Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
PROMT
PROMT tərcümə proqramı (PROject MT) — "Promt" eyniadlı şirkəti tərəfindən Sankt-Peterburq şəhərində 1991-ci ildə yaradılmışdır. Bu proqram həm lüğət vəzifəsini görür, həm də tərcüməçi. PROMT maşın tərcümə proqramı vasitəsi ilə istənilən mətn tərcümə edilə bilər. Tərçümə istiqamətləri: İngilis-Rus,Rus-İngilis Alman-Rus, Rus-Alman Fransız-Rus, Rus-Fransız İspan-Rus, Rus-İspan İtalyan-Rus"Promt 8.0" adlanan yeni versiya şirkətin mütəxəssisləri tərəfindən 2 il müddətində sınaqdan keçirilmiş tərcümə alqoritmləri əsasında hazırlanmışdır. Yeni versiya mətnin mənaca bitmiş olan hissəsinin təhlil edilməsinə, bir çox linqvistik strukturlarının və qəlibləşmiş söz birləşmələrinin dəqiq tərcümə olunmasına imkan verir. Söz ehtiyatlarının zənginləşdirilməsi məqsədilə proqram daim yeniləşən Multitran tərcümə bazasına malikdir. == Əsas imkanlar == İstənilən həcmdə fərdi sözlərin və mətnlərin tərcüməsi. Struktur və formatlaşdırma ilə sənədlərin tərcüməsi. Bütün populyar formatlar dəstəklənir: doc(x), xls(x), ppt(x), rtf, html, xml, txt, ttx, pdf (skan edilmiş daxil olmaqla), odt, ods, jpeg, png, tıff. Struktur və hiperlinklərin qorunması ilə bütün saytların tərcüməsi.
PRoMete
Pərviz Ramiz oğlu İsaqov və ya PRoMete (15 iyun 1986, Siyəzən) — Azərbaycanlı reper və prodüser. H. O. S. T Alliance-nin yaradıcılarından biri və HOST prodakşnın təsisçilərindəndir. Hal-hazırda PicMus MMC-nin və mikpro MMC-nin təsisçisi və direktorudur. Peşəkar rep karyerasına SRB-də (Sumqayıt Rep Birliyi) başlayıb. == Həyatı == 1986-cı ildə Siyəzən Rayonunda dünyaya gəlib. Ailəsi – atası, anası və bacısı ilə yaşamışdır. Atası Ramiz əvvəllər dəmiryolçu, sonralar isə dülgər işləyib. Anası evdar qadın idi. Orta məktəbi 2-ci sinfə kimi Sumqayıt şəhər 13 saylı orta məktəbində, 3-cü sinifdən etibarən isə həmin şəhərdə yerləşən "Təfəkkür" liseyində təhsil almışdır. Uşaqlığı və ilk gənclik illəri Sumqayıtda keçib.
Primat
Primatlar (lat. Primates) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinə aid heyvan dəstəsi. Bu dəstəyə meymunlar və insan da daxildir. Dəstədə 400-dən çox növ mövcuddur. == Yarımdəstə və fəsilələri == Yaşburunlar (Strepsirrhini) Cırtdan lemurlar (Cheirogaleidae) Lemurlar (Lemuridae) Lepilemurlar (Lepilemuridae) İndrilər (Indridae) Əlayaqlılar (Daubentoniidae) Lorilər (Lorisidae) Qalaqolar (Galagidae)Quruburunlar (Haplorhini) Uzuntopuqlar (Tarsiidae) Oynağanlar (Callitrichidae) İlməquyruqlar (Cebidae) Gecə meymunları (Aotidae) Sakolar (Pitheciidae) Hörümçəyəbənzərlər (Atelidae) Əntərmeymunlar (Cercopithecidae) Hibbonlar (Hylobatidae) Hominidlər (Hominidae) == Primatların xarakterik xüsusiyyətləri == Primatkimilər dəstəsinə daxil olan canlılar formasına və boyuna görə müxtəlifdir. Müasir primatlar Asiya, Afrika və Amerikanın tropik və subtropik ərazilərində, Zond və Filippin adalarında yaşayırlar. Ətrafları 5 barmaqlıdır, bu da onlara ağacdan möhkəm tutmağa imkan verir. Beyin yarımkürələri iri olur. Göz çuxurları kəllənin ön tərəfində yerləşir. Müəyyən edilmişdir ki, primatlar cücüyeyən məməlilərin qədim qruplarından əmələ gəlmişdir.
