Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Martakert
Ağdərə — Azərbaycan Respublikasının Ağdərə rayonunun Ağdərə şəhər inzibati ərazi dairəsində şəhər, Ağdərə rayonunun inzibati mərkəzi. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Ağdərə şəhəri Tərtər rayonunun inzibati tərkibinə verilmişdir. 10 noyabr 2020-ci il üçtərəfli atəşkəs bəyanətına əsasən müvəqqəti olaraq Rusiya Sülhməramlı Qüvvələrinin nəzarət zonasına daxil olub. 19-20 sentyabr 2023-cü il tarixlərində Azərbaycan Silahlı Qüvvələrinin anti-terror tədbirləri nəticəsində Ağdərə Azərbaycan nəzarətinə qayıtmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Ağdərə şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. 5 dekabr 2023-cü ildə Ağdərə şəhəri Ağdərə rayonunun tərkibinə daxil edilib. == Toponimikiası == Keçmişdə adı dəyişdirildikdən sonra eyniadlı (Mardakert) rayonun mərkəzi olmuşdur. XIX əsrin I yarısında burada məskunlaşdırılmış qonşu Qasapet kəndindən cıxmış ermənilər rayonun və qəsəbənin adını 1923-cü ildən 10 sentyabr 1939-cu ilədək Cerabert, 1930-cu ildən isə Mardakert kimi rəsmiləşdirmişdilər. 1992-ci ildən rayonun ərazisi Tərtər rayonuna birləşdirilmiş, şəhər isə keçmiş adı ilə – Ağdərə adlandırılmışdır. Qarabağ düzünü Yuxarı Qarabagla birləşdirən kecidin adı.
Craig Parker
Craig Parker (12 noyabr 1970, Suva) — Yeni Zelandiyalı aktyor. == Həyatı == Babası Birləşmiş Krallığın ordusunda xidmət edərkən Şotlandiyanın Edinburq şəhərindən Ficiyə köçmüşdür. Parker təkcə şotland nəslinə mənsub deyil. Onun babaları arasında Qal, Danimarkalı, ingilis və Kelt mənşəyi var. Parkerin dünyada atanınması Üzüklərin Hökmüdarı film seriyasındakı Haldir rolu olmuşdur. Bu uğurlu nəticənin ardınca 2008–2010-cu illər arasında Legend of the Seeker adlı serialda qaranlıq Darken Rahl rolunu canlandırmışdır. Yenə Sam Raimi və Robert Tapert tərəfindən çəkilən Spartak: Qan və Qum və Spartak: İntiqam seriallarında romalı komandir Qay Klavdi Qlaber rolunu canlandırmışdır.
Filip Parker
Filip Parker (20 iyun 1960, ABŞ) — INSEAD-ın elmi idarəetmə üzrə professoru; dünyanın ən sürətlə yazan yazıçısı; 200 mindən çox kitabın müəllifi. == Yazma texnologiyası == Filip Parker internetdən axtarışla götürülən informasiya ilə şablonla kitab yazmaq metoduna patent almış və bu üsulla indyə qədər 200 mindən çox kitab çap etdirmişdir. Onun tək ayaqqabılar haqqında 188, şamlar haqqında isə 219 kitabı vardır.
