Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Plank
Maks Karl Ernst Plank (alm. Max Karl Ernst Ludwig Planck‎; 23 aprel 1858[…], Kil, Holşteyn-Qlükştadt, Almaniya ittifaqı – 4 oktyabr 1947[…], Göttingen, İşğal Almaniyası) — görkəmli alman fiziki, Fizika üzrə Nobel mükafatı laureatı (1918). Kvant nəzəriyyəsinin banisi kimi XX əsrin əvvəllərindən fizika elminin inkişafı istiqamətini müəyyənləşdirmişdir. Maks Plank övladlarının tərbiyə və fərdi inkişafına həddindən artıq diqqət göstərən prusiyyalı alim və hüqüqşünaslar ailəsində dünyaya gəlmişdir. Münhendə gimnaziyada oxuduğu illərdə bir çox fənnlərdə qeyri-adi istedad və yüksək əməksevərlik nümayiş etdirir. Fizik olmaq qərarına gəlməsi də bu səbəbdən asan olmamışdır. Plankı fəlsəfə və musiqi də maraqlandırıdı. Fizikanı isə Berlin və Münhendə oxumuşdur. Dissertasiyasını müdafiə etdikdən sonra 1885-ci ildən 1889-cu ilə qədər Kildə, 1889–1926-cı illər aralığında isə Berlində dərs demişdir. 1930-cu ildən 1937-ci ilə qədər isə Kayzer Vilhelm adına fizika cəmiyyətinə (hal-hazırda isə alimin öz adını daşıyır) rəhbərlik etmişdir.
Splunk
Splunk Inc. — ABŞ proqram təminatı şirkəti. Kaliforniya ştatının San-Fransisko şəhərində yerləşir. Veb üslublu interfeys vasitəsilə maşın tərəfindən yaradılan verilənlərin axtarışı, monitorinqi və təhlili üçün proqram təminatı istehsal edir. Onun proqram təminatı axtarış edilə bilən anbarda real vaxtlı verilənləri tutmağa, indeksləşdirməyə və əlaqələndirməyə kömək edir. Ondan qrafiklər, hesabatlar, xəbərdarlıqlar, tablolar və vizualizasiyalar yaratmaq mümkündür. Firma verilənlər nümunələrini müəyyən etmək, ölçüləri təmin etmək, problemlərin diaqnostikası və biznes əməliyyatları üçün kəşfiyyat məlumatı vermək üçün maşın məlumatlarından istifadə edir. Bu, proqramların idarə edilməsi, təhlükəsizlik və uyğunluq, həmçinin biznes və veb-analitika üçün istifadə olunan üfüqi texnologiyadır. 2023-cü ilin sentyabrında "Splunk"un "Cisco" tərəfindən 28 milyard ABŞ dollarına tam nağd sövdələşmədə satın alınacağı elan edilmişdir. Əməliyyat 18 mart 2024-cü ildə tamamlanmışdır.
Bettina Plank
Bettina Plank Avstriya-lı karateçi. == Haqqında == Bettina Plank 24 fevral 1992-ci ildə anadan olmuşdur.2015-ci ildə o, Bakı-da keçirilən 2015-ci il Avropa Oyunları yarışında gümüş medal qazandı. Finalda Türkiyə-li Serap Özçelik-ə məğlub oldu.Elə həmin ildə Türkiyə-nin İstanbul şəhərində təşkil edilən 2015 Avropa Karate Çempionatında qadınlar arasında 50 kq kumite kataqoriyası üzrə qızıl medal qazandı.2017-ci ildə Polşa-nın Wrocław şəhərində təşkil edilən 2017 Dünya Oyunlarında qadınlar arasında kumite 50 kq kataqoriyası üzrə yarışında medal qazanmadan yarışdı. Seçmə mərhələdə bir maçda qələbə qazandı və iki görüşdə məğlub oldu buna görə də yarımfinalda mübarizə apara bilmədi.2019-cu ildə Belarusiya-nın Minsk şəhərində təşkil olunmuş 2019 Avropa Oyunlarında qadınlar arasında kumite 50 kq çəki kataqoriyası üzrə qızıl medal qazandı.