Prokat
Prokat, yayıq (metallurgiyada) — prokat istehsalının məhsulları, qızmar və sojyr yayma üsulları ilə alınan metal məmulat (vərəq, zolaq, lent, rels, boru və s). == Prokat istehsalı == Prokat istehsalı poladdan və digər metaldan yayma yolu ilə müxtəlif məmulat və yarımfabrikat (prokat) alınması, habelə onların keyfiyyətini artırmaq məqsədilə təkrar emal edilməsi (termiki emal, örtük çəkmə və s.). Sənaye ölkələrində əridilən poladın 4/5 hissəsindən çoxu yayma üsulu ilə emal edilir. Prokat istehsalı adətən metallurgiya (az hallarda maşınqayırma) zavodlarında təşkil edilir və bir qayda olaraq (xüsusilə qara metallurgiyada) istehsal dövrünün sonuncu mərhələsi olur. Əsas prokat növlərinə aşağıdakılar aiddir: yarımməhsul və ya pəstah, vərəq və çeşid prokat, yayma boruları, maşın detalları pəstahları (xüsusi prokat növləri) — təkər, halqalar, oxlar, burğular, kürələr, dəyişən en kəsikli profillər və s. Ölçüləri göstərilməklə yayılan məmulatlar prokat çeşidi (sortamenti) adlanır. Prokatın əsas hissəsi azkarbonlu poladdan, bəzi hissəsi legirlənmiş va tərkibində karbonun miqdarı artırılmış (0,4%-dən çox) poladlardan hazırlanır. Əlvan metal (alüminium, mis, maqnezium, sink və onların ərintiləri) prokatları başlıca olaraq vərəq, lent və məftil şəklində istehsal olunur (əlvan metallardan boru və çeşidli profillər başlıca olaraq pressləmə yolu ilə hazırlanır). Müasir metallurgiya zavodlarında polad prokat iki üsulla istehsal olunur. Birinci üsulda başlanğıc material kimi metal qəlibə tökülmüş külçələrdən istifadə edilir.
Promil
Promil (lat. pro mille – hər minə) — hər hansı kəmiyyətin mində bir hissəsi. Promil faizin onda birinə bərabərdir və ‰ işarəsi ilə qeyd olunur. Bu işarənin üç ədəd sıfır rəqəmindən tərtib edilməsi Promilin tərifi ilə əlaqədardır. Bəzi kəmiyyətlər ənənəvi olaraq Promil ilə ölçülür; məsələn, dəniz suyunun şorluğu ‰ ilə göstərilir. Suyun şorluğunun 35 Promil olması onun kütləsinin 0,035 hissəsinin duzlardan ibarət olduğu deməkdir (hər litrə 35 qram). Dəmir yollarının meyilliliyi kiçik olduğundan onu da Promil ilə hesablayırlar.
Xromit
Xromşpinelidlər (xromitlər); ümumi formula (Mg,Fe)(Cr,Al,Fe)2O4: xromit – FeCr2O4; maqnezioxromit – (Mg, Fe)Cr2O4; alümoxromit – Fe (Cr,Al)2O4; xrompikotit – (Mg, Fe)(Cr,Al)2O4 — kubik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. == Xassələri == Rəng – qaradan qonuru-qarayadək; Mineralın cizgisinin rəngi – qonur; Parıltı – yarımmetal parıltıdan qatranıyadək; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 4,5-5,1; S – 5,5-7,5. Kövrəkdir; Ayrılma – {111} üzrə tam qeyri-mükəmməl; Sınıqlar – qeyri-hamardan qabıqlıyadək; Başqa xassələr – FeO və Fe2O3 ilə zəngin olan xromşpinelidlər güclü maqnitlik xassəsi ilə səciyyələnir; Morfologiya – kristallar: oktaedrik, nadir hallarda – dodekaedrik; İkiləşmə: {111} üzrə; Mineral aqreqatları: dənəvər, nodullar, püruzlar. == Mənşəyi və yayılması == Ultraəsasi maqmatizmlə sıx əlaqədar maqmatik əmələgəlmələr olub, müxtəlif hiperbazitlərdə rast gəlir. Meteoritlərdə və ay süxurlarında xromşpinelid tapıntıları məlumdur. Kimyəvi dayanıqlı birləşmələr kimi adətən səpintilərdə olur; Qırıntı material kimi qumdaşlarında, dolomitlərdə, mərmərlərdə və s. müşahidə edilir. Birlikdə rast gəldiyi minerallar: olivin, serpentin, bronzit, uvarovit, talk, kemmererit, platin, vezuvian və b. Mineralın tapıldığı yerlər: Saranski, Qoloqorski, Alapayev (Rusiya); Kempirsay (Qazaxıstan); Gebeler, Fetxis, Güleman (Türkiyə); Buşveld komleksi (CAR); Moa dairəsi (Kuba) və b.
