Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
.pm
.pm — Sen-Pier və Mikelon adalarının İnternet kodu
Makarov PM
Makarov PM — 1948-ci ildə sovet konstruktoru Nikolay Makarov tərəfindən hazırlanmış özüdolan tapançadır. 1951-ci ildə istifadəyə verilmişdir. Sovet Silahlı Qüvvələrində və hüquq-mühafizə orqanlarında, müdafiə olunmaq üçün polisin şəxsi tabel silahı olub, düşməni yaxın məsafədən dəf etmək üçündür. Tapançadan atəş tək — tək açılır. Atəş açmaq üçün diametri 9mm olan adi və polad ürəkcikli gülləli patronlardan istfadə edilir. Tapançada alman konstruksiyasından alınmış bir neçə yenilik var idi. Makarov xüsusilə atış vaxtı ləngimələri praktik olaraq tamamilə aradan qaldırmağı bacardı. PM 1991-ci ildə SSRİ-nin dağılmasından sonra silahlı və təhlükəsizlik qüvvələrinin öhtəliyində qaldı. PM həmçinin öz sadəlik və etibarlılığının sayəsində keçmiş sosializm düşərgəsinin ölkələrində istifadə olunmağa davam edir. Hal-hazırda PM-in Rusiyada, Bolqarıstanda və Çində modifikasiya olunmuş versiyaları istehsal olunur.
PM2
PM2 — Node.js üçün əməliyyat meneceri. Hal-hazırda Githubda ən populyar 81-ci Javascript layihəsidir. PM2 və ya Process Manager 2, Node.js əməliyyat meneceri və inkişaf etdiricilərə inkişaf mühitində Node.js tətbiqlərini idarə etməyə kömək edir. Supervisord, Forever, Systemd kimi digər əməliyyat meneceri ilə müqayisədə PM2-nin avtomatik proqram yükü balanslaşdırılması, deklarativ tətbiq konfiqurasiyası, yerləşdirmə sistemi və monitorinq kimi xüsusiyyətləri var. 2013-cü ildə Aleksandr Strzeleviç tərəfindən yaradılıb. Kodu Githubda mövcuddur və Npm vasitəsilə quraşdırıla bilər.
.am
.am — Ermənistanın internet kodu.
.bm
.bm — Bermud adalarının internet kodu.
.cm
.cm — Kamerunun internet kodu.
.dm
.dm — Dominika dövləti üçün yüksək səviyyə milli internet domeni.
.fm
.fm — Mikroneziyanın internet kodu.
.gm
.gm — Qambiyanın internet kodu.
.hm
.hm — Herd və Makdonald adalarının internet kodu.
.im
.im — Men adalarının internet kodu.
Km
Kilometr (qısaca km) — geniş yayılmış uzunluq ölçü vahidi.
Km²
Kvadrat kilometr (qısaca km²) — sahə ölçü vahidi.
MP
MP 18 — Avtomat silah. MP 34 — Avstriya istehsalı avtomatik silah. MP 40 — almanların avtomat silahı. MPT-76 — tüfəng. .mp — Şimali Marian adalarının internet kodu.
Om
Om ya Aum — Hinduizmdə və əksəriyyəti Hindistana xas bəzi başqa inanc sistemlərində dini ya da mistik təsiri olduğuna inanılan sözlərin (mantra) ən müqəddəsi sayılan heca. Sanskrit dilində birlikdə o səsini verən a və u saitləriylə m səsindən ibarətdir. Bu üç səs yer üzü, səma və göy qatlarında ibarət olan üç dünyanı; Brahma, Vişnu və Şivadan ibarət olan üç böyük Hindu tanrısını; Riq,Yacur və Sama adlı üç müqəddəs vida mətnini işarələr. Beləcə Om hecası sirrli şəkildə bütün kainatın özünü təmsil edir. Hindu ayinlərində dua, ilahi və meditasiyaların başında və sonunda deyilir. Müəyyən bir qaydaya bağlı olmadan Buddaçı və Caynaçı ayinlərində də istifadə edilər. Om hecasının yazılı forması, VI əsrdən sonrakı yazmaq və kitabə mətnlərinin başını ifadə etmək üçün istifadə edilmişdir. Om hecası, fəlsəfi vida mətnləri olan Upanişadların bir çoxunda ələ alınar; bunlardan Mandukya tamamilə bir hecaya ayrılmışdır. Yoqa tətbiqlərində də istifadə edilən Om şifahi meditasiya texnikalarıyla əlaqəlidir. Puranalarda (Qədim Bilgə) isə məzhəbçi məqsədlərlə istifadə edilir; Şivacıların Omu linqanın (Şivanın simvolu kişilik orqanı) simvolu olaraq şərh etməsinə qarşılıq, Vişnucular bu üç səsi Tanrı Vişnu, həyat yoldaşı Şri və ibadət edəndən ibarət üçləmə formasında göstərilir.
