Kitabşünaslıq və redaktor sənəti (jurnal)


«Kitabşünaslıq və redaktor sənəti» (ing. «Bibliology and editorial art»; rus. «Книговедение и редакторское искусство») - elmi-nəzəri və təcrübi-metodik jurnal.[1] [2][3]

Kitabşünaslıq və redaktor sənəti (jurnal)
ISSN (Online): 2664-3847 Linking ISSN (ISSN-L): 2617-6939
ISSN (Online): 2664-3847
Linking ISSN (ISSN-L): 2617-6939
Baş redaktor Knyaz Aslan
Növ elmi-nəzəri və təcrübi-metodik jurnal
Dövrilik yarımillik
Təsisçi Knyaz Aslan
İlk buraxılışı 2015-ci il
Ölkə Azərbaycan Azərbaycan
Qərargah Bakı şəhəri, Zahid Xəlilov küçəsi 23, Bakı Dövlət Universiteti, 2 saylı tədris korpusu, 508-ci otaq, «Kitabşünaslıq və nəşriyyat işi» kafedrası, AZ 1148
Dil Azərbaycan dili, Ingilis dili, Rus dili
ISSN (Print)2617-6939

Jurnalın yaranma tarixi

[redaktə | mənbəni redaktə et]

«Kitabşünaslıq və redaktor sənəti»  elmi-nəzəri  və təcrübi-metodik  jurnalı Azərbaycan Respublikası Ədliyyə Nazirliyində rəsmi olaraq 4021 saylı şəhadətnamə ilə 01.12.2015-ci il tarixdə qeydə alınmışdır. Jurnal ildə 2 dəfə olmaqla 2015-ci ildən nəşr olunur.[1]

Jurnalın təsisçisi və baş redaktoru BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Knyaz Aslan, redaktoru isə filologiya üzrə fəlsəfə doktoru, dosent Rasim Süleymanovdur.[4]

Jurnalda dərc olunan mövzular

[redaktə | mənbəni redaktə et]

Nəşriyyat işinin əsasları;

Mətnşünaslıq;

Ədəbiyyatşünaslıq;

Jurnalistikanın nəzəri və təcrübi məsələləri;

Mətbuat və kitab tarixi;

Sənəd-informasiya təminatı.[5]

Redaksiya heyəti

[redaktə | mənbəni redaktə et]
  • Abuzər Xələfov - tarix üzrə elmlər doktoru, professor (Azərbaycan);
  • Xəlil İsmayilov - tarix üzrə elmlər doktoru, professor (Azərbaycan);
  • Alisa Belovitskaya - filologiya üzrə elmlər doktoru, professor (Rusiya);
  • Cahangir Məmmədli - filologiya üzrə elmlər doktoru, professor (Azərbaycan);
  • Kərim Tahirov - tarix üzrə fəlsəfə doktoru, professor (Azərbaycan);
  • Aybəniz Əliyeva-Kəngərli - filologiya üzrə elmlər doktoru (Azərbaycan);
  • Bülent Yılmaz - professor doktor (Hacettepe Universiteti, Türkiyə);
  • Nataliya Kunanets - sosial kommunikasiya üzrə elmlər doktoru, professor (Lvov Politexnik Humanitar Universiteti, Ukrayna);
  • Əliş Ağamirzəyev - filologiya üzrə fəlsəfə doktoru, dosent (Azərbaycan);
  • Azad Qurbanov - fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent (Azərbaycan);
  • İmaməddin Zəkiyev - filologiya üzrə elmlər doktoru (Azərbaycan);
  • Əliağa Cəfərov - filologiya üzrə elmlər doktoru (Azərbaycan);
  • Gülər Dəmir - dosent doktor (Kastamonu Universiteti, Türkiyə);
  • Eldəniz Məmmədov[6][7] - tarix üzrə fəlsəfə doktoru (Azərbaycan).[5][8]
  1. 1 2 "Arxivlənmiş surət". 2023-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-18.
  2. "Arxivlənmiş surət". 2019-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-18.
  3. "Arxivlənmiş surət". 2023-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-18.
  4. https://web.archive.org/web/20191118153707/http://libinfo.bsu.edu.az/az/content/ktabnasliq_v_redaktor_snt_elmnzr_v_tcrbmetodk_jurnal
  5. 1 2 "Arxivlənmiş surət" (PDF). 2021-10-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-11-18.
  6. "Arxivlənmiş surət". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-18.
  7. "Arxivlənmiş surət". 2020-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-18.
  8. "Arxivlənmiş surət". 2022-03-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-18.