Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Pikolinlər
Pikolinlər — metilpiridinin izomeri. Pikolilnlər (monometilpiridinlər). molyar kütləsi 93,18. 2-metil(α-pikolin), 3-metil (β-pikolin) və 4- metil (γ-pikolin) məlumdur. onlar hamısı rəngsiz mayedir. Piridinə oxşar iylidir. Suda və üzvi həlledicilərdə yaxşı həll olur. Su ilə azeotrop qarışıq əmələ gətirir ki, tərkibində məsələn 52% kütləyə görə α-pikolin (tqayn93,5°C), 39% kütləyə görə β-pikolin (tqayn96,2°C) olur. kimyəvi xassələrinə görə pikolilnlər piridinə oxşayır. Güclü katalizatorlar və alkil halogenidlərlə duz əmələ gətirir.
Hiolitlər
Hiolitlər (Hyolitha) - ikitərəfli — simmetrik, iki hissədən ibarət karbonat qabıqları olan fossil orqanizmlər. Qabıq konusvari əsas hissədən (qarın tərəfi yastılaşmış və bel qabarmış) və konusun ağız hissəni örtən qapaqdan ibarətdir. Hiolitlər halqəvi qurdlara, molluskalara (qanadayaqlı qastropaodlar, başıayaqlılar) aid edilir. Bəzən sərbəst heyvan tipi kimi ayrılır. Kembriy — perm. == Həmçinin bax == Molluskalar Başıayaqlılar == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006.