Tromp
Tromp (fr. Trompe - ov buynuzu, boru) ― konusun bir hissəsi şəklində konkav səthdir. Kvadrat kəsişməli və dörd dayaqlı tağlı çarpaz günbəzli bir tikilidən günbəzin silindrik tamburunun əsasına keçid təmin edən bir struktur elementidir. Kəsişmənin künclərindəki dörd tromp günbəzin və ya qüllənin ağırlığının yenidən bölüşdürülməsini təmin edir: fənər, künc dayaqlarında tiburium. Ərəb və İspan-Məğrib memarlığında tromplar pilləli niş şəklində əmələ gəlir və onlara “müqarnalar” və ya “stalaktitlər” deyilir. Tromplar ilk dəfə 8-6-cı əsrlərdə qədim İran memarlığında istifadə edilmişdir. E.ə. və eramızdan sonra Bizans və Zaqafqaziyada istifadə edilmişdirlər. Qədim rus memarlığında tromplar xüsusi bir forma almış və yelkən adlandırılmışdırlar.
Göydərə xromit yatağı
Göydərə xromit yatağı — Kəlbəcər rayonu ərazisində Subulaq çayının yuxarı axarında yerləşən yataq. Yataq daxilində filiz kütlələri peridotitlərin, qabro-anfibolitlərlə təmasına paralel qövsvari uzanan linza şəkilli dunit kütləsində yerləşir. Dunit zonasının uzunluğu 350 m, qalınlığı isə 15 m.-ə qədərdir. Xromit filiz kütlələri yuvalardan ibarət olub dunit zonası boyunca zəncir formasında yerləşir. Zonanın cənub-şərq qurtaracağında xromit yuvalarının böyük yığımı müşahidə olunur. Filizlərin əsas mineralı Xrom şpinelit, olivin və titanomaqnetitdir. Filizləşmənin tərkibinə ikinci dərəcəli minerallardan Ni-sulfidləri və silikatları, sərbəst mis və maqnetit iştirak edir. Digər xromit yataqlarında olduğu kimi bu yataqda da filiz kütlələri maqmanın diferansasiyası və kristallaşması nəticəsində yaranaraq əsasən dunitlərdə və peridotitlərdə lokallaşırlar. Filiz kütlələri morfoloji cəhətdən linzalar və yuvalar əmələ gətirirlər. Göydərə xromit yatağı genezisinə görə gec maqmatogen tipə aid edilir.
Köhnə probst evi
Köhnə probst evi (çex. Staré proboštství) – Praqa yepiskoplarının köhnə iqamətgahıdır. Qəsrin cənub yamacında yeni iqamətgahın tikintisinə qədər (1874-cü ilə kimi) bu bina yepiskoplara "sədaqət və həqiqət" ilə xidmət göstərmişdi. Probstluq Praqa qəsrinin mərkəzində, Müqəddəs Vit kafedralının yaxınlığında yerləşir. == Tarix == Köhnə probst evinin binası çox güman ki, Jiji tanrısına həsr olunan qədim bütpərəst məbədin yerində inşa edilmişdi. 1060-cı ildə daha əvvəl tikilmiş ev Çexiyada daşdan inşa edilmiş ən qədim yaşayış binası idi. Günümüzdə bu evi inşa etdirən yepiskopun adı məlum deyil. Lakin iddia olunur ki, bu ilk Çexiya yepiskopu Detmar idi; 976-cı ildə o Müqəddəs-Adalbertin davamçısı olmuşdu. Arxeoloji qazıntılar təsdiqləyir ki, Roman üslubunda daş bina Müqəddəs Vit kapitulunun başçılarının iqamətgahı olaraq xidmət göstərmişdi; onun qarşısında isə bir zamanlar kafedral xidmətçiləri üçün iki taxta ev inşa edilmişdi. Bu "yepiskop həyətinin" daxilində Müqəddəs Moritz kapellası yerləşirdi.