Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kosalar
Azərbaycan Kosalar (Xocalı) — Azərbaycan Respublikasının Xocalı rayonunun inzibati ərazi vahidində kənd. Kosalar (Qazax) — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. Kosalar (Lənkəran) — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Kosalar (Ağdam) — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində kənd. Kosalar (Laçın) — Azərbaycan Respublikasının Laçın rayonunun inzibati ərazi vahidində kənd. İran ‎Kosalar (İcrud) Kosalar (Xudafərin) — İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd.
Kosalar (Ağdam)
Kosalar — Azərbaycan Respublikasının Ağdam rayonunun Göytəpə kənd inzibati ərazi dairəsində kənd. Kənd Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. Kənd 20 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. == İstinadlar == == Xarici keçidlər == Youtube-da bax :Bir kəndin nağılı.
Kosalar (Laçın)
Ağoğlan (əvvəllər Kosalar adlandırılırdı) — Azərbaycan Respublikasının Laçın rayonu Malıbəy kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Ağoğlan kəndi Laçın rayonunun Malıbəy kəndinin inzibti ərazi vahidində yerləşir. Ağoğlan çayının sağ sahilində, Qarabağ yaylasındadır. Ağoğlan kəndinin keçmiş adı Kosalar olmuşdur. Sonralar yaşayış məntəqəsi kəndin ərazisindəki, Ağoğlan pirinin adı ilə adlandırılmışdır. Yerli əhalinin rəvayətinə görə, Ağoğlan qədimdə buraya basqın etmiş yadellilərə qarşı döyüşdə öldürülmüş və alban kilsəsi ərazisində dəfn edilmiş igidin adıdır və "pak, təmiz, müqəddəs oğlan mənasını daşıyır. Xocavənd rayonunun ərazisinə daxil olan keçmiş Hadrut rayonunun 1923-cü ilədək adı Ağoğlan olmuşdur. Kəndin əsasını kosalar nəsli qoymuşdur. Bu tayfanın nümayəndələri harada məskunlaşıblarsa oranı "Kosalar" adlandırıblar. Azərbaycan Respublikasının bir sıra rayonlarında Kosalar adında yaşayış məskənləri mövcuddur.
Kosalar (Lənkəran)
Kosalar — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 25 oktyabr 2011-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Kosalar və Bala Şürük kəndləri Gərmətük qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Kosalar kəndi olmaqla Kosalar kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. == Əhalisi == 1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən kənddə əsasən etnik talışlardan ibarət hər iki cinsdən toplam 271 nəfər əhali yaşayırdı. == İstinadlar == == Xarici keçidlər == Youtube-da bax :Bir kəndin nağılı.
Kosalar (Qazax)
Kosalar — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kəndin tarixi haqqında dəqiq məlumat verən mənbə hələ ki yoxdur. Onun tarixi diqqətlə və elmi şəkildə araşdırılmamışdır. Bir neçə fərziyyələr mövcuddur. Kəndin yaşlı və ağsaqqlarının dediyinə görə bu kənd Kosa Əli və onun kiçik qardaşı Canəli tərəfindən salınıb. Ona görə bu kənd hazırda Kosalar, yəni Kosa Alılar, qonşu kiçik kənd isə Canallı (Yəni Canəlidən törəyənlər) adlanır. Hazırda bu iki kəndin evləri tamamilə birləşmişdir. == Toponimikası == Kənd Gəncə-Qazax düzənliyində yerləşir. Yaşayış məntəqəsi kəndin əsasını qoymuş kosalar nəslinin adını daşıyır. == Coğrafiyası və iqlimi == Kənd Qazax rayonundan 5 kilometr şimal-şərqdə, Qazax-Tiflis yolunun şərq tərəfində yerləşir.
Kosalar (Qışlaq)
Kosalar (fars. كوسالار‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 127 nəfər yaşayır (26 ailə).
