Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Epeyrogenik hərəkətlər
== Epeyrogenik hərəkətlər == Epeyrogenik hərəkətlər- tektonik hərəkətlər nəticəsində yer qabığının tədricən qalxması və enməsi proseslərinə deyilir. Zaman keçdikcə eyni yerdə qalxma enmə ilə və əksinə, enmə qalxma ilə əvəz olunur. Epeyrogenik hərəkətlərin sürəti müxtəlifdir, İsveçin Botnik körfəzi sahilləri ildə 11m qalxır. Hollandiya ərazisi isə ildə 1mm çökür. Şərqi Avropada ən güclü qalxma Lvov şəhərindən cənub- qərbdə ( 12mm\il), ən güclü enmə isə Volxovda ( -6,3mm/il) müşahidə edilir.
Geokratik hərəkətlər
Geokratik hərəkətlər – (rus. геоkратические движения, ing. geocratic movements) yer qabığının hərəkəti nəticəsində okean dibinin həcminin dəyişməsi ilə əlaqədar olaraq okean səviyyəsinin dəyişilməsinə deyilir. Geokratik hərəkətlər quruda transqressiya və reqressiyaya səbəb olur.
Hidrokratik hərəkətlər
Hidrokratik hərəkətlər- Okean dibinin həcmi dəyişilmədən Dünya okeanında suyun həcminin çoxalması nəticəsində onun səviyyəsinin hərəkətlərinə-dəyişilməsinə deyilir.Hidrokratik hərəkətlər geoqratik hərəkətlərin əksinə olan hərəkətlərdir.
Arbitraj-prosessual hüququ
Arbitraj-prosessual hüququ– arbitraj məhkəməsində konkret hüquqi mübahisənin baxılması və həlli ilə bağlı meydana gəlmiş ictimai münasibətlər kompleksini nizamlayan hüquq sahəsi; arbitraj məhkəməsinin, həmçinin iqtisadiyyat sahəsində meydana gəlmiş mübahisələrin baxılması və həlli prosesi iştirakçılarının fəaliyyətini nizamlayan hüquqi normalar məcmusu. Arbitraj prosesində məhkəmə müdafiəsinin predmeti sahibkarlıq, yaxud digər iqtisadi fəaliyyət sahəsindəki müxtəlif hüquqi münasibətlərdən (vətəndaşlıq, maliyyə, vergi, torpaq və s.) irəli gələn qanuni maraqlar və subyektiv hüquqlardır. Hüquqi münasibətlərdə tərəflər kimi iqtisadi bazarın peşəkar iştirakçıları olan hüquqi şəxslər və fərdi sahibkarlar çıxış edirlər. Bu sahədə mövcud münasibətlərin nizamlanma keyfiyyəti meydana çıxan mübahisələrin baxılması və həll olunması qaydasına əhəmiyyətli təsir göstərir.
Mülki prosessual hüquq
Mülki prosessual hüquq – mülki işlər üzrə ədalət mühakiməsi həyata keçirilməsi ilə əlaqədar məhkəmə ilə tərəflərin və prosesin digər iştirakçıları arasında yaranan, mülki prosessual hüquq münasibətlərini və mülki işə məhkəmə baxışı zamanı həyata keçirilən prosessual hərəkətləri nizamlayan hüquq normalarının sistemi və hüquq sahəsidir. Mülki prosessual hüququn nizamasalma predmeti – mülki prosesdir. Mülki prosesə məhkəmə ilə mülki işin digər subyektləri arasında prosessual və hüquqi münasibətlər kimi baxılması o deməkdir k, mülki prosessual hüququn predmeti yalnız məhkəmə icraatı ilə məhdudlaşdırılıb. Hüquqi nizamasalma metodu – hüquq sahəsinin nizamasalma predmeti olan ictimai münasibətlərin müəyyən növünə onun təsirinin üsullarıdır. Metod hüquqi nizamasalmanın predmeti ilə müəyyən olunur. Məhz ictimai münasibətlərin konkret məzmunu hüquqi təsir üsullarını müəyyən edir. Bu müddəanı konkretləşdirib mülki prosessual hüququn metoduna aşağıdakı kimi anlayış vermək olar: Mülki prosessual hüququn metodu dedikdə, mülki və digər hüquqi işlərə məhkəmələr tərəfindən baxılması və həll edilməsi ilə əlaqədar yaranan münasibətlərə mülki prosessual hüquq normalarının təsir üsulları və vasitələri başa düşülür. Mülki prosessual hüququn həmin sahənin tənzim etdiyi münasibətlərə təsir üsulu və vasitəsi olan metodu – imperativ – dispozitiv metoddur ki, bu da özünü hüquq münasibətləri subyektlərinin tərkibində və hüquqi xüsusiyyətində, hüquq və vəzifələrində və s. göstərir. Mülki prosessual hüququn sistemini iki hissəyə bölmək olar: ümumi hissə; xüsusi hissə.Mülki prosessual hüququn ümumi hissəsi özündə elə normaları əks etdirir ki, bu normaların mülki prosessual hüququn xüsusi hissəsinin bütün və ya bir çox institutları üçün hüquqi əhəmiyyəti vardır.
