Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Petrer
Petrer (isp. Petrer) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Vinalopo-Mica ərazisinin 104,26 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 34634 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 39 km uzaqlıqda yerləşir.
Peeter Syuda
Peeter Syuda (30 yanvar 1883 — 3 avqust 1920) — Estoniya bəstəkarı, orqan çalan, pedaqoq. Orqan musiqisi sahəsində gördüyü işlərlə məşhurdur. == Bioqrafiyası == Peeter Syuda fermer ailəsində anadan olmuşdur. Valideynləri çox dinə bağlı insanlar idi və musiqiylə maraqlanırdılar. Beş yaşı olsrkən Peeter Syuda orqan aləti məşğul olmağa başladı. Musiqi dərslərini ona yerli kister verirdi. 1902-ci ildən 1911-ci ilə qədər Syuda Sankt-Peterburq konservatoriyasında orqan aləti üzrə oxumağa başlamışdır. Əvvəlcə Lui Qomiliusdan (1845 — 1908), Jak Xandjindən (1886 — 1955) təhsil almışdır. 1909-cu ildən başlayaraq o həmçinin Rusiya professorları olan Anatoli Lyadovun və Aleksandr Qlazunovun əsərlərini çalmağa başlamışdır.. Sankt-Peterburqda Syuda Estoniya bəstəkarı olan Mart Saar (1882 — 1963) ilə tanış olmuşdur.
Peeter Vyaxi
Peeter Vəhi (18 may 1955)—eston bəstəkarı. == Həyatı == Peeter Vəhi Estoniya konservatoriyasını bitirmiş, müstəqil bəstəkar və prodüser kimi işləmişdir. Hazırda ERP-nin (Estonian Record Productions), habelə beynəlxalq musiqi festivallarının bədii rəhbəridir. O, Estoniya Bəstəkarlar İttifaqının İdarə Heyətinin üzvü, Mədəniyyət Fondu Şurasının və Estoniya Buddizm İnstitutu Şurasının üzvü, Akademik Şərq Cəmiyyətinin tamhüquqlu üzvüdür. Peeter Vəhi əsərlərində ekzotik musiqi alətlərindən və elektron vasitələrdən bacarıqla istifadə edir. Onun ən məşhur əsərləri bunlardır: "Mary Magdalene Gospel", "In the Mystical Land of Kaydara", “To His Highness Salvador D”, “Mystical Uniting”, “Pastoral of Computerized World”. Estoniyalı bəstəkar Şərq musiqisinə onda necə maraq oyanması barədə sualın cavabında bildirmişdir ki, hər şey onun Tibet, Himalay və Qafqaz dağlarına səfərlərindən başlanmışdır. P. Vəhi deyir: “Bu səfərlər zamanı mən Şərqin əsrarəngiz ab-havasını hiss etdim, unudulmaz Şərq musiqisi mənim yaradıcılığımda silinməz izlər qoydu”. Həqiqətən bu səfərlərdən sonra bəstəkar hind və tibet musiqisi ilə maraqlanmağa, tibet və yapon dillərində, habelə sanskrit dilində mətnlərə musiqi bəstələməyə başlamışdır. Peeter Vəhi 1992-ci ildən indiyə kimi, “Oriyent” Şərq mədəniyyəti festivalının bədii rəhbəridir.
Sənətlər
Peşə, iş, məşğuliyyət ya da sənət — insanın fiziki və mənəvi qüvvəsinin tətbiq sahəsi olub, xüsusi hazırlıq və iş təcrübəsi nəticəsində nəzəri biliklərə və təcrübi vərdişlərə yiyələnmiş insanın əmək fəaliyyətidir. Əməyin ilk bölgüsü müəyyən insan qruplarının və ya fərdin heyvandarlıqla və əkinçiliklə məşğul olması ilə başlandı. Qrupların və ya fərdlərin birinin heyvandarlıq, digərlərinin isə əkinçilik məhsullarına ehtiyacı yarandı. Beləliklə əmək məhsullarının mübadiləsi prosesi başlandı. Müxtəlif məhsulların mübadiləsi tədricən mürəkkəb xarakter aldıqca, yeni peşələrə, yəni tacirlərə ehtiyac yarandı. Bu peşə sahibləri əmək məhsullarının mübadiləsi ilə məşğul olmağa başladılar. Cəmiyyətin sonrakı inkişafı nəticəsində müxtəlif sənətlər və sənətkarlar, ovçular, dəmirçilər, daşyonanlar, xarratlar, dərzilər və sairə meydana cıxdı və bu da əmək bölgüsündə növbəti mühüm mərhələ oldu. == Peşə və ixtisaslar, onların seçimi == Hər hansı bir peşə (ixtisas) müəyyən qabiliyyət tələb edir, peşələrin (ixtisasların) hamısı üçün isə zəruri olan qabiliyyətlərin, məsələn, yaradıcılıq qabiliyyətinin olması vacibdir. Müəyyən peşəni və ya ixtisası öyrənmək və bu sahədə uğurla çalışmaq üçün insan peşənin şəxsiyyət qarşısında qoyduğu tələblərə uyğun olmalıdır və peşə (ixtisas) seçən şəxslərdən konkretlik, dəqiqlik, icra intizamı, səliqəlik tələb olunur. Bu keyfiyyətlər bəzən bir çox sahələrdə böyük əhəmiyyət kəsb etmir, lakin texnika ilə işləyən şəxslər üçün həyati əhəmiyyətə malikdir.
