Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Perseptron
Perseptron — 1957-ci ildə Frenk Rozenblat tərəfindən təklif edilmiş və 1960-cı ildə Mark-1 elektron maşını şəklində reallaşdırılmış beyinlə (beyinin kibernetik modeli) qavranılan informasiyanın riyazi və ya kompüter modeli. Perseptron neyron şəbəkələrin ilk modellərindən biri, Mark-1 isə dünyada ilk neyrokompüter oldu. Öz sadəliyinə baxmayaraq, perseptron öyrənməyə, kifayət qədər mürəkkəb məsələləri həll etməyə və qərar verməyə qadirdir. Perseptron üç tip elementdən ibarətdir: sensorlardan (bunlara tanınan obrazlar və ya vəziyyətlət daxil olur. Sadə perseptronlarda onlar reseptor sahəsinə uyğundur və S-elementlər adlanır.) daxil olan siqnallar assosiativ elementlərə (А-elementləri), sonda isə reaksiya verən elementlərə (А-elementlərinin təsiri altında çıxış siqnalını formallaşdıran R-elementlər) verilir. Müasir terminologiyaya əsasən, perseptronlar süni neyron şəbəkələr kimi təsnif edilmiş ola bilərlər. bir gizli qatlı vahid sıçrayış funksiyası ilə siqnalın düz yayılmasıyla (əks əlaqəsiz)1969-cu ildə neyron şəbəkələrin məşhurluğunun artması fonunda Marvin Minski və Seymur Peypertin perseptronların prinsipial məhdudiyyətlərini göstərən kitabı çıxıb. == Xarici keçidlər == Perseptronların tarixi "Perseptron". Virtual Laboratory Wiki. 2011-08-19 tarixində orijinalından arxivləşdirilib.
Persepsion kodlaşdırma
Persepsion kodlaşdırma (ing. Perceptual audio coding, rus. Перцептивное аудио кодирование) — rəqəmsal audio siqnalların səsin insan tərəfindən qavrayışına (psixoakustika) əsəslanan sıxma üsulları. Çox alçaq və çox yüksək olan tezliklər uca səslərlə boğulurlar. Məsələn, bir neçə musiqi aləti birlikdə çalındıqda baxılan anda tezlik və gurluqdan asılı olaraq bir alətin səsi digər alətin səsini yox edə bilər. == Ədəbiyyat == İmamverdiyev Y.N., Suxostat L.V. "Nitq texnologiyaları üzrə terminlərin izahlı lüğəti", 2015, “İnformasiya Texnologiyaları” nəşriyyatı, 111 səh.
Mortal Kombat: Deception (oyun, 2004)
Mortal Kombat: Deception - "Midway Games" oyun şirkəti tərəfindən 2004-cü ildə yaradılan, döyüş oyunudur. "Mortal Kombat II" oyunundakı gizli personaj olan "Nub Saybot"un əsl şəxsiyyəti məhz bu oyunda meydana çıxır. Məlum olur ki, Nub Saybot (oyunda Nub Smouk kimi) Smouk obrazından istifadə edərək kiberdemonlar ordusu yaratmaq istəyir. Həmçinin, Nub Saybot əslində birinci turnirdə Skorpion tərəfindən öldürülən Sab-Zirodur. == Hekayə == "Ölümcül döyüş" turnirində Liu Kenqin qələbəsindən əvvəl Yerin döyüşçüləri Yeraltı dünyada olan Əjdahalar kralları Kuan Çi və Şanq Tsunqun ordusunu məğlub edə bilmədilər. Bu səbəbdən Rayden təklikdə "Ölümcül Alyansa" çağırış etdi. Lakin cadugərdlərin sehrinə qarşı tab gətirə bilmədi. Buna baxmayaraq Kuan Çi və Şanq Tsunq arasında münasibətlər kəskinləşməyə doğru gedirdi. Keçmiş müttəfiqlər bir-biri ilə vuruşmağa başladılar. Kuan Çi Şanq Tsunqu məğlub edir.
Uncharted 3: Drake’s Deception
Uncharted 3: Drake’s Deception Naughty Dog tərəfindən hazırlanıb Sony Computer Entertainment tərəfindən nəşr edilən, döyüş-macəra, platforma və üçüncü-şəxs şuter növlərindəki, yalnız PlayStation 3 üçün hazırlanan videooyunu. Uncharted seriyasının Uncharted 2: Quldurlar Arasında'dan sonra çıxan üçüncü oyun. Şimali Amerikada 2011-ci ilin Noyabrın 1-də, Avropada 2011-ci ilin Noyabrın 2-də, Avstraliyada isə 2011-ci ilin Noyabrın 3-də satışa çıxarılmışdır. Bəzi əlavələ məzmunlar ehtiva edən "İlin Oyunu" versiyası isə Şimali Amerikada 2012-ci ilin Avqustun 28-də, Avropada isə 2012-ci ilin Sentyabrın 21-də satışa çıxarılmışdır. Uncharted 3 qəhrəmanı Neytan Dreyk'in və ağıl müəllimi Viktor Sullivan'ın əfsanəvi itkin şəhər olan Quranda bəhs edilən sütunlar İramını axtaran Rub əl-Xali səhrası kimi yerlərə dünya səviyyəsində səyahət etdiyini görür. Elena Fişer və Kloyi Freyzer də Uncharted 3-də geri dönürlər. Sujet, Tomas Edvard Lourensin arxeologiya günlərindən qaynaqlanmaqdadır. Naughty Dog'un ictimaiyyət strateqi Arne Meyer, "Uncharted 3'ün əsas mövzusunun 'yolu tapmaq'" olduğunu ifadə etdi.Uncharted 3: Drake’s Deception tənqidçilər tərəfindən bəyənildi, baxılış ümumi veb saytında Metacritici %92-ə çatdı və 2011-ci ilin ən yaxşı videooyunlarından biri halına gəldi. Uncharted 3', rəy verənlər ssenari aktyorluq, qrafik, kino kimi sahələri çox sevdiklrəinə görə oyun "İlin Oyunu" mükafatı aldı, ancaq oyun texniki problemlərə, tək-oyuncu əlavələrinin qıtlığına və başqa səbəblərə görə tənqid olundu. Oyun satışa çıxarıldığı gündə dünya üzrə 3.8 milyon kopiya sövq etdi.