Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pernis
Arıyeyən (lat. Pernis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
Həsən Pirniya
Həsən Pirniya (fars. حسن پیرنیا‎ , D.1872 – Ö.08/11/1935) – İranın baş naziri, Müşirüddövlə, tarixçi, siyasətçi. == Həyatı == Həsən Pirniya 1872-ci ildə Nayində anadan olmuşdur. Rusiyada hüquq təhsili aldıqdan sonra İrana qayıdan Həsən Pirniya, 1902-ci ildə Rusiyada diplomat kimi fəaliyyət göstərməyə başladı. Daha sonra İranda müxtəlif yüksək vəzifələrdə çalışan Hasan Pirniya 4 dəfə İranın baş naziri təyin edilmişdir. == Əsərləri == Həsən Pirniya, İranın qədim tarixi, 3 ciliddə == Mənbə == Ghani, Cyrus, Iran and the Rise of Reza Shah: From Qajar Collapse to Pahlavi Power (I. B. Tauris: London, 2000). ISBN 1-86064-629-8 Jane Lewisohn, Flowers of Persian Song and Music: Davud Pirniā and the Genesis of the Golhā Programs, Journal of Persianate Studies, Vol. 1, No. 1, pp.
Pirlicə (Bostanabad)
Pirlicə (fars. پيرلوجه‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 114 nəfər yaşayır (23 ailə).
Pernis apivorus
Adi arıyeyən (lat. Pernis apivorus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin arıyeyən cinsinə aid heyvan növü. Adi arıyeyən qarğadan iridir. Havada boynu görünmür. Quyruğu uzundur və üzərində 3 enli zolaq var. Qanadlarının altı zolaqlıdır. Bel tərəfi tutqun qonur, qarın tərəfi ürəkşəkilli, naxışlıdır. Alınında və gözləri ətrafındakı lələklər ilan pulcuğuna oxşayır. Avropada və Qərbi Asiyada nəsil verir, Afrikada qışlayır. Azərbaycanda düzənlik və dağətəyi rayonlarda yayılmışdır.
Pernis ptilorhynchus
Pernis ptilorhynchus (lat. Pernis ptilorhynchus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin arıyeyən cinsinə aid heyvan növü.
Telis-Piris
Telis-Piris — Cənubi Amerika ərazisindən axan çay. Braziliyanın şimal-qərb hissəsindən axan çay. Çayın uzunluğu 1370 km təşkil edir. Şərqdən qərbə doğru axır. Çoxlu sayda qollara malikdir. Jurunea çayı ilə birləşərək Tapajos çayını əmələ gətirir. O isə öz növbəsində Amazon çayının qolunu təşkil edir. Bolsululuq dövrü oktyabrdan-maya qədər davam edir.
Dırnıs
Dırnıs — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir kənd. Dırnıs Ordubad rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Vənənd çayının (Arazın qolu) sahilində, Zəngəzur silsiləsinin ətəyindədir. XIX əsrə aid ədəbiyyatda Dernis variantında qeydə alınmışdır. Oykonim ərəb dilindəki der/deyr (məbəd, monastır) və naus (zərdüşti qəbirləri üstündə tikili) komponentlərinin birləşməsi kimi izah olunur. Əslində, oykonim rayonun ərazisindəki Qapıcıq adlı dağ aşırımı ilə bağlı yaranmış çox qədim dil vahididir. Bir çox qədim dillərdə dura (yunan), duar (gürcü və osetin), dvaras (hind), drunk (qədim fars) və s. sözlər "qapı", "qapılar", "dağ kecidi" mənalarında işlənmişdir.. == Tarixi == Dırnıs kəndi Ordubad rayonunun,habelə,bütün Naxçıvan diyarının ən gözəl kəndlərindən biridir. Bura çox qədimdən insan məskəni olmuşdur.Yaşı min ildən artıq olan bu kənddə türkdilli Alban tayfaları yaşamışdır.
Dırnıs kəndi

Dırnıs məscidi
Dırnıs məscidi — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Dırnıs kəndinin Yuxarı məhəlləsində, Mirzə küçəsində yerləşən məscid. == Tarixi == Kənddə həcminə görə ən iri məscid olduğundan el arasında Böyük məscid adlanır. Came məscididir. Girişi qərbdəndir. Qadınlar üçün giriş şərq tərəfdəndir. Тavan 5x2=10 dirəyin üstündə dayanıb. Şərq və şimal divarın qarşısında qadınlar üçün ikinci mərtəbə-balkon düzəldilib. Şərq divarda 3, qərb divarda 2, cənub divarında isə 3 böyük pəncərə var. Məscidin dirəklərindən birinin sütun başlığı üzərində qara rənglə yazılan kitabədən aydın olur ki, məscid hicri 1339-cu ildə (1920–21) təmir olunmuş, təmir işlərini Ordubadlı usta Həsən həyata keçirmişdir. 1999-cu ildə əhalinin vəsaiti ilə yenidən təmir olunmuş, bu zaman məscidin qərbdən giriş qapısının qarşısında balkon düzəldilmiş və minarə hörülmüşdür.