Piter Parker
Hörümçək-adam (ing. Spider-Man) — Marvel Comics tərəfindən nəşr edilən ABŞ komikslərində görünən uydurma superqəhrəman. Personaj yazıçı-redaktor Sten Li və yazıçı-rəssam Stiv Ditko tərəfindən yaradılmış və ilk dəfə komikslərin Gümüş dövründə "Amazing Fantasy" komiksinin 15-ci sayında (avqust 1962) peyda olmuşdur. Marvel Kainatında valideynləri Riçard və Meri Parker təyyarə qəzasında öldüyü üçün Nyu-York şəhərində Mey xala və Ben əmi tərəfindən böyüdülən və əsl adı Piter Parker (ing. Peter Parker) olan personaj kimi düşünülmüşdür. Li və Ditko onu yeniyetməlik dövrünün normal çətinlikləri və maddi problemləri ilə üzləşməli olan personaj kimi təsvir etmişdirlər və onun üçün bir çox köməkçi personajdan istifadə etmişdirlər: "Daily Bugle" qəzetinin baş redaktoru Cey Cona Ceymson, sinif yoldaşları Fleş Tompson və Harri Ozborn, romantik münasibətdə olduğu Qven Steysi və Meri Ceyn Uotson. Personajın mənşə hekayəsinə görə radiokativ hörümçək tərəfindən sancılan Piter Parker hörümçəklərə xas güc və bacarıqlar əldə edir: divarlara dırmaşmaq, biləklərinə taxdığı "toratan" adlı xüsusi alətlərlə hörümçək toru atmaq və "hörümçək hissi" sayəsində təhlükəyə cəld reaksiya vermək. Əldə etdiyi bu güclər ona Doktor Osminoq, Yaşıl qoblin və Venom kimi güclü düşmənlərə qarşı mübarizə aparmaq imkanı yaradır. Hekayəyə görə o, əvvəlcə güclərindən saymazyana istifadə edir, lakin əmisini öldürən oğrunun qaçmasına şərait yaratdığını öyrəndikdən sonra gücünün məsuliyyətini dərk edir. Hörümçək-adamın 1960-cı illərin əvvəllərində peyda olduğu dövrdə superqəhrəman komikslərində yeniyetmə personajlar protaqonistlərin köməkçisi rolunda çıxış edirdilər.
Robert Parker
Robert Parker — Amerika yazıçısı, detektiv romanlar müəllifi Yazıçıya dünya şöhrətini detektiv Spenser haqqında silsilə romanlar qazandırmışdı. Parkerin son romanı 2010-cu ilin fevralında işıq üzü görəcək. Robert Parker 77 yaşında qəflətən vəfat edib.
Çarli Parker
Çarli Parker(ing. Charles (Charlie) "Bird" Parker, Jr., 29 avqust 1920[…], Kanzas-Siti[d], Kanzas – 12 mart 1955[…], Nyu-York, Nyu-York ştatı və ya Manhetten, Nyu-York ştatı) — amerika caz saksofonçusu bəstəkarı, bibop üslubunun yaradıcısı. 1930-cu illərin sonunda ABŞ-nin Kanzas şəhərində əvvəlcə eksperiment xarakteri daşıyan modern-caz və ya bibop üslubu yaranır. Bibopda əsas diqqət orkestrin həmahəng səslənməsinə deyil, müxtəlif alətlərin solo ifasına yetirilir. 40-cıların məşhur cazmenləri saksafonçalan Çarli Parker və trubaçalan Dizzi Gillespi bibopa dünya şöhrəti gətirirlər. Çarli Parkerin modern-cazın inkişafında oynadığı rolu çox vaxt Lui Armstronqun ənənəvi caz sahəsindəki xidmətlərinə bərabər tuturlar. Dizzi Gillespinin kəşflərindən biri də caza Afrika, Kuba ritmlərini daxil etməsidir.
Tej Parker
Tej Parker — Forsaj franşizasından uydurma personaj. Ludakris tərəfindən canlandırılıb. Dominik Torettonun cinayət təşkilatında iştirak edir. Öz qarajı var.
Kevin Parker
Kevin Riçard Parker (20 yanvar 1986 və ya 1986, Sidney) — avstraliyalı müğənni, musiqiçi, bəstəkar və prodüser. Psixodelik mahnılar buraxdığı Tame Impala layihəsi ilə tanınır. Kevin dörd albom buraxıb: Innerspeaker (2010), Lonerism (2012), Currents (2015) və The Slow Rush (2020). O, 13 "ARIA Musiqi mükafatı" qazanıb, bundan əlavə iki "APRA mükafatı" və "Brit mükafatı"na layiq görülüb, həmçini dörd dəfə "Qremmi" mükafatına namizəd olub. Tame Impala-dan əlavə Kevin 2009–2011-ci illərdə Avstraliya musiqi qrupu Pond-un təbilçisi olub. Prodüser kimi o, Mark Ronson, Ledi Qaqa, Rihanna, Kanye Vest, Gorillaz, Trevis Skot, Melody's Echo Chamber, və The Flaming Lips ilə əməkdaşlıq edib. == Həyatı == Kevin Parker Avstraliyanın Sidney şəhərində dünyaya gəlib, lakin uşaqlığının böyük qismini Qərbi Avstraliyada yerləşən Pertdə keçirib. Kevinin atası Cerri Rodeziyalı, anası Rosalind isə Cənubi Afrikalıdır. O, üç yaşında olarkən valideynləri boşanıb.
