Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
PRoMete
Pərviz Ramiz oğlu İsaqov və ya PRoMete (15 iyun 1986, Siyəzən) — Azərbaycanlı reper və prodüser. H. O. S. T Alliance-nin yaradıcılarından biri və HOST prodakşnın təsisçilərindəndir. Hal-hazırda PicMus MMC-nin və mikpro MMC-nin təsisçisi və direktorudur. Peşəkar rep karyerasına SRB-də (Sumqayıt Rep Birliyi) başlayıb. == Həyatı == 1986-cı ildə Siyəzən Rayonunda dünyaya gəlib. Ailəsi – atası, anası və bacısı ilə yaşamışdır. Atası Ramiz əvvəllər dəmiryolçu, sonralar isə dülgər işləyib. Anası evdar qadın idi. Orta məktəbi 2-ci sinfə kimi Sumqayıt şəhər 13 saylı orta məktəbində, 3-cü sinifdən etibarən isə həmin şəhərdə yerləşən "Təfəkkür" liseyində təhsil almışdır. Uşaqlığı və ilk gənclik illəri Sumqayıtda keçib.
Prometey
Prometey (yun. Προμηθεύς eyni zamanda Promefey mənası qabağı görən ya sonranı düşünən) — qədim yunan mifologiyasında insanların dostu və onları tanrıların özbaşnalığından qoruyan titan İapet və Klimenanın (Apollodora görə), ya Femida və Heyin (Esxilə görə), ya da Hera və titan Yevrimedontun oğlu. Hesiona onun həyat yoldaşı olmuşdur. == İapet nəsli == == İnsan nəsli == Yunan mifologiyasına görə çox-çox qədim zamanlarda, Yer üzündə ancaq ölməz tanrılar yaşayırmış. Tanrılar insanları və digər məxluqları yaradıb yer üzünə səpələmək qərarına gəlirlər. Rəvayətə görə Prometey insanları torpaqdan yaratmış, Afina isə onlara nəfəs vermişdir.. Tanrı Zevs titan İapetin oğlanları olan Prometeyə və Epimeteyə yaradılmış insanlara və məxluqlara gözəllik və qüvvə payalamağı tapşırır. Bölgü apararkən Epimetey bütün yaraşıq və quvvəni heyvanlara paylayır. Paylarına heç nə düşməyən insanlar isə köməksiz qalırlar. == Odun oğurlanması == Prometey insanların dostu olduğundan bu ədalətsizliyi aradan qaldırmaq məqsədilə Afinadan müdrikliyi, Hefestin emalatxanasından isə odu oğurlayaraq insanlara verir.
Promouter
Promouter (ing. promote «irəlilətmək, kömək etmək, fəallaşdırmaq») aşağıdakılar deməkdir: Promouter (reklam) — əmtəənin reklamı ilə bağlı məqsədli şəkildə məşğul olan şəxs və ya şəxslər qrupu. Promouter (idman) — boks yarışı ilə bağlı bütün maliyyə və təşkilatı işlərlə məşğul olan şəxs və ya şəxslər qrupu. Klub promouteri — gecə klublarında tədbirlərin təşkili ilə bağlı məşğul olan şəxs və ya şəxslər qrupu.
Prototi
Prototi — skif sərkərdəsi, İşquz hökmdarı. Heredotun məlumatına görə Mannada yaşayan skiflərin başçısı olan Prototi e.ə. VII əsrdə Midiyaya hücum etmişdir. Aşşur mixi yazılarında Partatua kimi adı çəkilir. Prototi Midiyaya hücum zamanı Assuriyanın müttəfiqi olmuşdur. == Mənbə == ASE, VIII cild, Bakı, 1984-cü il, səh.
İriomote
İriomote adası (西表島, Iriomote-jima) — Yaponiyada yerləşən, Şərqi Çin dənizindəki Yaeyama adaları qrupuna daxil olan ən böyük adadır. Okinava prefekturasının bir hissəsidir. Ada Taybey şəhərindən 180 kilometr cənubda, Tayvan prefekturasından isə 430 kilometr cənubda yerləşmişdir. == Coğrafiya == Adanın əhalisi olan hissəsi dövlətin mühafizəsinin altındadır. Adanın ümumi sahəsi İriomote-İsiqaki milli parkının ərazisi ilə birlikdə 205,69 km²-ə bərabərdir. Adanın tərkibinə həmçinin Kurosima, Koxama və Taketomi adaları daxildir. İki adanın arasında Yaponiyanın ən böyük mərcan rifi yerləşir. Mərcan rifi şimaldan cənuba doğru 20 kilometr, şərqdən qərbə doğru isə 15 kilometr ərazidə yayılmışdır. Adanın daxilindən Okinava prefekturasının ən uzun çayı olan Urauçi çayı axır. Kiçik çaylar olan Nakama və Nakara çayları da adanın daxilindən axan çaylardandır.
