VULKAN-SEYSMİK

прил. геол. вулканосейсмический. Vulkan-seysmik hərəkətlər вулканосейсмические движения
VULKAN
VULKANİK
OBASTAN VİKİ
Seysmik dalğalar
Seysmik dalğalar — zəlzələ ocağında baş verən qırılma zamanı ayrılan enerjinin böyük bir hissəsi süxurlarının yerdəyişməsinə və istilik yaranmasına, bir hissəsi isə ocaqdan ətraf ərazilərə yayılan seysmik dalğalar adlanan elastik dalğaların əmələ gəlməsinə sərf olunur. Bu dalğalar yer səthinə çatarkən qruntu (torpağı) titrədir və insanlar zəlzələni hiss edirlər. Elastik dalğalar ətrafa yayılarkən süxurları deformasiyaya uğradır, yəni onların ölçülərini və ya formasını dəyişir, lakin dalğanın təsirindən sonra süxurlar öz ilkin vəziyyətinə qayıdır. Elastik cisimdə (o cümlədən, dağ süxurlarında) əsas iki cür deformasiya qeyd olunur. Kənar qüvvələrin təsiri ilə cismin (süxurun) həcmi dəyişir, lakin onun forması dəyişməz qalır. Kənar qüvvələrin təsiri ilə cismin (süxurun) həcmi deyil, forması dəyişir. İki əsas növü vardır: həcmi dalğalar və səthi dalğalar. Sərhədsiz mühitdə baş verən deformasiyanın tipindən asılı olaraq iki cür dalğalar əmələ gəlir: uzununa dalğalar (P) və eninə dalğalar (S). Həscmi deformasiya zamanı uzununa dalğa (P) əmələ gəlir və nəticədə bu dalğanın keçdiyi mühitdə sıxılma və gərilmə zonalarının növbələnməsi, hissəciklərin öz ilkin vəziyyətləri ətrafında dalğanın yayılma istiqamətində rəqsi hərəkətləri müşahidə edilir. Hissəciklər gərilmə zonalarında bir-birindən uzaqlaşır, sıxılma zonalarında isə yaxınlaşırlar.
Seysmik zona
Seysmik zona — Zəlzələyə məruz qalan sahədir. Əsasən 2 seysmik zona var. Bunlardan biri Aralıq dənizi və ya Alp-Qafqaz-Himalay zonasıdır ki, Atlantik okeanından Himalay dağlarına , sonra da Malay arxipelaqına qədər geniş zolaq şəklində uzanır, o biri Sakit okean zonasıdır ki, Sakit okeanı əhatə edir. Sesmik zona Yer qabığının ən gərgin tektonik hərəkətlər olan sahələrilə uyğun gəlir.
Seysmik rejim
Seysmik rejim— ərazinin zaman və məkan üzrə araşdırılan zəlzələlər toplusu Hər hansı bir ərazinin seysmik rejimi dedikdə bu ərazinin zaman və məkan üzrə araşdırılan zəlzələlər toplusu başa düşülür. Seysmik rejimin öyrənilməsi zəlzələlərin məkanda paylanması xüsusiyyətlərinin aydınlaşdırılması və bu paylanmanın tabe olduğu qanunauyğunluqların müəyyənləşdirilməsi deməkdir. Zəlzələlərin təkrarlanma qrafiki - zəlzələlərin baş vermə tezliyinin (N) onların energetik siniflərinə K=lgE (E-seysmik enerjidir, coulla) və ya maqnitudlarına M görə paylanmasının statistik (N (K) və ya N (M)) funksiyasıdır. Təcrübə göstərir ki, bu funksiyanın qrafiki K və ya M ilə lgN koordinat sis¬temində müəyyən intervallar daxilində adətən düz xətlidir. Həmin qrafik seysmik rejimin üç əsas parametrləri ilə səciyyələnir: 1) Təkrarlanma qrafikinin mailliyi 2) Seysmik aktivlik A - qrafikin zəlzələlərin müəyyən K=K0 qiymətinə uyğun başlanğıc ordinatı; 3) Təkrarlanma qrafikinin sağ sonu ilə təyin edilən zəlzələlərin mümkün olan maksimal qiyməti K max və ya (M max). Ərazinin seysmik rejimini öyrənərkən həmin