Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Suva Planina
Suva Planina (serb :Сува планина «quru dağ») - Serbiyanın cənub-şərqində dağ massivi. Silsilə Nişka Banya (şimal-qərbdə) şəhəri ilə Babuşnisa (cənub-şərq) şəhəri arasında yerləşir. Şimalda massiv Bela Palanka şəhəri ilə həmsərhəddir. Suva Planina dağlarında Serbiyada yaşamış neandertal insanın qalıqları aşkar edilmişdir. Qalıqlar 2019-cu ilin aprelində tapılmışdır. Suva Planina massivinin ən yüksək zirvəsi Tremdir (1810 m). Hündürlüyünə görə ikinci zirvə Qolemodur (1714 m). Üçüncü ən hündür zirvə Pitika olub hündürlüyü 1683 metrdir. Massivin adı ərazidə bulaqların çox olması ilə əlaqədardır. Suva Planinada iki təbi bulaq var:Bojanine Vode və Rakoš Česma.
Velika Planina
Velika Planina (sloven. Velika planina) ― Sloveniyada, paytaxt Lyublyana şəhərindən 50 km şimal-şərqdə yerləşən dağlıq karst yaylası. Yayla 5,8 kvadrat kilometr ərazini əhatə edir və dəniz səviyyəsindən orta hesabla 1,500 metr (4,900 ft) yüksəkdə yerləşir. Ən yüksək nöqtəsi 1,666 metr (5,466 ft) hündürlüyündəki Qradişçe dağıdır. Velika Planina yaylası qışda xizək kurortu, yayda isə istirahət yeri kimi turizm mərkəzidir. Velika Planina hərfi mənada "dağ otlağı" deməkdir. Ərazidə 300 baş mal-qara otlaya bilər. Bu gün Velika planina seyrək küknar meşələri və cırtdan şam ilə əhatə olunmuş və tipik karst çuxurları ilə səciyyələnir. İnsanın Velika Planinada erkən tarixlərdən bəri mövcud olduğuna dair dəlillər mövcuddur. Yayla orta əsrlərdə otlaq kimi istifadə edilmişdir.
Muranska planina Milli Parkı
Muranska planina Milli Parkı (Slovak. Národný park Muránska planina) Slovakiyanın ən gənc milli parklarından biridir. Əsas sahə 21,318 ha və qoruyucu sahə 21,698 ha ölçülür. Buraya 14 kiçik qorunan ərazi daxildir. Qərargah Revucada yerləşir. Mövcud Muranska planina Milli Parkının ərazisi ilk dəfə 1976-cı ildə qorunan bir sahə olaraq tanınırdı. Bu status 1997-ci ilin oktyabrında milli park statusuna dəyişdirildi. Park rəsmi olaraq 27 may 1998-ci ildə açıldı. Muránska Planina milli parkı, ölkənin şimalındakı Horehronie bölgəsi ilə cənubdakı Gemer bölgəsi arasındakı sərhədlərdən uzaqda Mərkəzi və Şərqi Slovakiya arasındakı sərhəddə yerləşir.Sahə qərbdəki Klenovská Rimava vadisindən Javorinka yəhərinə və şərqdə venervená Skala kəndinə qədər uzanır. Milli park Banská Bystrica Bölgəsindəki 3 bölgəyə, yəni şimaldakı Brezno bölgəsinə, cənubda Rimavska Sobota və cənub-şərqdə Revúca bölgəsinə yayılmışdır.
Fallout: A Post Nuclear Role Playing Game
Fallout: A Post Nuclear Role Playing Game (azərb. Radioaktiv yağıntı. Bir postnüvə rol oyunu‎) və ya sadəcə Fallout (azərb. Radioaktiv yağıntı‎) — "Dragonplay" tərəfindən hazırlanan və "Interplay Entertainment" tərəfindən nəşr olunan növbəyə əsaslanan postapokaliptik açıq dünya rol videooyunu. "Fallout" oyun seriyasındakı 1-ci epizoddur. Layihə istehsal prosesində olarkən 1988-ci ildə satışa çıxarılmış "Wasteland" videooyununun de-fakto sikveli hesab edilirdi. Lakin bu, "Interplay" şirkəti "Wasteland" videooyununun hüquqlarını vaxtında əldə edə bilmədiyindən baş verməmişdir. Oyun 10 oktyabr 1997-ci ildə Şimali Amerikada Microsoft Windows, MS-DOS və Mac OS platformaları üçün, həmin ilin axırlarında Avropada eyni platformalar üçün, 2002-ci ildə isə Şimali Amerikada Mac OS X platforması üçün satışa çıxarılmışdır. Oyunun hadisələri ABŞ-nin Kaliforniya ştatının cənub ərazilərində cərəyan edir. Oyunun əsas hekayəsi "Böyük müharibə"dən (ing.
