Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pavilyon (sərgi)
Pavilyon, Ümumdünya sərgisi kimi böyük beynəlxalq sərgilərdə tez-tez rast gəlinən bir bina növüdür. Tanınmış bir memar və ya dizayner tərəfindən iştirakçı ölkənin ən son texnologiyasını nümayiş etdirmək üçün dizayn edilə bilər və ya sərgiləyən ölkənin milli memarlıq üslubu kimi qəbul edilə bilər. Məsələn, 1929-cu il Barselona Beynəlxalq Sərgisinin Alman pavilyonu, tanınmış müasir Alman memarları Ludwig Mies van der Rohe və Lilly Reich tərəfindən dizayn edilmişdir.
Gümüş pavilyon məbədi
Qinkaku məbədi (銀閣寺, Qinkaku-ci, azərb. "Gümüş pavilyon məbədi"‎) və ya rəsmi adı ilə Cişo məbədi (慈照寺, Cişo-ci, azərb. "Parlayan mərhəmət məbədi"‎) – Yaponiyanın Kioto şəhərinin Sakyo rayonunda yerləşən buddist məbədi. Zen buddizminin Rinzay sektasının Şokokuci qoluna aiddir. Tərk edilmiş Tenday monastırı olan Codo məbədinin ərazisində yerləşir. Məbəd Hiqaşiyama mədəniyyətinə aid edilir. == Tarix == Səkkizinci Muromaçi şoqunu olan Aşikaqa Yoşimasa 1465-ci ildə özü üçün iqamətgah tikdirməyə qərar vermiş və ən keyfiyyətli materialları tapmaq üçün bütün əyalətlərdə axtarış əmri vermişdir. İqamətgahın tikintisi 1483-cü ildə tamamlanandan sonra Yoşimasa buraya köçmüşdür. 1485-ci ildə Şokoku məbədinin keşişi olmuş və 1490-cı ildə öldükdən sonra vəsiyyəti əsasında iqamətgah məbədə çevrilmişdir. Yoşimasanın ölümündən sonrakı dini titulu Cişoin olduğu üçün məbədə Çişo adı verilmişdir.Şokoku məbədinin ilk abbatı olan Zen keşişi Muso Soseki məbədin ilk fəxri abbatı seçilmişdir.
Pavilyon “Azərbaycan SSR” (Moskva)
"Azərbaycan" pavilyonu — Moskva şəhərində yerləşən Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin 1939-cu ildə tikilən 14 nömrəli pavilyonudur. Pavilyon 1964-cü ildən sonra "Hesablama texnikası" adlanırdı. Pavilyonun memarlıq dizaynı üçün arxitektorlar Sadıq Dadaşov və Mikayıl Useynov II dərəcə Stalin mükafatına layiq görülüblər. Pavilyon 1939-cu ildə memarlar Sadıq Dadaşov və Mikayıl Useynov tərəfindən inşa edilmişdi. Pavilyonun görünüşü Azərbaycan etnik motivləri ilə Stalinist memarlıqı üslubunda tərtib edilib. Binanın planı düzbucaqlıdır, divarlar mərmərlə işlənib. Binanın baş fasadı 16 metrlik iki sütunlu portal ilə ifadə olunub. Fasad azərbaycan naxışları, qızılı rənqdə üzüm ornamentləri ilə bəzədilib. Portikanın frizində Azərbaycan və Rus dillərində "Azərbaycan SSR" yazısı var idi. Fasadın memarlıq kompozisiyasının əsas elementərindən biri rəngli şüşələrlə doldurulmuş, çərçivələrin xırda həndəsi şəkilli vitraj-şəbəkələri daxil edilən pəncərələrdi.
