Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Proton
Proton (kimya) — kimyada hidrogenin kationu. Proton (fizika) — elementar yüklənmiş hissəcik. Proton (raket) — Rusiya raketi. Proton (avtomobil) — Malayziyada avtomobil markası.
Dronovun binası
Dronovun binası - Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən iki mərtəbəli bina. Dronovun binası Taqanroq şəhəri Petrovski küçəsi, ev 41 ünvanında yerləşir. Bina 1850-ci ildə inşa edilmişdir. Dronovun binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. == Tarixi == Hazırda Taqanroq şəhəri Petrovskaya ev 41 ünvanında yerləşən binanın yerində iki mərtəbəli və fasadında förd pəncərəsi olan bina vardı. 1850-ci ildə bina ticir A. K. Voroşilkinaya məxsus olmuşdur. 1862-ci ildə bina digər layihə əsasında inşa edilmişdir. Əvvəllər binanın hər iki küncundə eyvanlar mövcud olmuşdur. Onlar cuqun dirəklərlə saxlanılırdı. Solda yerləşən öz mövcudluğunu Böyük Vətən müharibəsinin bitməsindən sonrada qoruya bilmişdi.
Pronoya (nereida)
Pronoya (yun. Προνόη) — yunan mifologiyasında nereida, Nerey və Doridanın qızı.
Alopecurus pronus
Çəmən tülküquyruğu (lat. Alopecurus pratensis) — qırtıckimilər fəsiləsinin tülküquyruq cinsinə aid bitki növü. == Sinonim == Alopecurus alpestris Wahlenb. ex Steud. [Invalid] Alopecurus alpinus var. songaricus Schrenk ex Fisch. & C.A.Mey. Alopecurus alpinus var. ventricosus Kar. & Kir.
Denis Pronin
Denis Aleksandr oğlu Əliyev (doğum adı: Denis Aleksandroviç Pronin; (26 may 1989, Xətai rayonu – 6 oktyabr 2020, Cəbrayıl rayonu)) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Denis Əliyev 1989-cu il mayın 26-da Xətai rayonunda anadan olub. Milliyyətcə rus idi. 1995-2006-cı illərdə Xətai rayonunda T. Bağırov adına 59 nömrəli tam orta məktəbində təhsil alıb. Ailəli idi. 8 yaşlı bir qızı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Denis Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Denis Əliyev oktyabrın 6-da Cəbrayılın azad edilməsi zamanı şəhid olub. Xətai rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Denis Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Denis Əliyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Denis Əliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Proton (avtomobil)
PROTON Holdinq — avtomobil dizaynı, istehsalı, paylanması və satışını həyata keçirən Malayziyanın ən böyük yerli avtomobil şirkətidir. Proton avtomobilləri hazırda ən azı 15 ölkədə satılır, əksəriyyəti Asiyada yerləşir. Şirkətin qərargahı Shah-Alam, Selanqor şəhərində yerləşir və Proton, Perakda filialları mövcuddur. == Tarixi == Proton 1985-ci ildən fəaliyyətə başlamış və 1993-cü il Perodua yaradılana qədər ölkədə tək milli sertifikatlaşdırılmış avtomobil şirkəti olmuşdur. Başlanğıcda, fəaliyyət Mitsubishi avtomobillərinin təkmilləşdirilməsindən ibarət idi. 90-cı illərin ikinci yarısından şirkət yerli modelləri inkişaf etdirir. Şirkət 2000-ci ildə ilk yerli avtomobilini istehsal edərək Malayziyanı dünyada avtomobil istehsalına malik olan 11-ci ölkə olaraq tanıtdı. Şirkətin loqosu bir aypara və on dörd guşəli ulduz idi. Yalnız 90-cı illərin sonunda Proton bir pələng başı təsviri və "Proton" yazısı ilə yeni bir logoya sahib oldu. 3 avqust 2008-ci ildə Proton 3 milyonuncu avtomobilini buraxdı.
Proton (dəqiqləşdirmə)
Proton (kimya) — kimyada hidrogenin kationu. Proton (fizika) — elementar yüklənmiş hissəcik. Proton (raket) — Rusiya raketi. Proton (avtomobil) — Malayziyada avtomobil markası.
Proton (fizika)
Proton - atomun nüvəsini təşkil edən iki hissəcikdən biri. Proton (yunan: protos birinci) hadronlar qrupuna daxildir və üç kvarkdan ibarətdir. Buna görə də o, eyni zamanda baryonlar qrupuna (üç kvarkdan ibarət hissəciklər) aiddir. == Ümumi baxış == Hər atom bir nüvə və nüvənin ətrafındakı orbitlərdə fırlanan elektronlardan ibarətdir. Nüvənin özü isə proton və neytron adlı hissəcikərdən meydana gəlmişdir. Elektronlar malik olduqları elektrik yükünə görə nüvənin ətrafında davamlı şəkildə fırlanırlar. Bütün elektronlar mənfi (-), bütün protonlar isə müsbət (+) elektrik yüklüdürlər. Hər bir elementin bütün atomlarının nüvəsində eyni sayda proton olur. Protonların sayı həmin elementin atom nömrəsini və periodik cədvəldə yerini müəyyənləşdirir. Protonun kütləsi təqribən 1.67262 × 10−27 kq-dır.