Maks Plank
Maks Karl Ernst Plank (alm. Max Karl Ernst Ludwig Planck‎; 23 aprel 1858[…], Kil, Holşteyn-Qlükştadt, Almaniya ittifaqı – 4 oktyabr 1947[…], Göttingen, İşğal Almaniyası) — görkəmli alman fiziki, Fizika üzrə Nobel mükafatı laureatı (1918). Kvant nəzəriyyəsinin banisi kimi XX əsrin əvvəllərindən fizika elminin inkişafı istiqamətini müəyyənləşdirmişdir. == Həyatı == Maks Plank övladlarının tərbiyə və fərdi inkişafına həddindən artıq diqqət göstərən prusiyyalı alim və hüqüqşünaslar ailəsində dünyaya gəlmişdir. Münhendə gimnaziyada oxuduğu illərdə bir çox fənnlərdə qeyri-adi istedad və yüksək əməksevərlik nümayiş etdirir. Fizik olmaq qərarına gəlməsi də bu səbəbdən asan olmamışdır. Plankı fəlsəfə və musiqi də maraqlandırıdı. Fizikanı isə Berlin və Münhendə oxumuşdur. == Elmi fəaliyyəti == Dissertasiyasını müdafiə etdikdən sonra 1885-ci ildən 1889-cu ilə qədər Kildə, 1889–1926-cı illər aralığında isə Berlində dərs demişdir. 1930-cu ildən 1937-ci ilə qədər isə Kayzer Vilhelm adına fizika cəmiyyətinə (hal-hazırda isə alimin öz adını daşıyır) rəhbərlik etmişdir.
Plank sabiti
Plank sabiti kvant mexanikasına aid mühüm sabitdir və elektromaqnit şüalanma kvantının (yəni, fotonun) enerjisi ilə onun tezliyi arasındakı əlaqəni ifadə edir. Plank sabiti h hərfi ilə işarə edilir: h = 6.626 075 × 10 − 34 C ⋅ s {\displaystyle h=6.626\ 075\times 10^{-34}\ \mathrm {C\cdot s} } Plank sabitinin vahidi coul və saniyənin hasilindən ibarətdir – coul•saniyə (ingiliscə joule•seconds). Alman fizik Maks Plank (almanca Max Planck) 1900-cü il 14 dekabrda bu sabiti təqdim etmişdir. Həmin tarix kvant mexanikasının başlanğıcı hesab olunur. Bir çox hallarda Plank sabitinin derivativindən ħ istifadə edilir: ℏ = h 2 π = 1.054 571 × 10 − 34 C ⋅ s {\displaystyle \hbar ={\frac {h}{2\pi }}=1.054\ 571\times 10^{-34}\ \mathrm {C\cdot s} } Plank sabitinin tarixi qara cisim şüalanmasının öyrənilməsi ilə bağlıdır. “Qara cisim” şərti ifadədir və elə obyektə deyilir ki, o, üzərinə düşən bütün enerjini udur, müəyyən temperatura çatdıqdan sonra aldığı enerjini qaytarır. Qara cisim enerjini qaytararkən o həm də işıqlanır. Bu proses qara cisim şüalanması (ingiliscə blackbody radiation) adlanır. 1859-cu ildə alman fiziki Qustav Kirxhof qara cisimlə apardığı təcrübələrdən belə nəticəyə gəldi ki, qara cisim enerjini qaytaran zaman bu enerji cismin temperaturundan və ayrılan (qaytarılan) enerjinin tezliyindən asılı olur. E = J ( T , ν ) {\displaystyle E=J(T,\nu )} Bu asılılıqda enerjinin (işığın) dalğa təbiəti əsas rol oynayırdı.
