Martakert


AğdərəAzərbaycan Respublikasının Ağdərə rayonunun Ağdərə şəhər inzibati ərazi dairəsində şəhər,[2] Ağdərə rayonunun inzibati mərkəzi. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Ağdərə şəhəri Tərtər rayonunun inzibati tərkibinə verilmişdir.[3] 10 noyabr 2020-ci il üçtərəfli atəşkəs bəyanətına əsasən müvəqqəti olaraq Rusiya Sülhməramlı Qüvvələrinin nəzarət zonasına daxil olub. 19-20 sentyabr 2023-cü il tarixlərində Azərbaycan Silahlı Qüvvələrinin anti-terror tədbirləri nəticəsində Ağdərə Azərbaycan nəzarətinə qayıtmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Ağdərə şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. 5 dekabr 2023-cü ildə Ağdərə şəhəri Ağdərə rayonunun tərkibinə daxil edilib.[4]

Şəhər
Ağdərə
40°12′55″ şm. e. 46°48′46″ ş. u.HGYO
Ölkə
Başçı Elçin Yusubov
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 453 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 4.600 nəf. (2015)[1]
Rəqəmsal identifikatorlar
Telefon kodu +994 246
Poçt indeksi AZ5900
Nəqliyyat kodu 59
Ağdərə xəritədə
Ağdərə
Ağdərə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Keçmişdə adı dəyişdirildikdən sonra eyniadlı (Mardakert) rayonun mərkəzi olmuşdur. XIX əsrin I yarısında burada məskunlaşdırılmış qonşu Qasapet kəndindən cıxmış ermənilər rayonun və qəsəbənin adını 1923-cü ildən 10 sentyabr 1939-cu ilədək Cerabert, 1930-cu ildən isə Mardakert kimi rəsmiləşdirmişdilər. 1992-ci ildən rayonun ərazisi Tərtər rayonuna birləşdirilmiş, şəhər isə keçmiş adı ilə – Ağdərə adlandırılmışdır.[5] Qarabağ düzünü Yuxarı Qarabagla birləşdirən kecidin adı. Şahbuz, Şamaxı və Ordubad rayonlarında Ağdərə adları ilə mənaca eynidir.

Ağdərə şəhəri 1923-cü ildə yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibində olan Ağdərə rayonuna tabe edilmişdir. Rayon 8 avqust 1930-cu ildə təşkil edilmişdir. 1960-cı ildə şəhər tipli qəsəbə[6], 1985-ci ildə şəhər statusu alıb. Ağdərə şəhəri Dağlıq Qarabağdakı bir çox ərazilər kimi Qarabağ müharibəsinin başlanğıcında erməni hərbçilərinin nəzarəti altına keçir. 1992-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hücumu nəticəsində iyulun 4-də Ağdərə şəhəri erməni işğalçılarından azad edilir. Ağdərəyə ilk Azərbaycan bayrağını sancan tərtərli Baxşəliyev Ələmdar Asdan oğlu idi. 1 il boyunca şəhər ətrafındakı kəndlərdə və yüksəkliklərdə aramsız döyüşlər gedir. Lakin 1993-cü ildə Azərbaycanda 4 iyun Gəncə qiyamı baş verir. Qarabağ cəbhəsində döyüşən orduya rəhbərlik edən Surət Hüseynov mərkəzi hakimiyyətə qarşı qiyam edərək Bakıya doğru hücuma keçir. Onun rəhbərlik etdiyi ordu bölmələri öz mövqelərini qoyaraq Bakıya doğru hücuma qoşuldular. Bundan məharətlə istifadə edən ermənilər 27 iyun 1993-cü ildə Ağdərə şəhərini yenidən işğal etmişdi. 2023-cü il sentyabrın 20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Ağdərə şəhəri Azərbaycanın nəzarətinə qayıtmışdır.

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Şəhər Tərtər-İstisu avtomobil yolunun kənarında yerləşir.

1989-cu il siyahıyaalınmasına əsasən şəhərdə 8.325 nəfər (4.018 nəfəri kişilər, 4.307 nəfəri qadınlar) əhali yaşayırdı.[7]

Milli tərkibi
Siyahıyaalma ili
1939[8]
1970[9]
1979[10]
2005[11]
Ermənilər 3.340
(89,8 %)
5.472
(96,3 %)
6.264
(93,6 %)
4.258
(99,9 %)
Azərbaycanlılar 248
(6,7 %)
135
(2,4 %)
349
(5,2 %)
Ruslar 105
(2,8 %)
44
(0,8 %)
41
(0,6 %)
Ukraynalılar 11
(0,3 %)
9
(0,2 %)
5
(0,1 %)
digərləri 17
(0,5 %)
23
(0,4 %)
31
(0,5 %)
4
(0,1 %)
Cəmi 3.721 (100 %) 5.683 (100 %) 6.690 (100 %) 4.262 (100 %)

