Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Silviya Plat
Silviya Plat (ing. Sylvia Plath; 27 oktyabr 1932[…], Boston – 11 fevral 1963[…], London) — amerika şairi, yazıçısı. 1932-ci ildə doğulan amerikalı yazıçı Silviya Platın atası alman, anası amerikalı idi. O, daha çox ağrılı həyatı və faciəvi ölümü ilə tanınır. İlk şeirini səkkiz yaşında yazan şair bütün həyatı boyu manik depressiyadan əziyyət çəkib. Kollecdə oxuyarkən intihara cəhd etdiyi üçün ruhi dispanserə yerləşdirilir. Dispanserdən çıxdıqdan sonra Kembric Universitetində təhsil alır. İngiltərədə olarkən 1956-cı ildə gələcəkdə evlənəcəyi ingilis şair Ted Hyuzla tanış olur. Qısa müddət sonra Plat və Hyuz evlənib Bostona köçürlər. Plat hamilə qaldıqdan sonra yenidən İngiltərəyə qayıdırlar.
Saus Plett çayı
Saus Plett çayı (ing. South Platte River) — ABŞ-nın Kolorado və Nebraska ştatlarında çay.
Il pleut de l'or
Il pleut de l'or (Azərbaycanca:Qızıl yağış yağır) - Avroviziya 2010-da İsveçrəni təmsil etdiyi mahnı. Mahnını Michael von der Heide ifa etdi.
Alert
Alert (ing. Alert [ə'lɜːt]) — Şimal qütbünə ən yaxın yaşayış məntəqəsi olaraq mülki əhalinin yaşadığı qəsəbə. 1950-ci ildə salınmışdır. 2005-ci il məlumatına görə qəsəbədə daimi 5 nəfər mülki əhali, 70 nəfər hərbçi, hərbi bazada xidmət edənlər, meteostansiya əməkdaşları yaşayırdı. 2011-ci il məlumatına görə isə qəsəbədə mülki əhali qalmasada, hərbi və elmi əməkdaşlar ilboyu yaşayır. Qəsəbədə Alert hava limanı fəaliyyət göstərir Alert Elsmir (ada)sında Kanadanın Nunavut vilayəti Kikiktaaluk rayonu ərazisində yerləşir. Şimal Qütbündən 817 məsafədə yerləşir. Kanadanın nəhəng şəhəri olan Edmontondan 3578 kilometr, Norveçin paytaxtı Oslodan 3192 km, Murmanskdan 2574 km, Norilskdən 3059 km uzaqlıqda yerləşir. == İqlimi == İqlimi arktikdir və əsasən sərtdir. Ancaq iyul və avqust orta aylıq temperatur müsbət olur.
Pelit
Pelit — <0,001 mm və ya <0,005 mm ölçülü hissəciklərdən təşkil olunmuş (mənşəyi və tərkibliindən asılı olmayaraq) çökmə süxurların ümumi adı. Hissəciklərinin ölçüləri <0,01 mm-dən kiçik olan dib çöküntüləri (lillər) də pelit adlanır. Pelit fraksiyası çökmə süxurların və dib çöküntülərinin ölçüləri <0,01 mm hissəciklərdən ibarət olan fraksiyası. Pelit quruluş çox kiçik ölçülü (<0,01 mm) hissəciklərindən (95%-dən çox) ibarət çökmə süxur quruluşu; gil və gil şistləri, argillit və mergellər, vulkanik tuflar və bəzi klastik süxurlar üçün səciyyəvidir. Pelitləşmə — kaliumlu çöl şpatlarının epimaqmatik proseslər, yaxud aşınma nəticəsində dəyişilməsinin ilk mərhələsi. Nəticədə pelit (kaolin və b.) yaranır, minerallar şəffavlığını itirir. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Pirat
Dəniz quldurluğu və ya piratlıq — orta əsrlərdə dəniz quldurları tərəfindən okean və dənizlərdə, əsasən, ticarət gəmilərinə qarşı həyata keçirilən quldurluqdur. Dəniz quldurlarını, adətən, "flibustyer", "bukanyer", "kaper", "pirat" adlandırırdılar. Latınca "pirat" sözü "taleyini sınayan" deməkdir.