Plank zamanı
Plank zamanı — Fizikada Plank zamanı ( t P {\displaystyle t_{P}} ) natural vahıdlər sistemində Plank vahidi kimi tanınan zaman vahididir. İşığın bir vakumda bir Plank uzunluğu məsafəni qət ediyi zamandır, təqribən 5 , 39 ⋅ 10 − 44 s {\displaystyle 5,39\cdot 10^{-44}s} Bu vahid onu ilk dəfə istifadə edən alim- Maks Plankın şərəfinə Plank zamanı adlandırılmışdır. Plank zamanı aşağıdakı düsturla hesablanır: t P ≡ ℏ G c 5 {\displaystyle t_{P}\equiv {\sqrt {\hbar G \over c^{5}}}} Burada: ℏ = h ⁡ / 2 ⁡ π {\displaystyle \hbar =\operatorname {h} /\operatorname {2} \pi } Plank sabiti (bəzən bu ifadədə ħ əvəzinə h da istifadə edilir) G- Qravitasiya sabiti c-işığın vakumdakı sürəti S- zamanın BS-dəki vahidi saniyədir. t P ≈ 5 , 39116 ( 13 ) ⋅ 10 − 44 s {\displaystyle t_{P}\approx 5,39116(13)\cdot 10^{-44}s} Mötərizə içərisindəki iki rəqəm təxmini qiymətin standart xətasını ifadə edir. Plank zamanı qravitasiya sabiti G-in, xüsusi relyativistik sabit-işıq sürətini c-in və kvant sabiti-Plank sabiti ħ-ın unikal kombinasıyasından ortaya çıxan sabit bir zaman vahididir. Çünkı Plank zamanı ölçü analizindən irəli gəlir. 1 Plank zamanı işıq sürəti ilə hərəkət edən bir fotonun bir Plank uzunluğundakı məsafəni qət etmə müddətidir. Nəzəri olaraq bu ölçülməsi mümkün olmayan ən kiçik zamandır.
Daft Punk
Daft Punk — Tomas Banqalter və Gi-Manuel de Omem-Kristo tərəfindən 1993-cü ildə yaradılmış fransız elektron musiqi dueti. 1990-cı illərin sonlarına doğru Fransada haus musiqisinin inkişafı ilə əlaqədar böyük uğurlara nail oldular. Onlar elektro, haus, disko və sintipop musiqisinin elementlərini birləşdirərək özünəməxsus səslənmə üslubu yaratdılar. Daft Punk 2006-2007-ci illərdə iştirak etdiyi musiqi turundan sonra Alive 2007 adlı konsert albomunu buraxdı. 2009-cu ildə həm albom, həm də bu aboma daxil olan Harder Better Faster Stronger mahnısı Qremmi mükafatına layiq görüldü. 2013-cü ilin mayında Daft Punk özünün dördüncü studiya albomu olan Random Access Memories albomunu, bundan bir ay əvvəl isə həmin alboma daxil olan və sonradan hitə çevrilən Get Lucky mahnısını buraxdı. 26 yanvar 2014-cü ildə 56-cı Qremmi mərasimində həm mahnı, həm də albom ümumilikdə 5 nominasiyada Qremmi mükafatına layiq görüldü.
Post punk
Postpank (ing. Post-punk) — 1970-ci illərin ortalarından pank rokun məşhurlaşmasından sonra yaranmış rok musiqi hərəkatı. Hər nə qədər bu janrın kökü punk roka çıxsa da post pank daha içə dönük və eksperemental janrdır. Post pank indie musiqi və pankı məşhurlaşdırmış,alternativ rokun yaranması üçün zəmin yaratmışdır. Post pank həm də Yamayka dub musiqisindən (əsasən bas gitara istifadəsində) və Amerikan fankından təsirlənmiş, studiya işlərində eksperementallığı ön plana çıxarmışdır.
Art punk
Plank (idman hərəkəti)
Plank (qarın körpüsü) — mümkün olan ən uzun müddət ərzində jimə oxşar bir vəziyyətdə bədənin pozisiyasının saxlanılmasına çalışılan idman hərəkətidir. Plank üçün hər hansı xüsusi idman alətinə ehtiyac yoxdur. Plank qarın, bel və çiyinləri gücləndirir.
Maks Karl Ernst Plank
Maks Karl Ernst Plank (alm. Max Karl Ernst Ludwig Planck‎; 23 aprel 1858[…], Kil, Holşteyn-Qlükştadt, Almaniya ittifaqı – 4 oktyabr 1947[…], Göttingen, İşğal Almaniyası) — görkəmli alman fiziki, Fizika üzrə Nobel mükafatı laureatı (1918). Kvant nəzəriyyəsinin banisi kimi XX əsrin əvvəllərindən fizika elminin inkişafı istiqamətini müəyyənləşdirmişdir. == Həyatı == Maks Plank övladlarının tərbiyə və fərdi inkişafına həddindən artıq diqqət göstərən prusiyyalı alim və hüqüqşünaslar ailəsində dünyaya gəlmişdir. Münhendə gimnaziyada oxuduğu illərdə bir çox fənnlərdə qeyri-adi istedad və yüksək əməksevərlik nümayiş etdirir. Fizik olmaq qərarına gəlməsi də bu səbəbdən asan olmamışdır. Plankı fəlsəfə və musiqi də maraqlandırıdı. Fizikanı isə Berlin və Münhendə oxumuşdur. == Elmi fəaliyyəti == Dissertasiyasını müdafiə etdikdən sonra 1885-ci ildən 1889-cu ilə qədər Kildə, 1889–1926-cı illər aralığında isə Berlində dərs demişdir. 1930-cu ildən 1937-ci ilə qədər isə Kayzer Vilhelm adına fizika cəmiyyətinə (hal-hazırda isə alimin öz adını daşıyır) rəhbərlik etmişdir.
