Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vasili Potto
Potto Vasili Aleksandroviç (1 yanvar 1836, Tula – 11 noyabr 1911 və ya 1911, Tiflis) – rus zabiti, general-leytenant, hərbi yazıçı. 1885- ci ildən 60-cı illərin ortalarınadək, sonra isə 1887-ci ildən Qafqazda xidmətdə idi. 1899-cu ildən Qafqaz hərbi dairəsi yanında Hərbi-tarixi şöbənin rəisi işləmişdir. ―Qafqaz müharibəsi ayrı-ayrı oçerqlərdə, epizodlarda, əfsanə və bioqrafiyalarda‖ adlı beş cildlik kitabın (Tiflis, 1885-1891) və başqa nəşrlərin müəəifi və redaktoru olmuşdur. Волков С. В. Генералитет Российской империи. Энциклопедический словарь генералов и адмиралов от Петра I до Николая II. Том II. Л—Я. М., 2009 Василий Потто Потто В. А. "Кавказская война. Том 1.
Motaro
Motaro (ing. Motaro) - "Mortal Kombat" oyun seriyasının personajlarından biridir. Yerdən kənar Qaranlıq dünyasının ən güclü döyüşçülərindən biridir.
Cotto
Cotto di Bondone (it. Giotto di Bondone; 1267, 1276 və ya 1266, Vikkyo[d], Toskana[…] – 8 yanvar 1337, Florensiya[…]) – Orta əsrlər İntibah dövrünün Protorenesans mərhələsinin çox görkəmli italyan rəssam və heykəltəraşı. Cotto di Bondone və ya sadəcə Cotto təxminən 1266-cı ildə Florensiya ətrafında Kolle de Vespinyano kəndində kəndli ailəsində dünyaya gəlib. Çimabuenin tələbəsi olub. Çimabuenin kiçik çoban Cottonun çöldə qoyun çəkməsini görməsi və onun istedadına heyran olması haqqında hekayət artıq ədəbi əfsanəyə çevrilmişdir. 1304-1306-cı illərdə Cotto özünün ən məşhur əsərlərini – Paduya şəhərindəki del Arena kapellasının monumental divar rəsmlərini yaradır. Kapellanın divarlarında üç cərgədə yerləşdirilmiş freskalarda rəssam İsa peyğəmbərin və Müqəddəs Məryəmin həyatından bəhs edən əfsanələrin təsvirlərini verir. Bunlardan "İsanın meyiti üstündə ağlaşma"da iştirakçıların hisslərini, baş vermiş faciəni böyük ustalıqla canlandırması freskanı Cottonun şah əsərlərindən biri edir. Həmin cərgədəki "İudanın öpüşü" freskası gərgin və dramatik bir anı: insan xəyanətini əks etdirərək, böyük bəşəri hisslər doğurur və rəmzi məna daşıyır. Cottonun yaradıcılığı İtaliya boyakarlığının sonrakı əsrlərdə inkişafına böyük təsir göstərmişdir.
Hotto
Hotto (xorv. Hottó) — Macarıstanın Zala medyesində yerləşən kənd.
Lotto
Lotto — İtaliyanın idman geyimləri istehsalı ilə məşğul olan şirkəti. 1973-cü ildə yaradılan "Lotto" şirkətinin baş ofisi Trevizo şəhərində yerləşir və dünyanın yalnız 4 ölkəsində – Braziliya, Avstraliya, Türkiyə və Ukraynada rəsmi filialı var. Hazırda bu şirkətin 25 peşəkar futbolçu (ən məşhurları – Petr Çex, Xulio Kruz, Marek Yankulovski, Luka Toni, Simone Perrotta, Qoran Pandev, Mirko Vuçiniç, Joan Kapdevilya, Momo Sissoko və b.), 32 peşəkar tennisçi (Xuan Karlos Ferrero, Teymuraz Qabaşvili, Dominik Xrbatı, Qaston Qaudio, Lukas Laçko, Françeska Skiavone və s.) ilə müqaviləsi var. Bundan əlavə, 11 futbol federasiyası (Kolumbiya, Kosta-Rika, Oman, Ukrayna, Panama və s.), Afrikada 3 (“Raca Kasablanka” Mərakeş, “USM Aljir” Əlcəzair və s.), Asiyada 7 ("Ən-Nəsr" Səudiyyə Ərəbistanı, "Əl-Əyn" BƏƏ və s.), Avstraliyada 10 ("Kembltaun Siti" Avstraliya, "Uayteker Yunayted" Yeni Zelandiya və s.), Amerikada 39 ("Atletiko Mineyro" Braziliya, "San Lorenso" Argentina, "Kobreloa" Çili, "UNAM-Pumas" Meksika və s.) və Avropada 71 futbol klubu (“Soşo” Fransa, "Borrusiya" Mönxenqladbax, Almaniya, "Makkabi" Hayfa, İsrail, "Fiorentina", "Udineze", "Palermo" – hamısı İtaliya, "Rapid" Rumıniya, "Gəncləbirliyi" Türkiyə, "Arsenal" Kiyev, Ukrayna və s.) "Lotto" şirkəti ilə əməkdaşlıq və sponsorluq müqaviləsinə malikdir. Azərbaycanın Simurq klubu bu şirkətlə əməkdaşlıq edir.
