Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Peşmanlıq
Peşmanlıq — keçmişdə etdiyi əməllərindən təəssüflənən bir insanın özü üçün utancverici, təhqiredici və ya yanlış hesab etdiyi emosiya. Peşmanlıq günah hissi ilə sıx bağlıdır . İnsanlar üzr istəmək, vurduqları zərəri aradan qaldırmaq və ya özlərinə cəza verməklə peşmançılıqlarını ifadə edə bilərlər. Peşmanlıq hissi keçirə bilməyən şəxsə tez-tez DSM IV-TR- də təsvir edilən antisosial şəxsiyyət pozğunluğu diaqnozu qoyulur. == Psixopatiya == Psixopatlar daha çox sosial və əxlaqi normalara açıq-aşkar etinasızlıqları ilə tanınırlar. Psixopatlara xas olan şəxsi münasibətlər zorakılıq, istismar və pozğunluq ilə xarakterizə olunur. Psixopatlar günahkarlıq və ya empatiya hiss edə bilmirlər, qorxu və ağrıya anormal reaksiya verirlər; digər duyğuları da standart normaları ilə müqayisədə səthidir . Psixopatlar ümumi sosial və əxlaqi normaları qəbul etmirlər, çünki digər insanları geridə saxlayan təqsir, peşmançılıq və ya qisas qorxusu kimi emosiyaların onlara təsiri yoxdur. İnsan cəmiyyətləri peşmanlıq hissinə dəyər verirlər; əksinə, peşmançılıq hiss etmədiyini göstərən bir insan çox vaxt mənfi aspektdə qəbul edilir. Peşmanlığın pis işlərə uyğun cavab olması fikri geniş yayılmışdır.
Düşmanlı
Düşmanlı (fars. توشمانلو‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 153 nəfər yaşayır (34 ailə).
Puşanlı
Puşanlı -Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (İndi Ermənistanın Qafan rayonun) kənd adı. == Tarixi == 1918-ci ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır. XIX əsrdə Zəngəzurda yaşamış Puşanlı tayfasının məskunlaşması nəticəsində yaranmış məntəqələrdəndir.
Allahyar Telmanlı
Allahyar Elman oğlu Telmanlı (1 sentyabr 1992, Şərur rayonu, Naxçıvan Muxtar Respublikası – 9 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Allahyar Telmanlı 1992-ci il sentyabrın 1-də Şərur rayonunun Yengicə kəndində anadan olub. 2010–2014-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. == Hərbi xidməti == Azərbaycan Ordusunun baş leytenantı olan Allahyar Telmanlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Allahyar Telmanlı oktyabrın 9-da Cəbrayılın azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Allahyar Telmanlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Allahyar Telmanlı ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Allahyar Telmanlı ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi. == Təltifləri == (15. dekabr 2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) (24.
Mehmanlı (Çaroymaq)
Mehmanlı (fars. مهمانلو‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə kənddə 249 nəfər yaşayır (55 ailə).
Peykanlı əməliyyatı
Peykanlı əməliyyatı - 1992-ci ildə Füzuli cəbhəsində 839 saylı kəşfiyyat batalyonunun komandiri Səməd Alyanlı (Əbilov) tərəfindən başçılıq edilən uğurlu əməliyyat. Bu əməliyyata qədər Peykanlıya üç dəfə böyük qüvvə ilə (üç batalyon) hücum olsa da, yüksəkliyi ala bilməmişdilər. Bu dəfə əməliyyatı Səməd Alyanlı öz üzərinə götürür. Hər batalyondan (839, 848, 814 və s.) 20 nəfər götürməklə 120 nəfərlik bir dəstə yaradır. Dəstənin hər bir üzvünə ayrı-ayrılıqda tapşırıq başa salınır. Dəstədə 120 nəfər canlı qüvvə, 2 ədəd BMP və 3 tank olur. Məxfiliyi saxlamaq üçün üç gün sonraya planlaşdırılan əməliyyatı Səməd Alyanlı həmin gecə reallaşdırır. Əməliyyatın birinci mərhələsində üç hissəyə bölünmüş dəstə üç istiqamətdən düşmən səngərlərinə 50 metrədək səssizcə yaxınlaşmalı idilər. Bundan sonra erməniləri təşvişə salmaq üçün dərədə yerləşdirilən texnika işə salınır. Hücum əmri verilir.
