Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Prayers of the Last Prophet
Prayers of the Last Prophet — Yusuf İslamın 1999-cu ildə çıxartdığı albom.
Cuneus Prophetarum
Cuneus Prophetarum (alb. Çeta e profetëve, Azərbaycanca sözbəsöz tərcüməsi — Müqəddəslərin həyatı) — alban filosof Pyeter Boqdaninin yazdığı fəlsəfi, ilahiyyat və elmi traktatı. 1685-ci ildə Padua şəhərində alban və latın dillərində dərc olunmuşdur. Erkən alban ədəbiyyatının ən görkəmli əsəri sayılır. == Tarixi == Pyeter Boqdani Cuneus Prophetarum 1675-ci ildə bitirdi, amma xristian konqreqasiyası latın dilinə tərcümə olunmadığı üçün əsəri dərc etməyə imkan vermədi, On ildən sonra kitab Paduada kardinal Qreqorio Barbariqonun dəstəyi ilə nəşr olundu.Latın dilində tam adı — "Cuneus prophetarum de Christo salvatore mundi et eius evangelica veritate, italice et epirotice contexta, et in duas partes diuisa a Petro Bogdano Macedone, Sacr. Congr. de Prop. Fide alumno, Philosophiae & Sacrae Theologiae Doctore, olim Episcopo Scodrensi & Administratore Antibarensi, nunc vero Archiepiscopo Scuporum ac totius regni Serviae Administratore" Albizzi ailəsinin dəstəyi ilə traktat müvafiq olaraq 1691 və 1702-ci illərdə italiyan və alban dillərində yenidən nəşr edildi. İtalyanca adı — "L' infallibile verità della cattolica fede" == İstinadlar == === Ədəbiyyat === Elsie Robert. Albanian Literature - an overview of its history and development // Albanien: Geographie - Historische Anthropologie - Geschichte - Kultur - Postkommunistische Transformation / Peter Jordan.
Post hoc ergo propter hoc
Post hoc ergo propter hoc (Latın dilindən tərcümədə: "bundan sonra, deməli buna görə") — məzmunu "X hadisəsindən sonra Y baş verirsə, deməli X hadisəsi Y hadisəsinə səbəb olur" olan qeyri-formal məntiqi səhv. Bu, adətən post hoc səhvi olaraq qısaldılır. Aydın olmayan səbəb müxtəlifliyi olan bu məntiqi səhv cum hoc ergo propter hoc ("bununla, deməli buna görə") səhvindən azca fərqlidir, hansı ki, ardıcılıq və ya xronoloji olaraq baş vermiş iki hadisə əhəmiyyətsiz və ya naməlumdur. Post hoc olduqca qaçınılmaz bir səhvdir, çünki korrelyasiya səbəb əlaqəsi hissi yaradır. Bu səhv nəticənin potensial səbəbkarı olan və qeyd edilən əlaqənin mövcud olmadığını sübut edə biləcək digər amillər əvəzinə, yalnız və yalnız hadisələrin gerçəkləşmə ardıcıllığından alınan nəticəyə əsaslanır. Bu səhvə sadə bir nümunə "xoruz günəşin doğmasından əvvəl banlayır, deməli xoruz günəşin doğmasına səbəb olur"dur. == Forma == post hoc səhvinin forması belədir: A baş verir, bundan sonra B baş verir. Deməli, A-nın səbəbi B-dir.B arzuolunmaz bir şeydirsə, bu nümunə antesedentin inkarı formal məntiqi səhvi ilə kombinasiya edilir. Beləliklə, bu fərz edilir: A-dan yayınmaq B-nin qarşısını alır. == Nümunə == Bir icarədar bir mənzilə köçür və binanın sobasında problem yaranır.