Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Acer Predator
Acer Predator — oyunçular üçün hazırlanan Acerə məxsus kompüter modelləri seriyası. 2008-ci ildə Acer Aspire Predator adı altında yüksək performanslı stolüstü kompüterləri satışa çıxaran seriyanın adı daha sonradan Acer Predator olaraq dəyişdirilmişdir. Seriya futuristik kompüter şassisi və yüksək performans ilə xarakterizə olunur. 2016-cı ildə notbuk və stolüstü kompüterlərlə yanaşı, oyunçular üçün dizayn edilmiş aksessuarlar da satışa buraxılmışdır. Acer Predator adətən Lenovo Legion, Dell's G seriyası, Alienware, HP-nin Omen və Asus ROG seriyaları ilə müqayisə olunur.
General Atomics MQ-1 Predator
General Atomics MQ-1 Predator əvvəllər ABŞ Hərbi Hava Qüvvələri və CIA tərəfindən istifadə edilmiş PUA. 1990-cı illərdə sadəcə olaraq müşahidə və önkəşfiyyat məqsədləri üçün istifadə edilməsi nəzərdə tutulan MQ-1 Predator daha sonra yeni kameralar və döyüş raketləri ilə modifikasiya edilmişdir. 1995-ci ildən bu dövrə qədər Əfqanıstan, Pakistan, Bosniya, Serbiya, İraq və Yəməndə mübarizə aparmışdır. Vahidinin qiyməti 4.5 milyon olan bu PUA-lardan təxmini olaraq 360 ədəd istehsal edilmişdir.
Redaktor
Redaktor- nəşr, kitab və ya qəzet, jurnal işinə rəhbərlik edən məsul şəxs. Redaktor nəşriyyatlarda çalışan, yaxud müqavilə əsasında kənardan cəlb olunan, nəşriyyat əlyazmasının mətnini elmi, ədəbi, texniki və bədii cəhətdən işləyib nəşrə hazırlayan aparıcı mütəxəssisdir . Tutduğu vəzifəyə görə: Ədəbi redaktor Bədii redaktor Filmin redaktoru vəzifələri olur. Qəzet və jurnalların əsas məsul şəxsi baş redaktor adlanır və, əsasən, inzibati məsələlərlə məşğul olur. R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Kreator
Kreator (qrup)
Pretor
Pretor (lat. praetor, lat. prae-ire — irəlidə getmək, idarə etmək) — Qədim Romada dövlət vəzifəsi. Tarixi dövrlərdən asılı olaraq bu vəzifənin məzmunu və funksiyası müxtəlif olmuşdur. İlkin respublika dövründə iki ali magistrat — konsul və diktator pretor adlandırılırdı. E.ə. 367-ci ildə Litsini-Seksti qanunlarına görə ali dövlət vəzifəsi konsul, ondan sonrakı ikinci dərəcəli vəzifə pretor adlandırılırdı və onun əsas səlahiyyətlərinə ancaq vətəndaşların işlərinə baxan şəhər məhkəməsi daxil idi. Konsul olmadıqda ali hakimiyyət onun səlahiyyətinə keçmiş olurdu. E.ə. 242-ci ildən başlayaraq iki pretor seçilməyə başlanılır:Roma vətəndaşları arasındakı məhkəmə işlərinə rəhbərlik üçün, şəhər pretoru (lat.
Baş redaktor
Baş redaktor ― inzibati nöqteyi-nəzərdən nəşrlərin tərtibi və redaktəsi ilə məşğul olan vəzifəli şəxsədir. Redaktor təkcə müəllif hüquqları ilə qorunan materialları müəyyən bir media və ya kitab nəşriyyatının formatına uyğun formada gətirmək prosesi ilə məşğul deyil. Bu mütəxəssisin vəzifələri sırasında müəllif tapşırıqlarının bölüşdürülməsi, onların müəyyən müddət ərzində vaxtında və keyfiyyətli icrasına nəzarət etməkdir. Bundan əlavə, redaktorun vəzifəsi işlədiyi şirkəti populyarlaşdırmaqdır. Buna görə də bütün məlumatlar aktual, dəqiq, düzgün təqdim edilməli və tam şəkildə təqdim edilməlidir.