PC
Fərdi kompüter, ingiliscə qısaltması ilə PC — ölçüsü, imkanları və qiyməti onu fərdi istifadə üçün mümkün edən çoxməqsədli mikrokompüter. Fərdi kompüter bir şəxsin istifadəsi üçün nəzərdə tutulmuş kompüterə deyilir. Fərdi kompüterlərin kompüter mütəxəssisi və ya texniki mütəxəssis tərəfindən deyil, birbaşa son istifadəçi tərəfindən idarə edilməsi nəzərdə tutulur. Böyük, bahalı minikompüterlərdən və meynfreymlərdən fərqli olaraq, eyni vaxtda bir çox insan üçün zamanın bölünməsi fərdi kompüterlərdə istifadə edilmir. İlk növbədə 1970-ci illərin sonu və 1980-ci illərdə "ev kompüteri" termini də istifadə edilmişdir. Fərdi kompüterlərin meydana gəlməsi və eyni zamanda Rəqəmsal İnqilab bütün ölkələrdə insanların həyatına əhəmiyyətli dərəcədə təsir etdi. 1960-cı illərdə institusional və ya korporativ kompüter sahibləri maşınlarla istənilən faydalı işi görmək üçün öz proqramlarını yazmalı olurdular. Fərdi kompüter istifadəçiləri öz proqramlarını inkişaf etdirə bilsələr də, adətən bu sistemlər kommersiya proqram təminatını, əksər hallarda mülkiyyətə aid olan havayı proqram təminatını (freeware), "çalışmağa hazır" və ya binar formatında təmin edilən pulsuz və açıq mənbəli proqram təminatını çalışdırır. Fərdi kompüterlər üçün proqram təminatı adətən aparat və ya əməliyyat sistemi istehsalçıları tərəfindən müstəqil olaraq hazırlanır. Son istifadəçi proqramlaşdırmasının hələ də mümkün olmasına baxmayaraq, əksər fərdi kompüter istifadəçiləri artıq öz proqramlarını yazmağa ehtiyac duymurlar.
PDM
Piyadanın döyüş maşını (PDM) — zirehli döyüş maşınlarının bir növü olub, müharibə zamanı piyada qoşunun birbaşa döyüş zonasına təhlükəsiz çatdırılması və digər qoşun növlərinə atəş dəstəyi vermək məqsədilə yaradılmışdır. Bu texnikalar əsasən 20 və ya 40 mm-lik avtomatik top, köməkçi silah olaraq isə müxtəlif növ pulemyotla, həmçinin tank əleyhinə idarəolunan raketlə (TƏİR) təchiz olunur. PDM əsas döyüş tankına nisbətən daha yüngül silahlarla təchiz olunur. Ən ağır silahlanmış PDM-lər isə daha böyük kalibrli top və ya TƏİR-lə təchiz olunur.
PH
Hidrogen göstəricisi (pH) — məhlullarda hidrogen ionlarının konsentrasiyasını və ya aktivliyini səciyyələndirən kəmiyyət. Bu kəmiyyət 1 litrdə hidrogen ionlarının (qram-ionlarla) konsentrasiyasının mənfi onluq loqarifminə bərabərdir. pH=-lg[H+]. Burada H+ hidrogen ionlarının konsentrasiyasıdır. Saf suda [H+]=[OH]=10−7. 25°C-də pH>7 olan məhlullar qələvi, pH≈7 neytral, pH<7 — turş məhlullardır. Şüşə elektrodlu elektrometrlə (potensiometr) ölçülür. pH (hidrogen göstərici) çöküntütoplanma mühitinin qələvi-turşu tarazlığını səciyyələndirir. Məsələn, pH>7 kalsitin çökməsinə səbəb olur. Mineral suspenziyalarının pH (hidrogen göstərici) əlavə diaqnostik əlamət kimi istifadə edilə bilər (kaolinitin pH 6,4–6,9, montmorillonitin 7,9–9,8, kalsitin 9,4–9,5, dolomitin 9,6–10,1).
PK
PK (rus. Пулемёт Калашникова). Mixail Kalaşnikovun 1960-cı ildə konstruksiya etdiyi pulemyot.