Plato
Plato — dəniz səviyyəsindən xeyli hündürdə yerləşən, səthi hamar və ya dalğalı, ətrafındakı düzənliklərdən dik yamaclarda ayrılmış yüksəklikdir. Məs: Xəzər dənizi ilə Aral gölü arasında yerləşən Üst-Yurt platosu. Plato həm üfüqi yatmış süxur laylarından, həm də çox kəsilib parçalanmış relyefin lava ilə örtülməsindən əmələ gəlmişdir.
Porto
Portu (port. Porto) — Lissabondan sonra Portuqaliyanın ikinci böyük şəhəridir. Şəhər Atlantik okeanı sahilində yerləşmişdir. Ayrıca şəhərin ortasından Douro çayı keçməkdədir. Burada qədimi qaladan yenidən tikilmiş Kafedra qurultayı, Kleriqoş mərmər qülləsi, fransiskant kilsəsi San-Fransişku, Maşadu-de-Kaştru Yepiskop sarayını gəzmək maraqlı olardı. Portudan şimalda məşhur Braqa şəhəri yerləşir. Braqadan 55 km.-də Portuqaliyanın ziyarətgahı olan Bon-Jezuş-du-Monte yerləşir. Klisənin yanında balaca sovmələrlə (kiçik kilsələr) gözəl park, fəvvarələr və süni göllər yaradılıb. Şəhər özünün arxitektur abidələri – kilsələri, sarayları, balaca şəhərcikləri və fəvvarəli meydanları ilə fəxr edə bilər. Portu şəhəri həm də şərablarıyla məşhurdur.
Prato
Prato — İtaliyanın Toskana regionunda şəhər. Prato şəhəri Florensiyanın 20 km şimalında yerləşmişdir. 187 000 əhalisi var.
Polat
Polad — tərkibində karbonun miqdarı 2,14%-dən az olan dəmirdən ibarət bütün metallik legirlərə deyilir. İnsanlar poladla çox qədim təcrübəyə malikdirlər. Yüksək keyfiyyətə malik polad texnikanın tərkib hissəsinə çevrilmişdir. Karbon və dəmir uzun müddət ağır sənayenin sütununu təşkil edirdi və siyasətdə böyük rol oynayırdı. Hal-hazırda maşın, nəqliyyat və bir çox başqa texniki hissələrin hazırlanmasını poladsız təsəvvür etmək mümkün deyil. Poladlar iki hissəyə bölünürlər: alət və konstruksiya poladları. Kimyəvi tərkibinə görə də poladlar təsnifatlaşdırılıb: karbonlu və legirli poladlar. Karbonun və legirləyici elementin səviyyəsindən asılı olaraq poladlar bölünürlər: Aşağı karbonlu Orta karbonlu Yüksək karbonlu Aşağı legirli Orta legirli Yüksək legirli Strukturlarında da fərq qoyulmaqdadır. Poladda austenit, ferrit, martensit, beytinit və perlit kimi struktur təşkilediciləri mövcuddur. Əgər strukturda 2 və daha çox faza vardırsa, onda belə poladlar çoxfazalı adlanırlar.