ərazidə itirilmədən qeydə alınan zəlzələlərin minimal energetik (K min) və ya maqnitud (M min) səviyyəsinin müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Beləki, bu səviyyəni nəzərə almadan bu və ya digər ərazi üçün tərtib edilmiş episentrlər xəritəsi və ya digər seysmoloji tərtibatlar həmin ərazinin seysmikliyi haqqında yanlış təsəvvür yarada bilər. İtirilmədən qeydə alınan zəlzələlərin minimal energetik səviyyəsinin müəyyənləşdirilməsi üçün qrafik və zəlzələlərin qeyd edilmə uzaqlığının qiy-mətləndirilməsi metodlarından istifadə olunur.Qrafik üsul ondan ibarətdir ki, energetik sinif (K) və ya maqnitudun (M) geniş diapazonunda zəlzələlə¬rin təkrarlanma qrafiki qurularkən onun sol hissəsində N(K) və ya N(M) nöqtələrinin (orta təkrarlanma tezliklərinin) approksimasiya xəttindən kənara çıxmaları müşahidə olunur. Belə hallar müşahidə materiallarının emalı zamanı seysmik müşahidə şəbəkəsi stansiyalarının həssaslığının məhdudluğu ilə əlaqədar olaraq müəyyən energetik sinifli (K) və ya maqnitudlu (M) zəlzələlərin itirilməsi ilə izah olunur. Hesab olunur ki, təkrarlanma qrafikində approksima¬siya xəttindən sol tərəfə meyillənmiş nöqtəyə uyğun gələn sinifdən (K) və ya maqnituddan (M) sağdakı sinif (maqnituda) itirilmədən qeydə alınan zəlzələlə¬rin minimal energetik (maqnitud) səviyyəsinə uyğun gəlir.
Seysmik risk
Seysmik risk — zəlzələ nəticəsində binaya, sistemə və ya digər obyektə dəyən ziyan. Seysmik risk idarəetmə məqsədləri üçün müəyyən bir müddət ərzində baş verə biləcək təhlükəli hadisələrin potensial, iqtisadi, sosial və ekoloji nəticələri kimi müəyyən edilmişdir. Əgər Yüksək seysmik təhlükə zonasında yerləşən bina seysmik mühəndislik prinsiplərinə uyğun tikilərsə daha az risk altında olar. Seysmik riskin səviyyəsini əsasən iki amil təyin edir: Seysmik təhlükə, yəni ərazidə müəyyən seys-mik effektin təzahürü ehtimalı Seysmik dayanıqlıq - fiziki obyektlərin zəlzələ¬lər nəticəsində zədələnmə dərəcəsi ehtimalı Seysmik riskin müəyyən edilməsi risklərin idarə edilməsində mühüm addım olan riskin azaldılması ilə bağlı qərarların qəbulu prosesinin əsasını təşkil edir. Böyük şirkətlər və digər müəssisələr (məsələn, yerli hökumətlər) binaların strukturunun möhkəmləndirilməsi və ya fövqəladə halların planlaşdırılması kimi digər risklərin azaldılması tədbirləri üçün məhdud vəsaitlərin ən yaxşı şəkildə necə ayrılacağını müəyyən etmək üçün əmlak "portfellərini" təhlil edir. İri şirkətlər və digər qurumlar binalarının strukturunun yenidən qurulmasına və ya şəraitin planlaşdırılmasına, eləcə də digər risklərin azaldılmasına yönəlib. Seysmik risk seysmik modelləşdirmə kompüter proqramlarından istifadə etməklə müəyyən edilir. Məsələn HAZUS kompüter proqramı. 1999-cu ildə ASTM, adətən Ehtimal olunan Maksimum Zərər və ya PML tədqiqatları kimi tanınan kommersiya mülkiyyəti üçün seysmik itki təxminlərinin hesabatı üçün təlimatlar hazırladı. Bu təlimatlar işin həcmini, rəyçinin ixtisaslarını və itki təxminlərini bildirmək üçün müvafiq terminologiyanı müəyyən edir.