Aluank
Albaniya, Qafqaz Albaniyası, (ekzonim məlum deyil; lat. Albānia, q.yun. Ἀλβανία) Ağvan və ya Arran yaxud da Alupan— tarixi Azərbaycan ərazisində, müasir Azərbaycan, Ermənistan və Gürcüstanın bir hissəsi, həmçinin Cənubi Dağıstan ərazilərində mövcud olmuş tarixi dövlət. Eramızdan əvvəl təqribən IV–III əsrlərdə Makedoniyalı Iskəndərin Imperiyası dağılmasından sonra formalaşmış, eramızın VIII əsrində Ərəb xilafəti tərəfindən işğal edilmişdir. Paytaxtı əvvəlcə Qəbələ, sonra isə Bərdə şəhərləri olmuşdur. Eramızın IV əsrində xristian dinini rəsmi dövlət dini elan edən Alban dövləti mövcudluğunun sonuna qədər bu və ya digər dərəcədə xristian ideologiyasının təsir dairəsində olmuşdur. Görkəmli qafqazşünas tarixçi Yevgeni İqnatyeviç Krupnov yazırdı: "Albaniya tarixinin öyrənilməsi işində heç bir məhdudiyyət və məcburiyyət olmamalıdır. Albaniya tarixini müxtəlif ölkələrin tarixçiləri öyrənirlər. Lakin bir şey də məlumdur: Qafqaz Albaniyasının tarixi və taleyi ilə hamıdan çox azərbaycanlılar məşğul olmalıdırlar. Bu sahədə onlar dünya elmi qarşısında məsuliyyət daşıyırlar, dünya elminə borcludurlar." == Etimologiyası == Yerli əhalinin Qafqaz Albaniyasını necə adlandırması məsələsi dövrümüzə gəlib çatmamışdır.
Alund
Alund — korundun süni növ müxtəlifliyi; yüksək keyfiyyətli boksitlərin və ya digər gil-torpaqla (alüminium 4-oksid) zəngin süxurların elektrik qaynağı yolu ilə əriməsi nəticəsində alınır. Təbii korundlardan bir sıra üstünlükləri (iridənəliyi, təmizliyi və b.) ilə fərqlənən alund, abraziv material kimi geniş istifadə olunur. Alund həmçinin yüksək odadavamlı (2000° C-dək) və turşuyadavamlı məmulatların (kərpic, tiql və b.) hazırlanmasında istifadə olunur. Sinonim: Elektrokorund. == Mənbə == Мала гірнича енциклопедія : у 3 т. / за ред. В. С. Білецького. — Д. : Донбас, 2004. — Т. 1 : А — К. — 640 с. — ISBN 966-7804-14-3.
Aluni
Aluni— İranın Çahar-Mahal və Bəxtiyari ostanının Lurdigan şəhristanının Xanmirzə bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,297 nəfər və 481 ailədən ibarət idi.
Blank
Blank – [fr. blanc – ağ]: == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. "Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər", Bakı, "İnformasiya Texnologiyaları", 2009, 201 s. == Xarici keçidlər == Blank nədir?
