Alvin Karl Plantinqa (ing. Alvin Carl Plantinga; 15 noyabr 1932[2], Ann-Arbor, Miçiqan[3]) — Amerikalı məşhur epistemoloq və din filosofu.
Alvin Plantinqa | |
---|---|
Doğum tarixi | 15 noyabr 1932[2] (91 yaş) |
Doğum yeri | |
Elm sahələri | fəlsəfə, epistemologiya[1] |
Elmi dərəcəsi | |
İş yerləri |
|
Təhsili | |
Üzvlüyü | |
philosophy.nd.edu/people… | |
Vikianbarda əlaqəli mediafayllar |
Miçiqan əyalətinin "Ann Arbor" regionunda 15 noyabr 1932-ci ildə dünyaya gəlmişdir. Atası Kornelius A. Plantinqa Miçiqan universitetinin fəlsəfə bölməsindən məzun olmuşdur. Sonralar həm Mişiqan universitetində və Kalvin kollecində fəlsəfə müəllimi olmuşdur. Anası Letti Plantinqa Hollandiya əsillidir. Böyük vətən müharibəsi vaxtında ailəsi ilə birgə Amerikaya köçmüşdür. 1955-ci ildə Ketlin Deboer adlı xanımla ailə həyatı qurur. Onun dörd övladı olmuşdur. A. Plantinqa xristian dininə çox bağlıdır. O alpinistliyə çox meyl göstərir. Təbiəti sevir və ondan yararlanmağa çalışır. Ona görə İlahi nəfəs dağlarda daha çox özünü əks etdirir. O müasir və məşhur Amerikalı filosofdur. O analitik fəlsəfənin və müasir epistemologiyanın həm korifey həm də canlı nümayəndəsi sayılır. Epistemologiyada "Reformed Epistemology" yeni fəlsəfi cərəyanın yaradıcısı hesab edilir.[4]
A. Plantinqa 1949-cu ildə Ceymstaun Kollecinə qəbul olur. Daha sonra Kalvin Kollecini bitirir. 1954-cü ildə Miçiqan universitetinə daxil olur. Sonra Yale Universitetində Ph. D dərəcəsini alır. Daha sonra o, 1957-ci ildə Ueyn universitetinə yollanır. 1963-cü ildə Kalvin Kollecinə müəllim kimi qayıdır. 19 il bu kollecdə tədris və araşdırmadan sonra Notr-Dam universitetinə dəvət alır. Və hal-hazıradək orada elmi fəaliyyətinə məşğuldur.[5]