Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Naxtel
Naxtel — Naxçıvan Muxtar Respublikasında yerləşən GSM və LTE operatoru. == Tarixi == NAXTEL Məhdud Məsuliyyətli Cəmiyyəti 2015-ci ilin iyul ayında Naxçıvan şəhərində təsis olunub. "NAXTEL" 4-cü nəsil GSM + LTE operatorudur. Öz nizamnaməsi və Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən verilmiş 07 sentyabr 2015-ci il tarixli 0001503 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Hazırda 130 baza stansiyası vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının bütün yaşayış məntəqələrini əhatə edir. == Xüsusiyyətləri == Hər bir baza stansiyası ilə Mərkəzi İdarəetmə Sistemi arasında fiber optik kabel xətləri çəkilmiş və saniyədə 1Gb informasiya daşıya bilən avadanlıqlar qurulmuşdur. NAXTEL 4G mobil şəbəkəsində 800 Mhs, 900 Mhs və 1800 Mhs tezlik diapozonlarının hər üçündən istifadə olunur. Bu da abunəçilər üçün ideal imkanlar yaratmışdır. Milli və beynəlxalq rominq əlaqələri NAXTEL 4G-nin dünyanın 10-dan artıq ölkəsində fəaliyyətini təmin edir. Buraya səs, data və sms xidmətləri daxildir.
Pamela
Pamela — ad. Pamela Anderson — Kanada əsilli ABŞ aktrisası və fotomodeli. Pamela Kosh – İngilis xarakter aktyoru. Pamela Spence — Türkiyəli rok müğənni.
Parmen
Parmen (fr. Parmain) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — Lisl-Adam. Əhalisi — 5.397 nəfər (2006). Bələdiyyə Paris şəhərinin təxminən 31 km şimalda, Serji belediyyənin 14 km şimal-şərqdə yerləşir.
Pastel
Pastel (fr. pastel; it. pastello; pasta – xəmir) — boyakarlıqda üzlüksüz quru, yumşaq (rəngli) karandaşla işləmə üsulu; Bu texnika ilə yaradılmış boyakarlıq əsəri. Pastel karandaşları ilə rəsm nahamar (çox vaxt rəngli) kağız, karton, səthinə rəng astarı çəkilmiş kətan, zamşa, perqament üzərində işlənir. Pasteldə ştrixlərdən geniş istifadə olunması onu qrafikaya yaxınlaşdırır. Pastelin işıqlı və təmiş rəngləri özünün ilkni təravətini və gücünü, rəng təbəqəsinin səthi isə zərifliyini saxlayır. == Pastellər == == Ədəbiyyat == ASE, VII cild, Bakı, 1983. səh. 481.
Camel
Camel (musiqi qrupu)
Pavel
Pavel — Dünyada daha çox işlədilən kişi adı. Bu adı olan tanınmış insanlar I Pavel — Ümumrusiya imperatoru, III Pyotr və II Yekaterinanın oğlu. I İoann Pavel — Roma papası II İohann Pavel — Roma papası II Pavel — Roma papası. IV Pavel — Roma papası VI Pavel — Roma papası Həvari Pavel — xristianlıq tarixində ən böyük missioneri. Pavel Nedved — futbolçu Pavel Blyaxin — Ssenari müəllifi. Pavel Vinnik — aktyor Pavel Kadoçnikov — aktyor Pavel Aleksandrov — Pavel Amnuel — Pavel Florenski — Pavel Osipov — Pavel Finn — Ssenari müəllifi Pavel Yesikovski — Aktyor. Pavel Sisianov — gürcü əsilli rus generalı, Pavel Qraçov — Rusiyanın müdafiə naziri (1992-1996), ordu generalı, Sovet İttifaqı Qəhrəmanı.
Coşua Palmer
Coşua Palmer (10 avqust 1991) — Avstraliyanı təmsil edən üzgüçü. Coşua Palmer Avstraliyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Coşua Palmer birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 100 m qurbağalama stildə, təsnifat mərhələsində iştirak etdi. 1:01.13 saniyəlik nəticəsi ilə 30-cu yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Kitakata pammen
Kitakata pammen (яп. 喜多方ラーメン) — əsas üç müxtəlif növ ramen növündən biridir. Bu yemək xüsusi olaraq Kitakataprefektur Fukusima şəhəri üçün hazırlanıb. == Yapon ramenin üç növündən biri kimi == Yaponiyada üç ramen növündən biri kimi çox məşhur yeməkdir. Hokkaydo və Xakata rameni kimi məşhurdur. Onlardan əsas fərqi isə gombul, asan ayrılan əriştəsinin və sardin bulyonunun olmasıdır. Bu yeməyin donuz əti ilə bişirilən növü də çox məşhur və dadlıdır. == Maraqlı faktlar == Kitakata şəhəri bütün Yaponiyada ramenə görə çox tanınıb. Bu şəhərin 37 min əhalisi var. Bu əhalinin 120 nəfərini ramenlər təşkil edir.