Krunk
Krunk (erm. Կռունկ - durna) — Abxaziyada yaradılan erməni mədəni və xeyriyyə cəmiyyəti. Krunk Suxumi və şərqi Abxaziyada erməni maraqlarını təmsil edən əsas təşkilat idi. == Tarixi == 1989-cu ildə Krunk hərəkatının fəalları Ermənistana səfər edib və Ermənistan dini lideri katolikos I Vazgen tərəfindən qəbul edilib. Siyasi partiyalar Erməni İnqilabi Federasiyası (Daşnaksütun) ilə əlaqələri yaradıb, öz növbəsində Daşnaksütun də strukturlarını qurmaq üçün Krunka dəstək verib. Məhz bundan sonra Krunk yaradılıb. 1990-cı il yanvarın 27-də təşkilat ilk təsis qurultayını keçirib. 1991-ci il fevralın 21-də Krunk Soyuz ictimai-siyasi təşkilatlar blokunun qurucu üzvü idi. 2004-cü il 15 apreldə, Krunk Ermənistan Mədəniyyət Mərkəzi və Maştots cəmiyyəti ilə birləşib, Abxaziya erməni cəmiyyətini yaratmışdır. Abxaziyada Krunk erməni mədəni və xeyriyyə cəmiyyəti kimi sosial, hüquqi və digər ictimai sahələrdə erməni icmasına qarşı ayrı-seçkilik fonunda narazı cəmiyyət formalaşdırırdı.
Plaun
Plaun (lat. Lycopodium) — bitkilər aləminin plaunopsidlər sinfinin plaunçiçəklilər dəstəsinin plaunkimilər fəsiləsinə aid bitki cinsi.
Pluto
Pluton (134340 Pluto; simvolı: , və ya ) — Günəş ətrafında dövr edən ən kiçik cırtdan planetlərdən biri. Kəşf edildiyi 1930-cu ildən 2006-cı ilədək planet kimi qəbul edilən Pluton, hal-hazırda Koyper qurşağında Eridadan sonra ikinci böyük obyekt hesab edilir. 1930-cu ildən 2006-cı ilədək Pluton Günəş sistemində doqquzuncu planet kimi qəbul edilirdi. Ancaq XX əsrin sonları və XXI əsrin əvvəllərində Günəş sistemində plutonsayağı xeyli səma cismi kəşf edildi. Onlardan Erida kütlə baxımından Plutondan 27% böyükdür. 24 avqust 2006-cı ildə Beynəlxalq Astronomiya İttifaqı özünün XXVI assambleyasında ilk dəfə olaraq "planet" anlayışına tərif verdi. Pluton bu tərifdə deyilən əsaslara uymadığından o planet kateqoriyasından kənarda qaldı. NASA 19 yanvar 2006-cı ildə Plutonun kəşfi üçün "New Horizons" adlı qurğunu kosmosa göndərdi. Həmin qurğu 9 il sonra yəni, 14 iyul 2015-ci ildə Plutona 12000 km yaxınlaşaraq planetin fotosunu çəkib. Xatırladaq ki, Plutonun fotosu dünyadan 5 milyard km uzaqda çəkilib.
Prank
Prnak (ing. prank — şuluqluq, dəcəllik; zarafat) — telefon xuliqanlığı, telefon zarafatı. Pranklar kimsə başqa adamın adından zəng edirlər. Provokasiya ilə qarşı tərəfdən maraq doğuracaq cavab almağa çalışırlar. Пранк — розыгрыш или хулиганство?
Pulenk
Fransis Jan Marsel Pulenk (fr. Francis Jean Marcel Poulenc; 7 yanvar 1899[…], Paris – 30 yanvar 1963[…], Paris) – fransız bəstəkar. Bəstələdiyi musiqi tərzləri arasında mahnılar, solo piano musiqisi, otaq musiqisi, oratoriya, opera, balet musiqisi və orkestr musiqisi vardır. Pulenk Parisdə 1899-da anadan olub. Atası böyük bir sənayeçi idi. Həvəskar pianoçu olan anası Fransis Pulenkə piano çalmağı öyrətdi və musiqi ailə həyatının önəmli bir qismi oldu. Çox qabiliyyətli bir pianoçu olduğu üçün bəstəkarlığının başlanğıcında hazırladığı əsərlər, əsasən klavişli çalğılar üçün hazırlanmışdır. Pulenk bütün bəstəkarlıq müddətində həm öz köhnə bəstələrinden, həm də Volfqanq Amadey Motsart və Kamil Sent-Sansın bəstələrindən davamlı olaraq mövzular və hissələr almışdır. Həyatının sonlarına doğru Rokadamurda olan Qara Məryəm ana məbədinə ziyarətindən sonra getdikcə daha qatı katolik xristian dini fikirləri və görüşləri mənimsədi və