Redaktor sənəti
Redaktor – nəşriyyatlarda çalışan, yaxud müqavilə əsasında kənardan cəlb olunan, nəşriyyat əlyazmasının mətnini elmi, ədəbi, texniki və bədii cəhətdən işləyib nəşrə hazırlayan aparıcı mütəxəssis Redaktor-mütəxəssisin vəzifəsi isə konkret materiallarla işləmək, onları təkmilləşdirməkdən ibarətdir. Redaktor redaksiyada redaktə prosesini həyata keçirən əməkdaşdır; Redaktor müəyyən bir nəşrə (kitab, jurnal, qəzet və s.) rəhbərlik edən, onun məzmununu və istiqamətini müəyyən edən mütəxəssisdir, Redaktor mətni çap üçün işləyib hazırlayan və ya nəşri tərtib edən şəxsdir. elmi, ədəbi, bədii və s. materialı redaktə edib çapa hazırlayan şəxs; hər hansı bir əsərin nəşrinə, əsərlər külliyyatının toplanıb çapa hazırlanmasına rəhbərlik edən şəxs; dövri mətbuatın (qəzet, jurnal və s.) məzmun və buraxılışına məsul şəxs". Redaktor-rəhbərin vəzifələri strateji məsələlərin (nəşrin siyasətinin müəyyənləşdirilməsi, ümumi rəhbərlik) həllini əhatə edir. Redaktor-mütə-xəssisin vəzifəsi konkret materiallarla işləmək və onları təkmilləşdirməkdir. Redaktor-mütəxəssis nəşri praktik olaraq çap üçün hazırlayan mütəxəssisdir, peşəkardır. Onun bilik və bacarıqları ilkin halda qeyri-mükəmməl olan materialı cilalamağa, yenidən işləyib hazırlamağa, daha da yaxşılaşdırmağa imkan verir. Bununla da o, həm müəllifə köməklik göstərir, həm də nəşrin gələcək oxucusunun qayğısına qalır. Qısaca desək, biz "redaktor" anlayışı altında praktik olaraq nəşri çap üçün hazırlayan peşəkar mütəxəssisi nəzərdə tuturuq.
Kreator (qrup)
Kreator — Almaniyanın tanınmış rok-qrupu. == Qrup haqqında == Kreator 1984-cü ildə Almaniyanın Essen şəhərində gitara və vokalda Mille Petroza, bas gitarada Rob və vurma alətlərdə Ventor tərəfindən Tormentor adıyla qurulan qrup Essen, Ruhr çayı kimi ərazilərdə meydana gələn sənaye çirkliliyini mahnılarına mövzu etmişdir. Thrash metala yaxın xəttiylə olduqca sərt və sürətli bir musiqi hazırlayan və gedərək yerli çirklilikdən əlavə ümumi olaraq ətraf problemləri üzərində sıxlaşmağa başladı. Adlarını Kreator olaraq dəyişdirdikdən sonra «Endless Pain» adlı ilk albomlarını yayımladılar və underground bazarda böyük bir maraq gördülər. İkinci albomları «Pleasure to Kill» ilə Avropanın daxilində tanınmağa başladılar və thrash metala yaxşıca yaxınlaşdılar, ancaq musiqilərinə death metal ünsürlərini da qatmışdılar. İki albom da hazırladıqdan sonra «Extreme Aggression» albomunda son dərəcə keyfiyyətli bir iş ortaya qoydular və «Coma of Souls» albomunda da bu keyfiyyəti qorudular. Sözlərində həyatın qaranlıq və ağrılı tərəfini, yox edilən ətrafı, irqçiliyi, insanlığın təbiətə və bir-birlərinə qarşı tətbiq etdiyi vəhşiliyi kimi mövzulara toxunan qrup, musiqi olaraq bu dəhşət dolu mövzuları səslə dəstəklədilər. Ancaq Almaniyanın irqçi seqmenti neonazilərin də etirazı ilə qarşılaşdılar. Lakin heavy metalın ümumi quruluşu içində bu irqçi hücumlara qarşı arxalarında daim dəstək var idi. Kreator hazırladığı musiqi ilə siyasət və ətraf mövzusunda ən sərt ifadələri istifadə edən qrup oldu və hardcore qruplarının üslublarını meydana gətirmədə nümunə aldıqları bir qrup halına gəldi.
Kreator TV
"Kreator TV" — "Davorin Stetner" şirkətinin sahibi olduğu Xorvatiya idman telekanalı. Telekanal Xorvatiyanın bütün IPTV və kabel operatorlarında (Max TV, B. Net, Iskon TV, Opti TV, Amis TV, VIP TV) və Bosniya və Herseqovinanın "Home TV" operatorunda yayımlanır. "Kreator TV"-nin studiyaları və yayım qurğuları Yastrebarsko şəhərində yerləşir. "Kreator TV" 2011-ci ildə yayıma başlamışdır. Telekanal bir müddət "Kreator F1" və "Kreator F1 HD" adı altında Xorvatiya ərazisinin ən böyük provayderi olan "Max TV"-də Formula 1 (F1) yarışlarını yayımlayırdı. "Kreator TV"-in sahibi olan "Croatian Telecom" şirkəti Xorvatiya üçün xüsusi F1 yayım hüquqlarını satın almışdır. Formula 1 yarışlarını yayımlayan telekanal 2013-cü ilin ikinci yarısından "Kreator TV" adı altında yayımlanır. "Kreator TV" yüksək səviyyəli və böyük tarixə malik yarışların yayım hüququna malikdir. Telekanalda Formula 1, MotoGP, MX GP, FIA WTCC, FIA ERC kimi yarışlar nümayiş olunur. "Kreator TV" 2015-ci ildə Xorvatiya İkinci Futbol Liqasının yayım hüququnu əldə etmişdir.
