Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Plutokratiya
Plutokratiya (plutos+kratos − sərvət, güc, hakimiyyət) − siyasi hakimiyyətin formal və faktiki olaraq hökmran təbəqələrin ən varlı dairələrinin əlində cəmləşdiyi quruluşdur.
Pornokratiya
Pornokratiya (q.yun. πόρνη — fahişə sözündən; zina + κράτος — hakimiyyət), azğınların / fahişələrin hakimiyyəti / dövrü (it. pornocrazia romana, governo delle prostitute; lat. saeculum obscurum — gizli, qaranlıq əsr) — papa tarixində dövr (X əsrin birinci yarısı), hansı ki 904-cü ildə papa seçilən III Sergidən başlamış və XII İoannın 963-cü ildə vəfatına qədər 60 il ərzində davam etmişdir (digər məlumata görə XI İohan ölümünə qədər, yəni 30 il ərzində). Bu müddət ərzində Roma pontifikləri Teoflikatlar adlı qüdrətli zadəgan ailənin güclü təsiri altında qalmışdılar. Ailə Roma konsolu və Tuskul komiti Teoflikat, onun azğınlar adını qazanmış həyat yoldaşı Feodora və onların qızı Maroziyadan ibarət idi, sonradan bura Maroziyanın oğlu II Alberix də qoşuldu. Tarixçinin yazdığı kimi, "bu zəngin, nüfuzlu və hakimiyyətə susamış qadınlar papa taxt-tacına öz dostları, qohumları və aşiqlərini qoyurdular. Onların xoşlarına gəlməyən papaları heç bir maneə olmadan devirdilər, aradan götürürdülər". Bu dövrə aid əksər orta əsr dəliləri kifayət qədər qərəzkardır, çünki papanın siyasi əleyhdarları tərəfindən yaradılmışdılar. Bununla belə, hətta Roma-Katolik kilsəsinin rəsmi tarixi qəbul edir ki, bir neçə on illiklər ərzində pozğun həyat tərzi ilə fərqlənən çox sayda papa dəyişib və onlar Teoflikatlar klanı tərəfində təyin və idarə olunurdular.
Avtokratiya
Avtokratiya (yun. αὐτός; “öz” - κράτος; “güc”) — dövlət üzərində mütləq hakimiyyətin bir şəxsin əlində cəmləşdiyi idarəetmə sistemidir. Bu şəxsin qərarları xarici hüquqi məhdudiyyətlərə və ya müntəzəm ictimai nəzarət mexanizmlərinə (bəlkə də çevriliş təhlükəsi və ya digər üsyan formaları kimi) məruz qalmır. Qədim dövrlərdə avtokrat termini hökmdarın müsbət təyinatı kimi istifadə olunurdu və "maraqların toqquşması yoxdur" anlayışı ilə yanaşı, əzəmət və güc əlaməti ilə əlaqələndirilirdi. Termin istifadəsi müasir dövrlərdə də davam etdi, çünki Rusiya imperatoru 20-ci əsrin əvvəllərinə qədər "Rusiyanın bütün avtokratı" kimi təsvir edilmişdir. 19-cu əsrdə Şərqi və Mərkəzi Avropada müxtəlif xalqların yaşadığı avtokratik monarxiyalar hökmranlıq edirdi. Avtokratiya dövlətin yaranmasından bəri ən geniş yayılmış və dəyişikliyə ən davamlı olanı olmuşdur. == Tarixi və etimoliyası == Avtokratiya sözü qədim yunanca autos (yun. αὐτός; "öz") və kratos (yun. κράτος; "güc") sözlərindən yaranmışdır.