bəstələri daha bədbin tonlu hətta qaranlıq olmağa başladı. FP 125 – Dialogues des Carmélites (1956) FP 159 – Les mamelles de Tırésias (1944) FP 171 – La voix humaine (1958) FP 23 – La baigneuses de Trouville (from Les mariés de le tour Eiffel) (1921) FP 24 – Discours du général (from Les mariés de le tour Eiffel) (1921) FP 25 – Fanfare (1921) FP 36 – Les biches (1923) FP 45 – Pastourelle (from L’éventail de Jeanne) (1927) FP 49 – Concert champêtre pour clavecin et orchestre (1927-1928) FP 50 – Pièce brève sür le nom d’Albert Roussel (1929, orch.1949) FP 51 – Aubade, concerto chorégraphique pour piano et 18 ınstruments (1929) FP 61 – Concerto en ré mineur pour 2 pianos et orchestre (1932) FP 80 – Suite française d’après Claude Gervaise (16e siècle) (1935) FP 88 – 2 Marches et un intermède (1937) FP 93 – Concerto en sol mineur pour örgue et orchestre (1938) FP 104 – 2 Préludes posthumes et üne Gnossienne (1939) FP 106 – Léocadia (1940) FP 111 – Les animaux modèles (1940-1941) FP 138 – L’ınvitation au château (1947) FP 141 – Sinfonietta (1947) FP 146 – Concerto pour piano et orchestre (1949) FP 153 – Matelote provencale (from La guilande de Campra) (1952) FP 160 – Bucolique (from Marguerite Long) (1954) FP 7 – Sonate pour 2 clarinettes (1918, rev.1945) FP 32 – Sonate pour clarinette et basson (1922, rev.1945) FP 33 – Sonate pour çor, trombone et trompette (1922, rev.1945) FP 43 – Trio pour piano, hautbois et basson (1926) FP 60 – Bagatelle en ré mineur pour violon et piano (from Le bal masqué) (1931) FP 74 – Villanelle pour pipeau et piano (1934) FP 100 – Sextour pour piano, flûte, hautbois, clarinette, basson et çor (1930-1932) FP 119 – Sonate pour violon et piano (1942-1943, rev.1949) FP 129 – L’histoire de Babar, le petit éléphant (1940-1945) FP 143 – Sonate pour violoncelle et piano (1940-1948, rev.1953) FP 164 – Sonate pour flûte et piano (1956) FP 168 – Élégie pour çor et piano (1957) FP 179 – Şarabande pour guitare (1960) FP 184 – Sonate pour clarinette et piano (1962) FP 185 – Sonate pour hautbois et piano (1962) FP 5 – 3 Pastorales (1917) FP 8 – Sonate pour piano à 4 mains (1918, 1939) FP 14 – 3 Mouvements perpétuels (1918) FP 17 – Valse en ut (from Albüm des Six) (1919) FP 19 – Suite en ut (1920) FP 21 – 5 İmpromptüs (1920-1921, rev.1939) FP 24 – Promenades (10 Pièçeş) (1921) FP 40 – Napoli (3 Pièçeş) (1922-1925) FP 45 – Pastourelle (from L’éventail de Jeanne) (1927) FP 47 – 2 Novelettes (1927-1928) FP 48 – 3 Pièçeş (Pastorale, Toccata, Hymne) (1928) FP 50 – Pièce brève sür le nom d’Albert Roussel (1929, orch.1949) FP 56 – 8 Nocturnes (1929-1938) FP 60 – Caprice en ut majeur (from Le bal masqué) (1932) FP 60 – İntermède (from Le bal masqué) (1932) FP 62 – Valse-improvisation sur le nom de Bach (1932) FP 63 – İmprovisation No.
Piank
Piank — Azərbaycan Respublikası ərazisində olmuş qədim tarixi toponim, Qafqaz Albaniyası və Böyük Ermənistanın tərkibində olmuş tarixi Arsak vilayətinin on iki əyalətindən (havar) biri. Arsak vilayətinin mərkəzində yerləşən Piank havarı əsasən dağlıq relyefə malik idi. Havar, şimal-qərbdə Arsak bilayətinin Mets-İrank havarı, şimal-şərqdə Utik vilayətinin Aranrot havarı, cənub-şərqdə Arsak vilayətinin Muxank havarı, cənub-qərbdə isə Arsak vilayətinin Harçlank havarı ilə sərhədlənirdi. Piank havarının cənub-şərq sərhəddi boyunca Qarqarçay axırdı.