PR
İctimaiyyətlə əlaqələr və ya PR, piar (ing. PR – public relations) — insanın, şirkətin, ictimai hərəkatın, partiyanın, qeyri hökumət təşkilatının və s. ictimai informasiyanın verilməsi və onunla əməkdaşlığa əsaslanan irəliyə hərəkəti üzrə kompleks tədbirlərdir. Biznesdə ictimaiyyətlə əlaqələr – marketinq kommunikasiyalarının növlərindən biridir. İctimaiyyətlə əlaqələr BTL-tədbirlərin tərkib hissəsidir. PR anlayışı təbliğat və reklam terminləri ilə sıx əlaqədardır. Bu gün PR-ın 500-ə qədər tərifi vardır. Onlardan daha ümumiləşdirilmiş olanı aşağıdakıdır: "Pablik rileyşin" - təşkilat və ictimaiyyət arasında qarşılıqlı faydalı, ahəngdar münasibətlərin qurulmasına yönəldilmiş idarəetmə fəaliyyətidir ki, həmin təşkilatın uğurlu fəaliyyəti məhz ondan asılıdır. Daha lakonik PR – hər hansı mal, insan, şirkət, hadisə haqqında ictimai rəyin formalaşmasıdır. Tərifin daha bir variantı mövcuddur ki, piarın yalnız bir tərəfini müəyyən edir: PR – şirkətin mənfəət əldə etməsi üçün deyil, yalnız alıcının maraqlarına uyğun mallar buraxması və satması haqqında təsəvvür yaratmaq yolu ilə ictimaiyyətin şirkətə yaxşı münasibətini formalaşdırmaq bacarığıdır.
Pi
Pi ədədi ( π {\displaystyle \pi } ) — çevrənin uzunluğunun onun diametri ilə nisbətinə bərabər olan riyazi sabit. π {\displaystyle \pi } -nin adı, Yunan dilində (περίμετρον) yəni "Dairənin uzunluğu" sözünün ilk hərfi olan π hərfindən alınmışdır. Bu hərf latın əlifbasında π {\displaystyle \pi } olaraq simvollaşdırılır. π {\displaystyle \pi } həm də Arximed sabiti və Lüdolf ədədi olaraq da bilinir. Riyaziyyat kitablarında π ≈ 3.1415 {\displaystyle \pi \approx {3.1415}} olaraq ifadə edilməsinə baxmayaraq həqiqi cavabını əldə etmək üçün vaxtaşırı təkrar olunmayan sonsuz sayda pilləyə ehtiyac var. 65 pilləli π {\displaystyle \pi } = 3, 14159 26535 89793 23846 26433 83279 50288 41971 69399 37510 58209 74944 5923 Fabrice Bellard 2010-cu ildə Çudnovski alqoritmi ilə π {\displaystyle \pi } ədədinin 2.699.999.990.000 pilləlisini tapmışdır. Arximed 3.1/7 ilə 3.10/71 arasında bir ədəd olaraq hesablamışdır. Misirlilər 3.1605, babillilər 3.1/8, Ptolemey 3.14166 olaraq, İtalyan Lazzarini 3.1415929, Fibonaççi isə 3.141818 ilə hesablamışdırlar. XVIII əsr də π {\displaystyle \pi } 140 pilləyə qədər, XIX əsrdə isə 500 pilləyə qədər hesablandı. Dünyanın ilk kompüterində cəmi 2035 pilləlisi hesablanmış, müasir dövrün kompüterlərində isə milyonlarla pilləlisi hesablana bilir.
Po
Po — ad. Po Beq — İkinci Göytürk xaqanlığının xatunu. Po Çü — Çin şairi. Digər Po (çay) — İtaliyanın birinci, Avropanın da ən böyük çaylarından biri. Po (rayon) — Fransanın Akvitaniya regionun rayonlarından biri.
RM
RM (repçi)
Sm
Santimetr (sm, cm) — BS sistemində 0,01 metrə bərabər uzunluq vahididir. SQS sistemində əsas uzunluq vahididir.
Sm.
James Edward Smith (ing. Sir James Edward Smith; 2 dekabr 1759, Noric – 17 mart 1828, Noric) — İngilis botaniki. Icones pictae plantarum rariorum descriptionibus et observationibus illustratae. London, 1790-93 Linneaeus, Carl von, Disquisitio de sexu plantarum. (1786) – (English) A dissertation on the sexes of plants translated from the Latin of Linnaeus by James Edward Smith. London : Printed for the author, and sold by George Nicol ..., (book details: xv, [1], 62, [2] p. ; 22 cm. (8vo)) English Botany: Or, Coloured Figures of British Plants, with their Essential Characters, Synonyms and Places of Growth, descriptions supplied by Smith, was issued as a part work over 23 years until its completion in 1813. This work was issued in 36 volumes with 2,592 hand-colored plates of British plants. Published and illustrated by James Sowerby.