Seysmik təhlükə
Seysmik təhlükə — zəlzələ nəticəsində qruntun titrəyişləri və bu titrəyişlərin təsiri ilə əmələ gələn sürüşmə yanğın və s. dolayı hadisələri özündə birləşdirir. Zəlzələ zamanı fiziki obyektlərin dağılması və zədələnmələri, əsasən qrunt titrəyişləri ilə əlaqədardır. Qrunt titrəyişləri isə amplitut-tezlik tərkibləri və davamiyyəti ilə səciyyələnir. Seysmik təhlükənin müəyyən edilməsi üçün hesablamalar ilk dəfə 1968-ci ildə C. Allin Cornell tərəfindən tərtib edilmişdir onların əhəmiyyətindən və istifadə səviyyəsindən asılı olaraq olduqca mürəkkəb ola bilər. Regional geologiya və seysmologiya mühiti əvvəlcə seysmometr qeydlərindən həm dərinlikdə, həm də səthdə zəlzələnin baş vermə mənbələri və nümunələri üçün araşdırılır; ikincisi, bu mənbələrdən təsirlər yerli geoloji süxur və torpaq növlərinə, yamac bucağı və qrunt sularının şəraitinə nisbətən qiymətləndirilir. Beləliklə, oxşar potensial zəlzələ zonaları müəyyən edilir və xəritələrdə çəkilir. Tanınmış San Andreas qırığı, Sakit okean atəş halqası ilə əlaqəli kontinental kənarlar boyunca bir çox sahələr kimi, daha böyük potensial hərəkətə malik uzun dar elliptik zona kimi təsvir edilmişdir. Seysmik təhlükə dedikdə verilən ərazidə kifayət qədər böyük zaman intervalında (50, 100, 500 il və s.) müəyyən səviyyəli seysmik effektin baş verməsi ehtimalı nəzərdə tutulur. Uzun müddətli seysmik təhlükənin qiymətləndirilməsi, Azərbaycanın da aid edildiyi seysmik cəhətdən aktiv ərazilərdə yerləşən dövlətlərin dayanıqlı inkişafını (şəhərsalma, torpaqdan istifadə insanların həyatlarını və əmlaklarını sığortalama və s.
Vulkan
Vulkan (lat. Vulcanus) və ya bəzən yanardağ — yer qabığındakı tektonik çatlar və kanallar üzərində əmələ gələn, dərin maqma ocaqlarından yerin səthinə lava, qaynar qaz, su buxarı və suxur qırıntıları püskürən, geoloji törəmə. Fəaliyyət xarakterinə görə Vulkan fəaliyyətdə olan, yuxuya gedən və sönmüş; formasına görə mərkəzi və çat tipli olur. Vulkan xaricə lava, vulkanik qazlar, daşlar (vulkanik bombalar) püskürdən, yer kürəsinin üst qatında yaranan geoloji strukturdur. Vulkan yerin daxilində baş verən geoloji dəyişiklik nəticəsində maqmanın xaric edilməsi ilə müşayiət olunur.Vulkan sözü qədim Roma mifologiyasında od tanrısı Vulkanın adından götürülmüşdür. Vulkanla məşğul olan elmə vulkanologiya deyilir. Vulkanlar forma (şit və ya stratovulkanlar), aktiv (hərəkətdə olan, yatan, sönmüş), yerinə görə (yerüstü, sualtı, buzaltı) və s. olaraq təsnifləşdirilirlər. Yerin 100 km dərinliyində təxminən 1000 və 1300 °C arasında temperatur mövcudur. Bu istiliyin təsirindən ərimiş daş qarışığı özülü plastik formaya malik maqmaya çevrilir.