Palmer Torpağı
Palmer Torpağı (ing. Palmer Land) — Antarktik yarımadasının cənubunda, Qreyam Torpağı ilə Elsuort Torpağı arasında yerləşir. 1964-cü ilə qədər Antarktik yarımadası adlanırdı. == Adı == Torpağın adası amerikalı kapitan Nataniel Palmerin şərəfinə adlandırılmışdır. O, 1820−1821-ci illərdə Antarktik yarımadasını tətqiq etmişdir. == Yerləşməsi və sərhədləri == Palmer Torpağı Antarktik yarımadasınln cənubunda yerləşir. Şimal sərhədi — Qreyam Torpağı ilə sərhəd qərbdən Ceremi burnu, şərqdən isə Agassiz burnuna uzanır. Qərb sərhədi — I Aleksandr Torpağı ilə VI Georq boğazı ilə ayrılır. Boğazda VI Georq şelf buzlağı yerləşir. Şərq sərhədi — Ueddell dənizi və Ronn şelf buzlağı.
Pamela Anderson
Pamela Deniz Anderson (ing. Pamela Denise Anderson; 1 iyul 1967) — Kanada əsilli ABŞ aktrisası və fotomodel. == Həyatı == Pamela Anderson karyerasına Labatt pivə reklamlarında, sonra isə Playboy səhifələrində modellik etməklə başlayıb. Daha sonra aktrisa kimi çalışmağa başladı , bir çox telelayihələrin iştirakçısı, eləcə də ictimai fəaliyyəti ilə seçilir.Bir neçə dəfə nikahda olsa da, bütün evlilikləri uğursuz olaraq boşanmalar ilə bitmişdir. Birinci evliliyindən iki oğul övladı var.Andersona 2002-ci ildə hepatit C diaqnozu qoyuldu. Virusu aktrisaya birinci əri Tommi Li (çox güman ki, cütlük eyni iynəni döymə üçün istifadə etdikdən sonra) keçirib. Aktrisa 2015-ci ildə xəstəliklə bağlı müasir müalicə üsulları yarandıqdan sonra tam sağaldığını elan etmişdir.
Pamela Kosh
Pamela Kosh (ing. Pamela Kosh; 1 oktyabr 1928, Kent qraflığı – 4 may 2022) – İngilis xarakter aktyoru.
Pamela Spence
Pamela Spence Türkiyəli rok müğənni. 25 fevral 1973-cü ildə Almaniyanın Haydelberq şəhərində anadan olub. Atası milliyyətcə amerikalı, anası isə türkdür. 15 yaşında ana dili olan türk dilinə yiyələndikdən sonra bir çox türk filmlərində çəkilmiş, vokalist kimi çıxış etmişdir. Pamela Ankara Dövlət Konservatoriyasının Teatr bölümünün məzunudur.
Paulita Pappel
Paulita Pappel (13 dekabr 1987, Madrid) — İspaniya kinoistehsalçısı və ssenaristi.