Plato
Plato — dəniz səviyyəsindən xeyli hündürdə yerləşən, səthi hamar və ya dalğalı, ətrafındakı düzənliklərdən dik yamaclarda ayrılmış yüksəklikdir. Məs: Xəzər dənizi ilə Aral gölü arasında yerləşən Üst-Yurt platosu. Plato həm üfüqi yatmış süxur laylarından, həm də çox kəsilib parçalanmış relyefin lava ilə örtülməsindən əmələ gəlmişdir.
Plebs
Plebeylər (plebeii, plebs — sadə xalq) — Qədim Romada azad əhalinin zümrələrindən biri. E.ə. III əsrin əvvəlinədək icma torpağından istifadə hüququna malik deyildilər, xüsusi mülkiyyətçi kimi onların kiçik torpaq sahələri vardı. Əkinçiliklə yanaşı sənətkarlıq və ticarətlə də məşğul olurdular. Patrisilərə qarşı mübarizə (e.ə. V əsrin əvvəli-e.ə. III əsrin əvvəli) nəticəsində plebeylər patrisilərlə eyni dərəcədə vətəndaşlıq və siyasi hüquqlara nail oldular; Roma xalqının tərkibinə daxil edildilər, patrisilərlə birgə nobilitet yaratdılar. Plebeylər termini e.ə. 3–2 əsrlərdə tam hüquqlu, lakin əsilzadə olmayan vətəndaşlara aid edilirdi.
Plyaj
Çimərlik — su obyekti sahilində düzən relyefə malik ərazi. Çimərliklər əsasən su və küləyin eroziya fəaliyyəti nəticəsində meydana gəlir. Çimərliyi təşkil edən hissəciklər adətən qum, çınqıl, molyusk qabıqları və ya mərcan yosunları kimi bioloji mənbələrdən ibarətdir. Çöküntülər yerli dalğanın hərəkətindən və hava şəraitindən asılı olaraq müxtəlif sıxlıq və strukturlarda çökərək müxtəlif teksturalar, rənglər vəya material təbəqələri yaradır. Çimərlikdə akkumlyativ çöküntülər bir ərazilə yığılır. «Çimərlik» termini həmdə insanların kütləvi istirahət, çimmək və günəş vannasının qəbul olunduğu məkan kimi də işlənir. Çimərlik səht örtüyünə görə qum, balıqqulağı, Çınqıl, mərcan və s. ibarət olur. Səht örtüyü Qumdan ibarət olan çimərlik. Səht örtürü Qum-balıqqulağıdan ibarət olan çimərlik.
Polat
Polad — tərkibində karbonun miqdarı 2,14%-dən az olan dəmirdən ibarət bütün metallik legirlərə deyilir. İnsanlar poladla çox qədim təcrübəyə malikdirlər. Yüksək keyfiyyətə malik polad texnikanın tərkib hissəsinə çevrilmişdir. Karbon və dəmir uzun müddət ağır sənayenin sütununu təşkil edirdi və siyasətdə böyük rol oynayırdı. Hal-hazırda maşın, nəqliyyat və bir çox başqa texniki hissələrin hazırlanmasını poladsız təsəvvür etmək mümkün deyil. Poladlar iki hissəyə bölünürlər: alət və konstruksiya poladları. Kimyəvi tərkibinə görə də poladlar təsnifatlaşdırılıb: karbonlu və legirli poladlar. Karbonun və legirləyici elementin səviyyəsindən asılı olaraq poladlar bölünürlər: Aşağı karbonlu Orta karbonlu Yüksək karbonlu Aşağı legirli Orta legirli Yüksək legirli Strukturlarında da fərq qoyulmaqdadır. Poladda austenit, ferrit, martensit, beytinit və perlit kimi struktur təşkilediciləri mövcuddur. Əgər strukturda 2 və daha çox faza vardırsa, onda belə poladlar çoxfazalı adlanırlar.