Barselona pavilyonu
Barselona pavilyonu və ya Alman pavilyonu (İspanca: Pavelló alemany; ispanca: Pabellón alemán) İspaniyanın Barselona şəhərində yerləşən bir sərgi binasıdır. Ludwig Mies van der Rohe və Lilly Reich tərəfindən dizayn edilmiş bu bina ilkin olaraq 1929-cu il Beynəlxalq Sərgisi üçün Alman Pavilyonu olaraq inşa edilmiş və sərginin Alman hissəsinin rəsmi açılışı üçün istifadə edilmişdir. Sadə forması və mərmər, qırmızı oniks və traverten kimi ekstravaqant materiallardan möhtəşəm istifadəsi ilə tanınan müasir memarlıq tarixində mühüm bir binadır. Minimalizm və möhtəşəmliyin eyni xüsusiyyətləri, ikonik Barselona stulu da daxil olmaqla bina üçün xüsusi olaraq hazırlanmış prestijli mebellər tətbiq edilmişdir. Pavilyon bir çox mühüm modernist binaya ilham vermişdir. Pavilyon 1980-ci illərdə yenidən qurulmuş və mövcud quruluşunu əldə etmişdir.
Flora pavilyonu
Flora pavilyonu (fr. Pavillon de Flore) — Parisdə yerləşən Luvr sarayının bir hissəsi olmaqla Kral körpüsünün yanında yerləşir. 1607-1610-cu illərdə kral IV Henrixin sifarişi ilə inşa edilmiş pavilyon Tüliri və Luvr sarayları arasında keçid kimi nəzərdə tutulmaqla Tüliri sarayının şimalında, Luvr sarayının Böyük qalereyasının isə şərqində yerləşir.1864-1868-ci illərdə pavilyon Hektor Lefuel tərəfində III Napoleon stilində tamamilə yenidən qurulmuşdur. Luvr sarayının fasadındakı ən məşhur heykəl hesab edilən Jan-Batist Karponun “Floranın triumfu” heykəli pavilyonun cənub fasadının mərkəzi frontonuna həmin dövrdə əlavə edilmişdir. 1871-ci ildə Tüliri sarayı Paris Kommunası tərəfindən yandırılmış, bundan sonra 1874-1879-cu illərdə Lefuel tərəfindən pavilyona cənub pavilyonuna bənzər şimal pavilyonu əlavə edilmişdir. Hazırda Flora pavilyonu Luvr muzeyinin tərkibinə daxildir. == Yerləşməsi == Flora pavilyonu Luvr sarayına bitişik, Parisin Mərkəzində, Sena çayının sağ sahilində (fr. Rive Droite) yerləşir. Pavilyon, Leopold Sedar Senqor körpüsü və Karruzel körpüsü arasında yerləşən və Fransua Mitteran səddinə (əvvəllər Luvr səddi adlandırılmış, 26 oktyabr 2003-cü ildə adı dəyişdirilmişdir) birləşən Kral körpüsünün düz yanındadır. == Tarixi == === IV Henrix və böyük dizayn === Flora pavilyonu IV Henrix dövründə hazırlanmış və Luvr sarayı ilə Tüliri sarayını inşa ediləcək iki böyük qanad vasitəsiylə birləşdirməyi nəzərdə tutan geniş planın tərkibinə daxil idi.
Körpü pavilyonu
Körpü pavilyonu (isp: Pabellón Puente) İspaniyanın Zaragoza şəhərində yerləşən və şəhərin vacib simvollarından biri sayılan bir binadır. Expo 2008 üçün İraq mənşəli, lakin İngiltərə vətəndaşı və Pritzker Memarlıq Mükafatının sahibi olan Zaha Hadid tərəfindən dizayn edilmişdir. 270 metr uzunluğunda, örtülü və gladiola bənzər bu tikili Ebro çayı üzərində yerləşir və La Almozara istiqamətini sərgi sahəsi ilə birləşdirir. Bina bir körpü kimi fəaliyyət göstərsə də, çox məqsədli bir sərgi sahəsi kimi də fəaliyyət göstərir. Expo 2008 zamanı bu yarmarkanı ziyarət etmək üçün hər saatda təxminən 10.000 ziyarətçinin bu körpüdən keçdiyi güman edilir. Zaha Hadid bu körpünün xarici örtüyü üçün şüşə yunla gücləndirilmiş dəmir-beton sistemindən istifadə etmişdir. Bu material ilə təxminən 29.000 fibreC adlandırılan, hər biri fərqli bir boz rəng çalarına malik olan üzlüklər ilə bu körpü örtülmüşdür. Expo 2008 üçün dizayn və inşa edilmiş Körpü Pavilyonu, bu yarmarkadan sonra sərgilər üçün bir məkan olaraq istifadə edilmək üçün yerli bir bank tərəfindən satın alınmışdır.