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

İşğal edilmiş ərazidə 8036 hektar sanitariya-gigiyena və sağlamlaşdırma fiınksi-yalı meşələr mövcud idi ki, bunun 628 hektan şəhərətrafı yaşıllıq zonası, 7408 hektarı isə su təchizatı mənbələrinin sanitar mühafızə zonalarına aid meşələr idi. Rayonda 75059 hektar meşə sahələri var idi ki, bu da ərazinin 44%-ni təşkil edirdi. Ağdərə rayonunda, Tərtər çayı vadisində Şərq çinarı meşəliyi xüsusi olaraq qorunurdu. Ağdərə rayonunda zəngin faydalı qazıntı yataqları var idi: Qızılbulaq qazıntı yatağında 13,6 vahid sənaye ehtiyatı olan qızıl və 47,9 mil- yon ton mis, Mehmana yatağında sənaye ehtiyatları 37,3 milyon ton olan qurğuşun, 40,4 milyon ton olan sink, 100 milyon ton olan Dəmirli mis yatağı, Canyataq-Gülyataq qızıl yatağı vardı. Sənaye ehtiyatları 38080 min kub metr olan Ağdərə, 6423 min kub metr olan Şorbulaq-I, 2129 min kub metr olan Şorbulaq – II mişar daşı yatağı, 200 min kub metr olan Ağdərə gəc yatağı düşmənlərə qaldı.

İşğal olunmuş ərazilərimizin qızıl yataqları bir qayda olaraq ABŞ-nin, Türkiyənin, Kanadanın, İsveçrənin, Fransanın iş adamları tərəfindən talan olunur. Ağdərənin Mehmana mis yatağı ABŞ vətəndaşı türk iş adamı Mehmet Abdullaoğluna satılıb. 2004-cü ildən türk iş adamı Mehmana ərazisindən mis çıxarmaqla məşğuldur. Ərazidən çıxarılan mis Rusiya Federasiyasindakı, Almaniyadakı iş adamlarına satılır. 2005-ci ilin mart ayından türk iş adamı M.Abdullaoğlu ərazidəki digər mis və qurğuşun yataqlarını da satın alıb.

80-ci illərin sonlarında, Dağlıq Qarabağda erməni separatizminin aktiv fazaya keçməsi ərəfəsində rayonun ərazisində zəngin daş kömür yataqlarının da olduğu aşkarlanmışdı. 2011-ci ildə isə Ermənistanın Azərbaycanın işğal altındakı ərazilərində yeraltı təbii sərvətlərin talan edilməsinə dair daha bir planı açıqlanıb. Düşmən ölkənin energetika və təbii ehtiyatlar naziri Armen Movsisyan Ermənistan İctimai Televiziyasına verdiyi müsahibədə bildirib ki, Ağdərə rayonundakı daş kömür yataqlarında ehtiyatların həcmini araşdırmaq üçün tədqiqat işləri gedir. Onun sözlərinə görə, işlərin hələ başa çatmamasına və bir neçə il davam edəcəyinə baxmayaraq artıq indidən aydındır ki, Dağlıq Qarabağda daş kömür ehtiyatları İrəvan İstilik Elektrik Stansiyasının köhnə enerji blokunu yenidən işə salmaq üçün yetərlidir.[12]

  1. http://stat-nkr.am/files/publications/2015/LXH_tverov_2015.pdf.
  2. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  3. "Azərbaycan Respublikasının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı". 2022-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-29.
  4. "Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında Azərbaycan Respublikasının Qanunu" (az.). president.az (2023-12-28 tarixində nəşr olunub). 2023-12-05. (#archive_missing_date) tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-27.
  5. Ağdərə // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
  6. Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Azərbaycan Sovet Ensiklopediyası - VI Cild (K,G,L,M). 1982-01-01.
  7. "Всесоюзная перепись населения 1989 г. Численность городского населения союзных республик, их территориальных единиц,городских поселений и городских районов по полу". 2012-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-10.
  8. "Этнокавказ. 1939-cu il siyahıyaalınmasına görə Mardakert rayonu əhalisinin etnik tərkibi". 2020-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-10.
  9. "Этнокавказ. 1970-ci il siyahıyaalınmasına görə Mardakert rayonu əhalisinin etnik tərkibi". 2020-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-10.
  10. "Этнокавказ. 1979-cu il siyahıyaalınmasına görə Mardakert rayonu əhalisinin etnik tərkibi". 2020-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-10.
  11. "2005-ci il siyahıyaalınmasına görə Mardakert rayonu əhalisinin etnik tərkibi". Population statistics of Eastern Europe & former USSR. 2022-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-10.
  12. "Ermənistan Qarabağın Daş Kömür Yataqlarını Talamağa Hazirlaşır". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-10.