Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Proqressiv rok
Proqressiv rok 60-cı illərin ikinci yarısında meydana gələn bir musiqi janrıdır. Standart mahnı qəliblərindən kənara çıxmaqla və rock musiqinin də öz yenilikçi xarakterini əlavə etməklə bu janr sonrakı dövrlərdə öz sözünü deyə bilmişdir. Əsas nümayəndələri King Crimson, Yes, Genesis, Pink Floyd, Jethro Tull, Rush, Camel və Porcupine Tree kimi qruplardır. Bu janrın əsas xüsusiyyətləri axsaq və dəyişkən ritmli olması, standart formaya malik olmaması, mahnıların çox hallarda uzun olması, qrup üzvlərinin instrumental baxımdan virtuoz dərəcəsində musiqiçilər olması və bu səbəbdən də daha çox instrumental mahnılar olması. Əsas rock elementləri ilə (gitara, zərb alətləri, bas gitara) yanaşı başqa alətlərdən geniş istifadə olunur: piano, organ, skripka, fleyta, saksafon və s. Rok musiqisindəki dəyişiklik bu janra da təsir göstərmiş və 80-ci illərdə metal janrının yaranması ilə progressiv metal kimi bir janrın meydana gəlməsinə səbəb olmuşdur. Bura isə Queensryche, Stratovarious, Dream Theater, Pain of Salvation, The Sympony X kimi qrupları aid etmək olar.
Proqressiv şahmat
Proqressiv şahmat — çox iştirakçılı, şahmat əsasında yaranan rəngarəng intelektual oyun. == Haqqında == Bu oyuna proqressiv şahmat adının verilməsinin əsas səbəbi, altıbucaqlı poliqon lövhəsinin üzərindəki üçbucaqların dövriliyi mərkəzdən arifmetik proqressiya üzrə artır. Altıbucağın hər yeni mərhələsi ilə üçbucaqların sayı proqressiyada artır. Bu cür şahmat qaydasının strukturu nəyinki 6 ya 18 nəfər, məhdudiyyətsiz qədər çox oyunçuların iştirakına imkan verir. Oyun rəngarəngdir, 4 rəngdən ibarətdir: ağ, qırmızı, sarı, yaşıl. Mərkəzi kontur göy rənglə təsvir olunub. Yeni şahmat qaydasının strukturu üçbucaqlardan ibarətdir. Oyun lövhəsi üçbucaqlardan – sahələrdən ibarət olan altıbucaq təşkil edir. Ücbucaqların ümumi sayı 384-dür. Üçbucaqların dövrülüyü daimidir.