Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
La-Bastid-Pradin
La-Bastid-Pradin (fr. La Bastide-Pradines, oks. La Bastida de Pradinas) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Sent-Afrik kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12022. Kommuna təxminən Parisdən 550 km cənubda, Tuluza şəhərindən 140 km şərqdə, Rodezdən isə 55 km cənub-şərqdə yerləşir. 2008-ci ildə əhalinin sayı 109 nəfər təşkil edirdi. 2007-ci ildə 64 yaşda (15-64 yaş arasında) 47 nəfər iqtisadi cəhətdən fəal, 17 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.4%, 1999-cu ildə 67.7%).
Aramil
Aramil — Rusiya Federasiyasında yerləşən şəhər. Sverdlovsk vilayətinə daxildir.
Goradil
Görədil — Azərbaycan Respublikasının Abşeron rayonunun Görədil kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 2001-ci il tarixli, 191-IIQ saylı Qərarı ilə Abşeron rayonunun Goradil kəndi Fatmayı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Goradil kənd inzibati ərazi dairəsi yaradılmışdır. Oykonim ərazidəki eyniadlı dağın adındandır. Əsl adı Horadildir. Bəzi tədqiqatçılara görə, toponim tat dilindəki oura (qala) və ərəb dilindəki tel (təpə) sözlərindən olub, "qala təpəsi" mənasındadır. Bir müşahidəyə görə Goradil Goranboy tayfa adı ilə əlaqədar yaranıb. Digər müşahidəyə görə "goran" sözü monqol-türk dillərindən olub, "düşərgə", "qoşun", "müharibə" edən tərəf deməkdir. Görədil kəndi Azərbaycanın ən qədim və Abşeron yarımadasının ən dilbər yaşayış məntəqələrindən biridir. Bu ərazidə əhalinin məskunlaşmasının III əsrə aid olduğu bildirilir. Qədimdə bu kənd yuxarı, mərkəz və aşağı məhəllədən ibarət olub.
Pradina
Pradina (fr. Pradinas, oks. Pradinàs) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Barakvil-Sovter kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12045. Kommuna təxminən Parisdən 520 km cənubda, Tuluza şəhərindən 100 km şimal-şərqdə, Rodezdən isə 28 km cənub-qərbdə yerləşir. 2008-ci ildə əhalinin sayı 367 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 206 nəfər arasında (15-64 yaş) 153 nəfər iqtisadi fəal, 53 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 74.3%, 1999-cu ildə 67.0%).
Promil
Promil (lat. pro mille – hər minə) — hər hansı kəmiyyətin mində bir hissəsi. Promil faizin onda birinə bərabərdir və ‰ işarəsi ilə qeyd olunur. Bu işarənin üç ədəd sıfır rəqəmindən tərtib edilməsi Promilin tərifi ilə əlaqədardır. Bəzi kəmiyyətlər ənənəvi olaraq Promil ilə ölçülür; məsələn, dəniz suyunun şorluğu ‰ ilə göstərilir. Suyun şorluğunun 35 Promil olması onun kütləsinin 0,035 hissəsinin duzlardan ibarət olduğu deməkdir (hər litrə 35 qram). Dəmir yollarının meyilliliyi kiçik olduğundan onu da Promil ilə hesablayırlar.
Urasil
Urasil — Urasil (/ ˈjʊərəsɪl /) (simvol U və ya Ura) A, Q, S və U hərfləri ilə təmsil olunan RNT nuklein turşularında dörd azotlu əsasdan biridir. Digərləri adenin (A), sitozin (S), və quanin (Q). RNT-də urasil adeninə iki hidrogen bağı ilə bağlanır. DNT-də urasilin azotlu əsası timinlə əvəz olunur. Urasil timin demetilləşdirilmiş formasıdır. Urasil ümumi və təbii olaraq meydana gələn pirimidin törəməsidir. "Urasil" adı 1885-ci ildə sidik turşusu törəmələrini sintez etməyə çalışan alman kimyaçısı Robert Berend tərəfindən yaradılmışdır. Əvvəlcə 1900-cü ildə Alberto Askoli tərəfindən kəşf edilmiş, maya nukleininin hidrolizi ilə təcrid edilmişdir , o, həmçinin mal-qaranın timus və dalağında, siyənək toxumunda və buğda cücərtisində aşkar edilmişdir . İşığı udmaq qabiliyyətinə malik düz, doymamış birləşmədir. 2012-ci ildə Saturn sistemindəki orbitdə Kasini missiyasının məlumatlarının təhlili göstərdi ki, urasil Titanın səthinin bir hissəsi ola bilər .
