Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Plasdarm
Plasdarm (fr. place d'armes — "qoşunların toplaşma meydanı") — silahlı qüvvələrin cəmləşdirilməsi və yerləşdirilməsi üçün baza kimi istifadə edilən, öz və ya başqa dövlətin ərazisi (və ya onun bir hissəsi), habelə hər kəsə qarşı hərbi əməliyyatların aparılması məqsədilə, o cümlədən düşmən ərazisinə basqın hazırlanarkən yaradılan dayaq nöqtəsi; strateji və ya əməliyyat əhəmiyyəti də ola bilər. Buna misal olaraq İkinci Dünya Müharibəsi zamanı Normandiyada genişmiqyaslı dayaq meydanı olan Overlord əməliyyatını göstərmək olar. == Mənası == İvan Sıtinin Hərbi Ensiklopediyasında (1911-1915) plasdarm qoşun toplama yeri olduğu göstərilir və onun bir neçə mənaları nəzərdən keçirilir. Plasdarm - istehkamlarda, qala hasarlarının və qalaların giriş və çıxış hissələrində yolları əhatə edən, yığma, sıralama və ya qalada toplama sahəsi üçün xidmət edən meydandır. Plasdarm qalalarda daxil olma və ondan çıxış nöqtələridir. Plasdarmdakı silahlı qaravul Von adlanırdı. Həmçinin plasdarm hücum zamanı ordunun su maneəsini (çay, göl və s.) keçərkən ələ keçirdikləri və ya əks sahilində geri çəkilən qoşunların saxladıqları ərazi parçası da adlanır. İkinci Dünya müharibəsi illərində, Dnepr çayını keçərkən, SSRİ Silahlı Qüvvələri 1943-cü ilin payızında Loyev şəhərindən Zaporojya şəhərinə qədər 750 kilometrlik bir zolaqda çayın sağ sahilində 27 plasdarm ələ keçirmişdi. Lakin onlardan 26-sı cəbhə boyu bir kilometrdən 10 kilometrə qədər, iki kilometrdən 9 kilometrə qədər dərinlikdə idi.
Lord Kitçener səni istəyir (plakat)
Lord Kitçener səni istəyir (ing. Lord Kitchener Wants You) — Böyük Britaniya ordusuna çağırışa səsləyən, 1914-cü ildə çəkilmiş plakat. Plakatdan, əsasən, Birinci dünya müharibəsi illərində istifadə olunmuşdur. Plakatda təsvir edilən Lord Kitçener rəsmi Alfred Let tərəfindən çəkilmişdir.
Alaşkert FK
Alaşkert FK (erm. Ալաշկերտ) – Ermənistannın futbol klubu.
Alaşkert döyüşü
Ələşgird döyüşü — 29 iyul-1 avqust 1421-ci ildə Qaraqoyunlularla Teymurilər arasında baş vermiş döyüş. == Arxaplan == Qaraqoyunlu dövlətinin (1410-1468) əsas düşmənlərindən biri də Xorasanda bərqərar olmuş Teymuri hökmdarı Şahrux idi. O, 1420-ci ilin yayında 200 minlik qoşunla Azərbaycana doğru hücüma başladı. Təbrizdən düşməni qarşılamaq üçün 50 minlik qoşunla yola çıxan Qara Yusifin qəflətən xəstələnməsi və vəfat etməsi, şahzadələrdən heç birinin ordu qərargahında olmaması ciddi hərc-mərcliyə səbəb oldu. Həmin dövrdə şahzadələrdən Şahməhəmməd Bağdadda, İskəndər Kərkükdə, İspənd Adilcəvazda, Cahanşah Sultaniyyədə Əbu Səid isə Ərzincanda idi. Teymuri qoşunlarının yaxınlaşmasından vahiməyə düşən Qaraqoyunlu əmirləri ordugahdan qaçdılar. Beləliklə heç bir müqavimətə rast gəlməyən Şahrux Azərbaycanı zəbt etdi. Qara Yusifin ölümü ilə Şahrux Mirzə Qaraqoyunlu şahzadələri ilə qarşı-qarşıya qaldı. Qaraqoyunlu əmirlərinin ittifaqı ilə Qara Yusifin yerinə taxta çıxan İsgəndər Mirzə bir tərəfdən Şahruxa öz itaətini bildirmiş, digər tərəfdən isə Mardinə hücum edən Qara Yuluq Osman bəy üzərinə səfər etmək üçün hazırlıqlara başlamışdı . 1421-ci ilin mart ayında Qara Yuluq Osman İsgəndər Mirzə tərəfindən məğlub edildi.
Castin Plaşka
Castin Plaşka (12 avqust 1996) — Yamaykalı üzgüçü. Castin Plaşka Yamaykanı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Castin Plaşka birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 50 m kəpənək stildə, təsnifat mərhələsində iştirak etdi. 24.63 saniyəlik nəticəsi ilə 89 üzgüçü arasında 41-ci oldu və yarımfinala vəsiqə qazana bilmədi.