Demi Lovato
Demi Lovato (ing. Demetria Devonne Lovato; 20 avqust 1992, Albukerke, Nyu-Meksiko) — Amerikalı müğənni, aktrisa, bəstəkar və xeyriyyəçi. "Disney" Camp Rock "və" Camp Rock 2 filmlərində Michie Torres rolu ilə şöhrət qazanmışdır. 2008-ci ildə Hollywood Records ilə müqavilə imzalayaraq Don't Forget adlı ilk studiya albomunu çıxardı. O, həmçinin "Sanniyə imkan verin", "The Disney Kanal sıra mühüm rol oynayır. 2009-cu ildə Demi "Şahzadə mühafizə proqramı" filmində mühüm rol oynamışdır. Kiçik olanda "Barney və Dostları" serialində Angela adlı kiçik qız rolunda çıxış etmişdir.. 20 avqust 1992-ci ildə `Albuquerque`da dünyaya gələn Demi Lovato qısa bir müddət sonra Dallasa köçür. Elə 7 yaşında rol aldığı Barney & Friends serialıyla sənət həyatına addım atır və elə 7 yaşında da gözəllik müsabiqəsində 1. seçilir.
Donato Bramante
Donato Bramante (əsl soyadı Paskuç ço d’Antonio; 1444[…] – 11 aprel 1514, Roma, Papa dövləti) — italyan memarı, rəssam və şair. Rəssamlıq yaradıcılığına A. Manten yanın güclü təsiri olmuşdur (“İsa rüsvayçılıq dirəyi önündə”, Brera qalereyası, Milan; Berqamoda Palasso del-Podesta və Milanda Kasa-Fontananın fasadlarındakı frizlər; Kasa-Paniqarolada “qədim filosofların” təsvirləri olan divar rəsmləri – hazırda Brera qalereyasındadır). Memarlıq yaradıcılığında L.B. Alberti, L. Laurana və siyenalı sənətkar F.di Corco Martininin təsiri hiss olunur. 1472–99-cu illərdə Bramante Milanda hersoq Lodoviko Moronun xidmətində olmuş, burada Leonardo da Vinçinin yaradıcılığı və L. Paçolinin riyaziyyata dair əsərləri ilə tanış olmuşdur. Bu dövrdə Bramantenin sentrik məbəd binasının və antik nümunələrə əsaslanan memarlıq formaları dilinin yaradılması ilə bağlı olan başlıca yaradıcılıq prin sipləri müəyyənləşmişdir. Onun əsərləri üçün divar səthinə işıq-kölgə hərəkiliyi verən polixroniya və heykəltəraşlıq dekorundan istifadə də səciyyəvidir. Bramante 1499-cu ildə Romaya köçmüş, burada onun yaradıcılığı yetkinlik və daha geniş miqyaslılıq kəsb etmişdir. Yüksək İntibah memarlığı incisi sayılan və əfsanəyə görə həvari Pyotrun edam olunduğu yerdə (San-Pyetro-in-Montorio kilsəsinin kluatrasında) inşa edilmiş Tempyetto (1502) məbəd-kilsəsi ona məxsusdur. 1503-cü ildən Bramante papa II Yulinin tapşırığı ilə Vatikanda geniş işlər aparmış dır. Ömrünün sonunadək həvarinin qəbri üzərin də əzəmətli sentrik bina kimi düşünülmüş Müq.
Donato Cannotti
Donato Cannotti (27 noyabr 1492, Florensiya – 27 dekabr 1573, Roma) — italyan humanisti, siyasi xadim, alim, komedioqraf. Pizada təhsil almışdır. 1527-ci ildə N. Makiavellinin ölümündən sonra Florensiya Respublikasında katib vəzifəsini tutmuş, Mediçinin qayıdışından sonra 1530-cu ildə qovulmuş, Romada və Venesiyada yaşamışdır. Cannotti əqidəli respublikaçı olmuş, Florensiyada idaretmə sistem haqqında “Dela repubblica fiorentina”(1531) traktatını yazmış və “Dialogi de Republica Venetorum” (1540) kitabında Venesiya üçün aris tok ratik, monarxiya və demokratik institutlarının qarışığından ibarət ideal dövlət quruluşu layihəsini vermişdir. “Vurğun qoca” (1533 və1536-cı illər arasında, Plav tın “Tacir”inin süjeti əsasında) və “Milesia” komediyalarının müəllifidir. Mikelancelonun yaxın dostu idi.