Prodik
Prodik (yun. Πρόδικος, təxminən e. ə. 465 – 395) — qədim yunan filosofu, sofistlər məktəbinin təmsilçisi. Dilçilik elmi və əxlaq problemləri ilə məşğul olmuşdur. O həm də dinlərin yaranması nəzəriyyəsini irəli sürmüşdür. Onun fikrincə, insanlar onlara xeyir gətirən günəş, çaylar, dənizlər kimi təbiət obyektlərini tanrılaşdırmışlar. Buna o, Misirdə Nil çayının tanrılaşdırılmasını örnək gətirirdi. Prodikə görə, bundan sonra insanların fəaliyyətlərinə uyğun olaraq şərabçılıq, dəmirçilik, sənətkarlıq və s. tanrıları uydurulmuşdur.
Pratia
Firəngotu (lat. Lobelia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin zəngçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Bradi
Bradi — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 443 nəfərdir. == Toponimiyası == XIX əsrdə Bradi (indiki Yuxarı Bradi) kəndindən çıxmış bir qrup ailənin məskunlaşması nəticəsində yaranmışdır. Toponimin ikinci komponenti Talış dilində bur (hündür, yüksək) və di (kənd) sözlərindən ibarət olub (-a bitişdirici sait), "yüksəklikdə yerləşən kənd" deməkdir. Birinci komponent isə kəndin coğrafi mövqeyini göstərir. Oykonim "Bradi kəndinin aşağı hissəsi" deməkdir. == Tarixi == 29 mart 2005-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Dəstər kənd inzibati ərazi dairəsi tərkibindəki Aşağı Bradi kəndi Bradi kəndi adlandırılmışdır.
Nadil
Nadil — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. Nadil Göygöl r-nunun Balçılı i.a.v.-də kənd. Qoşqarçayın (Kürün qolu) sahilində, Qaflanqala silsiləsinin ətəyindədir. Yerli məlumata görə, yaşayış məntəqəsi XIX əsrin sonlarında Akarca və ona yaxın olan digər oymaqlardan köçüb gəlmiş ailələr tərəfindən onlar üçün ayrılmış ərazidə salınmışdır. Bəzi tədqiqatçıların fikrincə, oykonim nadel (çar Rusiyada təhkimçilik hüququ ləğv edildikdən sonra kəndlilərə vərilən kiçik torpaq sahəsi belə adlanırdı) sözündən olub, "kəndli ailələrinin istifadəsinə verilmiş torpaq payı” manasındadır. Lakin XV əsrə aid mənbədə Azərbaycanda XIII əsrdə baş vərən hâdisələrlə bağlı Şəmkir səhrasında Natil yər adının çəkilməsi bu izahın doğruluğunu şübhə altına alır. Nat/nət/nit bəzi türk dillərində "kürək” demakdir. Güman etmək olar ki, bu tarixi ərazinin adı Şəmkir, Göygöl, Goranboy, Yevlax r-nları ərazisində axan Kürəkçayın adı ilə bağlı yaranmışdir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1133 nəfər əhali yaşayır.
Padia
Düyü (lat. Oryza) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinə aid bitki cinsi. Qabıqlı halda çəltik deyilir. Çəltiyin qabığı alınanda düyü əmələ gəlir. Düyü dayaz sularda bitən bir bitkidir. Dünyanın, demək olar ki, hər yerində istehlak olunur. su 13 %, nişasta 7 %, yağ 2,2%, karbohidrat 73 %, minerallar 1,2 %. Düyünün illərə görə istehsalı min. ton.