Pound-for-pound
Pound for pound — boks, güləş, və ya qarışıq döyüş sənətləri kimi təkbətək döyüş növlərində istifadə edilən, çəkisindən asılı olmayaraq hansı döyüşçünün daha yaxşı olduğunu göstərən sıralamadır. Bu döyüşçülər birbaşa bir-biri ilə yarışmadığı üçün "pound for pound" (xalbəxal) qiymətləndirilirlər və reytinqlər daimi dəyişir. == Boks == Boksda bu termin tarixən Benni Leonard və Şuqar Rey Robinson kimi döyüşçülərlə əlaqələndirilir. Belə ki, onlar öz dövrlərinin ən bacarıqlı döyüşçüləri hesab olunurdular və bu termin onları daha populyar olan (və daha yaxşı gəlir qazanan) ağır çəki çempionlarından fərqləndirmək üçün istifadə olunurdu. 1990-cı ildən etibarən "The Ring" jurnalı döyüşçülərin "pound for pound" reytinqini yeniləyir. == Qarışıq döyüş növləri == 2013-cü ildən "Ultimate Fighting Championship", 2020-ci ildən "ONE Championship" və 2021-ci ildən "Bellator MMA" daxil olmaqla, bəzi qarışıq döyüş sənətlərinin himayəsində pound for pound reytinqləri var. "ESPN.com", "Sherdog", "Fight Matrix", "MMA Fighting" və "Tapology" daxil olmaqla bir çox media şirkətinin də qeyri-rəsmi "MMA pound for pound" reytinqləri mövcuddur. == Kikboksinq və muay tay == "ONE Championship" 2020-ci ildən etibarən kikboksinq və muay tay üzrə "pound for pound" reytinqlərini dərc edir. Həmçinin "Combat Press" və "Beyond Kickboxing" də kikboksinq üçün pound for pound reytinqləri dərc edir.
Pound for pound
Pound for pound — boks, güləş, və ya qarışıq döyüş sənətləri kimi təkbətək döyüş növlərində istifadə edilən, çəkisindən asılı olmayaraq hansı döyüşçünün daha yaxşı olduğunu göstərən sıralamadır. Bu döyüşçülər birbaşa bir-biri ilə yarışmadığı üçün "pound for pound" (xalbəxal) qiymətləndirilirlər və reytinqlər daimi dəyişir. == Boks == Boksda bu termin tarixən Benni Leonard və Şuqar Rey Robinson kimi döyüşçülərlə əlaqələndirilir. Belə ki, onlar öz dövrlərinin ən bacarıqlı döyüşçüləri hesab olunurdular və bu termin onları daha populyar olan (və daha yaxşı gəlir qazanan) ağır çəki çempionlarından fərqləndirmək üçün istifadə olunurdu. 1990-cı ildən etibarən "The Ring" jurnalı döyüşçülərin "pound for pound" reytinqini yeniləyir. == Qarışıq döyüş növləri == 2013-cü ildən "Ultimate Fighting Championship", 2020-ci ildən "ONE Championship" və 2021-ci ildən "Bellator MMA" daxil olmaqla, bəzi qarışıq döyüş sənətlərinin himayəsində pound for pound reytinqləri var. "ESPN.com", "Sherdog", "Fight Matrix", "MMA Fighting" və "Tapology" daxil olmaqla bir çox media şirkətinin də qeyri-rəsmi "MMA pound for pound" reytinqləri mövcuddur. == Kikboksinq və muay tay == "ONE Championship" 2020-ci ildən etibarən kikboksinq və muay tay üzrə "pound for pound" reytinqlərini dərc edir. Həmçinin "Combat Press" və "Beyond Kickboxing" də kikboksinq üçün pound for pound reytinqləri dərc edir.