Azərbaycanın seysmik stansiyaları
Azərbaycanın seysmik stansiyaları — Azərbaycanda AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin 84 telemetrik seysmik stansiyası var. == Haqqında == AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin 84 telemetrik seysmik stansiyası mövcuddur. Bu telemetrik seysmik stansiyalar vasitəsilə ölkə ərazisində müşahidə şəbəkəsi əsasında respublika ərazisinin seysmik rejimi, zəlzələ episentrlərinin paylanması qanunauyğunluğu, ocaq zonalarındakı seysmik proseslərin dinamikası tədqiq edilir. Dərinlik qırılmalarının aktiv hissələri müəyyənləşdirilir və bu sahələrdə mümkün maksimal güclü zəlzələlərin intensivliyi qiymətləndirilir. Güclü zəlzələ ocaqlarının mexanizmi öyrənilir, böyük şəhərlərin seysmik riskləri araşdırılır, iri tikinti obyekt sahələrinin seysmikliyi tədqiq edilir.
Yerin seysmik qurşaqları
Seysmik qurşaqlar– Tektonik zəlzələlərin müəyyən zonalar daxilində seysmik qurşaqların daxilində cəmləşməsidir. Alp-Himalay və Sakit okean ərazilərində zəlzələlər sıx cəmləşərək seysmik qurşaqlar əmələ gətirilər Bu zonalardan ən böyüyü Sakit okean seysmik qurşağıdır. Kamçatkanın şərq sahillərindən başlayan bu zona Aleut adalarını keçməklə Alyaskaya doğru uzanır. Bu zona daxilində seysmiklik çox yüksəkdir. Kaliforniya ərazisi istisna olmaqla, onun cənub hissəsində seysmikliyin səviyyəsi nisbətən azalır. Sonra qurşaq mərkəzi Meksika, oradan isə Sakit okean sahilləri boyu cənubi Amerikaya tərəf uzanır. Digər tərəfdən bu iri seysmik qurşaq Kuril və Yapon adaları boyu keçir. Mərkəzi Yaponiyada zona iki-şərq və qərb qollarına ayrılır. Şərq qolu cənubda Marian adalarına qədər, Qərb qolu isə Filippin adalarını keçməklə cənuba doğru istiqamətlənir. Dünyada baş verən bütün zəlzələlərin 90 %-i, o cümlədən fəlakətli zəlzələlərin böyük əksəriyyəti bu zonada baş verir.
Andrus (vulkan)
Andrus — Antarktidanın Meri Berd Torpağı rayonunda yerləşən vulkan. Andrus vulkanının hündürlüyü 2978 metr təşkil edir. Üç kraterdən ibarətdir. Ümumi sahəsi 252 km² təşkil edir. Traxitdən təşkil olunmuşdur. 4,5 kilometrlik kaldera əmələ gətirmişdir. Zəif fəaliyyət 1977-ci ildə Kauffman dağında müşahidə edilmişdir. Vulkan amerikan eksoedisiyasının leytenantı, Berd qütb stansiyasının həkimi və rəyisi Karl Andrusun şərəfinə adlandırılmışdır.
Kamen (vulkan)
Kamen — Rusiyanın Kamçatka yarımadasında yerləşən sönmüş stratovulkan. Vulkan Şərqi vulkan qurşağında yerləşir. Konus formalı olub ən qədim vulkanlardan biri hesab olunur. == Ümumi məlumat == Kamen vulkanı Kamçatka yarımadasının mərkəzində, Klyoçevskaya Sopka və Bezımyannıy vulkanlarını arasında yerləşir. Kamen vulkanı yaxınlığında Şmidt və Boqdanoviş buzlaqları var. Ümumən vulkan Klyoçevskaya vulkan qrupuna daxildir. Dəniz səviyyəsindən 4585 metr yüksəkliyi olan Kamen Kamçatkanın ikinci ən hündür vulkan hesab olunur. Vulkan yamacı dikdir. Cənub-şərq hissəsində dərin sirk mövcuddur. Sirk 1000-1200 il əvvəl, uçqun nəticəsində meydana gəlmiş.