Plavt
Tit Maksi Plavt (lat. Titus Maccius Plautus, çox vaxt sadəcə — Plavt; e.ə. 250 – e.ə. 184, Roma) — görkəmli qədim Roma komediyaçısı, “palliatalar” ustası. O, 130-a yaxın komediya yazmış, onlardan 20-si dövrümüzə qədər gəlib çatmışdır.
Please Please Me (albom)
Please Please Me — Böyük Britaniyanın "The Beatles" rok qrupunun birinci studiya albomu.
Ebenezer-pleys
Ebenezer-pleys (ing. Ebenezer Place) — dünyanın ən kiçik küçəsi; uzunluğunun cəmi 2,06 metrdir və sadəcə bir evin divarını əhatə edir. Ebenezer-leys Böyük Britaniyada, daha dəqiqi Şotlandiyanın kiçik şəhəri olan Uikdə (ing. Wick) yerləşir. Divarını əhatə etdiyi evin inşası başa çatdıqdan sonra, 1883-cü ildə həmin ev heç bir küçəyə aid olunmadığından, bu ev üçün xüsusi olaraq bu küçəni salmışdırlar. Beləliklə də, Ebenezer-pleys ən kiçik küçə adını almışdır. Küçə yalnız 2006-cı ildə dünyanın ən kiçik küçəsi kimi Ginnesin Rekordlar Kitabına daxil ola bilmişdir.
Gənc pirat
Gənc Pirat (isv. Ung Pirat) - İsveçdə fəaliyyət göstərən Pirat partiyasının gənclər qanadıdır. 22 mindən çox üzvə malik qurum İsçevin ən böyük gənclər təşkilatıdır.
La Plata
La Plata şəhəri
Lilli Platt
Lilli Platt (ing. Lilly Platt) — İngilis əsilli holland ekoloqu. Platt ekoloji problemləri səsləndirdiyi gəncliyi və dinc tətilləri ilə tanınır. O, YouthMundus, Earth.org və WODI üçün qlobal səfir; Plastik Çirklənməyə Qarşı Koalisiyanın Gənclər Səfiri və How Global; Dünya Təmizlik Günü üçün uşaq səfiri. Platt topladığı və çeşidlədiyi plastik zibilləri yerləşdirdikdən sonra əvvəlcə sosial mediada məşhurlaşır. Bu illər ərzində o, 100.000-dən çox zibil toplayır. Platt Böyük Britaniyada anadan olub. Onun yeddi yaşı olarkən ailəsi Hollandiyaya köçür. == Ətraf mühitin mühafizəsi == 2015-ci ildə Platt babası ilə Hollandiyada parkda gəzərkən yerə səpələnmiş plastik zibilləri görür. O, holland dilini məşq etmək üçün onları saymağa qərar verir.
Lonicera pileata
Şapkalı doqquzdon (lat. Lonicera pileata) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü.
Marta Pleys
Marta Pleys (18 sentyabr 1849, Nyu-Cersi – 20 mart 1899, Sinq-Sinq) — Elektrik stulunda ölüm hökmü verilmiş ilk qadın. == Həyatı == ABŞ-nin Nyu-Cersi şəhərində anadan olub. 23 yaşında başından zədə alıb. Qardaşının dediyinə görə o tam sağala bilməyib. səhhətində psixi problemlər olub. 1893- cü ildə Uilyam Pleyslə ailə həyatı qurur.Uilyam Marta ilə ailə həyatı qurur ki, qızı İdanın böyüməsində ona yardımçı olsun. Ancaq Marta daima öz qızlığını qısqanırmış və ölümlə hədələyirmiş. Məhz buna görə də Uilyam bir dəfə polisə zəng eləyərək Martanın həbs olunmasını istəyib.
