək) və ya tatar dilindəki "artık" (artıq, əlavə) sözündən yaranması qeyd edilə bilər. Düşərgənin özündə "bildirçin" versiyası daha populyardır və "Artek — bildirçin adacığı" deyimi və bu adda mahnı mövcuddur.
Filip Parker
Filip Parker (20 iyun 1960, ABŞ) — INSEAD-ın elmi idarəetmə üzrə professoru; dünyanın ən sürətlə yazan yazıçısı; 200 mindən çox kitabın müəllifi. == Yazma texnologiyası == Filip Parker internetdən axtarışla götürülən informasiya ilə şablonla kitab yazmaq metoduna patent almış və bu üsulla indyə qədər 200 mindən çox kitab çap etdirmişdir. Onun tək ayaqqabılar haqqında 188, şamlar haqqında isə 219 kitabı vardır.
Fərruxru Parsai
Fərruxru Parsa (22 Mart 1922 – 8 May 1980) – 1968-1977-ci illərdə İranda təhsil naziri olub. == Həyatı == Lakin 1968-77-ci illərdə nazir olmuş Fərruxru Parsaini 1979-cu ildə İnqilab Məhkəməsinin qərarı ilə edam ediblər. == Həmçinçinin bax == İran == Xarici keçidlər == A photograph of Farrokhroo Pārsā in conversation with Amir-Abbās Hoveydā. An old photograph of the young family of Farrokh-Din Pārsā and Fakhr-e Āfāgh Pārsā.
Narse
Narse (Qafqaz Albaniyası)
Parez
Parez — nevroloji sindrom olub , müəyyən bir əzələ qrupunda əzələ gücünün azalması ilə büruzə verir.
Parfe
Parfe (от fr. parfait) -1894-cü ildən məşhur olan soyuq desertdir. Qaymaq, şəkər tozu, vanildən ibarət olub, dondurulmuş metal formada olur. Bəzən parfeyə çalınmış yumurta da tökülr.Tarixən parfe fransız deserti olmuşdur. Bundan əlavə kulinarlar amerikan parfesi də hazırlayırlar ki, buna da dondurma və digər inqridiyentlər də qatılır. Aromatlışdırıcı kimi kofe, kakao, tünd şokolad, meyvə konservləri də qatılır. Parfeni stakanlardan da təqdim edirlər.
Parik
Parik (fr. perruque) — parçaya tikilmiş süni taxma saç Pariklərdən teatr incəsənətində və şou-biznesdə geniş istifadə olunur. Dəb tarixində parik sivilizasiyanın gəlişi ilə praktik olaraq yaranır. Qədim şərq dövlətlərində onun istifadəsi haqqında Qədim Misir, Assiriya, Babilistan, Səhnədə səs effektləri yaradan işçi, Akkad və s. O, hakimiyyətin atributu idi. Pariklərin birinci məlum təsvirləri Qədim Misirin sülaləsinin III (3-cü) əsrin sonuna aiddir. Təxminən 2600-cü ilə qədər. Qədim Misirdə pariklər təmiz qırxılmış başlarda olurdu. Pariklərin istehsalı üçün xurma palmasının lif ilə cildlənmiş insan saçları istifadə olunurdu.