Konusvari vulkan
Konusvari vulkan (rus. формы рельефа кон-вергентные, ing. convergentive landforms) — mərkəzi tipli vulkanın daha geniş yayılmış forması, vulkan boğazında qaymalar, bombalar, lapillər və kül atan buxar və qaz partlayışı və lava axını nəticəsində əmələ gəlir. Vulkanın az yuyulduğu vaxtlarda kəsilmiş zirvəsi düzgün formalaşmış relyef formalarının zahiri görünüşcə bir-birinə oxşaması.
Krater (vulkan)
Vulkan krateri (lat. crater q.yun. κρατήρ sözündən götürülmüşdür) — yer kürəsi] və digər nəhəng səma cisimlərinin səthi üzərində, bir neçə səbəbdən yaranan relyef forması. Bunlardan ən əsasları vulkanik dağlar üzərində yerləşən vulkan aktivliyi nəticəsində yaranan kraterlər və kiçik-xırda səma cismlərinin səthə düşməsindən yaranan kraterlər — zərbə kraterləri (meteor kraterləri). == Haqqında == Vulkan krateri- (rus. кратер вулканический, ing. volcanic crater) (yun. krater-kasa, piyalə) –vulkan konusunun zirvəsində və ya yamacında əmələ gəlmiş qıf yaxud kasa şəkilli çökəklik. Köndələn kəsimi nadir halda −2, −2,5 km-dən böyük , dərinliyi isə bir neçə on metrdən yüz metrlərə qədər olur. Vulkan kraterinin dibində maqma ocağından qalxan lava və başqa vulkan məhsullarının yer üzünə çıxması üçün bir və ya bir neçə ağız yerləşir.
Maskarin (vulkan)
Maskarin — Cənubi Afrika Respublikasına məxsus olan Prins-Eduard adaları qruouna daxil olan Marion-Aylend adasında yerləşən vulkan. == Haqqında == Cənubi Afrika Respublikasına aid olan Prins-Eduard arxipelaqının Marion-Aylend dasında yerləşir. Pikin hündürlüyü 1230 metrdir. Vulkanın sonuncu püskürməsi 2004-cü ilə təsadüf edilir. == Həmçinin bax == Volcano Live == İstinadlar == == Xarici keçidlər == Vulkan nədir? Dünyanın Ən Təhlükəli 10 Vulkanı Vulkanlar Volcanoes Live, Worldwide.
Melburn (vulkan)
Melburn (ing. Melbourne) — Antarktidada fəaliyyətdə olan vulkan. Vulkan kraterinin araşdırılması onu göstərir ki, vulkan 1750-ci ilə qədər aktiv olmuşdur. Kraterdə aktiv fumorlar mövcuddur. Yaxşı havada Ross adasından Terror və Melbrun vulkanlarını görmək olur. Zirvəsində helikopterlərin eniş meydançası və qütb stansiyası fəaliyyət göstərir. "Global Volcanism Program. Melbourne" (ingilis). Smithsonian Institution. 2012-05-11 tarixində arxivləşdirilib.
Merfi (vulkan)
Merfi (ing. Mount Murphy) — Antarktida ərazisində yerləşən sönmüş vulkan. Zirvəsinin hündürlüyü 2703 metrdir. Bu hündürlük Andrus-Uaiş-Merfi massivində yerləşən ikinci hündürlükdür. Son püskürmə haqqında məlumat yoxdur. Meri Berd Torpağında yerləşən Ayı yarımadasının cənubunda yerləşir. Smit dağı və Hayns buzlağı ilə əhatələnir. Vulkan Amerikan Təbiət taroxi muzeyinin işçisi Robert Kuşman Merfinin şərəfinə adlandırılmışdır. O, antarktik və subantarktik quşları üzrə mütəxəssis olmuşdur.