Plora pavilyonu
Flora pavilyonu (fr. Pavillon de Flore) — Parisdə yerləşən Luvr sarayının bir hissəsi olmaqla Kral körpüsünün yanında yerləşir. 1607-1610-cu illərdə kral IV Henrixin sifarişi ilə inşa edilmiş pavilyon Tüliri və Luvr sarayları arasında keçid kimi nəzərdə tutulmaqla Tüliri sarayının şimalında, Luvr sarayının Böyük qalereyasının isə şərqində yerləşir.1864-1868-ci illərdə pavilyon Hektor Lefuel tərəfində III Napoleon stilində tamamilə yenidən qurulmuşdur. Luvr sarayının fasadındakı ən məşhur heykəl hesab edilən Jan-Batist Karponun “Floranın triumfu” heykəli pavilyonun cənub fasadının mərkəzi frontonuna həmin dövrdə əlavə edilmişdir. 1871-ci ildə Tüliri sarayı Paris Kommunası tərəfindən yandırılmış, bundan sonra 1874-1879-cu illərdə Lefuel tərəfindən pavilyona cənub pavilyonuna bənzər şimal pavilyonu əlavə edilmişdir. Hazırda Flora pavilyonu Luvr muzeyinin tərkibinə daxildir. == Yerləşməsi == Flora pavilyonu Luvr sarayına bitişik, Parisin Mərkəzində, Sena çayının sağ sahilində (fr. Rive Droite) yerləşir. Pavilyon, Leopold Sedar Senqor körpüsü və Karruzel körpüsü arasında yerləşən və Fransua Mitteran səddinə (əvvəllər Luvr səddi adlandırılmış, 26 oktyabr 2003-cü ildə adı dəyişdirilmişdir) birləşən Kral körpüsünün düz yanındadır. == Tarixi == === IV Henrix və böyük dizayn === Flora pavilyonu IV Henrix dövründə hazırlanmış və Luvr sarayı ilə Tüliri sarayını inşa ediləcək iki böyük qanad vasitəsiylə birləşdirməyi nəzərdə tutan geniş planın tərkibinə daxil idi.
Saat pavilyonu
Saat pavilyonu (fr. Pavillon de l'Horloge) —Parisdə yerləşən Luvr sarayının bir hissəsi olmaqla həm də Sülli pavilyonu kimi tanınan tarixi pavilyon. Tikili Karre həyətinin qərb qanadının mərkəzində yerləşir. Hazırda Saat pavilyonu və Sülli pabilyonu adları Karre həyətinin qərb və şər qanadlarındakı iki fərqli pavilyona aid edilir. == Saat pavilyonu == Saat pavilyonunun inşasına XIII Lüdovikin sifarişi ilə 1624-cü ildə köhnə Lesko qanadının şimal tərəfində başlanılmış, XIV Lüdövikin hakimiyyəti dövrünə təsadüf edən 1654-cü ildə isə inşaat tamamlanmışdır. Məşhur kvadrat formalı günbəzə malik olan tikili parisli memar Jak Lemersye (1585–1654) tərəfindən dizayn edilmişdir. Pavilyonun adı sonradan onun fasadına quraşdırılmış saatdan (fr. horloge) qaynaqlanmışdır. Pavilyonun yuxarı hissəsi kariatidalarla bəzədilmiş fasadı Luvr həyətinin qərb tərəfində dominantlıq təşkil edir. Crédit Lyonnais bankının baş ofis binasının memarlığı Saat pavilyonunun təsiri altında yaradılmışdır.