Tyler, the Creator
Tyler, the Creator (əsl adı: Tayler Qreqori Okonma; 6 mart 1991, Hotorn[d], Los-Anceles dairəsi, Kaliforniya, ABŞ) — amerikalı repçi və musiqi prodüseri. Odd Future musiqi qrupunun yaradıcılarından biridir. Okonma iki "Qremmi", üç "BET Hip Hop", bir "BRIT" və "MTV Video Music" mükafatı laureatıdır. Okonma 2009-cu ildə "Bastard" adlı ilk miksteypini yayımladı, o yazdığı sözlərlə medianın diqqətini üzərinə çəkdi. 2011-ci ildə buraxdığı debüt studiya albomu "Goblin" və albomun "Yonkers" sinqlı ona daha da böyük uğur qazandırdı. Okonma Odd Future qrupu ilə birlikdə bu müddət ərzində sürətlə populyarlaşmağa doğru getdi. Okonma 2013-cü ildə "Wolf" albomundan başlayaraq alternativ hip-hop üslubuna keçid etdi. Onun 2015-ci ildə yayımladığı "Cherry Bomb" albomu pərəstişkarları tərəfindən daha çox bəyənildi, tənqidçilər albomun caz melodiyalarını təriflədilər. 2017-ci ildə "Flower Boy", ardınca "Igor" və "Call Me If You Get Lost" albomlarını yayımlayaraq karyerasına davam etdi. Son iki buraxılışı Billboard hit-paradında birinci pilləyə yüksəlmiş, və hər ikisi ona "Qremmi" mükafatı qazandırmışdır.
Layihə:Vizual redaktor/Rəy
Kitabşünaslıq və redaktor sənəti (jurnal)
«Kitabşünaslıq və redaktor sənəti» (ing. «Bibliology and editorial art»; rus. «Книговедение и редакторское искусство») - elmi-nəzəri və təcrübi-metodik jurnal. == Jurnalın yaranma tarixi == «Kitabşünaslıq və redaktor sənəti» elmi-nəzəri və təcrübi-metodik jurnalı Azərbaycan Respublikası Ədliyyə Nazirliyində rəsmi olaraq 4021 saylı şəhadətnamə ilə 01.12.2015-ci il tarixdə qeydə alınmışdır. Jurnal ildə 2 dəfə olmaqla 2015-ci ildən nəşr olunur. Jurnalın təsisçisi və baş redaktoru BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Knyaz Aslan, redaktoru isə filologiya üzrə fəlsəfə doktoru, dosent Rasim Süleymanovdur. == Jurnalda dərc olunan mövzular == • Nəşriyyat işinin əsasları; • Mətnşünaslıq; • Ədəbiyyatşünaslıq; • Jurnalistikanın nəzəri və təcrübi məsələləri; • Mətbuat və kitab tarixi; • Sənəd-informasiya təminatı. == Redaksiya heyəti == Abuzər Xələfov - tarix üzrə elmlər doktoru, professor (Azərbaycan); Xəlil İsmayilov - tarix üzrə elmlər doktoru, professor (Azərbaycan); Alisa Belovitskaya - filologiya üzrə elmlər doktoru, professor (Rusiya); Cahangir Məmmədli - filologiya üzrə elmlər doktoru, professor (Azərbaycan); Kərim Tahirov - tarix üzrə fəlsəfə doktoru, professor (Azərbaycan); Aybəniz Əliyeva-Kəngərli - filologiya üzrə elmlər doktoru (Azərbaycan); Bülent Yılmaz - professor doktor (Hacettepe Universiteti, Türkiyə); Nataliya Kunanets - sosial kommunikasiya üzrə elmlər doktoru, professor (Lvov Politexnik Humanitar Universiteti, Ukrayna); Əliş Ağamirzəyev - filologiya üzrə fəlsəfə doktoru, dosent (Azərbaycan); Azad Qurbanov - fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent (Azərbaycan); İmaməddin Zəkiyev - filologiya üzrə elmlər doktoru (Azərbaycan); Əliağa Cəfərov - filologiya üzrə elmlər doktoru (Azərbaycan); Gülər Dəmir - dosent doktor (Kastamonu Universiteti, Türkiyə); Eldəniz Məmmədov - tarix üzrə fəlsəfə doktoru (Azərbaycan).
Multi-kod idarəli xətti prediktor
Multi-kod idarəli xətti prediktor, (ing. Code Excited Linear Prediction), rus. Линейное предсказание с мультикодовым управлением) – nitq siqnallarının kodlaşdırılması alqoritmi 1985-ci ildə Manfred Şröder və Bişnu Atal tərəfindən təklif edilmişdir. Həmin dövrdə bu alqoritm RELP və LPC audiokodekləri (məsələn, FS-1015) kimi aşağı bit sürətli alqoritmlərlə müqayisədə daha yaxşı keyfiyyət təmin edirdi. ACELP, RCELP, LD-CELP və VSELP kimi variantları ilə birlikdə hazırda ən geniş istifadə edilən nitq kodlaşdırma alqoritmidir. Hazırda CELP konkret kodek üçün deyil, alqoritmlər sinfi üçün ümumi termin kimi istifadə edilir. İmamverdiyev Y. N., Suxostat L. V. "Nitq texnologiyaları üzrə terminlərin izahlı lüğəti ", 2015,"İnformasiya Texnologiyaları" nəşriyyatı, 111 səh.