Tuşmanlı (Miyanə)
Tuşmanlı (fars. توشمانلو‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 673 nəfər yaşayır (119 ailə).
Dərmanlı
Dərmanlı (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Haçakənd-i Dərmanlı (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Pərvanlı
Pərvanlı — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Zərdab rayonunun Pərvanlı kəndi Yarməmmədbağı kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Pərvanlı kənd inzibati-ərazi vahidi yaradılmışdır.
Dəsmalı
Dəsmalı — Azərbaycanın milli rəqsi. Rəqs 1932-ci ildə Naxçıvanda Tarzən Nəsir Nəsirov tərəfindən yaradılan rəqs melodiyasıdır. Son dərəcə oynaq, şən, coşğun tempdə gedən rəqsdir. Rəqsi, əsasən qızlar ifa edirlər. Naxçıvanda onu hərdən bir oğlanlar da oynayırlar. "Dəsmalı" rəqsi vaxtilə respublikada, xüsusən Bakıda geniş yayılmışdır.
Osmanlı
Osmanlı dövləti, Osmanlı imperiyası (osman. دولت عالیه عثمانیه Devlet-i Aliyye-i Osmâniyye, türk. Osmanlı Devleti, Osmanlı İmparatorluğu) — oğuz türklərindən olan Osman bəyin qurduğu Osmanlı sülaləsinin hakimiyyəti altında 1302–1922-ci illərdə fəaliyyət göstərmiş çoxmillətli sünni müsəlman dövlət. Əsası 1299-cu ildə müasir Türkiyənin Biləcik vilayətinin Söyüdlü şəhərində I Osman tərəfindən Osmanoğulları bəyliyi kimi qoyulmuşdur. Osmanlı dövləti tarixdə Bizans İmperiyasının varlığına son qoyaraq onun paytaxtı Konstantinopolu tutmuş və öz paytaxtına çevirərək İstanbul adlandırmışdır. XVII əsrdə özünün ən qüdrətli dövrünü yaşayan dövlət üç qitəyə yayılmışdır. Dövlət ən geniş sərhədlərinə 1683-cü ildə — II Vyana mühasirəsinədək davam etmişdir. Bu zaman Osmanlı imperiyasının ərazisi cənub-şərqi Avropaya, Yaxın şərqə və Afrikanın şimalına qədər yayılmışdır. == Səciyyəvi xüsusiyyətləri == Osmanlı imperiyası Türk-İslam dövləti idi və özünü elə də tanıyırdı. Osmanlı İmperiyası öz siyasi sahəsindəki yüzlərlə xalqı əhatə edirdi və genişləndikcə hökmdarlar və idarə edənlər iki fərqli təbəqə oldular.
Dərmanlı (Germi)
Dərmanlı (fars. درمانلو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 633 nəfər yaşayır (121 ailə).
Manaf Bəhmanlı
Manaf Bəhman oğlu Bəhmanlı (2 yanvar 1998, Yevlax – 27 sentyabr 2020, Murovdağ) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Manaf Bəhmanlı 1998-ci il yanvarın 2-də Yevlax şəhərində anadan olub. 2004-2015-cı illərdə Yevlax şəhəri M.Ə.Sabir adına 2 saylı tam orta məktəbdə təhsil alıb. 2015-2020-ci illərdə Bakı Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakültəsində ali təhsil alıb. == Hərbi fəaliyyəti == Manaf Bəhmanlı 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Azərbaycan Silahlı Qüvvələrinin Daşkəsən rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmətə başlayıb. == İkinci Qarabağ müharibəsi == Azərbaycan Ordusunun əsgəri Manaf Bəhmənli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsinə qoşulub. Murovdağ istiqamətində gedən döyüşlərdə fəal iştirak edib. Sentyabrın 27-də Murov zirvəsində gedən şiddətli döyüşlərdə şəhid olub. Sentyabrın 28-də Bakı şəhərində Biləcəri qəbiristanlığında dəfn olunub.
Rəhmanlı (Əcəbşir)
Rəhmanlı (fars. رحمانلو‎) — İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 363 nəfər yaşayır (84 ailə).
Vərmanlı (Xudabəndə)
Vərmanlı (fars. ورمانلو‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 21 nəfər yaşayır (6 ailə).
