PARKÉT

[ fr. ]
1. Hər hansı bir həndəsi şəkil formasında döşəmə salmaq üçün işlədilən kiçik hamar taxta parçaları.
2. Belə taxtacıqlardan düzəldilmiş döşəmə.
[Veysəl] nəzərlərini silinmiş parketdən ayırmadı. B.Bayramov.

// Belə taxtacıqlardan düzəldilmiş, parketlə döşənmiş.
Gülnaz parket döşəmənin üstündə yalın ayaqlarını şappıldadaraq pəncərəyə tərəf cumdu. Q.İlkin.
Sultan ayağa qalxanda kreslonu elə qəzəblə itələdi ki, parket döşəmədə ağ qoşa cızıqlar düşdü. İ.Hüseynov.

PARK
PARKETÇİ

Значение слова в других словарях