Proton (raket)
Proton (UR-500, "Proton-K", "Proton-M") — Rusiya daşıyıcı raketi. Raketdən ağır yüklərin kosmosa çıxarılması üçün istifadə olunur. Proton avtomatlaşdırılmış kosmik aparatları həm Yerin orbitinə, həm də açıq kosmosda uzaq məsafələrə daşıya bilir. "Proton" XX əsrin 60-cı illərinin əvvəlində yaranmışdır. Əvvəlcə Raket 2 proqramı çərçivəsində 30–100 meqaton mərmilərin kontinentlərarası nəqli üçün nəzərdə tutulan raket kimi layihələndirilmişdir. 1965-ci ildə bu məqsəddən yayınaraq aya uçuş proqramı daxilində kosmosa uçan raket kimi inkişaf etdirilir. 16 iyul 1965-ci ildə ilk alınmayan startından sonra onun üzərində çoxlu sayda təkmilləşdirmə işləri aparılır. Hazırda bu raket dünyada ən etibarlı daşıyıcı sayılır. Çatışmayan cəhəti ətraf mühitə mənfi təsir göstərən hipergolen və toksik qaz qarışıqlarıdır. 2000-ci illərin ortalarından etibarən Proton raket-daşıyıcısının yeni modifikasiya olunmuş variantı Proton-M həm Rusiyaya məxsus kosmik aparatların, həm də xarici kommersial kosmik yüklərin kosmosa çatdırılması üçün istifadə olunur.
Proton parçalanması
Zərrəciklər fizikasında proton parçalanması protonun neytral pion və pozitron kimi daha yüngül subatomik hissəciklərə çevrildiyi hissəciklərin parçalanmasının hipotetik bir formasıdır. Proton parçalanması hipotezi ilk dəfə 1967-ci ildə Andrey Saxarov tərəfindən tərtib edilmişdir. Bir çox əhəmiyyətli səylərə baxmayaraq, proton parçalanması heç vaxt müşahidə edilməmişdir. Proton pozitron vasitəsilə parçalanarsa, protonun ömrünün yarısı ən azı 1,67×1034 il olmalıdır.Standart Modelə görə, baryonun bir növü olan protonlar sabitdir, çünki baryon sayı (kvark sayı) qorunur . Buna görə protonlar özünün digər hissəciklərinə parçalanmırlar, çünki onlar ən yüngül (və buna görə də ən enerjili) baryondur.
Proton transferi
Protn transferi və ya protun hərəkəti proutnun (p və ya H+) bir molekuldan digərinə hərəkətidir. Enerji baryerindən protunun hərəkəti əhəmiyyətli effektdir. Bu proses hidrogen rabitəsinə malik olan bir çox kompleks birləşmələrdə baş verir (DNT, zülallar və s.). Propandial və ya malonaldehid molekuldaxili proton transferinin baş verdiyi molekula sadə bir nümunədir. Proton transferi həmçinin su, hidroxlorik turşusu və i. a. digər qeyri- üzvi və ya mineral birləşmələr arasında da baş verir. Suda pH - ın 7. 00 olması su molekulları arasında proton transferinə imkan verir. H2O → H+ + OH- H2O + H+ → H3O+Bu iki reaksiyanı ümumiləşdirsək: 2H2O -[pt]→ H3O+ + OH-proton transferi [pt] kimi işarə olunur.
Proton çürüməsi
Zərrəciklər fizikasında proton parçalanması protonun neytral pion və pozitron kimi daha yüngül subatomik hissəciklərə çevrildiyi hissəciklərin parçalanmasının hipotetik bir formasıdır. Proton parçalanması hipotezi ilk dəfə 1967-ci ildə Andrey Saxarov tərəfindən tərtib edilmişdir. Bir çox əhəmiyyətli səylərə baxmayaraq, proton parçalanması heç vaxt müşahidə edilməmişdir. Proton pozitron vasitəsilə parçalanarsa, protonun ömrünün yarısı ən azı 1,67×1034 il olmalıdır.Standart Modelə görə, baryonun bir növü olan protonlar sabitdir, çünki baryon sayı (kvark sayı) qorunur . Buna görə protonlar özünün digər hissəciklərinə parçalanmırlar, çünki onlar ən yüngül (və buna görə də ən enerjili) baryondur.
Vitali Pronin
Vitali Aleksandroviç Pronin (1 yanvar 1952, Neftçala rayonu – 7 yanvar 2020, Kürdili, Neftçala rayonu) — Azərbaycan münzəvisi, Kürdili adasının son sakini. O, yerli mediada "Neftçalanın Robinzon Kruzosu" ləqəbi almışdır. == Həyatı == 1952-ci ilin 1 yanvar tarixində Neftçala rayonunda anadan olmuşdur. Atası Vladimir fəhlə, anası Antonina klub müdiri olub. Orta məktəbi də Kürdili kəndində bitirib, əsgərliyə gedib, qayıdıb traktorçu işləməyə başlayıb. İki qardaşı, iki bacısı var idi. Qardaşları Valentin və İvan Moskvada, bacıları Nadejda və Qalina isə Rusiyanın Tolyatti şəhərində yaşayırlar. Xəzər dənizində suyun səviyyəsi yüksəlib kəndin rayon ilə əlaqəsi kəsilməyə başlayanda ailələr kənddən köçüb, lakin Vitalinin ailəsi və daha bir neçə ailə kənddə qalıb. Daha sonra adanın yeganə sakininə çevrilib. 7 yanvar 2020-ci il tarixində axşam saatlarında özü haqqında çəkilişlərdən bir qədər sonra evində vəfat edib.