Klaudio Lotito
Klaudio Lotito — İtaliyalı iş adamı və Latsio FK-nın sahibi. 2004-cü ildə Latsio FK-nın səhmlərinin əksəriyyətini əldə etdikdən sonra klubun sahibinə və prezidentinə çevrilmişdir. İtaliya futbol skandalındakı iştirakına görə Lotito 2006-cı ildə 2 il yarım müddətinə futboldan uzaqlaşdırılmışdır. Bir müddət sonra iş adamı Mauro Sarate və Rikardo Kruzun üçüncü tərəf sahibliyinə görə yenidən futbol qadağası ilə üzləşmişdir. Onun 10 aylıq cəzası isə apelyasiyadan sonra iki aya qədər azaldılmışdır.
Potala sarayı
Potala sarayı — Çinin və Tibetin dünya əhəmiyyətli abidələrindən biri. Xunşan qırmızı dağı Lxas şəhərinin şimal-qərbinə uzanır, orada möhtəşəm Potal sarayı yüksəlir. Tibet buddistlərinin ürəyində Xunşan, deyilənə görə, Bodisatva Quaninin həyat sürdüyü Putoşan dağından ayrılmazdır. Rəvayətə görə Potal sarayını Tufan çarı Srontszanqambo öz gələcək həyat yoldaşı – Tan şahzadəsi Vençen üçün 7-ci əsrdə tikdirmişdir. Xunşan dağının yamacı boyu ətəkdən zirvəyə qədər uzanaraq o, Tibet memarlığının 1000 tikilisini özündə birləşdirir. Tufan sülaləsinin süqutundan sonra hərbi hücumlar nəticəsində sarayın əksər zalları dağıdılmışdır, onların bərpasına 1645-ci ildə, Tsin hökumətinin dalay-lamanı Tibetin Beşinci hökmdarı təyin etməsindən sonra başlanmışdır. Onun xələfləri Potal sarayının genişləndirilməsi işlərini davam etdirmişlər və o, bizim günlərə gəlib çatan şəklini almışdır. Potal sarayı iki hissəyə bölünür – Poçjanqabo və Poçjanmabo. Şərqdə Poçjanqabo dalay-lamanın iqamətgahı rolunu oynayır, mərkəzdə Poçjanmabo buddist zallarını və matəm paqoda-həvənglərini özündə birləşdirir. Qərbdəki ağ evlərdə monaxlar və qulluqçular yaşayır.
Rotator manjeti
Rotator manjeti — çiyini əhatə edən 4 əzələ və onların vətərindən ibarət olub, onu stabil saxlayan əzələ qrupudur. Ümumilikdə, çiyini əhatə edən, yəni bazu sümüyünü kürək sümüyünə bilrəşdirən 7 əzələdən 4-ü rotator manjetinin payına düşür. Rotator manjeti çiyinin hərəkətində və oynağın stabilliyində böyük rol sahibidir. Bu əzələlər kürək sümüyündən başlanıb, bazu sümüyün proksimal hissəsinə birləşərək çiyin oynağında manjet əmələ gətirir. Onlar bazu sümüyünün başlığını (oynağı) kürək sümüyündə (oynaq çuxurunda) saxlayır. Qolun abduksiyası zamanı rotator manjeti çiyin oynağını compresləşdirir ki, bu da deltayabənzər əzələnin qolun daha da uzağa hərəkətini təmin etməyə imkan verir. Yəni ilk 10–15 dərəcə abduksiyanı rotator manjeti həyata keçirdir, 30 dərəcədən sonra isə deltayabənzər əzələnin effektivliyi daha da artır.
To Potami
To Potami (yun. Το Ποτάμι) - Yunanıstanda fəaliyyət göstərən mərkəzçi, sosial liberal və sosial demokrat meyilli siyasi partiya.
Yaroslav Potapov
Yaroslav Potapov (1 iyul 1999) — Rusiyalı üzgüçü. Yaroslav Potapov Rusiyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Yaroslav Potapov birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 1500 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 15:00.99 saniyəlik nəticəsi ilə 14-cü yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Otto
Otto — Almaniyada yayılmış ad.