Kosalar (Xocalı)
Kosalar — Azərbaycan Respublikasının Xocalı rayonunun Kosalar kənd inzibati ərazi dairəsində kənd. Yuxarı Qarabağda axırıncı işğal olunan kənddir. Xankəndi şəhəri və Kərkicahan qəsəbəsinin yaxınlığında yerləşir. == Tarixi == Xocalı rayonunun eyniadlı inzibati ərazi vahidində kənddir. Qarabağ silsiləsinin yamacındadır. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini keçmış Zəngəzur qəzasının Kosalar (indiki Ağoğlan) kəndindən köçmüş ailələr salmışlar. Oykonim yaşayış məntəqəsinin əsasını qoymuş kosalar nəslinin adını əks etdirir. Keçən əsrdə Krım vilayətində Kosalar və Kosa Eli adlı yaşayış məntəqələri qeydə alınmışdır. Kərəm Əsgərov, Xocalı Rayon İcra Hakimiyyəti başçısının Kosalar kəndi üzrə ərazi nümayəndəsinin dedikləri. "Kosalar bir xeyli müqavimət göstərdi, hər hücum düşmənə ağır itki ilə başa gəlirdi.
Kosalar (Xudafərin)
Kosalar (fars. كوسالار‎) — İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 155 nəfər yaşayır (31 ailə).
Kosalar (İcrud)
Kosalar (fars. كوسه لر‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 634 nəfər yaşayır (126 ailə).
Kosalar (Əhər)
Kosalar (fars. كوسالار‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 106 nəfər yaşayır (26 ailə).
Kosalar bələdiyyəsi
Qazax bələdiyyələri — Qazax rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Potala sarayı
Potala sarayı — Çinin və Tibetin dünya əhəmiyyətli abidələrindən biri. Xunşan qırmızı dağı Lxas şəhərinin şimal-qərbinə uzanır, orada möhtəşəm Potal sarayı yüksəlir. Tibet buddistlərinin ürəyində Xunşan, deyilənə görə, Bodisatva Quaninin həyat sürdüyü Putoşan dağından ayrılmazdır. Rəvayətə görə Potal sarayını Tufan çarı Srontszanqambo öz gələcək həyat yoldaşı – Tan şahzadəsi Vençen üçün 7-ci əsrdə tikdirmişdir. Xunşan dağının yamacı boyu ətəkdən zirvəyə qədər uzanaraq o, Tibet memarlığının 1000 tikilisini özündə birləşdirir. Tufan sülaləsinin süqutundan sonra hərbi hücumlar nəticəsində sarayın əksər zalları dağıdılmışdır, onların bərpasına 1645-ci ildə, Tsin hökumətinin dalay-lamanı Tibetin Beşinci hökmdarı təyin etməsindən sonra başlanmışdır. Onun xələfləri Potal sarayının genişləndirilməsi işlərini davam etdirmişlər və o, bizim günlərə gəlib çatan şəklini almışdır. Potal sarayı iki hissəyə bölünür – Poçjanqabo və Poçjanmabo. Şərqdə Poçjanqabo dalay-lamanın iqamətgahı rolunu oynayır, mərkəzdə Poçjanmabo buddist zallarını və matəm paqoda-həvənglərini özündə birləşdirir. Qərbdəki ağ evlərdə monaxlar və qulluqçular yaşayır.
Aşağı Kosalar (Qoşaçay)
Aşağı Kosalar (fars. كوسه لرسفلي‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 501 nəfər yaşayır (125 ailə).
Yuxarı Kosalar (Qoşaçay)
Yuxarı Kosalar (fars. كوسه لرعليا‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 469 nəfər yaşayır (131 ailə).