Nəmrud (vulkan)
Nəmrud (türk. Nemrut Dağı, erm. Սարակն Sarakn, kürd. Çiyayê Nemrud) ― Şərqi Türkiyədə Van gölünə yaxın yerləşən yatmış vulkan. Vulkan bu bölgəni təxminən eramızdan əvvəl 2100-cü ildə idarə etdiyi deyilən Kral Nəmrudun adını daşıyır. Nəmrudun ən güclü püskürmələri Pleystosendə meydana gəlmişdir. Holosen dövründə də sonuncusu 1650-ci ildə baş vermiş bir çox kiçik püskürmə olmuşdur. Vulkanın üst hissəsi üç krater gölünə ev sahibliyi edən böyük kalderadır. Nəmrud bölgədəki seysmik və vulkanik aktivliyi təyin edən Ərəbistan və Avrasiya tektonik tavaların toqquşma zonasında yerləşən poligenik stratovolkandır. Bu tavaların toqquşması Orta Eosendə başlamış və Mezozoyda Tetis okeanı əmələ gəlmişdir.
Parazit vulkan
Parazit vulkan — iri mərkəzi vulkanın yamacında çox zaman radial çatlar boyu yan püskürmə nəticəsində əmələ gəlir. Özünün baş kanaldan ayrılan ayrıca kanalı olur. Çatların daha yüksək nöqtəsində (subterminal püskürmə) şlak konusu əmələ gəlir, aşağı hissələrində isə (lateral püskürmə) lava axını baş verir. Parazit vulkan həmçinin eksentrik püskürmə nəticəsində də əmələ gələ bilər. Sinonim: Əlavə vulkan, Yan vulkan. Mərkəzi vulkan Yan püskürmə Şlak konusu Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Paulet (vulkan)
Paulet vulkanı — Antarktida ərazisində yerləşən vulkan. Vulkan Antarktik yarımadasında şərqdə yerləşən Paulet adasında yerləşir. Vulkanın hündürlüyü 353 metr təşkil edir. Vulkanın krateri adanın cənubunda qərarlaşır. Ola bilsin ki, vulkan min il öncəyə qədər aktiv olmuşdur. Adada vulkanın yeraltı istiliyi səbəbindən il boyu buz qatından azad olur. Vulkanik ada pinqivinlərin müvəqqəti istirahət yeridir.
Poligen vulkan
Poligen vulkan - monogen vulkanın əksinə, konusu uzun fasilələrlə müxtəlif vaxtlarda püskürmə nəticəsində əmələ gələn vulkandır.
Popokatepetl (vulkan)
Popokatepetl fəaliyyətdə olan vulkan. İstaksiuatl sönmüş vulkanın yanındadır. Bu iki dağın adları - Popokatepetl və İstaksiuatl xalq arasında yayılmış əfsanənin qəhrəmanların adlarıdır. Vulkanın ətrafında Puebla (vulkanın şərq hissəsində) ştatının paytaxtlarından ən əhəmiyyətli konurbasiya cəmlənmişdir, şimal-şərqdən Tlaskala və şimal-qərbdə Mexiko şəhəridir. (Mexiko şəhərində 20 milyondan çox insan yaşayır) .