Alan Hardaker kuboku
Alan Hardaker kuboku (ing. Alan Hardaker Trophy) — 1990-ci ildən bəri hər il İngiltərə Liqa kubokunun finalının ən yaxşı oyunçusuna verilən mükafatdır. Bu günə qədər mükafatı qazanan futbolçular aşağıdakılardır: A Təkrar Hillsborough Stadionunda oynanılan oyunda Lester 1-0 qazanmışdır. B Liverpul penalti zərbələri ilə 5-4 qazanmışdır. C Man. Yunayted penalti zərbələri ilə 4-1 qazanmışdır. D Liverpul penalti zərbələri ilə 3-2 qazanmışdır.
Paxtakor Daşkənd FK
Paxtakor (Daşkənd) — Özbəkistanın futbol klubu 1956-cı ildə yaranıb. 11 avqust 1979-da Keçmiş SSRİ-də, Ukraynada ən böyük aviaqəza baş verir. Dispetçerin xətası (təlimata zidd olaraq növbətçilik təcrübəsiz bir gəncə həvalə olunub) üzündən birində 83, digərində isə 89 sərnişin olan iki "TU 134" təyyarəsi 8400 metr yüksəklikdə toqquşur. Bütün sərnişinlər, o cümlədən "Paxtakor" futbol klubunun 17 oyunçusu həlak olur. Bu, aviasiya tarixində ən yüksəkdə baş vermiş toqquşmadır. Məhkəmənin hökmü ilə dispetçerlərin biri 5, digəri isə 4 il həbs cəzanına məhkum edilir. "Paxtakor" isə 5 il SSRİ-nin fəxri birincisi elan edilir.
Parker (film, 2013)
Parker — 2013-cü ildə çəkilmiş döyüş filmidir. Rejissoru Taylor Hackford, ssenari müəllifi isə Con J. Maklaflindir. Baş rollarda Jason Statham və Jennifer Lopez oynamışdırlar. Film Incentive Filmed Entertainment, Sierra Pictures və Sidney Kimmel Entertainment kinostudiyalarında çəkilmişdir. Filmin musiqi tərtibatçısı David Buckley olmuşdur. Parker peşəkar oğrudur. Onun son dərəcə qəti və ciddi qaydaları mövcuddur. Nəhayət, o, böyük bir soyğun etmək istəyir və işlər bundan sonra inkişaf etməyə başlayır. Jason Statham - Parker Jennifer Lopez - Leslie Rodgers Michael Chiklis - Melander Wendell Pierce - Carlson Clifton Collins Jr.
Parker Solar Probe
Parker Solar Probe — ABŞ-nin Milli Aeronavtika və Kosmik Fəzanın Tədqiqi Agentliyi (NASA) " Parker Solar Probe " peykini Günəşə göndərib. Florida ştatının Kanaverel kosmodromundan yüksək elliptik orbitə çıxarılan peyk amerikalı məşhur astrofizik Yucin Parkerin adını daşıyır. Parker Solar Probenin yeddi il ərzində 24 dəfə Günəş ətrafında hərlənərək ona rekord yaxın məsafədə — 8.86 Günəş radiusu və ya 6.1 milyon kilometr yaxınlaşması planlaşdırılır. Dəyəri 1,5 milyard ABŞ dolları olan peykin birbaşa Günəş tacına daxil olmaq və Yerdə həyat şəraitinə təsir edən yüksəkenerjili Günəş küləyinin yaranma mexanizmini araşdırmaq imkanı var.