Yan Palax
Yan Palax (çex. Jan Palach; 11 avqust 1948, Praqa — 19 yanvar 1969, oradaca) — Praqa şəhərinin Karlov Universitetinin fəlsəfə fakültəsinin tələbəsi. SSRİ və Varşava Müqaviləsi Təşkilatınin qoşunlarının Çexoslovakiyanı işğal etməsinə etiraz olaraq 16 yanvar 1969-cu ildə Vaclav meydanında özünü yandırmışdır. 1991-ci ildə Palax ölümündən sonra Çexiyada demokratiya, humanizm və insan hüquqlarının inkişafında töhfələrə görə verilən birinci dərəcəli Tomaş Qarrik Masarik ordeni ilə təltif olunmuşdur. Yan Palax 1948-ci ildə Praqada anadan olmuşdur, uşaqlığı Orta Çexiya diyarının Melnik rayonunda keçmişdir. Melnik şəhərində gimnaziyanı bitirmişdir. 1966-cı ildə Karlov Universitetinin fəlsəfə fakültəsinə qəbu olmağa çalışırdı və imtahanı uğurlu versə də, sosial mənşə səbəbindən qəbul olunmamışdır. Həmin ildə Praqa İqtisad Universitetinə daxil oldu. 1968-ci ildə Palax fəlsəfə fakültəsi girmək üçün yenə cəhd göstərdi, və bu dəfə onu qəbul etdilər. 1968-ci ilin avqustunda Varşava Müqaviləsi Təşkilatına üzv olan ölkələr Çexoslavakiyaya qoşun yeritdikdən sonra, Yan Palax işğala qarşı etiraz aksiyalarının çoxunda iştirak etmişdir.
Kosalar-i Süfla (Miyanə)
Kosalar-i Süfla (fars. كوهسالارسفلي‎) və ya Aşağı Kosalar — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 108 nəfər yaşayır (23 ailə).
Kosalar-i Ülya (Miyanə)
Kosalar-i Ülya (fars. كوهسالارعليا‎) və ya Yuxarı Kosalar — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 254 nəfər yaşayır (63 ailə).
Paşalar
Paşalar — Azərbaycan Respublikasının Şuşa rayonunun Şırlan kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Şuşa rayonunun Xanalı kənd Sovetindən Paşalar kəndi Şırlan kənd Sovetinin tərkibinə verilmişdir. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Paşalar kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır.
Koşala
Koşala (və ya Kosala) (Sanskrit dilində: कोसल)- Qədim Hindistanda, keçmiş Auda (Hindistanda indiki Uttar Pradeş ştatında və Cənub-Qərbi Nepal ərazisində mövcud olmuş quldar dövlət Koşala dövlətinin paytaxtı Rama allahının doğulduğu Ayodhya şəhəri hesab olunurdu. Şəhər Qhaqhra çayının sahilində yerləşirdi, bu şəhər eyni zamanda induizm dininin beş müqəddəs yerlərindən biri hesab olunurdu. Koşala e.ə. VI–V əsrlərdə Şimali Hindistanın siyasi və iqtisadi həyatında mühüm rol oynamışdı. Koşalanın adı 16 "böyük dövlət, və ya Mahacanapad (Budda mənbələrinə əsasən Hindistanın şimal və şimal-qərb hissəsi) haqqında mənbələrdə xatırlanır. Koşala, e. ə. VI əsrdə diplomatiya və müharibələr vasitəsilə Kaşi və bir sıra digər əyalətləri özünə tabe edən çar Prasenacitin dövründə xüsusilə güclənmişdir. Budda mətnlərinə əsasən Koşala inama görə Buddanın meydana çıxdığı şakyların ərazisini də işğal etmişdi. Bu müharibə xüsusilə amansız və qanlı olmuş, şakyelərin tamamilə məhv edilməsi ilə nəticələnmişdi.
Xoşalan (Urmiya)
Xoşalan (fars. ‎‎‎خوش الان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 281 nəfər yaşayır (51 ailə).
