Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Peyvəstə Qadınəfəndi
Peyvəstə Qadınəfəndi (10 may 1873, Pisunda – 1944, Paris) — 34. Osmanlı sultanı II Əbdülhəmidin onuncu xanımı. == Həyatı == Əslən abxaz olan Peyvəstə xanımın əsl adı Rabiyədir. Sultan Muradın son xanımlarından Filiztən xanımın dayısı qızıdır. Ailəsi 1877–1878 Rus-Osmanlı müharibəsi səbəbilə Osmanlı torpaqlarına köç etmiş, kiçik Rabiyə isə Osmanlı sarayına təslim edildi. Sarayda Sultan Əbdülhəmidin ilk xanımı Nazikəda xanımın xidmətinə verilən rabiyənin adı dəyişdirildi və Peyvəstə qoyuldu. Çox keçmədən Sultan Əbdülhəmidin diqqətini cəlb etdi və cütlük 24 yanvar 1893-cü ildə Ulduz sarayında evləndi. Bir il sonra yeganə övladı olan Şahzadə Əbdürrəhim Hayri Əfəndini dünyaya gətirdi. Ancaq çox keçmədən Sultan Əbdülhəmid növbəti xanımıyla evləndi və Peyvəstə xanım gözdən düşdü. Padşahın digər xanımı Sazkar xanımla yaxın dost olan Peyvəstə xanım övladının tərbiyəsi ilə məşğul olmağa başladı.
Məyqəşte (Əbyəlil)
Məyqəşte xutoru (başq. Мәйгәште) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Buranqul kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Məyqəşte kəndinin milli tərkibi: başqırdlar 98%. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askorovo):57 km., kənd sovetliyindən (Buranqul): 15 km. ən yaxın dəmiryol stansiyasından (Maqnitaqorsk stansiyası): 104 km. == İstinadlar == == Mənbə == Совет муниципальных образований Республики Башкортостан.