Mehmed Polat
Mehmet Polat (türk. Mehmet Polat) — Türkiyə aktyoru. == Həyatı == Mehmet Polad 1970-ci il yanvarın 14-də Diyarbakırda anadan olub. 1982-ci ildə konservatoriyanı bitirib. "Beləmi olacaqdı" (türk. Böylemi olucaktı) adlı serialda debüt edib. Sonra "Qurdlar vadisi", "Acı həyat" kimi seriallara çəkilib.
Məhməd Polat
Mehmet Polat (türk. Mehmet Polat) — Türkiyə aktyoru. Mehmet Polad 1970-ci il yanvarın 14-də Diyarbakırda anadan olub. 1982-ci ildə konservatoriyanı bitirib. "Beləmi olacaqdı" (türk. Böylemi olucaktı) adlı serialda debüt edib. Sonra "Qurdlar vadisi", "Acı həyat" kimi seriallara çəkilib.
Patara Plevi
Patara Plevi (gürc. პატარა ფლევი) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. 2002 siyahıyaalmaya görə kəndin əhalisi 278 nəfər idi. 2014-cü ildə 195 nəfər yaşayırdı. Gürcüstan Sovet Ensiklopediyası, VII cild, səh.
Pelta palustris
Zannichellia palustris (lat. Zannichellia palustris) — susünbülükimilər fəsiləsinin zannichellia cinsinə aid bitki növü. Algoides palustre (L.) Lunell Pelta palustris (L.) Dulac Zannichellia aculeata Schur Zannichellia brachystemon J.Gay ex Reut. Zannichellia clausii Tzvelev Zannichellia cothenetii P.Fourn. Zannichellia echinata Lojac. Zannichellia geniculata Gilib. [Invalid] Zannichellia graminifolia Gilib. [Invalid] Zannichellia indica Morong Zannichellia intermedia Torr. Zannichellia intermedia Nielsen [Illegitimate] Zannichellia komarovii Tzvelev Zannichellia laevis C.Presl Zannichellia lingulata Clavaud Zannichellia melitensis Brullo, Giusso & Lanfr. Zannichellia palustris var.
Prelat
Prelat — katolik kilsələrdə yüksək ruhani vəzifələrdən biri.
Kris Prett
Kris Prett(ing. Christopher Michael Pratt , 21 iyun 1979, Los-Anceles, ABŞ) — Amerika aktyoru.
Plato departamenti
Plato departamenti — Beninin 12 departamentindən biri. Plato departamentinin ərazisi 3 264 km2-dır. Plato departamentinə 5 şəhər daxilidir. 2013-cü ilə olan məlumatlara əsasən Plato departamentinin əhalisi 624 146 nəfərdir.
Pleyd Kamri
Pleyd Kamri – Uels Partiyası (vall Plaid Cymru – the Party of Wales, qısa Plaid kimi tanınır) – Uelsdə mövcud olan siyasi partiya. 1925-cü ildə yaradılan və Uels siyasi tarixində mühüm yer tutan partiyalardan olan Pleyd Kamri partiyasının mənzil qərargahı Kardiff şəhərində yerləşir.
Kəlat
Kəlat — İranın Rəzəvi Xorasan ostanının şəhərlərindən və Kəlat şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,529 nəfər və 1,661 ailədən ibarət idi.
Ələşt
Alaşt — İranın Mazandaran ostanının Savadkuh şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 976 nəfər və ya 287 ailədən ibarət idi.
Kəlat (Sulduz)
Kəlat (fars. قلات‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 171 nəfər yaşayır (30 ailə).
Kəlat şəhristanı
Kəlat şəhristanı— İranın Rəzəvi Xorasan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Kəlat şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 39,560 nəfər və 9,489 ailədən ibarət idi.