Alvin Plantinqa
Alvin Karl Plantinqa (ing. Alvin Carl Plantinga; 15 noyabr 1932, Ann-Arbor, Miçiqan) — Amerikalı məşhur epistemoloq və din filosofu. == Həyatı == Miçiqan əyalətinin "Ann Arbor" regionunda 15 noyabr 1932-ci ildə dünyaya gəlmişdir. Atası Kornelius A. Plantinqa Miçiqan universitetinin fəlsəfə bölməsindən məzun olmuşdur. Sonralar həm Mişiqan universitetində və Kalvin kollecində fəlsəfə müəllimi olmuşdur. Anası Letti Plantinqa Hollandiya əsillidir. Böyük vətən müharibəsi vaxtında ailəsi ilə birgə Amerikaya köçmüşdür. 1955-ci ildə Ketlin Deboer adlı xanımla ailə həyatı qurur. Onun dörd övladı olmuşdur. A. Plantinqa xristian dininə çox bağlıdır.
Edvin Danninq
Edvin Danninq (ing. Squadron Commander Edwin Harris Dunning; 17 iyul 1892, CAR – 7 avqust 1917) — Krallıq donanmasının Hava Qüvvələrində xidmət etmiş ingilis əsilli pilot. Edvin Danninq hərəkət vəziyyətində olan gəmiyə təyyarə endirməyə çalışmış və ilk cəhdən buna nail olmuş ilk pilot kimi tarixə keçmişdir. Danninq 1917-ci ilin 2 avqust tarixində Krallıq donanmasına məxsus HMS Furious aviadaşıyıcısına idarə etdiyi Sopwith Pup tipli kiçik mühərrikli təyyarəsini uğurla endirmişdir. 5 gündən sonra, 7 avqust tarixində oxşar cəhdin təkrarlanması zamanı pilot təyyarənin idarəetməsini itirmiş və Sopwith Pup okeana düşmüşdür. Faciə nəticəsində Edvin Danninq boğularaq ölmüşdür. == Həyatı == Edvin Danninq 1892-ci ilin 17 iyul tarixində Cənubi Afrikada anadan olub.
Ronan Fanninq
Ronan Fanninq (1941 – Yanvar 2017) — İrlandiyalı tarixçi. Fanninq Dublin Universitet Kollecinin müasir tarix fakultəsinin professoru olmuşdur. Həmçinin o, Dublin Universitet Kollecinin Tarix Məktəbi və Arxivlər bölməsinin arxiv direktoru vəzifəsində də çalışmışdır. Fanninq İrlandiya Kral Akademiyasının üzvü olmuş, İrlandiya Bioqrafiya Kataloqu və İrlandiyanın Xarici Siyasət Sənədlərinin idarə heyətinə üzv seçilmişdir. O, Sunday Independent qəzetinin siyasət, tarix və ən son hadisələr bölmələri üzrə yazarı olmuşdur. Ronan Fanninq 18 yanvar 2017-ci ildə 75 yaşında vəfat etmişdir. Documents on Irish Foreign Policy by Catriona Crowe, Ronan Fanning, Michael Kennedy, Dermot Keogh, Eunan O'Halpin. Royal Irish Academy, ISBN 1-904890-03-2 (1-904890-03-2) Independent Ireland, Educational Company of Ireland, The, ISBN 0-86167-301-8 (0-86167-301-8) The Irish Department of Finance, (1922-58) by Ronan Fanning, Institute of Public Administration (Ireland) Staff Hardcover, Institute of Public Administration, ISBN 0-902173-82-0 (0-902173-82-0) Religion and Rebellion by Judith Devlin, Ronan Fanning, University College Dublin Press, ISBN 1-900621-03-7 (1-900621-03-7) The Lives of Eliza Lynch by Michael Lillis and Ronan Fanning, Gill and Macmillan (September 2009). Ronan Fanning, list of publications.
Alvin Karl Plantinqa
Alvin Karl Plantinqa (ing. Alvin Carl Plantinga; 15 noyabr 1932, Ann-Arbor, Miçiqan) — Amerikalı məşhur epistemoloq və din filosofu. == Həyatı == Miçiqan əyalətinin "Ann Arbor" regionunda 15 noyabr 1932-ci ildə dünyaya gəlmişdir. Atası Kornelius A. Plantinqa Miçiqan universitetinin fəlsəfə bölməsindən məzun olmuşdur. Sonralar həm Mişiqan universitetində və Kalvin kollecində fəlsəfə müəllimi olmuşdur. Anası Letti Plantinqa Hollandiya əsillidir. Böyük vətən müharibəsi vaxtında ailəsi ilə birgə Amerikaya köçmüşdür. 1955-ci ildə Ketlin Deboer adlı xanımla ailə həyatı qurur. Onun dörd övladı olmuşdur. A. Plantinqa xristian dininə çox bağlıdır.