Eparse adaları
Eparse adaları (fr. Îles Éparses) — Adalar qrupu Hind okeanının cənubunda, Mozanbik boğazında yerləşir. Mozambik və Madaqaskar arasındakı yolun üzərində yerləşir. Adalar Fransanın mülkiyyəti olaraq Fransa Dənizaşırı Bölgələr Birliyi Eparse adaları ərazisinə daxildir. Bölgədə yerləşən adalara Madaqaskar iddia edir. 1892-ci ildə ərazilər frasnsanın lonizasiyasına məruz qalmışdır. 1912-ci ildə isə «Madaqaskar və onujn asılı ərazilərə» daxil edilir. Zaman-zaman adalar məskunlaşdırılmağa başlanılmışdır. Əsas hədəfsə quano və kakos toplamaq və tısbağa çanağının satışı olmuşdur. == Tərkibi == Bura əsasən Mərcan adaları daxildir: Bank-du-Qeysir (Komor adaları və Madaqaskar tərəfindən ərazi iddiaları irəli sürülür) Bassas da İndiya adaları (Madaqaskar tərəfindən ərazi iddiaları irəli sürülür) 10 adsız ada Avropa adası (Madaqaskar tərəfindən ərazi iddiaları irəli sürülür) Avropa adası 8 adsız ada Qloryoz adaları (Madaqaskar tərəfindən ərazi iddiaları irəli sürülür) Qrand-Qloryoz İl-dyu-Lis Qəza qayası Cənub qayası Yaşıl qayalar (3 ada) 3 adsız ada Xuan de Nova adası (Madaqaskar tərəfindən ərazi iddiaları irəli sürülür) Tromelin adası (Mavriki tərəfindən ərazi iddiaları irəli sürülür) Adaların ümumi ərazisi — 38,6 km², əhalisi 56 nəfər (stansiya işçiləri).
Laurus persea
Amerika perseyası (lat. Persea americana) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinin perseya cinsinə aid bitki növü. Vətəni Mərkəzi Amerika və Meksikanın yüksəkdağlı rayonlarıdır. Botaniki cəhətdən avakado giləmeyvədir. Lakin əmtəəşünaslıq təsnifatına görə çəyirdəkli meyvələr qrupuna aid edilir. Meyvəsi yumru, oval formada, bəzən armudaoxşardır. Qabığı sıx, dərivari hamar və ya çopuq, qara, bənövşəyi və ya yaşıl rəngdədir. Yetişmiş meyvələrin ətliyi qabığından asan aralanır. Meyvənin daxilində iri çəyirdəyi var. Meyvənin ümumi kütləsinin 25%-ni təşkil edir.
Dirsək
Dirsək — uzunluq ölçü vahidi. == Ümumi məlumat == Azərbaycan xalqının məişətində əski çağlarda işlənmiş, lakin müasir dövrdə öz əhəmiyyətini itirmiş uzunluq ölçüsü vahidləri də vardır. İnsanın bədən üzvləri ilə ifadə olunan ayaq və barmaq kimi qədim ölçüləri bunlara aiddir. Qulacdan bir az kiçik, qarışdan böyük uzunluqları ölçmək üçün azərbaycanlılar arasında dirsəkdən istifadə olunmuşdur. Başqa xalqlarda da (məs.: farslar, ruslar, ərəblər və b.) işlədilən dirsək əli yumduqda barmağın qatlanan yerindən dirsəyin bükülən yerinə qədər olan məsafəyə bərabər ölçü vahididir. 1 dirsək 0,5 m-ə, yəni 50 sm-ə bərabər götürülür. Türkiyədə isə 1 dirsək uzunluq ölçüsü vahidi kimi 68,5 sm-ə bərabərdir. Kişilər şalvarın belini çox vaxt dirsəkləri ilə ölçürlər. Hər bir kişinin şalvarının beli iki qatlandıqda onun dirsəyinin ölçüsünə bərabər olur. Addım, qulac, qarış və dirsək türk sözləri olub, bir çox xalqların, xüsusilə türk xalqlarının, eləcə də azərbaycanlıların həyat və məişətində uzunluq ölçmək üçün geniş şəkildə işlənməkdədir.