Çiçək pavilyonu
Flora pavilyonu (fr. Pavillon de Flore) — Parisdə yerləşən Luvr sarayının bir hissəsi olmaqla Kral körpüsünün yanında yerləşir. 1607-1610-cu illərdə kral IV Henrixin sifarişi ilə inşa edilmiş pavilyon Tüliri və Luvr sarayları arasında keçid kimi nəzərdə tutulmaqla Tüliri sarayının şimalında, Luvr sarayının Böyük qalereyasının isə şərqində yerləşir.1864-1868-ci illərdə pavilyon Hektor Lefuel tərəfində III Napoleon stilində tamamilə yenidən qurulmuşdur. Luvr sarayının fasadındakı ən məşhur heykəl hesab edilən Jan-Batist Karponun “Floranın triumfu” heykəli pavilyonun cənub fasadının mərkəzi frontonuna həmin dövrdə əlavə edilmişdir. 1871-ci ildə Tüliri sarayı Paris Kommunası tərəfindən yandırılmış, bundan sonra 1874-1879-cu illərdə Lefuel tərəfindən pavilyona cənub pavilyonuna bənzər şimal pavilyonu əlavə edilmişdir. Hazırda Flora pavilyonu Luvr muzeyinin tərkibinə daxildir. == Yerləşməsi == Flora pavilyonu Luvr sarayına bitişik, Parisin Mərkəzində, Sena çayının sağ sahilində (fr. Rive Droite) yerləşir. Pavilyon, Leopold Sedar Senqor körpüsü və Karruzel körpüsü arasında yerləşən və Fransua Mitteran səddinə (əvvəllər Luvr səddi adlandırılmış, 26 oktyabr 2003-cü ildə adı dəyişdirilmişdir) birləşən Kral körpüsünün düz yanındadır. == Tarixi == === IV Henrix və böyük dizayn === Flora pavilyonu IV Henrix dövründə hazırlanmış və Luvr sarayı ilə Tüliri sarayını inşa ediləcək iki böyük qanad vasitəsiylə birləşdirməyi nəzərdə tutan geniş planın tərkibinə daxil idi.
Azərbaycan pavilyonu (Moskva)
"Azərbaycan" pavilyonu — Moskva şəhərində yerləşən Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin 1939-cu ildə tikilən 14 nömrəli pavilyonudur. Pavilyon 1964-cü ildən sonra "Hesablama texnikası" adlanırdı. Pavilyonun memarlıq dizaynı üçün arxitektorlar Sadıq Dadaşov və Mikayıl Useynov II dərəcə Stalin mükafatına layiq görülüblər. Pavilyon 1939-cu ildə memarlar Sadıq Dadaşov və Mikayıl Useynov tərəfindən inşa edilmişdi. Pavilyonun görünüşü Azərbaycan etnik motivləri ilə Stalinist memarlıqı üslubunda tərtib edilib. Binanın planı düzbucaqlıdır, divarlar mərmərlə işlənib. Binanın baş fasadı 16 metrlik iki sütunlu portal ilə ifadə olunub. Fasad azərbaycan naxışları, qızılı rənqdə üzüm ornamentləri ilə bəzədilib. Portikanın frizində Azərbaycan və Rus dillərində "Azərbaycan SSR" yazısı var idi. Fasadın memarlıq kompozisiyasının əsas elementərindən biri rəngli şüşələrlə doldurulmuş, çərçivələrin xırda həndəsi şəkilli vitraj-şəbəkələri daxil edilən pəncərələrdi.
"Azərbaycan SSR" pavilyonu (Moskva)

Milan Müasir İncəsənət Pavilyonu
Milan Müasir İncəsənət Pavilyonu (italyan dilində:Padiglione di Arte Contemporanea, PAC) — İtaliyanın Milan şəhərində müasir incəsənət əsərlərinin nümayiş etdirildiyi pavilyon. == Tarixi == Milan Müasir İncəsənət Pavilyonu arxitektor İqnatsio Qardellanın 1949-cu ildə hazırladığı layihə əsasında 1951-1953-cü illərdə tikilmişdir. 1993-cü ildə pavilyonun yaxınlığında bomba partladılması nəticəsində 5 nəfər həlak olmuş, binaya xeyli ziyan dəymişdir. 1996-cı ildə Cakopo Qardellanın başçılığı ilə muzeyin binasında yenidənqurma işləri aparılmışdır. == Mənbə == Ignazio Gardella, progetti e architetture dal 1933 al 1990. Catalogo della mostra al PAC di Milano dal 22 gennaio al 18 marzo 1992, a cura di Franco Buzzi Cerini; M. Rebecchini, Architetti italiani 1930—1960 : Gardella, Libera, Michelucci, Ridolfi. Roma, 1990; A. Monestiroli, L’architettura secondo Gardella. Roma, 1997. S. Ciarcia, Ignazio Gardella: il padiglione d’arte contemporanea di Milano. Napoli, 2001; S. Guidarini, Ignazio Gardella nell’architettura italiana opere 1929—1999.
Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin 14 nömrəli pavilyonu
"Azərbaycan" pavilyonu — Moskva şəhərində yerləşən Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin 1939-cu ildə tikilən 14 nömrəli pavilyonudur. Pavilyon 1964-cü ildən sonra "Hesablama texnikası" adlanırdı. Pavilyonun memarlıq dizaynı üçün arxitektorlar Sadıq Dadaşov və Mikayıl Useynov II dərəcə Stalin mükafatına layiq görülüblər. Pavilyon 1939-cu ildə memarlar Sadıq Dadaşov və Mikayıl Useynov tərəfindən inşa edilmişdi. Pavilyonun görünüşü Azərbaycan etnik motivləri ilə Stalinist memarlıqı üslubunda tərtib edilib. Binanın planı düzbucaqlıdır, divarlar mərmərlə işlənib. Binanın baş fasadı 16 metrlik iki sütunlu portal ilə ifadə olunub. Fasad azərbaycan naxışları, qızılı rənqdə üzüm ornamentləri ilə bəzədilib. Portikanın frizində Azərbaycan və Rus dillərində "Azərbaycan SSR" yazısı var idi. Fasadın memarlıq kompozisiyasının əsas elementərindən biri rəngli şüşələrlə doldurulmuş, çərçivələrin xırda həndəsi şəkilli vitraj-şəbəkələri daxil edilən pəncərələrdi.
Avinyon
Avinyon (fr. Avignon [aviˈɲɔ̃], oks. Avinhon, lat. Aven(n)io) — Fransanın cənub-şərqində yerləşən, Avinyon rayonunun və Provans-Alp-Kot d'Azur regionun Voklüz departamentinin prefekturası (əsas şəhəri) , Avinyon-1, Avinyon-2, Avinyon-3 kantonları.Kommunanın sahəsi 64,78 km², əhalisi 92454 nəfərdir (2006). Stabilizasiyaya meyl göstərən: 89,380 nəfər (2012), əhalinin sıxlığı — 1379,8 nəf/km². == Tarixi == Avinyon, VI - V əsrlərdən bəri Masilliya (indiki Marsel) yunan koloniyasının ticarət nöqtəsi kimi tanınır. Daha sonra Kavarların Qalli qəbiləsinin paytaxtı , Avenio adı altında, Roma bələdiyyəsi; Şəhər hələ də Roma dövrünün çox izlərini saxlayır. 736-cı ildə ərəblər tərəfindən ələ keçirildi, amma tezliklə 737 və 739-cu illərdə Karl Martell tərəfindən fəth edilib. == Demoqrafiyası == XIV əsrdə Avinyon şəhəri 100,000 nüfuslu sayda, inqilabdan sonra sayı 17,000-ə, 2010-cu ildə isə 89,683 nəfər azalıb. 2011-ci ildə kommuna əhalisi 90194 nəfər idi , 2012-ci ildə — 89,380 nəfər.
Maurisio Sabilyon
Maurisio Alberto Sabilyon Penya (isp. Mauricio Alberto Sabillón Peña; 11 noyabr 1978, Kuimistan, Santa-Barbara) — Honduras futbolçusu, "Marafon" futbol klubunun və Honduras milli futbol komandasının müdafiəçisi. "Marafon"da çıxış edən müdafiəçi 6 dəfə Honduras çempionu olub. 2005-ci ildən başlayaraq yığma komandaya cəlb olunub. == Mənbə == Honduras yığmasının daha iki oyunçusu "Xəzər-Lənkəran"a gəlir!
Avinyon (rayon)
Avinyon (fr. Avignon) — Fransanın Provans-Alp-Kot d'Azur regionun rayonlarından biri (fr. Arrondissement). Departamenti — Voklüz. Suprefektura — Avinyon. Rayonun əhalisi 2006-cı ildə 288.611 nəfər idi. Əhalinin sıxlığı — 312 nəf/km². Rayon ərazisi — 924 km².