Gözəl Sənətlər Akademiyası
Təsviri Sənət Akademiyası — Fransa İnstitutunun tərkibindəki beş akademiyadan biri. 1816-cı ildən mövcuddur; 1803-cü ildə birləşən XVII əsrdə yaranan Rəssamlıq və Heykəltəraşlıq Akademiyası, Musiqi Akademiyası və Memarlıq Akademiyasından yaradılmışdır. == Fon == Akademiya 1816-cı ildə Parisdə Académie de peinture et de sculpture (Rəsm və Heykəltəraşlıq Akademiyası, 1648-ci ildə yaradılmışdır), Académie de Musique (Musiqi Akademiyası, 1669-cu ildə yaradılmışdır) və Akademiya d'arxitekturasının birləşməsi kimi yaradılmışdır . Memarlıq Akademiyası, 1671-ci ildə yaradılmışdır). == Mükafatlar == Hal-hazırda, Təsviri Sənət Akademiyası beş xüsusi mükafat daxil olmaqla bir neçə mükafat təqdim edir. Xor oxumağa görə Liliane Bettencourt mükafatı Simone və Cino Del Duca Fondunun Musiqi Mükafatı Dizayn üzrə Pierre Cardin mükafatı Fransua-Viktor Nouri mükafatı Fond Pyer Gianadda Mükafatı Əvvəllər Akademiya libretto və ya musiqi kompozisiyasında mükəmməlliyə görə Prix Rossini mükafatını vermişdi . == Üzvlər == Multidissiplinarlıq anlayışı ətrafında qurulan Academie des Beaux-Arts doqquz bədii bölmə daxilində altmış üç üzvü, on altı xarici assosiativ üzvü və altmış üç müxbir üzvü birləşdirir.
Rosenthal Müasir Sənətlər Mərkəzi
Rosenthal Müasir İncəsənət Mərkəzi və ya Lois və Richard Rosenthal Müasir İncəsənət Mərkəzi (İngilis dilində: Rosenthal Center for Contemporary Art və ya Lois and Richard Rosenthal Center for Contemporary Art), ABŞ-nin Ohio ştatının, Cincinnati şəhərində yerləşən bir incəsənət mərkəzidir. Bu bina CAC (Contemporary Arts Center, Azərbaycan dilində: Müasir İncəsənət Mərkəzi) adlı sənət müəssisəsinin yeni mərkəzinin yerləşdiyi yerdir. Bu bina həmin sənət ocağının ən əhəmiyyətli maliyyə dəstəkçilərindən olan Lois Rosenthal və Richard Rosenthala ithaf olunmuş İraqlı memar Zaha Hadid tərəfindən hazırlanan bu layihənin inşasına 2001-ci ilin may ayında başlanılmış və 2003-cü ilin yayında inşası başa çatdırılmışdır. Rosenthal Müasir İncəsənət Mərkəzi, Zaha Hadidin ilk həyata keçirilmiş olan dizaynı olduğu üçün də çox vacibdir. New York Times qəzetinin memarlıq tənqidçilərindən biri olan Herbert Muschamp, bu dizaynı “Soyuq müharibədən bu yana tamamlanan ən əhəmiyyətli Amerika tikilisi” adlandırmışdır.
Memar Sinan Gözəl Sənətlər Universiteti
Mimar Sinan Güzel Sanatlar Universiteti (türk. Mimar Sinan Güzel Sanatlar Üniversitesi) — Türkiyənin İstanbul ilində universitet.