Porşen
Porşen — istilik maşınlarında tətbiq olunan maşın hissəsidir. O, qazın genişlənməsi nəticəsində yaranan təzyiqi qəbul edərək onu mexaniki enerjiyə çevirir. Porşenlər adətən çarxqollu-sürgüqollu mexanizminə qoşulur. Həmçinin silindrin təmizlənməsi və doldurulmasında da iştirak edir. Kompressorlarda isə onun funksiyası əksinədir. Çarxqolu-sürgüqolundan alınan hərəkət nəticəsində porşen qazı sıxır. Porşen üç hissədən ibarətdir: Dib hissəsi, burada yanma prosesi baş verir. Kipləşdirici hissə, bunun köməyi ilə porşen və silindrin divarları arasında tam kiplik yaradılır ki, sıxma prosesi baş verə bilsin. Yönəldici hissə porşenin silindr boyunca hərəkətini nizamlayır. Porşenlər çuqun və alüminium legirlərindən hazırlanırlar.
Proşek
Proşek (xorv. Prošek) — şirin desert şərabı. Şərab Xorvatiyada və ölkənin cənub hissəsindəki Dalmasiya regionunda ənənəvi olaraq istehsal edilir. Adının mənşəyi tam məlum deyilş Amma güman olunur ki, ad xorvat sözü olan prošli (son) sözündən götürülmüşdür. Bu adın qoyulmasına səbəb şərab üçün istifadə edilən üzümün çox gec qıcqırmasıdır. Şərab üzüm giləmeyvələrinin kollarından passito (həsir şərabı) üsulu ilə qıcqırmasından alınır və istehsal edilir. Proşek çox keyfiyyətli şərab hesab olunur. Ona görə də, digər şərablara nisbətən daha bahalıdır. Buna səbəb onun istehsalına orta hesabla digər şərablardan yeddi dəfə daha çox üzüm tələb olunmasıdır. İstehsalçılar şərab istehsalı zamanı spirtin yüksək həddindən istifadə edirlər.
Pərkək
Pərkək (fars. پركك‎) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Milacerd bəxşinin Milacerd dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 5 ailədə 10 nəfəri kişilər və 11 nəfəri qadınlar olmaqla cəmi 21 nəfərdir. Kəndin əhalisini türklər təşkil edir, türkcə danışırlar və şiə müsəlmandırlar.
Çarsk
Çarsk (qaz. Шар) — Qazaxıstanın Şərqi Qazaxıstan vilayətinin Jarma bölgəsindəki bir şəhər. Şar şəhər rəhbərliyinin inzibati mərkəzi. KATO kodu — 634421100. Şəhər Türksibdəki stansiyadan başladı. Şər çayının adını daşıyır. Bir əfsanə var ki, bir vaxtlar çayın axarı o qədər güclü idi ki, monqollar naimanları məğlub edərək Şər çayından keçdi və çay ordunun 1/3 hissəsini apardı. Mənşənin ilk versiyası olan "Şar" sözü Qazaxıstanın istiliyindən, yəni "uçurumdan" gəlir, ikinci mənşəli versiyaya görə Çingiz Xan ordusu ilə bu ərazidən keçəndə çağırdı Rus dilinə "sarı" ilə tərcümə edilən bu torpaq "Şar". Maraqlı bir həqiqət budur ki, şəhərin kənarları hələ də qışda və yayda qeyri-adi sarı örtüyü ilə məşhurdur, çünki Çarsk şəhəri ətrafında çöl otu "shi" böyüyür. Çarın adı "Abay Zholy" da çəkilir.
Ərşək
Ərşək — türk və altay mifologiyasında əfsanəvi varlıq. Bars və ayının cütləşməsinden doğan əfsanə canlısı. Yarı ayı yarı bars olaraq da düşünülər. Gövdəsi bars, başı ayı şəklindədir. Pəncələri də ayı pəncələri kimidir. (Ər/Er) kökündən törəmişdir. Güclülük mənası ehtiva edər. Monqolcada "Ers" sözü itilik ifadə edər və bu canlıların pəncələrinin itiliyi ilə əlaqədardır. Türk Əfsanə Sözlüyü, Dəniz Qaraqurd, Türkiyə, 2011, (OTRS: CC BY-SA 3.0) (türk.) Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.