Üç Paşalar
Gənc türklər üçlüyü və ya Üç paşalar iqtidarı (osman. اوچ پاشلار, türk. Üç Paşalar) — Osmanlı dövlətinin son dövrlərində, İttihad və Tərəqqi Partiyasına mənsub olan və idarəçilikdə mütləq söz sahibi üç şəxsin, Daxili işlər Naziri və Sədrəzəm Tələt Paşanın, Hərbi Nazir Ənvər Paşanın və Donanma Naziri Əhməd Camal Paşanın de-fakto ittifaqına verilən qeyri-rəsmi ad. 1913-ci ildəki Bab-ı Əli hücumu ilə hakimiyyətə gələn bu üç paşa Osmanlı İmperiyasında bundan sonrakı dövrdə həqiqətdə tək söz sahibi insanlar oldular. Bu dövr Osmanlı İmperiyasının I Dünya Müharibəsində təsliminə qədər sürdü (30 Oktyabr 1918). İsmayıl Ənvər Paşa yalnız bir dəfə hər hansı bir hərbi fəaliyyətə (Sarıkamış Döyüşü) nəzarət etdi və Üçüncü Ordunu xarabalığa buraxdı. Birinci Suez Hücumu və Ərəb üsyanı Əhməd Djemalın ən əhəmiyyətli uğursuzluqlarıdır. Mudros müqaviləsidən sonra,1918-ci il 2 Noyabr günü bir Alman sualtı gəmisi ilə İstanbuldan qaçan Ənvər, Tələt və Camal Paşa daha sonra Erməni Deportasiyasının təsiri ilə edam cəzasına məhkum edildilər. Tələt və Camal Paşa Erməni birlikləri tərəfindən, Ənvər Paşa isə Rus inqilabı ərəfəsində Bəlçivan yaxınlığında baş verən bir döyüşdə öldürüldü. Birinci Dünya müharibəsindən və sonrakı Türk İstiqlal müharibəsindən sonra yeni qurulan Türkiyə Cümhuriyyətinin əhalisinin çoxu, eyni zamanda qurucusu Mustafa Kamal Atatürk Üç Paşanı Osmanlı İmperatorluğunun I Dünya Müharibəsinə girməsinə səbəb olduğu üçün geniş tənqid etdi.
Ömər və Osman paşalar
Osmanlı ordusunun azərbaycanlı paşaları Bu xanzadələr 1856-57-ci illərdə Türkiyəyə mühacirət etmiş və orada ömürlərinin sonuna qədər Paşa (general) rütbəsində hərbi və mülki hökumət xidmətlərində olmuş iki qardaş, Ömər bəy və Osman bəy Allahverdi bəy oğlu Qasımxanlılardır. Mustafa xana (1763 – 1844) qədər müəyyən vaxt kəsiyində Şirvana xanlıq etmiş Məmməd Səid xanın (1729 — 1769) nəticələri, onun oğlu Qasım xanın (1763 — 1828) nəvələri və nəvəsi Allahverdi bəyin (1796 — 1824) oğlanlarıdırlar. Mustafa xanın atası Ağası xanla (1731 -1789) Məmməd Səid xan doğma qardaşlardır, ataları Allahverdi bəy Əsgər bəy oğlu (? – 1767) Xançobanılar tayfasınm Ali-Sərkar nəslindındirlər. Ali-Sərkar sərkar ailəsi, sərkar xanədanı deməkdir. Sərkar ismi farsca “sər” -baş, başçı və “kar”- iş, xidmət mənası verən iki söz birləşməsidir. Dilimizdə indi də “sərdar”, “sərkar”, “sərlövhə” kimi bır sıra sözlər işlənməkdədir. Burada Ali-Sərkar “Başçılar ailəsi”, “Başçılar xanədanı” mənasında işbnmişdir. Xançobani tayfasından olan Əsgər bəyin nəslinə verilmiş bu san son Şirvanşahlar dövründən gəlir. Deyilənə görə bu nəslin babaları o zaman saray xidmətçisi olmuşlar, şahlarla qohumlaşmış, müəyyən bir vəzifə daşımış və saray əyanlarından sayılmışlar.