Danninq-Krüger effekti
Danninq-Krüger effekti — ixtisas səviyyəsi aşağı olan insanların səhv nəticələr çıxarması, səhv qərarlar qəbul etməsi və eyni zamanda ixtisas səviyyəsinin aşağı olması səbəbindən səhvlərini dərk edə bilməməsini nəzərdə tutan metakoqnitiv təhrifdir. Nəticədə bu onların öz bacarıqları haqqında şişirdilmiş təsəvvürə gəlmələrinə səbəb olur. Onlardan fərqli olaraq, yüksək ixtisaslı insanlar, əksinə, öz bacarıqlarını kiçiltməyə meyillidirlər — öz güclərinə inamsızlıqdan əziyyət çəkirlər və digər insanları daha ixtisaslı hesab edirlər. Eyni zamanda, qabiliyyətlərinin digər insanlar tərəfindən də eyni şəkildə aşağı qiymətləndirildiyini düşünürlər. Beləliklə, az səriştəli insanlar öz qabiliyyətləri barədə daha yüksək, yüksək səriştələrə sahib olanlar isə daha aşağı qiymətləndirmə aparırlar. == Fərziyyə və eksperimental yoxlama == Bu fenomenin mövcudluğu barədə fərziyyə 1999-cu ildə Castin Krüger və Devid Danninq tərəfindən irəli sürülüb və Çarlz Darvinin "Əminlik bilikdən çox cəhalətdən yaranır" və Bertran Rasselin "Dövrümüzün xoşagəlməz xüsusiyyətlərindən biri odur ki, özünə arxayın olanlar axmaqdır, az da olsa təxəyyülü və anlayışı olanlar isə şübhə və qərarsızlıqla doludur.". Fərziyyəni yoxlamaq üçün Krüger və Danninq Kornell Universitetinin psixologiya kursunun tələbələrinin iştirakı ilə bir sıra eksperimentlər keçirmişdilər. Fərziyyəyə görə az səriştəli insanlar aşağıdakı ilə xarakterizə olunur: Öz bacarıqlarını həddindən artıq şişirdirlər; Başqalarının həqiqətən yüksək olan səviyyələrini adekvat qiymətləndirməyə qadir deyillər; Öz səriştəsizliklərinin dərinliyini dərk edə bilmirlər; Təlimlərdən sonra sahib olduqları səriştəsizliklərin fərqinə varsalar da, bunu düzəltmək üçün hər hansı addım atmırlar. Fərziyyəni təsdiq edən eksperimentin nəticələri 1999-cu ilin dekabrında "Şəxsiyyət və sosial psixologiya" jurnalında dərc olunmuşdur Bu araşdırmaya görə 2000-ci ildə müəlliflərə Şnobel mükafatı təqdim olunmuşdur. Oxşar araşdırmaların nəticələri 2003-cü və 2008-ci ildə dərc olunmuşdur.
Leroy Lansinq Ceyns
Leroy Lansinq Ceyns (ing. Leroy Lansing Janes; 1838, Ohayo – 1909) – Meyci dövrünün ilk illərində Yaponiyada fəaliyyət göstərmiş ABŞ pedaqoqu. == İlk illəri == Leroy Lansinq Ceyns 1838-ci ildə ABŞ-nin Ohayo ştatında doğulmuş, ABŞ Hərbi Akademiyasında təhsil aldıqdan sonra ABŞ Vətəndaş müharibəsində iştirak etmişdir. == Yaponiyada fəaliyyəti == 1871-ci ildə Yaponiyada missionerlik edən Quido Verbek tərəfindən Yaponiyaya dəvət edilmişdir. O, təklifi qəbul edərək Kumamotoda yerləşən Qərb məktəbində dərs vermək üçün Yaponiyaya gəlmişdir. Ceyns yapon dilini bilməməsinə və bu dili öyrənmək istəməsə də, tədris proqramı onun tam ixtiyarına verilmişdir. O, riyaziyyat, tarix və təbiətşünaslıq dərslərini ingilis dilində vermişdir. Lakin birinci tədris ilindəki fəaliyyəti oxu və yazı ilə məhdudlaşmışdır. O, əxlaqi tərbiyə ilə də məşğul olmuşdur. Ceyns tədrisin ilk üç ilində tələbələri ilə xristianlığı müzakirə etməkdən çəkinmişdir.