Avinyon (şəhər)
Avinyon (fr. Avignon [aviˈɲɔ̃], oks. Avinhon, lat. Aven(n)io) — Fransanın cənub-şərqində yerləşən, Avinyon rayonunun və Provans-Alp-Kot d'Azur regionun Voklüz departamentinin prefekturası (əsas şəhəri) , Avinyon-1, Avinyon-2, Avinyon-3 kantonları.Kommunanın sahəsi 64,78 km², əhalisi 92454 nəfərdir (2006). Stabilizasiyaya meyl göstərən: 89,380 nəfər (2012), əhalinin sıxlığı — 1379,8 nəf/km². == Tarixi == Avinyon, VI - V əsrlərdən bəri Masilliya (indiki Marsel) yunan koloniyasının ticarət nöqtəsi kimi tanınır. Daha sonra Kavarların Qalli qəbiləsinin paytaxtı , Avenio adı altında, Roma bələdiyyəsi; Şəhər hələ də Roma dövrünün çox izlərini saxlayır. 736-cı ildə ərəblər tərəfindən ələ keçirildi, amma tezliklə 737 və 739-cu illərdə Karl Martell tərəfindən fəth edilib. == Demoqrafiyası == XIV əsrdə Avinyon şəhəri 100,000 nüfuslu sayda, inqilabdan sonra sayı 17,000-ə, 2010-cu ildə isə 89,683 nəfər azalıb. 2011-ci ildə kommuna əhalisi 90194 nəfər idi , 2012-ci ildə — 89,380 nəfər.
Avinyon əsarəti
Avinyon əsarəti — papalığın tarixində papaların Romada deyil, Fransanın cənubunda yerləşən Avinyon şəhərində 1309–1377-ci illərdə məcburi yaşadıqları dövr. Fransa kralı IV Filiplə dini və mülki hakimiyyətlərin səlahiyyətləri haqqında mübahisədə papalar məğlub edildikdən sonra kralın tələbi ilə katolik kilsəsinin başçısı V Klement papanın iqamətgahını 1309-cu ildə Avinyon şəhərinə köçürmüşdü. Avinyon əsarəti dövründə papalar fransızların əllərində oyuncaq olub təsirlik baxımından dərin böhrana uğramışdır. Papaların özləri və saray əyanlarının əxlaqi pozğunluqlarına qiymət verən, o zamanlar Avinyonda yaşayan italyan humanisti, şair və alim Françesko Petrarka yazırdı ki, bu şəhər "dünyada mövcud olan bütün şərlərin yuvasına çevrilib", xəyanət yuvasına dönübdür. Papaların və onların əyanlarının Romaya qayıtdıqdan sonra Avinyon əsarətinin bilavasitə təsiri özünü katolik kilsəsinin "böyük parçalanmasında" göstərdi, çünki bu dövrdə kardinalların bir qismi (xüsusən ingilis, alman və italyanlar) papanın birini Romada, digərləri isə (fransız, ispan və şotlandlar) başqasını Avinyonda seçirdilər. Babilistanda qədim yəhudilərin əsarətini nəzərdə tutub Avinyon əsarətini bəzən Babil əsarəti də adlandırırlar.
Vavilon söyüdü
Ağlar söyüd (yaxud Babil söyüdü və ya sallaq söyüd) (lat. Salix babylonica) — Söyüd fəsiləsindən bitki cinsi. == Təbii yayılması == Vətəni İran və Çindir. == Botaniki təsviri == Hündürlüyü 15 m-ə, gövdəsinin diametri 60 sm-ə çatan ağacdır. Çətiri uzun, nazik, elastiki, sallaq budaqlardan ibarət sarımtıl-yaşıldır. Yarpaqlarının alt tərəfi tüklü olub, sonralar hər iki tərəfi çılpaqlaşır. Yarpaq ayasının uzunluğu 9-16 sm, eni 1-2,5 sm-dir, neştərvari-хətvari və ya uzunsov-neştərvaridir, ucuna doğru uzun və çəpəki sivridir, qaidəsinə doğru isə tədricən daralır, kənarları хırda mişardişlidir, üst tərəfi tünd-yaşıl, alt tərəfi göyümtüldür. Uzunluğu 1 sm-ə qədər olan yarpaqaltlıqları neştərşəkilli, sivri, tüklü, yanları dişli olub, çoх vaхt damarlıdır və erkən tökülür. Çiçəkləri bircinslidir. Erkəkcikləri 2, sərbəst, qaidəyə yaхın hissəsi tüklüdür.