Savmel Qriqoryan
Samvel Avanesoviç Qriqoryan (20 aprel 1907 və ya 22 aprel 1907, Şuşikənd, Şuşa qəzası – 5 iyun 1987, Bakı) — şair və tərcüməçi, Azərbaycan SSR əməkdar mədəniyyət işçisi (1970), Azərbaycan SSR xalq şairi (1984), Azərbaycan SSR Ali Sovetinin deputatı (1959–1985). == Həyatı == Erməni əsilli Samvel Qriqoryan 20 aprel 1907-ci ildə hazırkı Xocalı rayonunun Şuşikənd kəndinə dəmirçi ailəsində anadan olub. İrəvan Dövlət Universitetinin tarix-ədəbiyyat fakültəsini (1925–1929) bitirib. 1967-ci ildə "Qırmızı əmək bayrağı" ordeni alıb, 1970-ci ildə Azərbaycan SSR əməkdar mədəniyyət işçisi, 1984-cü ildən Azərbaycan SSR Xalq Şairi idi. 1959–1985-ci illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı olub. Azərbaycan Radio Verilişləri Komitəsində işləyib. Samvel Qriqoryan 7 iyun 1987-ci ildə Bakıda vəfat etmişdir. == Yaradıcılığı == 1926-cı ildə ədəbi yaradıcılığa başlayıb. Daha çox xalqlar dostluğu mövzusunda yazıb. A. Puşkin, M. Lermontov, T. Şevçenko, klassik və müasir Azərbaycan şairlərinin, xüsusilə M.Ə. Sabirin əsərlərini ("Şeirlər" ("Բանաստեղծություններ").
Robert Palmer
Robert Rozuell Palmer (ing. Robert Roswell Palmer; 11 yanvar 1909, Çikaqo, İllinoys[…] – 11 iyun 2002) — ABŞ tarixçisi. Prinston və Yel universitetlərində XVIII əsr Fransa tarixi üzrə ixtisaslaşmış Palmerin ən mühüm elmi əsəri 1959 və 1964-cü ildə nəşr olunmuş "Demokratik inqilab əsri: Avropa və Amerikanın siyasi tarixi 1760-1800-cü illər" (The Age of the Democratic Revolution: A Political History of Europe and America, 1760–18004) əsəridir ki, burada Palmer XVIII sonu — XIX əsrin əvvəllərində Avropa və Amerika qitəsini bürüyən demokratik inqilab çağı olan Atlantik İnqilabları araşdırmışdır. O, bu əsərin birinci cildinə görə tarix üzrə Benkroft mükafatına layiq görülmüşdür. == Həyatı == İllinoys ştatının Çikaqo şəhərində anadan olan Palmer dövlət məktəblərində təhsilini davam etdirmişdir. Latın dilində yazılmış əsəri üçün ümumşəhər müsabiqəsində qalib gələrək, o, tarixçi Lui Qotşalk ilə birlikdə oxuduğu Çikaqo Universitetində tam təqaüd qazanmış və 1931-ci ildə bakalavr dərəcəsini (Ph.B.) almışdır. Bundan üç il sonra - 1934-cü ildə o, Karl L. Beker ilə birlikdə Kornell Universitetinin Tarix fakültəsidə namizədlik dissertasiyasını müdafiə etmişdir. Onun dissertasiyası "Fransa inqilabı ərəfəsində Amerikanın müstəqilliyinin fransız ideyası” adlanır1950-ci ildə Palmerin "Müasir dünyanın tarixi" (A History of the Modern World) adlı fundamental monoqrafiyası nəşr olundu. Bu əsər altı dilə tərcümə edilmişdir və hazırda 1000-dən çox kollecdə, habelə bir çox Avropa tarixi üzrə orta məktəb kurslarında istifadə olunur. O, aydın dildə olan yazı üslubu ilə diqqət çəkir.
Amişa Patel
Amişa Patel (9 iyun 1975, Bombey) — Hindistanın kino aktrisası. == Həyatı == Amişa Patel 9 iyun 1976-cı ildə Hindistanın Mumbay şəhərində anadan olmuşdur. Valideynləri Amit və Aşa Pateldir. Ailədə 2 uşaqdırlar. Bir qardaşı (Aşmit Patel) var.
Andrey Pavel
Andrey Pavel (rum. Andrei Pavel; 27 yanvar 1974-cü ildə anadan olub, Konstansa, Rumıniya) — Rumıniya tennisçisi və məşqiçisi. ATP - turnirinin doqquz qat qalibi (üç dəfə tək kateqoriyada); Böyük Dəbilqə turnirinin yarımfinalçısı (cütlü kateqoriya-Roland Garros -2006). Tək kateqoriyada yeniyetmələr arasında Böyük Dəbilqə turnirinin qalibi (Roland Garros-1992); tək kateqoriyada yeniyetmələrin Böyük Dəbilqə turnirinin yarımfinalçısı (Uimbldon-1992); cüt kateqoriyada yeniyetmələrin Böyük Dəbilqə turnirinin yarımfinalçısı (Roland Garros-1992). == Ümumi məlumat == Rumıniyanın Konstansa şəhərində anadan olan Andrey 16 yaşında Almaniyaya köçür. Ölkədən getməsinə baxmayaraq Andrey Pavel Devis Kubokunda həmişə Rumıniyanın adından çıxış etmişdir. Evlidir. Həyat yoldaşı Simonadır. Üç övladı var. Andrey 8 yaşından tennislə məşğul olmuş ən yaxşı zərbəsi - bekhenddir.