Qarışıq vulkan
Qаrışıq vulkаn və ya strаtоvulkаn — Vulkan lava ахınlаrındаn və qırıntаl-оvunuq mаteriаl yığnalаrındаn ibarət pоligen vulkаn. Belə vulkаnlаrdа püskürmə аdətən qırıntаl-оvunuq mаteriаl – bоmbа, lаpil, kül və b. аtılmаsı ilə bаşlаnır. Sоnrа qırıntаl-оvunuq аtqılаr lava ахınlаrı ilə örtülür. Strаtоvulkаn, mərkəzi vulkаn tiplərinin ən geniş yаyılmış fоrmаsıdır. Onun kоnusu bir neçə yüz metrdən bir neçə kilometrə çаtır. Krаteri əksərən divаrlаrının çökməsi nəticəsində diаmetri bir kilometr və dаhа çох genişlənmiş çаlаdаn ibаrət оlur. Strаtоvulkаnlаrın fəаliyyət tərzi dаimа kəskin dəyişir. Belə ki, sırf eksplоziv, vulkаnın sоnrаkı оyаnışındа yenidən effuziv-ekstruziv fəаliyyətlə əvəz оlunur. Bu gedişаt vulkаnın bütün оyаnışlаrındа аrdıcıl təkrаr edilir və nəticədə vulkаn qurğusu dəfələrlə pirоklаstik аtqılаrı ilə lаvа örtüklərinin lаylаşmış növbələşməsindən yığcаmlаşır.
Stromboli (vulkan)
Stromboli (lat. strongulē, yun. στρογγύλη — "girdə, dairəvi"; it. Stromboli, sic. Struògnuli) — Tirren dənizində İtaliyaya məxsus, Siciliyanın şimal şərqində yrləşmiş kiçik eyniadlı adada, sönməmiş vulkan. Stromboli gümbəzli vulkanı daim aktiv olub, öz xırda püskürmələri ilə məşhurdur. Onu adanın bütün nöqtələrindən seyr etmək mümkündür. Sonuncu böyük püskürmə 13 aprel 2009-cu ildə baş vermişdir. Vulkan dəniz səviyyəsindən 926 m hündürlüyə malikdr. Dənz dibi səviyyəsindən isə 2000 m-dən çoxdur.
Terror (vulkan)
Terror — Antarktida ərazisində yerləşən vulkan. Vulkanın püskürməsi indiyənə kimi müşahidə edilməmişdir. Terror Erebus vulkanınından 30 km aralıda yerləşir. 820 000 il öncə hündürlüyü 3230 m olan vulkan formalaşmışdır. Ross adasının şərq hissəsinin ərazisini əmələ gətirir. 2000-ci ildə vulkan ətrafında güçlü zəlzələ baş vermişdir. Vulkanın adı Ceyms Rossun təşkil etdiyi ekspedisiyasında iştirak etmiş Terror gəmisinin şərəfinə 1841 ildə adlandırılmışdır.
Yatmış vulkan
Yatmış vulkan (ing. dormant volcano) — püskürməsi barədə məlumat olmayan lakin öz formasını saxlayan vulkan. Qafqazda Elbrus vulkanı bu qəbildən olan vulkanlara nümunədir.
Əli Vulkan
Əli Volkan (1887, Nardaran - 1981, İstanbul, Türkiyə) — Azərbaycan mühacirət ədəbiyyatının nümayəndələrindən biri, folklorçu. Əli Volkan 1887-ci ildə Nardaran kəndində dünyaya gəlmişdir. Kiçik yaşlarından bədii yaradıcılıqla ardıcıl məşğul olmuşdur. Azərbaycanda Xalq Cümhuriyyətinin elan edilməsini böyük coşqunluqla, ruh yüksəkliyi ilə qarşılamış, duyğularını şerlərində ifadə etmişdir. Gəncə alayında hərbi xidməti borcunu yerinə yetirmişdir. Xalq Cümhuriyyətinin süqutundan sonra şeirlərini Əli Usta təxəllüsü ilə dərc etdirmişdir. Türkiyədə milli ruhlu şerləri siyasi mühacirətin nəşr etdiyi dərgilərdə çıxmışdır. Bu şerlərdə Azərbaycanın müstəqil dövlət olacağına dərin inam əksini tapmışdır. Azərbaycan bayatıları kitabını tərtib və nəşr etdirmişdir. 1981-ci il avqustun 2-də İstanbulda vəfat etmişdir.