Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Poqonya
Poqonya (belar. Паго́ня, pol. Pogoń, lit. Vytís, Vitis) — Böyük Litva knyazlığının, eləcə də XIV əsrin sonlarından sülalənin süqutuna qədər Gediminlər sülaləsinin gerbi. Gerb həmçinin, 1918–1940-cı illər arasında Litvanın, 1918-ci ildə Belarus Xalq Demokratik Respublikasının və 1991–1995-ci illər arasında Belarus Respublikasının rəsmi gerbi olmuşdur. Poqonya hal-hazırda Litvanın dövlət gerbidir 14 may 2017 tarixində Poqonya Belarusun mədəni irsi elan edilmişdir. == Paqonya Belarusda == Böyük Litva knyazlığında 1366-cı ildən Belarus Xalq Respublikasında 1919-cu ilə qədər Poqonya adlanan qırmızı zəmin üzərində ağ atlı əsgər fiquru, Belarus torpaqlarında suverenlik quran müxtəlif dövlətlərdə rəsmi dövlət gerbi olaraq istifadə edilmişdir. Gerb, Böyük Litva knyazlığı 1795-ci ildə Rusiya imperiyası tərəfindən ihlaq edildikdən sonra da qismən olaraq istifadə edilməyə dəvam edildi. Əslən "Vytis" adında bir Litva rəmzi olan fiqur, böyük knyazlıq dövründə belaruslar tərəfindən öz slavyan rəmzləri olaraq da qəbul edildi. Belarus milliyətçiləri, Böyük Litva knyazlığındakı elitlərin böyük seqmentinin belaruslardan ibarət olduğu, bu səbəblə də gerbin belaruslara aid olduğu tezisini irəli sürmüşdür.
Poqon
Poqon (rus. погон) — xüsusi geyim formalarında çiyin üstdə daşınan hərbi rütbənin yerləşdiyi geyim elementi və ayrı — ayrı nazirliklərə, idarə və təşkilatlara mənsub olma fərqlənmə nişanları. Hərbi və ya başqa rəsmi paltarda çiyinə tikilən və ya yapışdırılan fərqlənmə nişanı. Hal-hazırda dünyanın bütün ordularında istifadə edilir. == Yaranma tarixi == İlk dövrlərdə poqonlar çiyində asılan qılınc və patron qutusunun kəmərinin sürüşüb düşməsinin qarşısını almaq üçün istifadə edilirdi.
Toronlu İzabella
Toronlu İzabella (ing. Isabella of Toron; XII əsr, bilinmir – XIII əsr, bilinmir) — həmçinin İzabelle və ya Zabel kimi tanınır, Toron Lordu III Onfrua və onun arvadı Etenetta de Miyinin qızı. İzabella özlüyündə Toronun titullu xanımı idi və evliliyi ilə Ermənistanın şahzadəsi olmuşdu. == Həyatı == === Erkən həyatı və evliliyi === İzabella iki uşağın böyüyü idi, onun kiçik qardaşı Onfrua idi. Uşaqlar hələ yetkinlik yaşına çatmayanda ataları öldü, anası isə daha üç dəfə yenidən evləndi. Analarının Şatilyonlu Reynald ilə üçüncü evliliyindən uşaqlar daha iki bacı-qardaş qazandı: gənc ölən Raymond və VI Attso d'Este ilə evlənən Alisiya. 1181-ci ilin əvvəlində Ermənistan şahzadəsi III Ruben Yerusəlimə ziyarətə getdi və orada 4 fevral 1181/1183-cü ildə Etenettanın müdaxiləsi ilə İzabella ilə evləndi. İzabellanın evliliyindən təxminən bir il sonra onun qardaşı Yerusəlimdən olan I İzabella ilə evləndi. Ruben və İzabella cəmi beş il evli qaldılar, bu müddət ərzində İzabella iki qız doğdu: Alisiya (1182–1234-cü ildən sonra), birinci əri Sasunlu Hethumun, ikinci əri Tripolili qraf IV Raymond və üçüncü əri isə Korikoslu Vahram idi. Filippa (1183–1219-cu ilə qədər), birinci əri Sasun şahənşahı, ikinci əri isə Nikea İmperatoru I Feodor Laskaris idi.1183-cü ildə Ruben Antakyaya səfəri zamanı Antakya şahzadəsi III Boemund tərəfindən əsir götürüldü və həbs edildi; Antakya şahzadəsinə böyük məbləğdə fidyə ödənildikdən sonra azad edildi.
Pogonia graminifolia
Spathoglottis pubescens (lat. Spathoglottis pubescens) — səhləbkimilər fəsiləsinin spathoglottis cinsinə aid bitki növü. == Sinonimləri == Epipactis graminifolia Roxb. Pogonia graminifolia (Roxb.) Voigt Spathoglottis fortunei Lindl. Spathoglottis parvifolia Lindl. Spathoglottis khasyana Griff. Spathoglottis bensonii Hook.f. Spathoglottis pubescens var. berkleyi Hook.f. Spathoglottis pubescens var.