Ayvor Pauel
Ayvor Pauel (5 iyul 1916 – 6 noyabr 2012) — Uels futbol mütəxəssisi Dünyanın ən qoca futbol məşqçisi sayılan Ayvor Pauel İngiltərənin 6-cı liqasında çıxış edən "Tim Bat" komandasından 2010-cu ildə istefa verib. 93 yaşlı Pauel son illərini komandada baş məşqçi köməkçisi kimi keçirib. O, oyunçu karyerası ərzində Uels millisində 14 dəfə forma geyinib və "Blekpul"un məşhur futbolçusu Stenli Metyuzla çiyin-çiyinə çıxış edib. Pauell 1950-ci ildən məşqçiliyə başlayıb. O, İngiltərənin bir neçə komandasına, həmçinin Yunanıstan PAOK-una rəhbərlik edib. Ümumilikdə, britaniyalı mütəxəssis 9000 futbolçunu hazırlayıb. Bat şəhər universitetini təmsil edən "Tim Bat"a isə Pauell 1973-cü ildə məşqçi təyin olunub. O, komandanı 2002-ci ildə İngiltərə Kubokunun əsas turnirinə çıxararaq, "Tim Bat"a 122 illik tarixi ərzində ilk belə uğuru qazandırıb. Pauel dünyanın ən qoca məşqçisi kimi 2004-cü ildə Uelsin İdman Şöhrət Zalına, 2006-cı ildə isə Ginnesin rekordlar kitabına düşüb. O, 2008-ci ildə Britaniya İmperiyası ordeninin üzvü olub.
Dev Patel
Dev Patel (5 dekabr 1990, London) — Böyük Britaniya aktyoru. Gənclik serialı Skins-də Ənvər Xarral rolunu canlandıraraq karyerasına başlayıb. O, "Xarabalıqdan olan milyonçu" filmi ilə şöhrət qazanmışdır, bu filmə görə o BAFTA mükafatına namizəd olub. "Sonuncu hava maqı" filmində Dev Patel Zuko rolunda oynayıb. == Həyatı == Dev Patel 23 aprel 1990-cı ildə Londonda anadan olub. Onun anası Anita qulluqçu, atası Raju isə İT sahəsində işləyib. Patelin valideynlərinin hər ikisi qucarat hindlisidir və gənc yaşlarında Londona köçüblər. Patel qücərat dilində azca da olsa danışa bildiyini bildirir.
Həvari Pavel
Müqəddəs həvari Pavel (təq. 5, Tarsus, Roma imperiyası – ən tezi avqust 64 və ən geci 67, təq. 64 və ya təq. 65, Roma, İtaliya[d], Roma imperiyası) — xristianlıq tarixinin ən böyük missioneri. Yəhudi ailəsində doğulmuş əvvəldə Savl adlandırılmışdı. Yerusəlimdən Dəməşqə səyahət zamanı İsadan vəhy görmüş Pavel xristianlığı qəbul etmişdir. Həvarilər Əməllərinə görə, üç missioner səyahəti törətdi. Əhdi Cədiddə 13 müraciətnamə onun adını daşıyır. Adı tarixdə 100 ən nüfuzlu şəxs siyahısına daxil edilib.
II Pavel
II Pavel (lat. Paulus PP. II, əsl adı — Pyetro Barbo, italyanca Pietro Barbo; 23 fevral 1417[…], Venesiya – 26 iyul 1471[…], Roma) — 30 avqust 1464-dən 26 iyul 1471-dək Roma Papası. == Həyatı == Pyetro Barbо 23 fevral 1417-ci ildə Venesiyada anadan olmuşdur. Papa IV Yevgeni ilə qohumluq əlaqələrinə sahib olduğuna görə 23 yaşında kardinal təyin olunmuşdur. Papa seçildikdən sonra onu idarə etmək həvəsinə düşən kardinalları itaət altına almağa çalışmışdır. O latın dilini zəif bilirdi. Humanizm tərəfdarı deyildi. Məşhur humanistlər Pomponi Leta (1428-1497) və Platin (ölüm tar. 1481) əleyhinə açılan inkvizisiya prosesi zamanı o, həmin şəxslərin Katolik kilsəsi üçün heç bir təhlükə daşımadığını bildirmişdi. II Pavel onları azad etmək əmrini verdi.