Link
Link və ya hiperlink yaxud keçid ya da bağlantı — hipermətn sənədinin bu sənəddəki elementə (əmr, mətn, şəkil, qeyd) və ya başqa obyektə (fayl (sənəd), kataloq, proqram) aid olan hissəsi yerli diskdə və ya kompüter şəbəkəsində ya da bu obyektin elementlərində yerləşir . HTML sənədinin istənilən elementinə hiperlink əlavə edilə bilər. Mətnin əlavə edilmiş keçidi olan hissəsi əvvəlki cümlədə olduğu kimi, standart olaraq mavi rənglə vurğulanır. Siz keçidi olan mətnin üzərinə siçan kursorunu sürdükdə mətn ya rəngini dəyişir, ya da altdan xətt çizilir.Klaviaturadan istifadə edərək brauzerdə naviqasiya edərkən, keçidləri olan mətn və qrafik elementlər düzbucaqlı nöqtəli çərçivə ilə vurğulanır. Əvvəllər ziyarət edilmiş link, adətən, ziyarət edilməmiş linkdən fərqli rəngdə vurğulanır. “Yarasa” keçidi, məsələn, sənəd və ya fayl yerləşdiyi resursun inzibatçısı tərəfindən silinib və ya köçürülübsə ya da resursun özü mövcud deyilsə çatışmayan obyektə istinad edən hiperlinkdir. Adətən bu vəziyyətdə səhifədə səhv kodu olan bir mesaj görünür, lakin bu həmişə baş vermir. Tam adı ilə hiperlink hissələri http://www.example.com/test-papka/index.html == HTML səhifə hiperlinkləri == Hiperlink HTML sənədinin və onun əsas elementinin fraqmentidir: İnternetdə yerləşə bilən başqa bir fayla işarə etmək; bu faylın tam yolunu (URL) ehtiva edir. İstifadəçi üçün hiperlink veb-saytda, e-poçtda və ya hər hansı elektron sənəddə link yaradan və İnternetdəki digər obyektlərə keçməyə imkan verən qrafik təsvir, video və ya mətndir. === Başqa HTML səhifəsinə hiper keçid === HTML-də bir keçid müəyyən etmək üçün <a> etiketi istifadə olunur, strukturu <a href="filename">Bağlantı mətni</a>, burada fayl adı keçid ediləcək fayl adı və ya İnternet ünvanıdır və LinkText HTML sənədində birbaşa göstəriləcək hipermətn keçid mətnidir.
Luik
Luik — Estoniya soyadı. Leyla Luik — Estoniya idmançısı. Liina Luik — Estoniya idmançısı. Lili Luik — Estoniya idmançısı.
Lund
Lund — İsveçin cənubunda yerləşən şəhər. Şəhər Baltik dənizinin sahillərində meşə ilə əhatə olunmuş ərazidə yerləşir. Lund İsveçin cənubunda, Skandinaviyanın Skaniya (və ya Skone) bölgəsində yerləşir və ölkənin ən təhlükəsiz, sağlam, zəngin, əksəriyyəti gənc əhalidən ibarət olan şəhərdir. Lund İsveçin ən önəmli şəhərlərindən sayılan Malmönün yaxınlığındadır. Şəhər qədim tarixə sahibdir. X əsrə aid tarixi mənbələrdə şəhərin adı qeyd edilir. Şəhərdə ən qədim tikili Lund kilsəsi hesab edilir. Kilsə 1103-cü ildə inşa edilmişdir. Lund şəhəri daha çox Lund Universiteti ilə məşhurdur. 1666-cı ildən fəaliyyət göstərən ali təhsil mərkəzi Skandinaviyada və bütün dünyada yüksək təhsil verən ali məktəb kimi tanınır.
Lünak
Lünak (fr. və oks. Lunac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Najak kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12135. Kommuna təxminən Parisdən 520 km cənubda, Tuluza şəhərindən 90 km şimal-şərqdə, Rodezdən isə 39 km qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 450 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 217 nəfər arasında (15-64 yaş arasında) 164 nəfər iqtisadi cəhətdən fəal, 53 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 75.6%, 1999-cu ildə 71.6%).
Pülük
Sünnət — lat. circumcisio əməliyyatı. Penis dərisi penis boynuna çatarkən onun başını örtməmişdən əvvəl Pülük — lat. preputium adlanan dəri büküşünü əmələ gətirir. pülük penis başını xortum kimi azad bir surətdə örtür. Bunların arasında yarığa bənzər bir boşluq — lat. cavum preputii qalır. Həmin boşluqda lat. smegma s. sebum preputii adlanan xüsusi qoxulu və ağımtıl piy olur, bu piy pülüyün daxili təbəqəsində olan xüsusi piy vəzilərində — lat.