Atila Pesyani
Atilla Pesyani
Atilla Pisyani (30 aprel 1957, Tehran, İran – 6 oktyabr 2023, XIII arondisman (Paris)[d]) — Fars aktyor və məşhur aktrisa Cəmilə Şeyxinin oğlu. == Həyatı == Atilla Pisyani 1957-ci ilin 30 aprelində Tehran şəhərində anadan olmuşdur. Atilla Pisyaninin anası Cəmilə Şeyxi İranın məşhur aktrisalarından biridir. Həmçinin həya yoldaşı Fatimə Nəqəvi və qızı Sitarə Pisyani də aktrisalıqla məşğuldurlar. Atilla aktyorluqla yanaşı, rejissorluq və rejissor köməkçiliyi ilə də məşğuldur. === Təhsili === Tehran Universitetinin İncəsənət fakültəsində teatr aktyorluğu və rejissorluğu ixtisası üzrə təhsil almışdır. == Karyerası == İlk dəfə teatr səhnəsinə 1968-ci ildə çıxmışdır. Film sahəsindəki debütunu 1983-cü ildə istehsal edilən "Ağ ölüm" filmində etmişdir. 1983-cü ildən sonra xeyli filmdə rol almışdır: Soyuq qan içində (1994) İki qadın (1998) Yandırılmış nəsil (1999) Sonuncu nahar (2001) Gizlənmiş yarı (2001) Əmiri kim öldürdü ? (2005) Atəşkəs 1 (200)) Gizli hiss (2006) Gecə boyunca (2010) Prezidentin cib telefonu (2011) Taxta körpü (2011) Atəşkəs 2 (2014) Atilla Pisyani bəzi seriallarda da rol almışdır: Sülhün ilk gecəsi (2006) Gizlilik siyasəti (2009) Salamat, uşaq (2012) Bir parça torpaq (2012) Ana kimi (2013) Mədinə (2014) Gözəl inqilab (2014) == Mükafatları == Fəcr Beynəlxalq Film festivalında, Atilla "İki qadın", "Yandırılmış nəsil", "Sonuncu nahar", "Əmiri kim öldürdü ?" filmlərindəki çıxışına görə " "Ən yaxşı köməkçi aktyor" , "Soyuq qan içində" filmindəki çıxışına görə isə "Ən yaxşı aktyor" mükafatına layiq görülmüşdür.
Ceyhun Osmanlı
Ceyhun Yunis oğlu Osmanlı (30 yanvar 1982, Bakı) — ictimai-siyasi xadim, tədqiqatçı və analitik, Azərbaycan Respublikası Milli Məclisinin IV çağırış deputatı, "İrəli" İctimai Birliyinin təsisçisi və ilk sədri (2008–2012), Azərbaycan Yaşıllar Hərəkatınının sədri, TLM – Təşəbbüslər və Layihələr Mərkəzinin təsisçisi və direktoru. == Həyatı == Ceyhun Osmanlı 30 yanvar 1982-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1989–1999-cu illərdə Bakıda orta təhsil almış, 1999-cu ildə Bakı Dövlət Universitetinə daxil olmuşdur. 2003-cü ildə politologiya ixtisası üzrə bakalavr pilləsini, 2005-ci ildə həmin ixtisas üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. Ceyhun Osmanlı 2006-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin aspirantura pilləsinə daxil olmuş və 2015-ci ildə iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. Dosentdir. 2007-ci ildə Varşava Universiteti və Polşa Təhlükəsizlik Akademiyası tərəfindən təşkil edilən "SENSE" proqramının, 2008-ci ildə Harvard Universitetinin "Liderlər inkişafda" proqramının, 2018-ci ildə İsveçin KTH Kral Texnologiya İnstitutunun "Milli və institutsional səviyyədə keyfiyyətin təminatı" proqramının, Litvanın EKT – İqtisadi Konsaltinq və Tədqiqat Mərkəzinin "Ali təhsil müəssisələrində keyfiyyətin təminatı sisteminin inkişafı" proqramının, 2019-cu ildə Böyük Britaniyanın "EduCare Learning Ltd."-nin "Gənclərin qorunması" proqramının, Böyük Britaniyanın Midlseks Universitetinin "Keyfiyyətin təminatı sistemlərinin yaradılması və inkişafı" proqramının iştirakçısı olmuşdur. 2019-cu ildə İsveçrənin Montrö Biznes Məktəbinin fəxri professoru adına layiq görülmüşdür. 2012-ci ilin aprel ayından Texasın fəxri vətəndaşıdır. Azərbaycan, rus, ingilis və türk dillərini bilir.
