Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bexşteyn şəbpərəsi
Bexşteyn şəbpərəsi (lat. Myotis bechsteinii) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin hamarburunlar fəsiləsinin şəbpərə cinsinə aid heyvan növü. Yarasa alman naturalisti Yohan Bexşteynin şərəfinə adlandırılıb. == Yayılması == Avropanın şərqində, Kiçik Asiya, Şimali İran və Qafqazda yayılmışdır. Qafqazın Qaradəniz sahillərində üstünlük təşkil edir. Azərbaycanda ilk dəfə olaraq 1986-cı ildə Böyük Qafqaz sıra dağlarının cənub yamaclarında tapılmışdır. 30–40 şəbpərədən ibarət balalama koloniyası Qəbələ rayonunun Xəzra kəndində orta əsrlərə aid qəbiristanlığın dörd sərdabəsinin birində aşkar edilmişdir. Bu koloniya 2010-cu ilədək müşahidə olunmuşdur. Qeyd etmək lazımdır ki, gecə şəbpərələrinə Rusiya ilə həmsərhəd ərazilərdə də təsadüf edilmişdir. == Yaşayış yeri == Gecə şəbpərəsi meşə növü olub, Qafqaşda ancaq enliyarpaqlı meşələrdə rast gəlinir.
İohann Matteus Bexşteyn
İohann Matteus Bexşteyn (alm. Johann Matthäus Bechstein‎;11 iyul 1757 – 23 fevral 1822 və ya 1822) — ornitoloq, zooloq, botanik və meşəbəyi. == Əsas işləri == «Forstinsectologie» (3 cild., Gota, 1818); «Forstbotanik» (Erfurt, 1810; 5 nəşr. Belena, 1841—1842) xüsusilə «Forst— und Jagdwissenschaft nach allen ihren Theilen» (5 cilddə, Erfurt, 1818—1821), hansıki Laurop tərəfindən davam etdirilib; «Abbildungen naturhistorischer Gegenstände» (8 cilddə, Leypsiq, 1783—1810, 2 nəşr. 6 cilddə, 1816—1823) «Naturgeschichte der Hof- und Stubenvögel» (Berqenin 5 nəşri, Leypsiq, 1870). Bax: L. Bechstein, «Johann Matth. Bech. und die Forstakademie Dreissigacker» (Meyningen, 1855).
Behşteyn şəbpərəsi
Cefri Epşteyn
Cefri Epşteyn (ing. Jeffrey Epstein) — ABŞ maliyyətçisi və cinayətkarı. Nyu-Yorkun Bruklin rayonunda böyüyən Epşteynin kollec dərəcəsi olmamasına baxmayaraq, peşəkar həyatına Manhettendə Dalton məktəbində müəllimlik etməklə başlayıb. Məktəbdən qovulduqdan sonra bank və maliyyə sektoruna daxil olub, Bear Stearns-də müxtəlif vəzifələrdə çalışıb və nəhayət öz şirkətini yaratdı. Epşteyn elit sosial dairəni, bir çox qadın və uşaqları öz işlərinə cəlb edirdi; sonra o və onun bəzi tərəfdaşları həmin qadın və uşaqlara qarşı cinsi istismar etmişdi.
Ebşteyn anomaliyası
Ebşteyn anomaliyası nadir anadangəlmə ürək qüsuru, üçtaylı qapaq anomaliyası olub, rastgəlmə tezliyi digər anadangəlmə ürək qüsurları ilə müqayisədə 1%-dir. İlk dəfə 1866-cı ildə patoloq-anatom Ebşteyn tərəfindən izahı verilmişdir. Bu zaman üçtaylı qapağın arxa və arakəsmə qapaqcığı müxtəlif dərəcədə aşağı sürüşmüş ya düşmüş olaraq mədəcik divarına pərçimlənmiş və sağ mədəciyin proksimal hissəsi nazik, məməyəbənzər əzələ və xordalar deformasiyalaşmış olur. Çox vaxt dartılmış açıq qalmış oval dəlik vasitəsi ilə qulaqcıqlarla rabitədə olur. == Patofiziologiyası == Sağ mədəciyin funkional həcmi azalır. Bundan başqa çox vaxt üçtaylı qapaq requrgitasiyası qeyd olunur. Nəticə etibarilə, sağ qulaqcığın ölçüləri böyümüş olur. Açıq qalmış oval dəlik vasitəsi ilə venoz qan sağ qulaqcıqdan sol qulaqcığa axın edərək arterial qanla qarışmış olur. Bu da arterial qanda oksigenin miqdarını aşağı salmış olur. Getdikcə ürək çatışmazlığının dərinləşməsi ölümlə nəticələnir.