Prada
Prada — İtalyan geyim brendi. 1913-cü ildə Mario Prada tərəfindən yaradılmış geyim brendidir. Mərkəzi qərargahı Milan şəhərindədir. Şirkət 1913-cü ildə Mario Prada və onun qardaşı Martino tərəfindən İtaliyanın Milan şəhərində yaradılıb. Mario Prada qadınların biznesdə rolunun olması lazım olduğuna inanmırdı və buna görə də qadın ailə üzvlərinin onun şirkətinə daxil olmasına mane olurdu. Qəribədir ki, Marionun oğlunun bu işə marağı yox idi, ona görə də Marionun yerinə gələn və təxminən iyirmi il Pradaya rəhbərlik edən Marionun qızı Luisa idi. Həmçinin Luizanın qızı Miuccia Prada 1970-ci ildə şirkətə qoşuldu Miuccia şirkəti 1978-ci ildə miras aldı və Bertelli ilə yanaşı biznes meneceri kimi Miuccia şirkətin dizaynlarında öz yaradıcılığı ilə fərqlənirdi. O, 1979-cu ildə ilk kürək çantalarını dizayn etdi və satışı baş tutdu. Onlar babasının buxar gəmisi üçün örtük kimi istifadə etdiyi sərt hərbi təyinatlı qara neylondan hazırlanmışdı. İlkin uğur dərhal olmadı, çünki reklamın olmaması və yüksək qiymətlərə görə onları satmaq çətin idi .
Radio
Radio (lat. radio — şüalandırıram, şüa buraxıram; radius — şüa) — kütləvi informasiya vasitəsi olub, naqilsiz əlaqənin bir növüdür. Radiosiqnalların ötürülməsi və qəbul edilməsi prosesini təmin edən qurğu vasitəsilə təmin edilir. Bu qurğu radioqəbuledici adlanır. Radioəlaqənin iş prinsipi radioötürücü və radioqəbuledici qurğular arasında əlaqə yaradılmasına əsaslanır. Radionun geniş yayılma səbəbi onun yığcamlığıdır. Bu o deməkdir ki, radionu çox rahatlıqla bir yerdən başqa yerə daşımaq olur. İstər istirahət vaxtı, istər sükan arxasında və istərsə də küçədə gəzərkən radioya qulaq asmaq insanlar üçün xoş olur. Radioda əsas əyləncə növü kimi musiqi və xəbərlərə qulaq asırlar. Eyni zamanda radio-tamaşalar, radio-tədris də geniş yayılmışdır.
Ramil
Ramil — kişi adı.
Rahil
Rahil — Azərbaycanlı kişi adı. Rahil Əkbərov — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. Rahil Məmmədov — Azərbaycan futbolçusu Rahil Hüseynov — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri. Rahil Ərəbli — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
Goradil (Ərdəbil)
Goradil (fars. گورادل‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 377 nəfər yaşayır (91 ailə).
Himaçal Pradeş
Himaçal Pradeş (sanskr. हिमाचल प्रदेश) - Hindistanın ştatlarından biri. Paytaxtı Simla şəhəridir. Hindistanın şimalında yerləşir. Sahəsi 55 673 km2 olan ştat təbii gözəlliklərə malikdir. Şimalında Cammu-Kəşmir, şərqində Çin (Tibet), cənub-şərqində Uttar Pradeş, cənubunda Haryana, qərbində Pəncab əyalətləri var. "Qarlı Dağ" mənasını verən Himaçhal adı Himalay dağlarından gəlir. Himçal Pradeşdəki fermerlər əsasən qoyun və keçi yetişdirirlər, hüsusilə qəbilə bölgələrində.
Horadil dağı
Horadil — Şamaxı rayonu ərazisində dağ silsiləsi. Horadil Şamaxı rayonu ərazisində dağ silsiləsi. Qozluçay vəm Çigil çaylarının suayrıcındadır. Dağ silsiləsi oradakı eyniadlı zirvənin adı ilə adlandırılmışdır. Tədqiqatçıların fikrincə, oronimin əsli Ouratel olmalıdır. Bu coğrafi ad fars dilindəki oura (qala) və ərəb dilindəki tel (təpə) sözlərindən düzəlib, "qala təpəsi" mənasındadır.
Madhya-Pradeş
Madhya-Pradeş (hind. मध्य प्रदेश) — mərkəzi Hindistanda ştat. Əhalisi 72 597 565 nəfər (ölkədə 6-cı yer). Paytaxtı Bhopaldır. Digər böyük şəhərlər Qvalior, İndore, Cəbəlpurdur. Əsas dil hindi dilidir.
Predel burnu
Predel burnu (bolq. нос Предел, ‘Nos Predel’ \'nos pre-'del\) — Antarktidanın Palmera arxipelaqının Anvers adası sahillərindən şimal-qərbdə yerləşən burundur. Burun Fourniye körfəzindən qərbdə yerləşmişdir. Resus buzlağından şimalda, Tamuris buzlağından cənubda yerləşmişdir. Burun cənub-qərbi Bolqarıstanda yerləşən Rila və Pirin dağlarındakı Predel yəhərinin adını daşıyır. Dralfa burnundan 10.72 km cənub-qərbdə, Andruys burnundan 15.03 km cənub-qərbdə, Studena burnundan 3.77 km şimal-qərbdə yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir. British Antarctic Territory. Scale 1:200000 topographic map. DOS 610 Series, Sheet W 64 60.