Bonate Sotto
Bonate-Sotto (it. Bonate Sotto), İtaliyada, Lombardiya bölgəsində, Berqamonun inzibati mərkəzinə tabe olan bir kommunadır. Əhalisi 6010 nəfər, əhali sıxlığı 903 nəfər / km²-dir. Sahəsi 6 km² ərazini əhatə edir. Poçt kodu — 24040. Telefon kodu — 035. Müqəddəs Sebastyan kommunanın hamisi sayılır. Kommuna bayramı hər il 20 yanvarda qeyd olunur. Qonşu kommunalar: Dalmine, Madone, Filago, Bonate Sopra, Treviolo.
Cotto kampanilası
Cotto kampanilası (it. Campanile di Giotto, /ˌkæmpəˈniːli, -leɪ/, həmçinin amer. /ˌkɑːm-/) — İtaliyanın Florensiya şəhərinin tarixi mərkəzində yerləşən Pyaçça-del-Duomonun əsas tikilisi olan Florensiya kafedralı kompleksinə daxil olan, lakin kafedral binasından aralıda dayanan kampaniladır. Santa-Mariya-del-Fiore kafedralı və Müqəddəs İohann vəftizxanasının yanında yerləşən kampanila Cottonun dizaynı, zəngin heykəl və polixrom mərmər dekorları ilə Florensiya qotik memarlığının ən yaxşı nümunələrindən biridir. Kiçik ərazini əhatə edən tikili, hər tərəfi 14.45 metrə bərabər olan kvadrat formasına malikdir. 84.7 metr hündürlüyə malik kampanila hər tərəfdən çoxkünclü dayaqlara malikdir. Qüllə beş mərtəbəyə bölünüb. 1302-ci ildə Florensiya kafedralının inşasında cavabdeh olan memar Arnolfo di Kambionun ölümündən otuz il sonra – 1334-cü ildə məşhur rəssam Cotto di Bondoneyə onun işini davam etdirmək həvalə olunur. Həmin ildə rəssamın artıq 67 yaşı var idi. Cotto bütün enerjisini kafedralın zəng qülləsinin dizaynı və inşasına yənləndirir.
Mehmed Polat
Mehmet Polat (türk. Mehmet Polat) — Türkiyə aktyoru. Mehmet Polad 1970-ci il yanvarın 14-də Diyarbakırda anadan olub. 1982-ci ildə konservatoriyanı bitirib. "Beləmi olacaqdı" (türk. Böylemi olucaktı) adlı serialda debüt edib. Sonra "Qurdlar vadisi", "Acı həyat" kimi seriallara çəkilib.
Məhməd Polat
Mehmet Polat (türk. Mehmet Polat) — Türkiyə aktyoru. Mehmet Polad 1970-ci il yanvarın 14-də Diyarbakırda anadan olub. 1982-ci ildə konservatoriyanı bitirib. "Beləmi olacaqdı" (türk. Böylemi olucaktı) adlı serialda debüt edib. Sonra "Qurdlar vadisi", "Acı həyat" kimi seriallara çəkilib.
Otaqo yarımadası
Otaqo yarımadası (ing. Otago Peninsula) — Yeni Zelandiya sahillərində yerləşən yarımada. Yarımada Cənub adasının cənub-şərqində yerləşir. Təpəlikdən ibarət olan relyefə malikdir. Burada Pinqvinlər və Dəniz quşları məskən salmışdır. Megadyptes antipodeslərin şimal arealını təşkil edir. Okeanın daxilinə 20 km uzanır. Eni 1,5 – 9 km arasında dəyişir.
Plato departamenti
Plato departamenti — Beninin 12 departamentindən biri. Plato departamentinin ərazisi 3 264 km2-dır. Plato departamentinə 5 şəhər daxilidir. 2013-cü ilə olan məlumatlara əsasən Plato departamentinin əhalisi 624 146 nəfərdir.
Plato ştatı
Plato ştatı (ing. Plateau State) — Nigeriyanın Şimal-mərkəzi geosiyasi zonasında ştat. Ştatın adı onun ərazisində yerləşən Cos dağlıq platosundan (yayladan) gəlir.
Nöşato (rayon)
Nöşato (fr. Neufchâteau) — Fransanın Lotaringiya regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Vogezlər. Suprefektura — Nöşato. Rayon əhalisi 2006-cı ildə 60 018 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 37 nəf / km². Rayon ərazisi — 1611 km².