Dəlilər (Osmanlı)
Dəlilər (türk. deli, osman. دلی, Delü, cəsarətli, dəli, qorxmaz, cəsur …", cəm halında dəlilər, türk. deliler) — XV əsrin sonlarında XVI əsrin əvvəllərində Osmanlı İmperiyası qoşunlarının tərkibində yaradılmış xüsusi yüngül nizami süvari birləşmələrin ümumi adı. Qarşı tərəflə döyüşlərdə qorxmaz şücaət və cəsarətləri ilə yanaşı qeyri-adi geyimləri ilə də tanınırdılar. Daha sonra nəzarətdən çıxdılar və əhalini soyub talan edən dəstələrə çevrildilər. Bu səbəbdən də XIX əsrdə ləğv edildilər. Ənənəvi olaraq hesab edilir ki, Polşa "Qanadlı qussarlar"ının görünüşü dəlilərdən götürülüb. == Tarixi == === İlk vaxtlar === XVI əsr Osmanlı tarixçisi, alimi və şeyxülislamı Kamalpaşazadə Əhməd Şəmsəddin Əfəndi dəlilər haqda belə yazırdı: İlk dəlilər XV əsrin sonu və ya XVI əsrin əvvəllərində Bosniya və Səməndər bəylərbəyləri, sancaqbəyləri və ucbəylərinin şəxsi mühafizəsində və ətrafında meydana çıxmışdılar. Dəlilər qismən türklərdən, ancaq əsasən bosniyalılar, xorvatlar və serblər kimi Balkan xalqları sırasından seçilirdi.
Dəyanət Osmanlı
Dəyanət Osmanlı (əsl adı: Dəyanət Osman oğlu Bayramov; 16 iyun 1965, Saraçlı, Bolnisi rayonu) — Azərbaycan şairi, publisisti və jurnalisti. O, Azərbaycan Yazıçılar Birliyinin üzvü və Prezident təqaüdçüsüdür. == Həyatı == Dəyanət Osman oğlu Bayramov 16 iyun 1965-ci il tarixində SSRİ respublikalarından olan Gürcüstanın Bolnisi rayonundakı Saraçlı kəndində anadan olmuşdur. O, 1972-ci ildə Saraçlı orta məktəbində təhsil almış, bir il sonra Azərbaycana köçərək Sumqayıtda Xovlu iplik fabrikində işləmişdir. Osmanlı SSRİ Silahlı Qüvvələrində xidmət etdikdən sonra Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olmuş və 1991-ci ildə oradan məzun olmuşdur. == Fəaliyyəti == Dəyanət Osmanlının ilk şeirləri 1989-cu ildə "Ədəbiyyat və incəsənət" qəzetində və "Ulduz" jurnalında dərc olunmuşdur. Bundan sonra o, "Ulduz", "Azərbaycan" jurnallarında və "Ədəbiyyat və incəsənət", "Dədəm Qorqud", "Yol", "Oğuz eli" və digər mətbuat orqanlarında öz şeirləri, publisistik məqalələri ilə vaxtaşırı çıxış etmişdir. Osmanlı əmək fəaliyyətinə "Mübariz" qəzetində şöbə müdiri kimi başlamışdır. O, sonradan "Fəryad" qəzetində şöbə redaktoru (1990–1992), "Azərbaycan" qəzetində müxbir, parlament müxbiri (1992–2005) vəzifəsində çalışmışdır. Osmanlı 1992-cü ildə "Avanqard" Ədəbi Birliyini yaratmış və ona rəhbərlik etmişdir.