Radial doldurma
Radial doldurma (en. radial fill) – qrafik obyektin iki rənglə elə doldurma üsuludur ki, bir mərkəzdə olan rənglərdən biri tədricən ətrafdakı digər rəngə keçir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Sul-Brazil
Sul-Brazil (port. Sul Brasil) — Braziliyanın Cənub regionunun Santa-Katarina ştatında yerləşən bələdiyyədir. 2006-cı il məlumatlarına əsasən bələdiyyənin əhalisi 3059 nəfərdir. Ərazisi 114,9 кm²-dir. Əhalinin sıxlığı 26,6 nəfər/кm²-dir. Bələdiyyə 26 sentyabr 1991-ci ildə yaradılmışdır.
Uttar-Pradeş
Uttar-Pradeş ([hind. उत्तर प्रदेश; urdu. اتر پردیش) — Hindistanın əhalisinə görə ən böyük ştatıdır. Ərazisi 238.566 kvadrat kilometr, əhalisi isə 200 milyona yaxındır. Mərkəzi Lakhnau şəhəridir. Ən böyük şəhəri Kanpurdur. Ştatın adı hind dilindən tərcümədə "Şimal torpağı mənasını verir.
Uttar Pradeş
Uttar-Pradeş ([hind. उत्तर प्रदेश; urdu. اتر پردیش) — Hindistanın əhalisinə görə ən böyük ştatıdır. Ərazisi 238.566 kvadrat kilometr, əhalisi isə 200 milyona yaxındır. Mərkəzi Lakhnau şəhəridir. Ən böyük şəhəri Kanpurdur. Ştatın adı hind dilindən tərcümədə "Şimal torpağı mənasını verir.
Vladimir Pravik
Vladimir Pravik (ukr. Володимир Павлович Правик ; rus. Владимир Павлович Правик) - Çernobıl faciəsi zamanı qəza bölgəsində xidmət etmiş yanğınsöndürən, Sovet İttifaqı Qəhrəmanı və Lenin mükafatı laureatı. Yanğınsöndürən xidməti vəzifəsini icra edərkən aldığı radiasiya zədələnmələri nəticəsində vəfat etmişdir. Pravik Çernobıl faciəsindən sonrakı, xilas etmə işləri zamanı həlak olmuş 27 yanğınsöndürəndən biridir.
BADIL
Fələstinlilərin Yaşayış və Qaçqınların Hüquqları üzrə BADIL Resurs Mərkəzi — fələstinli qaçqınların və məcburi köçkünlərin hüquqlarını qorumaq, onları təşviq etmək öhdəliyi daşıyan müstəqil, insan hüquqları üzrə qeyri-kommersiya təşkilatı. BADIL 1998-ci ilin yanvarında təsis edilmişdir. İsrailəmeylliü "NGO Monitor" qrupunun məlumatına görə, BADIL İsrail hərbi rəsmilərinə qarşı "qanun"la məşğuldur və həmçinin antisemit karikaturalar dərc etmişdir. BADIL BMT-nin İSŞ yanında xüsusi məsləhətçi statusuna malikdir və eyni zamanda çoxlu sayda Fələstin təşkilatı şəbəkələrinin bir hissəsidir. BADIL fələstinli qaçqınların problemləri ilə bağlı ingilis dilində rüblük nəşr olunan "Al-Majdal" jurnalını dərc edir.
Planetlərin paradı
Planetlərin paradı — Günəş sistemi planetlərinin bir neçəsinin Günəşə nəzərən eyni istiqamətdə kiçik bir sektorda yerləşməsini nəzərdə tutan astronomik hadisə. Səma cisimlərinin ekliptik uzunluq üzrə maksimal yaxınlaşması birləşmə adlanır. 10 mart 1982-ci ildə çox nadir hadisə qeydə alınmışdır. Günəş sistemindəki 9 planetin hamısı Günəşdən eyni tərəfdə, 95 dərəcə bucaqlı sektorda toplaşıblar.
Qələbə Paradı
1945 Moskva Qələbə Paradı