İnzibati prosessual hüquq
İnzibati prosessual hüquq — dövlət idarəetməsi sahəsində ayrı-ayrılıqda göstərilən işlərin həlli prosesində yaranan ictimai münasibətləri, habelə icra hakimiyyəti orqanlarının və bəzi digər subyektlərin fəaliyyətini tənzimləyən dövlət tərəfindən müəyyən edilmiş ümumi məcburi davranış qaydaları. == Əlavə ədəbiyyat == Адміністративно-процесуальне право // Юридична енциклопедія : [у 6 т.] / ред. кол.: Ю. С. Шемшученко (відп. ред.) [та ін.]. — К. : Українська енциклопедія ім. М. П. Бажана, 1998—2004. — ISBN 966-749-200-1. Демський, Е. Ф. Адміністративне процесуальне право України : навч. посіб. / Е. Ф. Демський.
Çox gözəl hərəkətlər 2
Çox gözəl hərəkətlər 2 — (türk. Çok Güzel Haraketler 2) BKM Mutfak imzalı, Kanal D televiziya kanalında yayımlanan əyləncə televerilişidir. 2008–2011-ci illərdə yayımlanan çox gözəl hərəkətlər bunlar adlı televerilişin davamıdır. İlk seriyası 10 fevral 2019-cu ildə yayımlanmışdır.
Çox gözəl hərəkətlər 2 (televeriliş, 2019)
Çox gözəl hərəkətlər 2 — (türk. Çok Güzel Haraketler 2) BKM Mutfak imzalı, Kanal D televiziya kanalında yayımlanan əyləncə televerilişidir. 2008–2011-ci illərdə yayımlanan çox gözəl hərəkətlər bunlar adlı televerilişin davamıdır. İlk seriyası 10 fevral 2019-cu ildə yayımlanmışdır.
Çox gözəl hərəkətlər bunlar (televeriliş, 2008)
Çox gözəl hərəkətlər bunlar — 2008-ci il mayın 28-i Kanal D-də yayımlanmağa başlayan əyləncə televerilişidir. Yılmaz Ərdoğanın rəhbərliyi altında BKM Mutfak aktyorlarının səhnə aldığı verilişdə, əvvəllər izləyicilərdə xal verərək oyunlarda aktiv olmuş, lakin daha sonra bu səhnədən götürülmüş ancaq sketçlər verilmişdir. Yılmaz Ərdoğanın qardaşı Dəniz Ərdoğan, məşhur melodiya olan Kamptoun Reyses adlı Amerikan xalq musiqisinə söz yazmaq surəti ilə, verilişin giriş musiqisini hazırlamışdır. Həmçinində komandanın Çox filim hərəkətlər bunlar adlı tammetrajlı kinoteatr filmidə vardır. 4 sezondan ibarət olan televeriliş 2011-ci il iyunun 26-sı 89-cu seriyasında final edərək çəkimləri dayandırmışdır. == Formatı == Aktyorlar mövzusunu tamamilə özləri yazdıqları sketçləri oynamağa başlayır, və hər oyunun sonunda verilişin aparıcısı olan Yılmaz Ərdoğan izləyicilərin arasından çıxar və aktyorların performanslarının qiymətləndirilməsini istəyər. İzləyicilər qiymətləndirərkən ÇGH (Çox Gözəl Hərəkət), GH (Gözəl Hərəkət) kimi qiymətləndirmələrdən istifadə edirlər. Ən yüksək qiymətləndirmə ÇÇGH (Çox Çox Gözəl Hərəkət), ən aşağı qiymətləndirmə isə Yəniidir (türk. Yanii). ÇÇGH ilk dəfə 6-cı seriyada Əmanət Bomba adlı sketçdə verilmişdir.
Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında — (Qadınlar, balans hərəkətləri)
Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında — Qadınlar (Komanda, Balans hərəkətləri) — Yarışların təsnifat mərhələsi 17 iyun tarixində Bakının Milli Gimnastika Arenasında baş tutdu. Final isə 4 gün sonra 21 iyun tarixində baş tutdu. Yarışlarda 11 ölkənin 33 gimnastı mübarizə apardı. Yarışların qızıl medalını 28.700 xal toplayan Belçika təmsilçiləri qazandı. Gümüş medalı 28.550 xal toplayan Rusiya Federasiyasının təmsilçiləri qazandı. Bürünc medalı isə 28.510 xal toplayan Belarus təmsilçiləri qazandı.
Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında — (Qadınlar, temp hərəkətləri)
Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında — Qadınlar (Komanda, Temp hərəkətləri) — Yarışların təsnifat mərhələsi 17 iyun tarixində Bakının Milli Gimnastika Arenasında baş tutdu. Final isə 4 gün sonra 21 iyun tarixində baş tutdu. Yarışlarda 11 ölkənin 33 gimnastı mübarizə apardı. Yarışların qızıl medalını 28.480 xal toplayan Belçika təmsilçiləri qazandı. Gümüş medalı 28.190 xal toplayan Rusiya Federasiyasının təmsilçiləri qazandı. Bürünc medalı isə 28.120 xal toplayan Belarus təmsilçiləri qazandı.
Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında — (Qarışıq, balans hərəkətləri)
Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında — Qarışıq (Cütlük, Balans hərəkətləri) — Yarışların təsnifat mərhələsi 17 iyun tarixində Bakının Milli Gimnastika Arenasında baş tutdu. Final isə 4 gün sonra 21 iyun tarixində baş tutdu. Yarışlarda 9 ölkənin 11 gimnastı mübarizə apardı. Yarışların qızıl medalını 29.760 xal toplayan Rusiya Federasiyası təmsilçiləri qazandı. Gümüş medalı 28.930 xal toplayan Belçikanın təmsilçiləri qazandı. Bürünc medalı isə 28.260 xal toplayan Böyük Britaniya təmsilçiləri qazandı.
Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında — (Qarışıq, temp hərəkətləri)
Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında — Qarışıq (Cütlük, Temp hərəkətləri) — akrobatika gimnastikası üzrə Bakıda Milli Gimnastika arenasında keçirilən yarışların təsnifat mərhələsi. Təsnifat mərhələsi 17 iyun tarixində Milli Gimnastika Arenasında baş tutdu. Final isə 4 gün sonra 21 iyun tarixində baş tutdu. Yarışlarda 9 ölkənin 11 gimnastı mübarizə apardı. Yarışların qızıl medalını 29.300 xal toplayan Rusiya Federasiyası təmsilçiləri qazandı. Gümüş medalı 28.690 xal toplayan Belçikanın təmsilçiləri qazandı. Bürünc medalı isə 28.650 xal toplayan Böyük Britaniya təmsilçiləri qazandı.
Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında — Qadınlar (Komanda, Balans hərəkətləri)
Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında — Qadınlar (Komanda, Balans hərəkətləri) — Yarışların təsnifat mərhələsi 17 iyun tarixində Bakının Milli Gimnastika Arenasında baş tutdu. Final isə 4 gün sonra 21 iyun tarixində baş tutdu. Yarışlarda 11 ölkənin 33 gimnastı mübarizə apardı. Yarışların qızıl medalını 28.700 xal toplayan Belçika təmsilçiləri qazandı. Gümüş medalı 28.550 xal toplayan Rusiya Federasiyasının təmsilçiləri qazandı. Bürünc medalı isə 28.510 xal toplayan Belarus təmsilçiləri qazandı.
Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında — Qadınlar (Komanda, Temp hərəkətləri)
Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında — Qadınlar (Komanda, Temp hərəkətləri) — Yarışların təsnifat mərhələsi 17 iyun tarixində Bakının Milli Gimnastika Arenasında baş tutdu. Final isə 4 gün sonra 21 iyun tarixində baş tutdu. Yarışlarda 11 ölkənin 33 gimnastı mübarizə apardı. Yarışların qızıl medalını 28.480 xal toplayan Belçika təmsilçiləri qazandı. Gümüş medalı 28.190 xal toplayan Rusiya Federasiyasının təmsilçiləri qazandı. Bürünc medalı isə 28.120 xal toplayan Belarus təmsilçiləri qazandı.
Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında — Qarışıq (Cütlük, Balans hərəkətləri)
Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında — Qarışıq (Cütlük, Balans hərəkətləri) — Yarışların təsnifat mərhələsi 17 iyun tarixində Bakının Milli Gimnastika Arenasında baş tutdu. Final isə 4 gün sonra 21 iyun tarixində baş tutdu. Yarışlarda 9 ölkənin 11 gimnastı mübarizə apardı. Yarışların qızıl medalını 29.760 xal toplayan Rusiya Federasiyası təmsilçiləri qazandı. Gümüş medalı 28.930 xal toplayan Belçikanın təmsilçiləri qazandı. Bürünc medalı isə 28.260 xal toplayan Böyük Britaniya təmsilçiləri qazandı.
Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında — Qarışıq (Cütlük, Temp hərəkətləri)
Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında — Qarışıq (Cütlük, Temp hərəkətləri) — akrobatika gimnastikası üzrə Bakıda Milli Gimnastika arenasında keçirilən yarışların təsnifat mərhələsi. Təsnifat mərhələsi 17 iyun tarixində Milli Gimnastika Arenasında baş tutdu. Final isə 4 gün sonra 21 iyun tarixində baş tutdu. Yarışlarda 9 ölkənin 11 gimnastı mübarizə apardı. Yarışların qızıl medalını 29.300 xal toplayan Rusiya Federasiyası təmsilçiləri qazandı. Gümüş medalı 28.690 xal toplayan Belçikanın təmsilçiləri qazandı. Bürünc medalı isə 28.650 xal toplayan Böyük Britaniya təmsilçiləri qazandı.
Çok güzel hareketler 2
Çox gözəl hərəkətlər 2 — (türk. Çok Güzel Haraketler 2) BKM Mutfak imzalı, Kanal D televiziya kanalında yayımlanan əyləncə televerilişidir. 2008–2011-ci illərdə yayımlanan çox gözəl hərəkətlər bunlar adlı televerilişin davamıdır. İlk seriyası 10 fevral 2019-cu ildə yayımlanmışdır.
Azərbaycan Respublikası Dövlət Siyasi Partiyalar və İctimai Hərəkatlar Arxivi
Azərbaycan Respublikası Dövlət Siyasi Partiyalar və İctimai Hərəkatlar Arxivi — 1887-1991 illərə aid 4834 fond üzrə 1119972 iş saxlanılır. == Tarixi == 1991-ci ilin axırlarında Azərbaycan Kommunist Partiyasının ləğvi ilə əlaqadar olaraq, 1928-ci ilin sonundan fəaliyyət göstərən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Partiya Tarixi İnstitutunun (son adı Azərbaycan KP MK'-nın Tarixi-Siyasi Tədqiqatİnstitutu) Partiya Arxivi vo İnstitutun əsaslı kitabxanası Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin sərəncamına verilmişdir. Ləğv olunmuş Partiya Tarixi İnstitutu Partiya Arxivində mühafizə olunan sənədlərin tarix üçün əhəmiyyətini nəzərə alaraq, habelə respublikada gələcəkdə yaranacaq siyasi partiyalar və ictimai hərəkat təşkilatlarının sənədlərinin təlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti 1991 il dekabr ayının 18-də Azərbaycan Respublikası Dövlət Siyasi Partiyalar və İctimai Hərəkatlar Mərkəzi Arxivini yaratmaq haqqında qərar qəbul etmişdir. 1994 ildən Dövlət Siyasi Partiyalar və İctimai Hərəkatlar Arxivi adlanır. Bakıdadır. Arxivdə 1887-1991 illərə aid 4834 fond üzrə 1119972 iş saxlanılır. Bu sənədlər təkcə Azərbaycanda deyil, o cümlədən, Qafqazda Yaxın Şərqdə milli azadlıq hərəkatlarını, sinfi mübarizə tarixini, eləcə də Azərbaycanın 19 əsrin ikinci yarısından 1991 ilə qədərki ictimai, siyasi, iqtisadi və mədəni həyatın əks etdirir. == Haqqında == Arxivdə Qafqazda, xüsusilə Bakıda 1898-1914 illərdə sosial-demokratik hərəkat, 1905-1907 illər rus inqilabı Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının Bakı Komitəsi", "Hümmət" və “Ədalət” partiyaları, 1920-ci ilin sentyabrında Bakıda keçirilən Şərq xalqlarının I qurultayı, eləcə də İran, Türkiyə, Əfqanıstanda o dövrdə baş vermiş siyasi hadisələr haqqında zəngin materiallar qorunur. Onların arasında 20 əsrin əvvəllərində Bakıda gizli inqilabi fəaliyyət göstərmiş Lado Ketsxoveli, İosif Stalin, Serqo Orconikidze, Məşədi Əzizbəyov, İvan Fioletov, Məhəmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov, Sultanməcid Əfəndiyev və başqalarının həyat və fəaliyyətinə aid çoxsaylı sənəd və materiallar var. Arxivdə Azərbaycan Kommunist Partiyasının yaranmasından onun ləğvinə qədərki fəaliyyəti dövründə keçirdiyi qurultay, konfrans və partiya fəalları yığıncaqlarının, Mərkəzi Komitə plenumlarının, büro və katibliyin iclaslarının stenoqrafik hesabatları, protokolları, qərarları və s.