Erkin Osmanlı
Erkin Osmanlı (18 fevral 1989, Bakı) — Erkin Love səhnə ləqəbi ilə də tanınan Azərbaycan müğənnisi, bəstəkar-şairi, yazıçısı və aktyoru. O, müğənni fəaliyyətinə 17 yaşı olarkən 2006-ci ildə başlamış və Lider TV-də yayımlanan Akademiya musiqili realiti şousunun və Eurovision Mahnı Müsabiqəsinin milli seçim turlarının finalçısı kimi məşhurdur. == Akademiya Realiti Şousu və İlk Məşhurluq == 2006-ci ilin Sentyabr ayında Erkin uğurla Brilliant Dadaşovanın Akademiya realiti şousunun hər üç seçim mərhələlərini adlayaraq yarışmanın final mərhələlərinə vəsiqə qazanmışdır. Baxmayaraq ki, Erkin Azərbaycanda olduqca az sayda sevilən rok musiqisini təmsil edirdi və qeyri-adi avropasayağı görünüşünə görə ilk öncədən autsayder kimi qələmə verilən Erkin sonradan yarışmanın ən populyar iştirakçısına çevirildi və yalnız finala bir həftə qalmış yarışmanı 5-ci yerdə bitirərək tərk etdi. Onun çıxışları qısa zamanda böyük səs-küyə səbəb olmuşdur və yarışmadan sonra İzzət Bağırov və Röya kimi sənətçilər rok janrında mahnılar yazdırmışdılar. == Akademiya-dan sonrakı illər və Eurovision Milli Seçim Turları == Akademiya şousundan sonra öz yaradıcılığına gedən Erkin özü haqda yenidən 2008 Eurovision Mahnı Müsabiqəsinin ilk milli seçim turlarında bildirmişdir. Seçim turlarını ilk beşlikdə bitirən Erkin, sonradan birdə 2011-ci ildə və 2014-cü ildə milli seçim turlarında iştirak etmişdir. 2014-cü ildə o Ukraynanın paytaxtı Kiyevdə keçirilən Böyük Səhnə yarışmasının finalçısı olmuşdur. 2012-ci ildə Erkin Moskvada yaşayan Azərbaycanlı-Yəhudi müğənni və bəstəkar-şair Safaellə birgə Baku Jazz Center-də konsert verərək ilk dəfə öz mahnılarını kütlə qarşısında ifa etmişdir. == Digər fəaliyyətləri == Musiqi və yazıçılıqdan başqa Erkin bir ara reklam sahəsində Bakının öndəgedən şirkətləri ilə çalışmışdır və müxtəlif brendlər üçün adlar, sloqanlar və TV çarxlar yaratmışdır.
Jonas Pesalli
Jonas Enrike Pesalli (24 Sentyabr 1990 – 12 İyun 2017) Braziliya doğumlu yarımmüdafiəçidir. == Klub karyerası == Peşəkar karyerasına 2009-cu ildə "Qremio" klubunda başlamışdır. Daha sonra icarə əsasında "Qremio Barueri" və Fransanın "Anje" klublarında oynamışdır. 2016-cı ildə Azərbaycanın flaqmanı sayılan "Neftçi" komandasına transfer edilmişdir. === Neftçi Bakı === 2016-cı ildə Bakının "Neftçi" komandasına transfer edilmişdir. Keçirdiyi 14 matçda 4 dəfə fərqlənmişdir. Həmçinin Azərbaycan Kuboku çərçivəsində "Zirə"yə qarşə keçirdiyi matçda het-trik edərək 2016/17 müvsümündə klubun tərkibində het-trik etmiş yeganə oyunçu olmuşdur. == Vəfatı == 2017-ci ilin iyun ayının 12-də Pesalli idarə etdiyi maşını ilə avtomobil qəzasına uğrayaraq 26 yaşında həlak olmuşdur.
Natəvan Osmanlı
Natəvan Rahim qızı Osmanlı (Şabran) — AzTV-nin Həmkarlar İttifaqı Konfederasiyasının sədri; teleaparıcı, redaktor, jurnalist. == Həyatı == Orta məktəb təhsilini Dəvəçi şəhərində almışdır. İlkin ali təhsilini Təfəkkür universitetinin Jurnalistika fakültəsində almış, sonra həmin universitetin magistr pilləsinin məzunu olmuşdur. Daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına ədəbiyyat institunun aspirantura pilləsini bitirib. Elmi-tədqiqat fəaliyyəti üzərində işləyir. İkinci ali təsilini Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsini bitirməklə almışdır. Ailəlidir.İki qız övladı var. == Peşə fəaliyyəti və karyera == Peşə fəaliyətinə hələ tələbələlik illərindən müxtəlif qəzetlərdə sosial-iqtisadi, mədəni mövzularda çıxış etməklə başlayan Natəvan Osmanlı, Lider TV-də "Əsgər Salamı", "Xeyli Xəbər", "Sabahın xeyir vətən" (2002-2006) proqlamlarında çalışıb, daha sonra fəliyyətini Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində "Səhər musiqi-informasiya" proqramları baş redaksiyasında "AzTV Səhər" proqramının uzun müddət (2006-2015) aparıcı kimi davam etdirib "1", "2". 2014-cü ildən paralel olaraq həmin proqramın baş redaktoru (2014-2017) vəzifəsində çalışıb. O, 2016-cı ildə Azərbaycan Dövlət Filarmoniyasında mətbuat katibinin rəhbəri seçilib və 2011-ci ilə kimi uğurla davam etdirib.