Piter Parker (dəqiqləşdirmə)
Piter Parker — Hörümçək-adam personajının əsl adıdır. Piter Parker adı aşağıdakı şəxslərə də aid ola bilər: Ser Piter Parker (1924–2002) – Britaniya Dəmir Yolları Şurasının sədri (1976–1983). Piter Parker (fizikaçı) (1804–1888) – Çinə Avropa tibb metodlarını gətirmiş missioner. Ser Piter Parker, I baronet (1721–1811) – Britaniya admiralı və parlament üzvü, Admiral Nelsonun dostu. Ser Piter Parker, II baronet (1785–1814) – ingilis hərbi-dəniz zabiti. Piter Parker (hakim) (1959) – Avstraliya kriket hakimi. Piter Parker – "The Dandy" komiksində Piterin Poket Babası personajının nəvəsi. Pit Parker (1895–1991) – Kanada radio spikeri.
Robert Parker evi
Robert Parker evi — Amerika Birləşmiş Ştatlarının İllinoys ştatında, Çikaqo ətrafındakı bir evdir. Ev 1892-ci ildə Amerikalı memar Frank Lloyd Rayt tərəfindən tərtib edilmişdir və Raytın erkən işlərinin bir nümunəsidir. Daşınmaz əmlak agenti Tomas H. Geyl onu inşa etdi və həmin il Robert P. Parkerə satdı. Evi Rayt tərəfindən müstəqil olaraq tərtib edilmişdir. Parker evi ABŞ-nin federal olaraq qeydə alınan tarixi rayonuna töhfə verən bir əmlak olaraq siyahıya alınmışdır. Robert P. Parkerin evi, Amerika memarı Frank Lloyd Rayt tərəfindən "Butleq evləri" kimi tanınan Çikaqo prospektindəki Oak Parkdakı üç evdən biridir. Memar Luis Sullivan Rayta öz evinin və studiyasının tikintisi zamanı borc pul vermişdir. Parker evi xüsusilə Tomas H. Geyl evinə bənzəyir. Evlər 1892-ci ildə Raytın qonşusu Valter Qeyl üçün spekulyativ bir şəkildə qurulmuşdur. Sullivan digər layihələr haqqında biləndə 1892-ci ilin sonu və 1893-cü ilin əvvəllərində Raytı işdən azad etmişdir.
Sara Cessika Parker
Sara Cessika Parker (ing. Sarah Jessica Parker, 25 mart 1965) — ABŞ aktrisası. Sara Cessika Parker hal-hazırda karyera və ailə arasında uğurla balans yaratmağa qadir olan qadın rolunda bir filmdə rol alsa da, real həyatda məşhur aktrisa öz gözəlliyinin qayğısına qalmaqda təsəvvür etməyəcəyiniz qədər acizdir. Verdiyi müsahibədə Parker demişdir: "Mən makiyaj edə bilmirəm. Mən demək olar ki, heç vaxt öz dırnaqlarımı boyamıram və demək olar, heç zaman saçıma forma vermirəm. Son 10 ildə mən dırnaqlarımı cəmisi iki dəfə cilalamışam. Vəssalam! Mən yalnız iş zamanı manikür etdirirəm. Saçlarımı qurulamağı bacarmıram. Sadəcə, bunu necə etmək lazım olduğunu bilmirəm.
Con Parker (minitmen)
Con Parker (ing. Con Parker; 13 iyul 1729, Leksinqton[d] – 17 sentyabr 1775, Leksinqton[d], On üç koloniya) — ABŞ müstəmləkə fermeri, əsgəri və daha sonra zabiti. O, 19 aprel 1775-ci ildə Leksinqton döyüşündə Amerika milislərinə komandanlıq etmişdir. == Ailəsi == Con və həyat yoldaşı Lidiya Parkerin 7 övladı var idi: Lidiya, Anna, Con, İsaak, Rut, Rebekka və Robert. Onun bağ evi Leksinqtondakı Sprinq-stritdə idi. == İstinadlar == == Əlavə ədəbiyyat == Frothingham, Richard. History of the Siege of Boston, and of the Battles of Lexington, Concord, and Bunker Hill. C. C. Little & J. Brown. 1851.