Emma Ekşteyn
Emma Ekşteyn (alm. Emma Eckstein‎; 1865–1924) — Avstriya sufrajisti, publisist. Ziqmund Freydin ilk və ən vacib pasineti kimi tanınır. == Həyatı == 28 yanvar 1865-ci ildə Qaudensdorf şəhərində anadan olmuşdur. Liberal bir yəhudi ailəsində böyüyən Emma atası kimyaçı və ixtiraçı Albert Ekşteyn (1824-1881), anası Amaliya Ekşteyn (1836-1921) vəfatından sonra onların yaratdığı kağız fabrikini öz əlinə aldı. Emmanın beş bacısı və dörd qardaşı var idi. İki qardaşı uşaqlıqda ölmüşdür. Bacısı Tereza, qardaşları Qustav və Fridrix sonradan müxtəlif sahələrdə tanındılar. Ekşteyn ailəsi Freydlər ailəsi ilə dost idi. Onlar bəzi bayramları birlikdə keçirirdilər.
Albert Eksteyn
Albert Eksteyn (alm. Albert Eckstein‎; 9 fevral 1891, Ulm, Vürtemberq krallığı[d] – 18 iyun 1950, Hamburq) — alman pediatrı və akademiki. == Erkən həyatı == Albert Eksteyn Almaniya imperiyasında yəhudi fabrik sahibi bir ailənin ikinci övladı olaraq dünyaya gəlmişdi. Atasının əleyhinə olmasına baxmayaraqo, Frayburq Universitetində tibb təhsili alır. Daha sonra Birinci Dünya müharibəsində orduda xidmətinə görə Birinci dərəcəli Dəmir Xaç ordeni ilə təltif edilir. Daha sonra tibb təhsilini Leypsiq və Münhen Lüdviq-Maksimilian Universitetlərində davam etdirib.1925-ci ildə Düsseldorf Universitetinin uşaq klinikasına rəhbərlik edən müəllim və baş həkim kimi Artur Şlossmannla birlikdə işləmişdir. Eksteyn Frayburq-im-Braysqauda Şlossmanın qızı Erna ilə tanış olur və evlənirlər. 1926-cı ildə sıravi professor rütbəsi aldıqdan, sonra qayınatasının varisi olur. == Türkiyə illəri == 1935-ci ildə Nürnberq qanunları ilə başlayan antisemitizmə görə o, Türkiyənin dəvəti ilə Almaniyanı tərk edərək ailəsi ilə birlikdə Ankarada məskunlaşmağa qərar verir. Eksteyn 1935-ci ildə Ankaraya gələndə o vaxtkı səhiyyə naziri Refik Saydam tərəfindən qəbul edilir.
Cessika Çesteyn
Cessika Mişel Çesteyn (24 mart 1977, Sakramento) — amerikalı aktrisa və film prodüseri. Əsasən feminist mövzulu filmlərdə aldığı rollarla tanınmış, Oskar və Qızıl Qlobus mükafatı da daxil olmaqla müxtəlif mükafatlar alıb. “Time” jurnalı onu 2012-ci ildə dünyanın 100 ən nüfuzlu adamından biri adlandırıb. Çesteyn erkən yaşlarından aktyorluğa maraq göstərmiş və 1998-ci ildə Şekspirin Cülyettası rolunda peşəkar səhnəyə çıxmışdır. Juilliard məktəbində aktyorluq təhsili aldıqdan sonra o, televiziya prodüseri Con Uells ilə qabiliyyət müqaviləsi imzaladı. O, bir neçə televiziya serialında, o cümlədən Qanun və Nizam: Münsiflər Heyətinin Sınaqında təkrarlanan qonaq ulduz oldu. O, həmçinin 2004-cü ildə Anton Çexovun “Albalı bağı” pyesinin və 2006-cı ildə Oskar Uayldın “Salome” faciəsinin səhnə əsərlərində rol alıb. Jolene (2008) dramında film debütü etdikdən sonra Çesteyn 2011-ci ildə Take Shelter (2011) və Həyat ağacı (2011) dramları da daxil olmaqla altı film buraxılışı ilə uğur qazandı. O, "Kömək" (2011) dramında iddialı bir sosialist rolunu və "Zero Dark Thirty" (2012) trillerində CIA analitiki rolunu oynadığı üçün Oskar mükafatına namizədlər aldı. Onun ən böyük kommersiya uğurları elmi fantastika filmləri Ulduzlararası (2014) və Marslı (2015) və qorxu filmi It Chapter Two (2019) ilə gəldi.