Osmanlı sülaləsi
Osmanlı sülaləsi, Osmanlı imperiyasını təqribən 600 il idarə edən xanədandır. Osmanlılar, Osmanoğulları, Âl-i Osman və Hanədan-ı Âl-i Osman olaraq da bilinir. Sülalə adını, Osmanlı bəyliyinin qurucusu olan Osman Qazidən alıb. Osmanlı sülaləsinin 1299-cu ildə başlayan idarəsi, 1922-ci ildə Ankara Hökuməti ləğv etmişdir. == Tarixi == Osmanlı xanədanı Oğuzların Qayı boyuna mənsub idi. Bir uc bəyliyi olaraq tarix səhnəsinə çıxışından etibarən lazım olan dini, ictimai və iqtisadi dəyişiklikləri etməkdən çəkinməyən Osmanlı bəyliyi qısa bir müddət içərisində köklü bir dövlət halına gəldi. Dövrünün şərtlərinə görə çox qısa deyilə biləcək zamanda tarixin əksini dəyişdirəcək qədər böyüyən bu dövlətin inkişafını sadə və əsaslı təsadüflərlə izah etməyə çalışmaq mümkün deyildir. Osmanlı dövlətinin əsası 1299-cu ildə müasir Türkiyənin Biləcik əyalətinin Söğüt şəhərində Osman bəy tərəfindən Osmanoğulları bəyliyi kimi qoyulmuşdur. Osmanlı dövləti tarixdə məşhur Bizans İmperiyasına son qoyaraq onun paytaxtı Konstantinopolu ələ keçirmiş və öz paytaxtına çevirmişdir. XVII əsrdə özünün ən qüdrətli dövrünü yaşayan dövlət üç qitəyə yayılmışdır.
Qəfəs (Osmanlı)
Qəfəs — Osmanlı İmperiyası hərəmi içində taxta çıxması ehtimal edilən şahzadələrin mühafizəçilər tərəfindən davamlı olaraq ev həbsində saxlandıqları yerdir. Osmanlıda 1603-cü ildə qardaş qətli qanununun ləğvi şahzadələr üçün yeni bir dövr başladı. "Qəfəs həbsi" dövrü! Osmanlı İmperiyasında şahzadələr uzun illər qəfəs həyatı yaşamışdır.. İmperiyanın ilk dövrlərində Fateh Qanunnaməsində göstərildiyi kimi, səltənətin varlığının davam etdirilməsi üçün qardaş qətli tətbiq edilmişdir. Yeni taxta çıxan sultanın özünə gələcəkdə rəqib ola biləcək qardaşlarını bir arada öldürməsi tez-tez baş vermişdir. Ancaq bu yalanlar səbəbindən taxt-tacın varisləri azalmış və Osmanlı nəslinin tükənməsi təhlükəsi ortaya çıxmışdır. Mümkün varislərin qəfəsdə ev həbsində tutulması sistemi sülalənin sürməsinin güvənci olmuşdur. Ancaq bu dəfə də taxta keçən yeni hökmdarların xalqdan qopuq və dövlət rəhbərliyindən xəbərsiz olması problemləri baş qaldırmışdır. == İlk istifadəsi == Sultan I Əhməd xanədan vərəsəlik sistemini dəyişdirib qardaş qətli qanununu ləğv etmiş, bunun əvəzinə əkbəriyət və əşrədiyət əsasları əsasən taxta keçilməsi və qəfəs sistemini gətirmişdir.