PROMT
PROMT tərcümə proqramı (PROject MT) — "Promt" eyniadlı şirkəti tərəfindən Sankt-Peterburq şəhərində 1991-ci ildə yaradılmışdır. Bu proqram həm lüğət vəzifəsini görür, həm də tərcüməçi. PROMT maşın tərcümə proqramı vasitəsi ilə istənilən mətn tərcümə edilə bilər. Tərçümə istiqamətləri: İngilis-Rus,Rus-İngilis Alman-Rus, Rus-Alman Fransız-Rus, Rus-Fransız İspan-Rus, Rus-İspan İtalyan-Rus"Promt 8.0" adlanan yeni versiya şirkətin mütəxəssisləri tərəfindən 2 il müddətində sınaqdan keçirilmiş tərcümə alqoritmləri əsasında hazırlanmışdır. Yeni versiya mətnin mənaca bitmiş olan hissəsinin təhlil edilməsinə, bir çox linqvistik strukturlarının və qəlibləşmiş söz birləşmələrinin dəqiq tərcümə olunmasına imkan verir. Söz ehtiyatlarının zənginləşdirilməsi məqsədilə proqram daim yeniləşən Multitran tərcümə bazasına malikdir. == Əsas imkanlar == İstənilən həcmdə fərdi sözlərin və mətnlərin tərcüməsi. Struktur və formatlaşdırma ilə sənədlərin tərcüməsi. Bütün populyar formatlar dəstəklənir: doc(x), xls(x), ppt(x), rtf, html, xml, txt, ttx, pdf (skan edilmiş daxil olmaqla), odt, ods, jpeg, png, tıff. Struktur və hiperlinklərin qorunması ilə bütün saytların tərcüməsi.
Primore (Monteneqro)
Primore — Monteneqronun bütün Adriatik sahili boyunca uzanan tarixi ərazi. Tarixi vilayət şimal-qərbdəki Kotor körfəzindən cənub-şərqdə Boyana çayının mənsəbinə qədər 230 km məsafədə uzanırdı. Çimərlik tətili üçün bir yer olmuşdur. Bardakı dəniz limanı, Bar - Belqrad dəmir yolu xətti, Tivat beynəlxalq hava limanı əsas nəqliyyat qovşağlarından biri idi. Orta əsr şəhərləri: Kotor, Budva və s. Yuqoslaviyanın yaranmasından əvvəl Monteneqro Primoresi, Monteneqro Krallığının bir hissəsi deyildi, əksinə Avstriya-Macarıstan İmperiyasının sərhədyanı bir bölgəsi olmuşdur. Sonda Sloven, Xorvat və Serb Dövlətinin bir hissəsi idi. == Tarixi == Orta əsrlərdə Monteneqro sahilləri Serbiya torpaqlarının bir hissəsi idi. XV əsrdə Albaniya Venetası adı altında Venesiyanın bir hissəsi olur. XVI əsrin sonlarında Venesiya Primorye ərazisinin çox hissəsini Osmanlı İmperiyasına verməyə məcbur olur.
Prometey (təşkilat)
Prometey — Avropada 1926-cı ildən 1939-cu ilə qədər fəaliyyət göstərən siyasi təşkilat. == Tarixi == Parisdə 1920-ci illərdə mühacirlərlə əlaqəli ciddi işlər aparılırdı. Mühacirlərə dəstək planının genişlənməsi üçün 1926-cı ildə keçmiş Çar Rusiyası xalqlarının liderləri beynəlxalq təşkilat kimi fəaliyyət göstərən "Prometey" klubunu yaratdılar. Bu hərəkatın genişlənməsi üçün 1926-cı ildə fransız dilində "Prometey" jurnalı nəşr edilməyə başladı. Jurnalın redaksiya heyəti və daimi müəllifləri tərkibinə Qafqazın, Türküstanın və Ukraynanın aşağıdakı görkəmli xadimləri daxil oldular: Məhəmməd Əmin Rəsulzadə, Noy Jordaniya, Aleksandr Şulqin, Ayaz İshaqi, Mustafa Çokayoğlu, Mir Yaqub Mehdiyev və digərləri.Parisdə çap edilən "Prometey" jurnalında isə Məhəmməd Əmin Rəsulzadənin aşağıdakı maraqlı məqalələri çap edilmişdi: 1) “Azərbaycan Respublikası”, 1926, N1, səh. 25-31; 2) “Bolşeviklərin Şərq siyasəti”, 1928, N20, səh. 10-14; N21, səh. 6-11; 3) “Qafqaz Birliyi”, 1929, N36, səh. 5-7; 4) “Milli Azərbaycan hərəkatının xarakteri”, 1930, N42, səh. 11-13; 5) “Siyasətçi tarixçiyə qarşı”, 1931, N51, səh.
Zəncirlənmiş Prometey
"Zəncirlənmiş Prometey" (q.yun. Προμηθεύς Δεσμώτης) — qədim yunan dramaturqu Esxilin e.ə. 444-443-cü illərdə yazdığı faciə.
İriomote pişiyi
İriomot pişiyi (lat. Prionailurus bengalensis iriomotensis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin asiya pişiyi cinsinin benqal pişiyi növünə aid heyvan yarımnövü.