IV Pavel
IV Pavel (lat. Paulus IV;28 iyun 1476 – 18 avqust 1559[…], Roma[…]) — Roma papası.
I Pavel
I Pavel (rus. Па́вел I Петро́вич); 20 sentyabr (1 oktyabr) 1754, Sankt-Peterburq – 11 (23) mart 1801 və ya 12 (24) mart 1801, Sankt-Peterburq) — Rusiya imperiyasının imperatorudur. Atasının II Yekaterinanın məşuqu Sergey Saltıkov olması barədə yayılan şayələrə baxmayaraq, III Pyotr və II Yekaterinanın yeganə oğlu olaraq qəbul edilir. Ömrünün böyük bir qismini anasının kölgəsində keçirən I Pavelin səltənəti suiqəsdçilər tərəfindən öldürülənədək 5 il davam etdi. Rusiya taxt-tac varisliyində qədim qanunları bərpa etdi və taxt əbədiyyətə qədər Romanovlar sülaləsinə verildi. == Uşaqlıq illəri == Pavel Sankt Peterburqda Yelizaveta Petrovnanın sarayında dünyaya gəldi. Anası Sofiya Avqust Frederik (sonradan II Yekaterina), atası isə imperatriça Yelizavetanın varisi olan Pyotr Fyodoroviçdir. Dünyaya gəldikdən sonra imperatriça Yelizavetanın əmrilə dərhal anasından alındı, xüsusi dayələr və Nikita İvanoviç Panin tərəfindən böyüdüldü. Halbuki N. İ. Paninin qardaşı oğlu I Pavelin qatillərindən biri oldu. 1771-ci ildə tifus xəstəliyinə tutulmuş, bu səbəbdən üzündə ləkələr olmuşdur.
Jamel Debbuz
Jamel Debbuz (fr. Jamel Debbouze, 18.6.1975, Paris) — Mərakeş əsilli Fransa aktyoru, rejissoru? prodüseri və şoumeni. == Həyatı == 2006-cı ildə Kann Film festivalında "Vətənpərvərlər" filmindəki roluna görə aldığı Ən yaxşı aktyor mükafatı ilə daha çox tanınmışdır. İki dəfə Sezar mükafatına namizəd olmuşdur. Aktyor 1990-cı ildə, hələ 15 yaşında ikən Trappesdəki metro stansiyasında dostları ilə oynayarkən 150 km/saat sürətlə gedən bir qatarın çarpması nəticəsində sağ qolunun işləmə bacarığını itirmiş, 1992-ci ildə ilk dəfə qısametrajlı bir filmdə rol almış, sonrakı illərdə bir çox filmlərdə rol almışdır. 1996-cı ildə ilk tammetrajlı filmdə rol almış, 1998-ci ildən sonra zaman-zaman televiziyalarda komediya və əyləncə proqramlarının aparıcısı olmuş, seriallarda rol almışdır. 2004-cü ildə Olimpiya oyunları atəşini Fransa adından daşımışdır. == Filmoqrafiya == İki ata və ana (1996) / Les Deux papas et la maman Ərazi (1998) / Zonzon Səma, quşlar və...
Kamel Daoud
Kamel Daoud (17 iyun 1970[…], Mostaqanem, Mostaqanem vilayəti[d]) — Əlcəzair yazıçısı. == Həyatı == Kamel Daoud 17 iyun 1970-ci ildə Əlcəzairin Mostaqanem şəhərində anadan olub. Onun "Merso, istintaq" romanı fransız yazıçısı Albert Camus-nun "Yad" romanının təsiri ilə yazılıb. "Yad"da baş qəhrəman Merso bir ərəbi öldürür. Əlcəzairli yazıçının romanı həmin ərəbin qardaşının dilindən nəql edilir. Ötən il Daoud başqa bir nüfuzlu mükafatı — Franois Mauriac ödülünü də qazanmışdı. Daoud Əlcəzairin Oran şəhərində yaşayır. 44 yaşı var. Jurnalistdir. Əlcəzair prezidenti Abdelaziz Bouteflikanı sərt tənqid edən yazarlardandır.